Jan-Dominik Bobi
Jan Dominik Bobi (23 aprel 1952, XIV arondisman, Fransa – 9 mart 1997, Qarş[d], O-de-Sen, Fransa) — fransız jurnalist, ssenarist, yazıçı və "Elle" France jurnalının baş redaktoru. İnsult keçirdikdən sonra "Skafandr və kəpənək" bestsellerini yazıb.
== İnsult və Bestseller ==
8 dekabr 1995-ci il 43 yaşındaykən güclü insult keçirir-Bu zaman onun oğlu Bobi də yanında idi (onlar yeni avtomobildə gəzintiyə yollanırdılar). 20 gün keçdikdən sonra Bobi komadan ayılır və müşahidə edir ki, onun sol gözündən başqa bütün bədəni iflic olub. xəstəxanada həkimlər fransız sözlərində daha tez-tez işlədilən hərf sıralaması ilə Bobi üçün xüsusi əlifba düşünürlər. Adətən, Loqoped hərfləri xüsusi ardıcıllıqla (O[o], S[es], A[a], R[eğı], N[en], T[ti], U[ü], M[em] və.s) yavaş-yavaş oxuyurdu, əgər bu Jan-Dominikə lazım olan hərf idisə, o gözünü bir dəfə yumub açırdı, əgər loqoped səhv edirdisə, Bobi gözünü bir neçə dəfə yumub açmaqla həkimi xəbərdar edirdi. İlk əvvəl bu Bobi üçün çətin idi, beləki o gözünü uzun müddət qırpmadan açıq saxlaya bilmirdi. Daha sonra ardıcıllığa öyrəşdikdən sonra loqoped hərfləri tez tez sadalamağa başladı. Bu yolla Bobi öz daxili dünyası və hissləri haqqında bütöv bir kitabı (Skafandr və Kəpənək) yazdı. Kitab çox böyük uğur gətirdi.