Callitropsis nootkatensis
Callitropsis nootkatensis (lat. Callitropsis nootkatensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin callitropsis cinsinə aid bitki növü.
Təbii halda Şimali Amerikada yayılmışdır. Krımda və Qafqazın Qara dəniz sahillərində təsadüf edilir. Boyu 40 m olan, konusvarı çətirə malik, ensiz-piramida formalı, şaxələnmiş qamətli ağacdır. Gövdəsinin qabığı qalın, bəzən nazik, dərin və ya zəif yarıqlı, əsasən qırmızı-qonur, bəzən qonur, uzun qatlarla açılır. Zoğları bir sahədə inkişaf etmiş, hamar, çox vaxt uzun, sallaqdır. İynəyarpaqları qabıqşəkilli, xaçşəkilli, zoğlara möhkəm yapışmış, kənarları bütöv və ya dişli, qabarıq, vəziciklidir. Yayda iynəyarpaqların rəngi yaşıl, mavi, qızılı, qızılı-alabəzək və gümüşü-alabəzək olur. Payızda iynəyarpaqların rəngi dəyişmir.