nom sözü azərbaycan dilində

nom

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nom • 50.0000%
  • Nom • 40.0000%
  • NOM • 10.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nom
Nom (Misir) — Qədim Misirdə inzibati mahal. Nom (Alyaska)— ABŞ-də şəhər.
Heroonpol (nom)
Heroonpol (q.yun. Ἡρωοπολίτης νομός) və ya Ua-em-huu-ges-iabti (q.misir 𓈨; "şərqi harpun"), — Qədim Misirdə inzibati rayon (nom). Heroonpol Aşağı Misirdə yerləşirdi və regionda sayca səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Ua-em-huu-ges-iabti", "Ḥui-ges İabti", "Ḥui-ges Aabti" və "A-bt" daxildir. Tədqiqatda bu nom adətən "L08" adlandırılır.
Mahec (nom)
Mahec (q.misir mAḥḏ — "", yun. ὁ Ἀντινοοπολίτης νομός) — Yuxarı Misirin XVI nomu (əyaləti). Nomun mərkəzi (q.misir Mnˁt-ḫwfw) Menat Xufu şəhəri olmuşdur. Həmin ərazinin totemi Köpgəröküz sayılır. Əsas tanrısı Hordur. Yerli panteona Hor, Heket, Paxt, Hathor, Xnum, Anuket daxildir. Wolfgang Helck: Gaue. In: Wolfgang Helck (Hrsg.): Lexikon der Ägyptologie (LÄ).
Nexen (nom)
Nexen (q.misir nHn — "məbəd", yun. Latopolis) Yuxarı Misirin III nomu (əyaləti). Nomun mərkəzi yun. Ἱεράκων πόλις — Hierakonpolis (q.misir nḫn) şəhəri olmuşdur. Həmin ərazinin totemi çalağan ya şahin sayılır. Əsas tanrısı şahin başlı Hordur. Yerli panteona Horvə onun dörd oğlundan (Hapi, Amset, Kebexsenuf, Duamutef) başqa Xnum, Nexbet daxildir.
Nom. cons.
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. ex (latınca) — dan, ilə, birlikdə, əlbir. 1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur. Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. nom.
Nom (Alyaska)
Nom (ing. Nome) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Nom (Misir)
Nom (q.yun. νομός, translit. nomos; mənası – rayon) — Qədim Misirdə inzibati mahal. Hər bir nomun müəyyən sərhədi, siyasi və dini mərkəzi, ordusu, gerbi və himayəçi tanrıları var idi. Nomu nomarx idarə edirdi. Nomların sayı və ərazisi vaxtaşırı dəyişirdi. Misirdə mərkəzi hakimmiyyət zəifləyən zaman nomlar müstəqil siyasət yeridirdilər. Bagnall, Roger S., Egypt in Late Antiquity, Princeton: Princeton University Press, 1996. Bowman, Alan K., Egypt after the Pharaohs, Oxford: Oxford University Press, 1990.
Nom (Yunanıstan)
Yunanıstan rayonları və ya nomlar — Yunanıstanda inzibati ərazi vahidi. Yunanıstan 54 rayondan (nomos) ibarətdir: Attika 1. Afina 2. Şərqi Attika 3. Pire 4.
Necefet-henetet (nom)
Necefet-henetet (q.misir nDft hntt — "Terebint ağacı", yun. ἡ Λύκων πόλις — "Canavar (çaqqal)şəhəri") Yuxarı Misirin XIII nomu (əyaləti). Nomun mərkəzi (q.misir ) şəhəri olmuşdur. Həmin ərazinin totemi canavar ya çaqqal sayılır. Əsas tanrısı canavar (çaqqal) başlı Anubisdir.
Nom şəhərinə zərdab çatdırılması
Nom şəhərinə zərdab çatdırılması (ing. Serum run to Nome) — 1925-ci ildə Alyaskanın Nom şəhərində insanlar arasında difteriya xəstəliyi yayılmışdır. Difteriyaya qarşı yeganə mübarizə üsulu difteriya əleyhinə olan zərdablar idi. Nomun mərkəzi xəstəxanasında şəhərdə olan bütün sakinlərə yetəcək qədər zərdab yox idi. Ən qısa zamanda faciəvi vəziyyət teleqraf yolu ilə ABŞ-nin digər 49 ştatının bütün şəhərlərinə göndərilir. Ankoric şəhərinin mərkəzi xəstəxanasında bir neçə bağlama zərdab aşkarlanır. Ancaq havanın -40 dərəcə civarında olması zərdabın təyyarələrlə göndərilməsini mümkünsüz edirdi. Zərdabın Nom şəhərinə ən qısa zamanda catdırılması üçün it xizəklərindən istifadə edilmişdir. 20 xizəkçi və 150 xüsusi təlim görmüş it 674 mil (1.085 km) məsafəni keçərək 5 gün ərzində zərdabı Nom şəhərinə çatdırmışdılar. Nom şəhərinə zərdab çatdırılması hərəkatı dövrünün bütün ABŞ qəzet və radiolarında işıqlandırılmış və bu hadisə uzun müddət Amerika gündəmində qalmışdır.
Araviya (nom)
Araviya (q.yun. Ἀραβίας νομός) və ya Sepdu (q.misir 𓈵; "lələkli şahin"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca iyirminci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Sepcu", "Sepecu", "Sept" və "Sopdu" daxildir. Tədqiqatda bu nom adətən "L20" adlandırılır.
Atribis (nom)
Atribis (q.yun. Ἀθριβίτης νομός), Kem-ur(q.misir 𓈪) və ya Ka-kem (q.misir ; "qara öküz") — Qədim Misirdə inzibati rayon (nom). Atribis Aşağı Misirdə yerləşirdi və regionda sayca onuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Kem-ur", "Ka-xem", "Ka-kam" və "Ka-kem" daxildir. Tədqiqatda bu nom adətən "L10" adlandırılır.
Bubastis (nom)
Bubastis (q.yun. Βουβαστίτης νομός) və ya İmet-xenti (q.misir 𓈳; "cənub şahzadəsi"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca on səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "İmti-xenti", "İm-xent", "Amti-xenti" və "Am-xent" daxildir. Tədqiqatda bu nom adətən "L18" adlandırılır.
Busiris (nom)
Busiris (q.yun. Βουσιρίτης νομός) və ya Anceti (q.misir 𓈩; "lələkli şahin"), — Qədim Misirdə inzibati rayon (nom). Busiris Aşağı Misirdə yerləşirdi və regionda sayca doqquzuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Anceti", "Aneceti", "Anetzi" və "Ati" daxildir. Tədqiqatda bu nom adətən "L09" adlandırılır.
Uaset (nom)
Necefet-pehtet (q.misir wAst, yun. ὁ Διοσπολίτης νομός, lat. Nomos Diospolites) — Yuxarı Misirin IV nomu (əyaləti). Nomun mərkəzi və Yuxarı Misirin paytaxtı Teben şəhəri olmuşdur. Əsas tanrısıları Amon, Mut, Xonsudur.
Unut (nom)
Unut (q.misir wnt — "dovşan", yun. ὁ Ἑρμοπολίτης νομός) — Yuxarı Misirin XV nomu (əyaləti). Nomun mərkəzi yun. Ἑρμοῦ πόλις μεγάλη, (q.misir Ḫmnw) şəhəri olmuşdur. Həmin ərazinin totemi dovşan sayılır. Əsas tanrısı Unutdur. Yerli panteona Unut, Tot, Oqdoad, Hathor, Xnum, Seşat daxildir. Nomu əsasən Tot kahinləri idarə ediordilər.
İker (nom)
İker (q.misir iqr — "timsah", yun. Τεντύρα — Tentir) Yuxarı Misirin VI nomu (əyaləti). Nomun mərkəzi Tentir (q.misir İunet-ta-neçeret) şəhəri olmuşdur. Həmin ərazinin totemi inək sayılır. Əsas tanrısı inək buynuz və qulaqlı təsvirli Hathordur.
İnput (nom)
İnput (q.misir jnpwt — "çaqqal", yun. ὁ Κυνοπολίτης νομός) — Yuxarı Misirin XVII nomu (əyaləti). Nomun mərkəzi yun. κυνῶν πολις — "it şəhəri", (q.misir Hr-dj.) Kinopolis şəhəri olmuşdur. Həmin ərazinin totemi Qara çaqqal sayılır. Əsas tanrısı Anubisdur.
Om Nom Stories
Om Nom Stories (azərb. Am Nyamın hekayələri‎) — Rusiya şirkəti ZeptoLab tərəfindən yaradılan qısametrajlı cizgi serialı. 9 dekabr 2011-ci ildə pilot epizodu nümayiş etdirilmişdir. Sonra birinci mövsümü təşkil edən 10 növbəti seriya göstərilmişdir. İkinci mövsüm Cut the Rope: Time Travel, üçüncü mövsüm isə Cut the Rope 2 ilə eyni vaxtda başlamışdır. Üçüncü mövsümdə Am Nyam digər nyamamlar ilə görüşür. Evan Koulton adi 13 yaşlı oğlandır. Onun qəribə bir bağlama alması ilə həyatı həmişəlik dəyişir. Bu bağlamanın içində An Nyam adlı balaca bir divciyəz olur. Am Nyam şəkər yeməyi sevən balaca, yaşıl divciyəzdir.
Hvasanın qazandığı mükafat və nominasiyaların siyahısı
Rainbow Bridge World tərəfindən 19 iyun 2014 tarixində qurulan Cənubi Koreyalı qız qrupu Mamamoo-nun üzvü Hvasa tərəfindən qazanılan mükafatların və nominasiyaların siyahısı aşağıda verilmişdir.Hvasa 52 nominasiyadan 22 mükafat qazanmışdır.
IUPAC kimyəvi nomenklaturası
IUPAC kimyəvi nomenklaturası və ya IUPAC adlandırma sistemi kimyəvi birləşmələrin adlandırılması üçün istifadə edilən bir sistem olub, ümumiyyətlə kimya elmini təsvir etmək üçün istifadə olunur. O, Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (İngilis dili: International Union of Pure and Applied Chemistry və ya IUPAC ) tərəfindən yaradılmış və onun tərəfindən nəzarət altında saxlanılmışdır. Üzvi və qeyri-üzvi birləşmələrin adlandırılması qaydaları Mavi kitab (Blue book) və Qırmızı kitab (Red Book) kimi tanınan iki nəşrdə saxlanılır. Yaşıl kitab (Green Book) kimi tanınan üçüncü nəşrdə (IUPAP ilə əməkdaşlıq edilərək bu kitab hazırlanmışdır) fiziki kəmiyyətlər üçün istifadə ediləcək simvollar təsvir edilmişdir. Qızıl kitab (İngiliscə: Gold Book) adlı dördüncü bir kitabda isə kimyada istifadə olunan bir çox texniki terminlərin tərifləri və mahiyyəti qeyd edilmişdir. Bunlara oxşar olan xülasələr biokimya (IUBMB ilə əməkdaşlıq çərçivəsində yazılmışdır), analitik kimya və makromolekulyar kimya üçün də hazırlanmışdır. Xüsusi hallar üçün bu kitablar vaxtaşırı Pure and Applied Chemistry elmi jurnalında dərc edilmiş daha qısa tövsiyələrlə tamamlanır.
Mamamoo-nun qazandığı mükafat və nominasiyaların siyahısı
Bu, Rainbow Bridge World tərəfindən 2014 -cü ildə qurulan Cənubi Koreya-lı qız qrupu Mamamoo tərəfindən alınan mükafat və nominasiyaların siyahısıdır. Mamamoo 163 nominasiyadan cəmi 45 mükafat aldı.
Mitsuqu Nomura
Mitsuqu Nomura (d. 21 noyabr 1956) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 12 oyun keçirib.
NoMad (Manhetten)
NoMad (ing. "North of Madison Square Park"), Medison Skver Norz (ing. Madison Square North) kimi də tanınır — Nyu-York şəhəri Manhetten borosunun Medison Skver Norz tarixi rayonunda yerləşən rayon. 1999-cu ildən istifadə edilən rayonun NoMad adı Medison Skver parkının şimalında yerləşməsi ilə əlaqəlidir. Rayonun cənub sərhədi 25-ci küçə, şimal sərhədi Şərqi 29-cu və ya 30-cu küçələr, qərb sərhədi Altıncı prospekt və şərq sərhədi Medison və ya Leksinqton prospektlərində yerləşir. Qonşu rayonları içərisində qərbdə Çelsi, şimal qərbdə Midtaun Manhetten, şimal şərqdə Mari Hill, şərqdə Rouz Hill və cənubda Fletayron yer alırlar. NoMad Manhettenin 5-ci dairəsinin bir hissəsidir. Feirstein, Sanna (2001). Naming New York: Manhattan Places & How They Got Their Names. New York: New York University Press.
Nomadizm
Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi. Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı. Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar. Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir.
Noman Çələbi Cihan
Noman Çələbi Cihan (1885, Çirki[d], Tavriya quberniyası[d], Rusiya imperiyası – 23 fevral 1918, Sevastopol, Rusiya) — Krım Tatar əsilli xadim. Noman 1885-ci ildə Krımın quzeyində, Canköy yaxınlığındakı Büyük Sunak kəndində yaşayan İbrahim Çələbinin ailəsində doğulub. Onu kənd məktəbinə göndəriblər, lakin məktəb hökumət tərəfindən qapadıldığından o təhsilini bölgədəki Akçokra mədrəsəsində, sonra isə Ağməsciddəki, yəni indiki Simferopoldakı Rüştiyyə və Bağçasaraydakı məşhur Zincirli mədrəsədə davam etdirib. Onun dünyagörüşünün formalaşmasında Mustafa Əfəndinin rolu böyük olub. Təhsil illərində İsmayıl bəy Qaspıralının "Tərcüman", Rəşid Mediyevin "Vətən xadimi" qəzetlərini və İstanbuldan gələn kitabları diqqətlə oxuyan, rus dili öyrənən və bu dil vasitəsilə inqilabçıların əsərlərini oxuyan, onların mitinqlərdəki çıxışlarını dinləyən Noman üsyankar bir ruhda böyüyüb. 1905-ci il inqilabı, inqilab nəticəsində bəzi islahatların həyata keçirilməsi, çarın xalqın xeyrinə bəzi güzəştlərə getməsi gənc Nomanı daha da ruhlandırıb. İmperya güclərindən xalqını qurtarmaq, haqsızlı-ğa, qanunsuzluğa son qoymaq üçün yollar axtarıb. Yeniyetməykən Krımda və İstanbulda nəşr olunan qəzetlərə məqalələr yazan Noman qohumları Əbdülhalim Çələbi və Əbubəkir Çələbinin maddi yardımıyla 1906-cı ildə təhsilini davam etdirmək üçün İstanbula gedir. Orada Mər-can İdadisində oxuyaraq dini biliklərini dərinləşdirir. Sonra universitetin hüquq fakültəsində təhsilini davam etdirir.
Noman Çələbicihan batalyonu
Noman Çələbicihan batalyonu (ukr. Батальйон імені Номана Челебіджіхана, Krım tatarca: Noman Çelebicihan Batalyonı) — Krım Xalq Respublikasının sədri olmuş Noman Çələbi Cihanın şərəfinə adlandırılmış, Krım tatarlarından ibarət batalyon. Batalyon Krımın anneksiyasında sonra 2015-ci ildə formalaşdırılıb və 18 sentyabr 2016-cı ildə qurulduğunu elan edib. Əsasən Krım sərhəddindəki Xerson bölgəsində fəaliyyət göstərirlər. 560 üzvü olan batalyon Krımın sərhəddində yerləşən Ukrayna Dövlət Sərhəd Mühafizəsi Xidmətinin dəstəsinə kömək göstərir.
Nomarx
Nomarx (q.yun. νομάρχης, q.misir ḥrj tp ꜥꜣ; mənası – Böyük rəis) — nomun hökmdarı. Çarın canişini olan nomarx öz nommu ərazisində inzibati aparata, məhkəməyə və orduya başçılıq edirdi. "The Nomes (provinces) of Ancient Egypt". Philae.nu. 2 iyun 2010 tarixində arxivləşdirilib.
Nomen nudum
Nomen nudum — növün elmi jurnalda çap edilmədiyi üçün elmi ad sayılmayan adıdır.
Nomenklatur tipi
Tip və ya nomenklatur tipi (lat. typus) — (lat. typus nomenclaturalis), — taksonun təsvirinə əsaslanan bioloji təsnifləndirmə elementi. Nomenklatur tipi Ali bitkilər Vienna Code, 2006 Beynəlxalq kodeks Division II. Rules and Recomendations. Chapter II. Status, Typification, and Priority of Names. Section 2.
Nomenklatura
Nomentan qapıları
Nomentan qapıları (lat. Porta Nomentana) - Romada Avrelian divarının qapıları. Nomentan yolu bu qapılardan başlayırdı. Müasir Piy qapılarından 75 metr cənub-şərqdə yerləşən bu şəhər qapılarının qalıqları divarla örtülmüşdür və hal-hazırda onun ancaq kərpic örtüyü və sağ yarımdairəvi qülləsi görünür. Qapıların sol qülləsi 1827-ci ildə dağıdılmışdı.
Nomentan yolu
Nomentan yolu (lat. Via Nomentana) - İtaliyada Romadan keçən və Lazioda yerləşən Nomenta şəhərindən (lat. Nomentum) 23 km şimal-şərqdə yerləşən qədim yoldur. Əvvəllər yol, Fikuliya yolu (lat. Via Ficulnensis) adlanırdı. Bunun səbəbi yolun Romadan 13 km məsafədə yerləşən etrusk-latın şəhəri olan Fikuleyaya (lat. Ficulea) qədər çatması idi. Sonralar yolu Nomentaya qədər uzatdılar və onun adı da dəyişdi. Zaman keçdikcə Nomentan yolunu bir az da uzatdılar və o, Adriatik dəniz sahilindəki Truentə (lat. Castrum Truentinum) qədər çatan Salariya yolu ilə birləşdi.
Nomikosun binası (Taqanroq)
Nomikosun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. XIX əsrin ikinci yarısında inşa edilmişdir. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi, 53 ünvanında yerləşir. Regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. Qreçeskaya küçəsi, ev 53 ünvanında yerləşən bina XIX əsrim dördüncü yarısında inşa edilmişdir. Bina II gildiya taciri Nikolay Mixayloviç Lombakonun ailəsi üçün nəzərdə tutulmuşdur. Onun həyat yoldaşı Pavlina Vasilivna olmuşdur. Onların çoxlu sayda uşaqları vardı. Onların ilk övladı 31 yanvar 1867-ci ildə doğulmuşdur. İlk oğlunun adı Vasili olmuşdur.

nom sözünün leksik mənası və izahı

nom sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

nom eləməx’: (Meğri) utanmaq. – İki kişiyə bir qobda xurəx’ quymağa nom eli:yix

Azərbaycan dilinin dialektoloji lüğəti.

"nom" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nom nədir? #nom sözünün mənası #nom nə deməkdir? #nom sözünün izahı #nom sözünün yazılışı #nom necə yazılır? #nom sözünün düzgün yazılışı #nom leksik mənası #nom sözünün sinonimi #nom sözünün yaxın mənalı sözlər #nom sözünün əks mənası #nom sözünün etimologiyası #nom sözünün orfoqrafiyası #nom rusca #nom inglisça #nom fransızca #nom sözünün istifadəsi #sözlük