* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Dürlü, cür, təhər, çeşid. Bu növ şey görməmişəm. – Zəmani-hicrdə gah ağlayıb, gah gülürəm; Bu eşq aləminin özgə növ haləti var. S.Ə.Şirvani. □ Bir növ – birtəhər, nə yaxşı, nə pis, orta, babat. [Məcid:] …Bir növ dolanırıq. N.Vəzirov. [Molla Cümə:] Məhərrəmlik gəlincəyədək gərək bir növ dolanaq. Ə.Haqverdiyev. Bu növ – bu qaydada, bu cür, bu üsulda. İslam uşağı yatsın ayağında falaqqa; Bu növ idi təlim; Vursun buların başına həm mirzə taraqqa. M.Ə.Sabir. O növ (ilə) – o cür, o təhər, o qaydada, elə. Nə gərəkdir bizə o növ söhbətlər; Eşidiz pəndlər, nəsihətlər. S.Ə.Şirvani. Nifrət edib cümlə qaçırdı ondan; O növ ilə ki, qaçarlar taundan. A.Səhhət. 2. biol. Sistematikada: cinsin tərkibinə daxil olan və öz əsasından kəskin əlamətlərlə fərqlənməyən ayrıca qrup. Balığın növləri. Quş növləri. – Kəndin aşağısında tez-yetişən qırmızı alma növləri var. S.Rəhman. Yaylaqlardan ən yaxşı, ən çox çiçək, böcək növlərini [Bahar] toplayardı. B.Bayramov. 3. Bir şeyin başqa bir şəkli, variantı, tipi. Yeni təlim növü. 4. qram. Feildə: hərəkətin icrasının səciyyəsini göstərən qrammatik kateqoriya. Məlum növ. Məchul növ. ◊ Növi-bəşər köhn. – insan nəsli, inan cinsi, insanlar. Bəni-növi-bəşər – bax bəniadəm (“bəni”də). [Taybuynuz öküz] həm öz cinslərinin və həm də bəni-növi-bəşərin nəzərində hörmətdən düşübdür. F.Köçərli.
Azərbaycan dilinin izahlı lüğəti / növ2 NÖV f. yeni, təzə. NÖV’ ə. 1) tərz, cür, şəkil; 2) çeşid, sort; 3) cins. Növ’i-bəşər insan cinsi; insan nəsli.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / növ3 \ – bir-birindən törəyən və filoloji baxımdan əqraba olan canlı varlıqlar elementi. Öz daxilin-də bir forma olan və üzərində cins terminin olduğu məntiqi termin. Amma bu cins termini öz üzərində başqa bir cins varsa, yenidən növ anlayışını verir və bu beləcə davam edir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / növ1 Ərəb mənşəlidir (əsli: noy), cəm forması “ənva”dır, “dürlü”, “cür” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / növ2 1. NÖV Tağı əminin iki növ ov quşu olardı (S.S.Axundov); CÜR Axırıncı çərşənbə gecəsi yeddi növ (cür) meyvə qurusu alıb boşqablara qoyur və dövrəsində kiçik şamlar yandırırdılar (A.Şaiq); DÜRLÜ [Bəhram:] Yox, mənim ürəyimdə başqa dürlü hisslər oyanır (C.Cabbarlı); QƏBİL Bizim mübarizə apardığımız əmir də bu qəbil adamlardandır (M.S.Ordubadi); QİSİM/QİSM Məlum şeydir ki, burada İsmayıl bəyin cavabı iki qisim ola bilərdi.. (C.Məmmədquluzadə); Sona: Məncə, inam məsələsində adamlar beş qism olur (N.Nərimanov). 2. növ bax çeşid 3. növ bax cins 2
Azərbaycan dilinin sinonimlər lüğəti / növ2 I сущ. 1. вид: 1) разновидность, тип. İncəsənətin növləri виды искусства, silah növləri виды оружия, idman növləri виды спорта, юрид. cəza növləri виды наказания 2) биол. совокупность особей, обладающих одинаковыми признаками, единица классификации животных и растений. Quşların növləri виды птиц, alma növləri виды яблок, bioloji növ биологический вид, qeyri-müəyyən növ неопределённый вид, ekoloji növ экологический вид, zonal növlər зональные виды, yayılmış növ распространённый вид, müstəqil növ самостоятельный вид, relikt növlər реликтовые виды, hibrid növ гибридный вид 2. сорт: 1) категория, разряд (преимущественно товара определённого качества, расценки). Əla növ çay чай высшего сорта 2) разновидность товара, изделия по выработке, материалу и т.п. Polad növləri сорта стали, şərab növləri сорта вин 3) разновидность культурных растений, обладающих какими-л. специфическими признаками. Yeni buğda növləri новые сорта пшеницы 3. род (вид, тип чего-л.). Qoşun növü род войск 4. разряд (группа, род, категория каких-л. предметов, людей, явлений, сходных по тем или иным признакам). Sözlərin leksik-qrammatik növləri лексико-грамматические разряды слов, sözlərin tematik növləri тематические разряды слов 5. разбор (сорт, разряд). İkinci növ un мука второго разбора 6. лингв. залог (категория глагола, выражающая различные отношения действия к его субъекту и объекту). İcbar növ понудительный залог, məlum növ действительный залог, məchul növ страдательный залог, qayıdış növü возвратный залог, qarşılıq növ взаимный залог II прил. 1. видовой (относящийся к виду). биол. Növ adı видовое название, növ nişanəsi (ələməti) видовой признак, növ tərkibi видовой состав 2. лингв. залоговый. Felin növ fərqləri залоговые различия в глаголе ◊ bir növ: 1. так себе, ничего себе; 2. своего рода; bu növ: 1. таким образом, в таком порядке; 2. такого рода. Bu növ məsələlər такого рода вопросы
Azərbaycanca-rusca lüğət / növ1 i. 1. kind, sort; 2. biol. species; 3. qram. voice; məlum ~ active voice; məchul ~ passive voice
Azərbaycanca-ingiliscə lüğət / növ1 is. sorte f ; espèce f ; genre m ; hər ~ meyvə des fruits de toutes sortes ; bu ~ insanlar gens m pl de cette espèce ; biol espèce f ; heyvan ~ləri espèces animales ; bitki ~ləri espèces végétales ; qram voix f ; məlum ~ voix active ; məchul ~ voix passive
Azərbaycanca-fransızca lüğət / növ1 [ər.] сущ. 1. жуьре, тегьер, саягъ; bir növ са жуьре, са тегьер, са бубат; bu növ и жуьре, и саягъ, и къайдада, икӀ(а); o növ (ilə) а жуьре, а тегьер, а саягъ, а къайдада, акӀ(а); 2. сорт; almanın növləri ичерин сортар (жуьреяр); birinci növ un сад лагьай сорт гъуьр; 3. жуьре; balığın növləri гъетерин жуьреяр; parçanın növləri парчайрин жуьреяр; 4. вариант, тип; 5. грам. залог (глаголдин са форма); məchul növ страдательный залог (глаголдин малум тушир форма); 6. жинс; növi-bəşər куьгьн. инсандин жинс, инсандин несил, инсанар.
Azərbaycanca-ləzgicə lüğəti / növ