* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. köhn. Keçmişdə quyudan su, neft (mazut) çəkmək üçün mal dərisindən, yaxud brezentdən və s.-dən tikilən tuluq. Kəlləçarxdan asılan mazut dolları dar ağacından asılan məhkumlar kimi sallanırdı. M.S.Ordubadi. Yaxşı yadımdadır o dol, bağara; Hərlənib neft çəkən gözübağlı at. M.Rahim. // Ağacdan (taxtadan) və ya dəmirdən qayrılmış vedrə. Dolla quyudan su çəkmək. – [Kərəm:] Yanıqlıyam, su ver, içib gedirəm; Bir cam verin, içim, dol sizin olsun. “Əsli və Kərəm”.
Azərbaycan dilinin izahlı lüğəti / dol1 DOL (köhn.) (mal dərisindən və yaxud brezentdən tikilən maye qabı) Yaxşı yadımdadır o dol, dağara; Hərlənib neft çəkən gözübağlı at (M.Rahim); TULUQ ..O, dolamaçarxı hərlədib tuluqla quyudan su çəkirdi (Çəmənzəminli).
Azərbaycan dilinin sinonimlər lüğəti / dol2 сущ. устар. 1. черпалка (кожаный или брезентовый сосуд для черпания воды, нефти из колодца) 2. деревянное, металлическое ведро
Azərbaycanca-rusca lüğət / dol1 сущ. куьгьн. ведре (виликра фурарай нафт, яд акъудун патал малдин хамуникай ва я брезентдикай цванвай ведредиз ухшар тагъар, къаб; кӀарасдикай ва я ракьукай раснавай ведре).
Azərbaycanca-ləzgicə lüğəti / dolI (Bakı, Cənubi Azərbaycan, Culfa, Gəncə, Qarakilsə, Ordubad, Salyan, Şamaxı) ağac, taxta və ya mal gönündən hazırlanmış qab (vedrə, tuluq). – Dol cırıldı, daş, çınqıl kişinin başına töküldü (Bakı); – Dol çox ağır gəlir, bıllar çəhdilər, gördülər quyu işıxlaşır (Qarakilsə); – Bizim dol deşilipdi, su saxlamıri (Cənubi Azərbaycan) II (Zəngibasar) sintetik örtük
Azərbaycan dilinin dialektoloji lüğəti.