Don sözü azərbaycan dilində

Don

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Don • 62.6425%
  • don • 36.9354%
  • DON • 0.3377%
  • dON • 0.0844%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Don
Digər Don (ad) — Dünyada işlədilən şəxs adı. Don — paltar növü. Don — şaxta, soyuq hava Don — İspaniyada, İtaliyada və Portuqaliyada zadəgan titulu. Don atı — Don Respublikası — Don Juan — müxtəlif yazıçılar tərəfindən yazılmış hekayə. Don Kixot — Migel de Servantesin yazdığı "Ağıllı zadəgan Don Kixot" romanının baş qəhrəmanı. Çaylar Don — Rusiyada çay. Don — İngiltərədə çay.
Don (dəqiqləşdirmə)
Digər Don (ad) — Dünyada işlədilən şəxs adı. Don — paltar növü. Don — şaxta, soyuq hava Don — İspaniyada, İtaliyada və Portuqaliyada zadəgan titulu. Don atı — Don Respublikası — Don Juan — müxtəlif yazıçılar tərəfindən yazılmış hekayə. Don Kixot — Migel de Servantesin yazdığı "Ağıllı zadəgan Don Kixot" romanının baş qəhrəmanı. Çaylar Don — Rusiyada çay. Don — İngiltərədə çay.
Don (geyim)
Don — üstdən geyinilən uzunətəkli, belibuzməli və ya büzməli paltar. Qərb mədəniyyətində, don adətən qadınlar tərəfindən geyilən paltardır. Gövdəni əhatə edərək, ayaqlar üzərində asqılı parçadan ibarət olur. Donlar rəsmi və ya gündəlik olaraq dəyişə bilir. Müxtəlif ölçüdə və rəngdə olur. Donun qolları, qayışları ola bilər və çiyinləri açıq saxlanılaraq, sinə ətrafında elastik bir vəziyyətdə qala bilər. Paltarların ətəyinın uzunluğu daşıyıcının xarakterindən, şəxsi zövqündən, hava şəraitindən və dəbdən asılı olaraq dəyişir. == Tarixi == === XI əsr === XI əsrdə Avropadakı qadınlar kişilərin tunikalarına bənzər, boş və dizlərinin altına çatan paltar geyirdilər. Əsrin sonunda bu geyimlər qadınların yuxarı bədənlərinə daha da uyğunlaşdı. Paltarlar bir qadının bədən fiquruna uyğun gəlmək üçün sıx daraldılıb, hər tərəfində yarıqlar açılaraq hazırlanırdı.
Don (şaxta)
Don, şaxta — havanın sıfırdan aşağı dərəcəsi. Havada və torpaqda temperaturun dəyişməsi nəticəsində yaranan təhlükəli atmosfer hadisələrindən biridə Şaxtadır.Şaxta davamlı müsbət temperatur müşahidə edilən zaman ,havanın və torpaq səthinin temperatutunun 0 °C və ya daha aşağı düşməsi adlanır.Şaxta əmələ gəlməsinə görə 3 tipə bölünür : "radiyasion" ,"advektiv" ,"advektiv-radiasion (qarışıq) .
Don Balón
Don Balón İspaniya və beynəlxalq futbol sahəsində ixtisaslaşmış həftəlik idman qəzeti idi. Jurnal 1975 və 2011-ci illər aralığında Barselona şəhərində çap edilirdi. Həmçinin qəzetin 5 qitədə satışı həyata keçirilirdi. == Tarix və Profil == Jurnal 1975-ci ildə tanınmış ispan idman jurnalisti olmuş Xose Maria Kasanovas tərəfindən təsis edilmişdir. Həmin ildə o, həmçinin Barselona haqda gündəlik idman qəzetini təsis etmişdir. Don Balón nəşrinin qərargahı İspaniyanın Barselona şəhərində yerləşirdi. Jurnal digər tanınmış idman nəşrləri olan World Soccer, Kicker, A Bola kimi Avropa İdman Jurnalları birliyinin üzvüdür və həftəlik olaraq dərc edilirdi. 1976-cı ildən etibarən jurnal ilin ən yaxşı ispan və əcnəbi futbolçusuna, məşqçisinə, baş hakiminə Don Balón qəzetinin özəl mükafatını təqdim edirdi. Jurnal həmçinin illik olaraq dünyada 100 ən yaxşı gənc futbolçunun siyahısını hazırlayırdı. 2011-ci ilin sentyabr ayında jurnal iqtisadi böhran səbəbiylə və baş redaktor olan Rocelio Rengelin sonda həbsi ilə yekunlaşmış dava ilə əlaqədar fəaliyyətini dəyandırmışdır.
Don Covanni
Don Covanni və ya Cəzalandırılmış əxlaqsız (KV 527, it. Don Giovanni ossia Il dissoluto punito) — "Şən drama" (it. dramma giocoso) iki pərdəli Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu opera. Operanın ilk premyerası 29 oktyabr 1787-ci ildə Praqada Məhəllə teatrının (çex. Stavovské divadlo) səhnəsində oynanılır. 7 may 1788-ci ildə isə Vyanada təkrar oynanılır. Opera həm "Don Covanni…" həm də "Don Juan…" kimi də adlandırılır. Çünki personajın adı ispanca don Xuan (isp. Don Juan), fransızca don Juan, italyanca isə don Covanni (it. Don Giovanni) kimi tələfüs edilir.
Don Juan
"Don Juan" — hekayə dəfələrlə müxtəlif yazıçılar tərəfindən yazılmışdır. Don Juan adı məcazi olaraq "avara" mənasında işlədilir. == Don Juan əfsanəsi == Əfsanəyə görə Don Juan zadəgan bir ailənin gənc qızını başdan çıxararaq, özünə aşiq etmiş və atasını öldürmüşdür. Daha sonra məzarlıqda atasının heykəlini hörmətsiz şəkildə yeməyə dəvət etmiş və heykəl yemək təklifini qəbul etmişdir. Atasının heykəli, yeməyə Don Juanın qətli üçün gəlmişdir. Heykəl salamlaşmaq üçün əlini Don Juana uzatmış və Don Juan onun əlini sıxanda heykəl onu cəhənnəmə aparmışdır. Bu səbəblə "Don Juan" zamanımızda avaralıq üçün istifadə olunan məşhur söz halına gəlmişdir. Çox saylı fikirlərə görə Don Juanın ilk yazılı hekayəsi Tirso de Molinanın yazdığı "El burlador de Sevilla y convivado de piedra" (Sevil aldadıcısı və daşdan qonaq) -dır. Bu əsərin 1615-ci ilə aid yazılı variantının İspaniyada tapılmasına baxmayaq 1620 və ya 1625-ci ildə çap olunmuşdur. Bu obraz özünü qadınlara aşiq kimi göstərən və evlilik vəd edən avara obrazdır.
Don Keefer
Donald H. "Don" Keefer (18.8.1916, Highspire, Pennsilvaniya, ABŞ) — aktyor.
Don Kinq
Donald "Don" Kinq - boks promouteri. == Fəaliyyəti == Don Kinq 1970-ci illərdən etibarən boksda ən görkəmli promouterlərdən sayılır. Müxtəlif vaxtlarda Lennoks Lüis, Mayk Tayson, Evander Holifild, Roy Cons və digər məşhur boksçular onun himayəsində olublar.
Don Kixot
Don Kixot (isp. Don Quijote, Don Quixote) — ispan yazıçısı Migel de Servantesin yazdığı "Ağıllı zadəgan Don Kixot" (El ingenioso hidalgo Don Quijote de la Mancha) romanının baş qəhrəmanı. Servantesin bu romanı demək olar ki, bütün Avropa dillərinə tərcümə olunmuşdur və dünya ədəbiyyatında ən populyar kitablardan sayılır. Don Kixot surəti isə insan təbiətinin tipik göstəricisi kimi götürülürək psixoloji kateqoriya kimi başa düşülür. Fəlsəfədə "donkixotluq" kimi anlayış yaranmış və bununla bağlı çoxlu sayda kitablar yazılmışdır. Romanın birinci hissəsi 1605, ikinci hissəsi isə 1615-ci ildə çap olunmuşdur. Hər iki hissə ispan dilində yazılmışdır. Servantesin bir çox həmkarları və davamçıları Don Kixotun səyahətini təsvir edən, onun romanına oxşayan əsərlər yaratmağa çalışmışlar. Sonrakı əsrlərdə yazıçılar bu mövzuya yenidən dönərək Don Kixot mövzusunu yeni aspektdən təsvir etmişlər. Don Kixot obrazı incəsənətin müxtəlif sahələrində təcəssüm etdirilib.
Don Knotts
Jesse Donald "Don" Knotts (21 iyul 1924[…] – 24 fevral 2006[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru
Don Makkalin
Don Makkalin (ing. Don McCullin) — daha çox müharibəyə və şəhər problemlərinə aid fotoları ilə tanınan britaniyalı fotojurnalist. 1959-cu ildə başlayan karyerasının əsas hissəsini işsizlər, əzilənlər və yoxsulluq haqqında fotolar təşkil edir. == Həyatı == === Erkən illəri === Makkalin Şimali Londonda Finsburi Parkı adlanan yerdə boya-başa çatıb. Sonralar Blitz zamanı (nasistlər tərəfindən Birləşmiş Krallığın bombalanması hadisəsi) ailəsi ilə birlikdə Somersetdəki fermaya köçürülüb. O, disleksik olsa da, getdiyi orta məktəbdə rəsm çəkmək üzrə qeyri-adi istedad nümayiş etdirmişdi. === Karyerası === Makkalin KHHQ-də Dövlət Xidmətində olarkən 1956-cı il Süveyş böhranı zamanı kanal zonasına göndərilib və burada fotoqraf köməkçisi kimi çalışıb. O, KHHQ-də fotoqraf olmaq üçün tələb olunan yazılı nəzəriyyə məruzəsindən keçə bilməmiş və nəticədə öz xidmətini qaranlıq otaqda başqalarının şəkillərini çap etməklə keçirmişdi. Bu müddət ərzində Makkalin ilk kamerasını — "Rolleicord"u alıb. Britaniyaya qayıdarkən maliyyə çatışmazlığı səbəbindən kamerasını girov qoymalı olub.
Don Respublikası
Don Respublikası — Rusiyada Oktyabr çevrilişindən (1917) sonra Don bölgəsində yaranmış hökumət. Rusiya hökumətinin 1887-ci ildə keçirdiyi inzibati-ərazi bölgüsünə əsasən, Rostov vilayəti ilə Taqanroq şəhəri Don Qoşunu vilayətinə daxil edilməklə, Şimali-qərbi Qafqazın bir hissəsi Don kazaklarının idarəsinə keçdi. == Yaradılması == Oktyabr çevrilişindən sonra Sovet hakimiyyətinə tabe olmaqdan boyun qaçıran Don kazakları öz hakimiyyət orqanlarını yaratdılar. 1918-ci il mayın 8-də alman ordusunun köməyilə bolşeviklər Don vilayəti ərazisindən qovuldu, mayın 26-da isə Don kazaklarının dairəsi "Böyük Don Qoşunu" hökuməti yaradılmasını elan etdi. Ataman P.Krasnovun başçılıq etdiyi bu hökumətin 65 minlik ordusu var idi. 1919-cu ilin yanvarında bu ordu general A.Denikinə tabe edildi və həmin ilin payızında Moskva üzərinə yürüşdə iştirak etdi. Don Respublikası hökuməti Paris sülh konfransında (1919–20) iştirak etmək üçün öz nümayəndə heyətini 1919-cu ilin əvvəlində İstanbula göndərmiş, lakin onlar da Rusiyanın cənubunda yeni yaranmış dövlətlərin nümayəndələri ilə birlikdə bu şəhərdə ləngiməli olmuşdular. Bu nümayəndələrin müttəfiq dövlətlərin İstanbuldakı komandanlığına ünvanladıqları müraciətdə Don əhalisinin həm bolşeviklərin, həm də köhnə rejimi bərpa etmək istəyən bir qrup məsuliyyətsiz adamların yaratdığı qurama təşkilatların təhlükəsi altında qaldığı bildirilirdi. == Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələri == Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919-cu il iyunun 26-da özünün Kubandakı diplomatik nümayəndəsi Cəfər bəy Rüstəmbəyova əlavə mandat göndərərək, ona Don hökuməti yanında Azərbaycan Xalq Cümhuriyyətini təmsil etmək səlahiyyəti verdi. Həmin il sentyabrın 24-də isə Xosrov bəy Sultanov Azərbaycan Hökumətinin Rostovda konsul-agenti təyin edildi.
Don Riçi
Donald Teylor Riçi (9 iyun 1926 – 13 may 2012, Darlinqxyorst[d]) — Avstraliya ordeni laureatı, bir çox intihar cəhdinə müdaxilə edən avstraliyalı. O, Sidneydə Boşluq (ing. The Gap) adındakı bir uçurumdan intihara cəhd edən ən azı 180 nəfəri rəsmi olaraq xilas edib. == Erkən həyat == Riçi Vaucluse Dövlət Məktəbinə gedib və Şotlandiya Kollecinə daxil olub. Ritçi İkinci Dünya müharibəsi dönəmində 1944-cü il iyunun 30-da HMAS Hobart gəmisində matros kimi Kral Avstraliya Donanmasına daxil olmuş və 1945-ci il sentyabrın 2-də Tokio körfəzində Yaponiya İmperatorluq Qüvvələrinin qeyd-şərtsiz təslim olduğunun şahidi olmuş, sakit okeanda İkinci Dünya müharibəsini rəsmən başa çatdırmışdır. Müharibədən sonra o, həyat sığortası satıcısı idi. == Müdaxilə == Rəsmi olaraq o, 2009-cu ilə qədər 45 il ərzində 180 nəfəri intihardan xilas edib, halbuki ailəsi bu rəqəmin 500-ə yaxın olduğunu iddia edir. Ritçi Avstraliyanın Sidney şəhərində yerləşən və bir çox intihar cəhdləri ilə tanınan "The Gap" adlı yerin yanında yaşayırdı. Tanınmış və tərifləməyən təvazökar bir adam, cənab Ritçi evindən intihar etmək niyyətində olanları görür və yavaş-yavaş onlara tərəf gedirdi. Uçurumun kənarında o, sadəcə gülümsəyərək onlardan soruşardı: "Mən sizə hansısa şəkildə kömək edə bilərəmmi?".
Don Uilson
Don "Əjdaha" Vilson (ing. Don "Dragon" Wilson, 10 sentyabr 1954) – ABŞ idmançısı, aktyoru, prodüseri və ssenaristidir. Don Vilson idmanın Qodzyu-ryu Karate, Kikboks və "Ağ əjdaha" kimi tanınan "Pai Lum Kunq-fu" döyüş növləri ilə məşğul olub. == Həyatı == Donald Qlen Vilson (ing. Donald Glen Wilson) 10 sentyabr 1954-cü ildə ABŞ-nin Florida ştatının Koko-Biç şəhərində anadan olmuşdur. Atası avropalı amerikalı, anası isə yapon əsilli olmuşlar. Uşaqlıqda amerikan futbolu, basketbol və yüngül atletika ilə məşğul olurdu. Məktəbdə dərsləri yaxşı oxuyurdu. Məktəbi bitirdikdən sonra döyüş sənətləri ilə maraqlanırdı. Onun ən çox boksa marağı var idi.
Don Vilson
Don "Əjdaha" Vilson (ing. Don "Dragon" Wilson, 10 sentyabr 1954) – ABŞ idmançısı, aktyoru, prodüseri və ssenaristidir. Don Vilson idmanın Qodzyu-ryu Karate, Kikboks və "Ağ əjdaha" kimi tanınan "Pai Lum Kunq-fu" döyüş növləri ilə məşğul olub. == Həyatı == Donald Qlen Vilson (ing. Donald Glen Wilson) 10 sentyabr 1954-cü ildə ABŞ-nin Florida ştatının Koko-Biç şəhərində anadan olmuşdur. Atası avropalı amerikalı, anası isə yapon əsilli olmuşlar. Uşaqlıqda amerikan futbolu, basketbol və yüngül atletika ilə məşğul olurdu. Məktəbdə dərsləri yaxşı oxuyurdu. Məktəbi bitirdikdən sonra döyüş sənətləri ilə maraqlanırdı. Onun ən çox boksa marağı var idi.
Don atı
Don atı — XVIII-XIX əsrlərdə Don kazakları tərəfindən yaradılmış minik-qoşqu atı. == Tarixi == Don atının əsasını keçmiş cənub köçəri tayfaların (Noqay, Kalmık və s.) atları təşkil edir. XVIII əsrdən başlayaraq bu yerli kiçik boylu (143 sm.) lakin, çox möhkəm və davamlı atlar, şərq at cinsləri – Qarabağ, İran, Ərəb və Türkmən atları ilə yaxşılaşdırılmış, ilxı şəraitində bəslınmə və uzaq yürüşlərdə istifadə edilmə nəticəsində yüksək keyfiyyətli şcins kimi inkişaf etmişdir. == Xüsusiyyəti == Don atında yayılan qızılı – kürən rəng Qarabağ atının təsiri nəticəsidir. Donun geniş otlaqları, süvari atına olan böyük tələbat və Don atının davamlılığı cinsin təkmilləşdirilməsində böyük rol oynamışdır. Don atı iri boylu kütləli, bir qədər uzunsov bədən quruluşlu, enli, dərin gövdəli, quru və möhkəm ayaqlıdır. Əsas ölçüləri 156,5 – 159,9 – 186,7 - 190,7 sm-dir. Don atı universal məhsuldar atdır yaxĢı minik atı olmaqla, yüngül qoşquda da əlverişlidir. Cıdırlarda üç yaşlıların rekord sürəti 1600 metrə 1 dəq. 49 san .
Don deltası
Don deltası (antik dövrdə — Maeotis bataqlığı) — Azov dənizi sahillərində yerləşən iki deltadan biri. Delta Don çayının mənsəbində qərarlaşır. İnzibati cəhətdən Rusiyanın Rostov vilayəti ərazisində yerləşir. Don çayı deltasının sahəsi 538 km² təşkil edir. Ölçüsünə görə Kuban deltasından 12,5 % kiçik olsa da, gursululuğuna görə Kubandan 1,5—2 dəfə çoxdur. Delta Taqanroq körfəzinin şimal-şərq sərhədi ilə sərhəddir. == Xüsusiyyətləri == Hazırda Don çayının deltası 538 km² təşkil edir. Delta Rostov-na-Donu şəhərindən aşağı ərazidə yerləşir. Don çayı deltada çoxlu qollara ayrılır: Kalança çayı, Köhnə Don, Böyük Kuterma, Perevoloka, Mokraya Kalanka və s. Üztəlik buradan Azov magistral kanalı keçir.
Myortvı Don
Myortvı Dones — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Don deltasının ən böyük axarıdır. Don çayını Taqanroq körfəzi ilə birləşdirir. Onun başlandığı ərazidən Don deltası başlayır. Deltanın şimal sərhəddini təşkil edir. Uzunluğu 36 km təşkil edir. Eni 50–200 metr arasında dəyişir, dərinliyi 4 metrdir. == Axınını == Myortvı Dones çayı Dones çayından Rostov-na-Donu şəhərinin ərazisində ayrılır. Mənbəyi Qərb körpüsünə yaxınlıqdan başlayır. Çay Snyavskoe kəndi yaxınlığında sonuncu qolu olan Donski Çulek axarını qəbul edir.
Stefflon Don
Stefani Viktoriya Allen (ing. Stephanie Victoria Allen; 14 dekabr 1991, Birminhem) və ya təxəllüsü ilə Stefflon Don (ing. Stefflon Don) — Böyük Britaniya repperi və müğənnisi. O, 2017-ci ildə buraxılan, "French Montana" ilə birlikdə ifa etdiyi "Hurtin' Me" mahnısından sonra populyarlaşmışdır. Mahnı "UK Singles Chart" musiqi çartında yeddinci yeri tutmuşdur. Don 2016-cı ildə debüt miksteypi olan "Real Ting"i, daha sonra 2018-ci ildə isə "Secure" miksteypini buraxmışdır. == Həyatı == Stefani Viktoriya Allen 14 dekabr 1991-ci ildə Böyük Britaniyanın Vest-Midlends qraflığında yerləşən Birminhem şəhərində anadan olmuşdur. O, Yamayka əsillidir. Onun altı qardaş-bacısı var. Allen beş yaşında olarkən ailəsi ilə birlikdə Niderlandın Rotterdam şəhərinə köçür.
Don tütünü
“Donskoy tütünü” QSC və ya “Don Tobacco” — Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən siqaret və tütün istehsalı şirkəti. Siqaret istehsal edən beynəlxalq şirkət olan Japan Tobacco-nun bir qoludur. 2018-ci ildə “Don Tobacco” Rusiyanın dördüncü ən böyük siqaret istehsalçısı idi. == Tarixi == Don tütünü ilk dəfə 1857-ci ildə Rostov-na-Donuda rus sahibkarı Vasili Asmolov tərəfindən yaradılmış tütün fabrikinin varisidir. 1870-ci illərdə Asmolovun siqaretləri Vyana Ümumdünya Sərgisində, Filadelfiya Yüzillik Sərgisində və Paris Ümumdünya Sərgisində beynəlxalq arenaya tanıdılmışdı. Nəticədə Asmolovun tütün fabriki Rusiya imperatoru üçün “İmperator Əlahəzrət Məhkəməsinin Təchizatçısına” çevrildi. 1917-ci il inqilabından sonra fabrik milliləşdirildi və Don Dövlət Tütün fabriki (DSTF) adlandırıldı. 1992-ci ildə SSRİ-nin süqutundan sonra DSTF 1980-ci illərdən fabrikdə işləyən İvan Savvidi tərəfindən özəlləşdirilib. Savvidis fabrikin adını dəyişərək “Dons Tabak” qoydu. 1992-ci ilə qədər o, şirkətin səhmlərinin 75,71% -ni əldə etdi və 2003-cü ilə qədər bu vəzifəni tutaraq onun baş direktoru oldu.
Don Kifer
Donald H. "Don" Keefer (18.8.1916, Highspire, Pennsilvaniya, ABŞ) — aktyor.
Tim Don
Tim Don (14 yanvar 1978) — Birləşmiş Krallıqı təmsil edən triatlonçu. == Karyerası == Tim Don Birləşmiş Krallıqı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 10-cu pillədə başa vurdu. Daha sonra Tim Don Birləşmiş Krallıqı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 18-ci pillədə başa vurdu. Növbəti dəfə Tim Don Birləşmiş Krallıqı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı nəticəsiz başa vurdu.
Don 2
Don 2 (Don 2: The King is Back; Don 2: Kral Geri Dönür) 2011-ci ildə döyüş və detektiv janrlarında istehsal olunan Bollivud filmidir. Fərhan Axtar həm rejissor, həm də Amit Mehta və Amriş Şahla birlikdə filmin ssenari müəllifləri sırasındadır. Filmə Riteş Sidvani, Şahrux Xan və Fərhan Axtar prodüserlik etmişdir. Bu film 2006-ci ildə çəkilmiş Don filminin davamıdır. Filmdə əsas rollarda Şahrux Xan, Priyanka Çopra, Lara Dutta, Om Puri, Boman İrani, Kunal Kapur digər rolda Hritrik Roşan kamea görünüşünü ifa edir. Əvvəlki filmin davamı olan bu filmin məzmunu belədir: Malayziyadan Avropaya gələn Don hal-hazırda Asiya yeraltı dünyasının kralıdır və O Avropa narkotik kartelini ələ keçirməkdədir. Filmin çəkilişi Hindistan, Tailand, Almaniya, Malayziya və İsveçrədə baş tutub. Don 2 buraxılışından əvvəl müəlliflik hüququ problemlərilə üzləşib. Filmin buraxılışı 25 Oktyabr 2011-ci il tarixində Reliance Entertainment tərəfindən həm 2D, həm də 3D formatlarında gerçəkləşib. Həmçinin filmin Tamil və Teluqu dilli versiyaları da çəkilib.
Don (ad)
Don — Dünyada işlədilən şəxs adı. Bu adı olan tanınmış şəxslər Don Keefer — aktyor.
Hedera donerailensis
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Qərbi Avropada meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Hvan Don Hyok
Hwang Dong-hyuk 26 may 1971, Seul-Cənubi Koreyanın film rejissoru, prodüser və ssenari müəllifidir. O, 2021 -ci ildə Netflix platformasında yayımlanan Kalmar oyunu serialı ilə daha çox tanınmışdır. == Həyatı == Hwang Seulda böyümüşdür. Uşaqlıq illərini kitablar, mangalar oxuyaraq, kitab kafelərində keçirmişdir.
Hərbi Donanma Günü
Hərbi Donanma Günü — hər təqvim ilinin 5 avqust tarixində Azərbaycan Respublikasında qeyd olunan peşə bayramı. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın hərbi dəniz donanması da yaradıldı. Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər hərbi dəniz donanması təşkil olundu. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu, lakin bu addım general Denikinin başçılıq etdiyi Cənubi Rusiya Silahlı qüvvələrinin ("Könüllü ordu" da deyirdilər) kəskin etirazı ilə qarşılandı. Silahlı qüvvələrin hərbi dəniz donanmasının vitse-admiralı Gerasimovun Azərbaycan hökumətinə verdiyi notada Azərbaycan Xəzər hərbi-dəniz donanmasının ləğv edilməsi tələb edilirdi. Burada qeyd olunurdu ki, Xəzərdə hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsusdur. Bu əsassız nota Azərbaycan Dövlət Müdafiə Komitəsində müzakirə edildi. Cənubi Rusiya Silahlı qüvvələri baş komandanlığına göndərilən cavab notasında bildirilirdi ki, Xəzərdə donanma saxlamaq hüququ Azərbaycan dövlətinin suveren hüququdur. Azərbaycanın limanları və ticarət gəmiləri vardır.
II Yekaterina abidəsi (Naxçıvan-na-Donu)
II Yekaterina abidəsi — Rostov-na-Donu şəhərində vaxtı ilə yerləşən monumental abidələrdən biri. Abidə rus çariçası II Yekaterinanın şərəfinə ucaldılmışdır. Abidənin müəllifi Matvey Afanaseviç Çijov və Matvey Matveeviç Çijov olmuşdur. Abidə 1894-cü ildə quraşdırılmışdır. Abidə Sovet hakimiyyəti qurulduqdan sonra dağıdılmışdır. Bu abidənin altlığı üzərində isə Karl Marksa heykəl ucaldılmışdır. == Tarixi == Şəhərdə II Yekaterina abidənin ucaldılması şəhər dumasının rəhbəri tərəfindən irəli sürülmüşdür. Abidənin ucaldılması 1879-cu ilə planlaşdırılırdı. Bu şəhərin salınmasının yüz illiyi münasibətinə düşünülürdü. Bununla belə vısait çatışmazlıı səbəbindən işlər dayanmışdı.
I Donald (Şotlandiya kralı)
I Donald (ing. Donald I), I Domnall (şot.kelt Domnall I) və ya Domnall mak Alpin (ortagel: Domnall mac Ailpín, şot.kelt Domnall mac Ailpín; 812, Ayona – 13 aprel 862 və ya 13 aprel 863, Pertşir[d]) — 858–862-ci illərdə Alba (Şotlandiya) kralı, Dal Riada kralı II Alpinin oğlu, Dal Riada kralı I Kennetin qardaşı. İrlandiya annallarında I Donaldın "Piktlər kralı" titulunu daşıdığı məlumatı verilir. Onun hakimiyyəti dövründə "Ed qanunları" bütün Şotlandiyaya şamil edilmişdir. == Həyatı == Domnall mak Alpin təqribən 812-ci ildə indiki Böyük Britaniyaya tabe Şotlandiyanın Ayona adasında anadan olmuşdur. O, Dal Riada kralı II Alpinin oğlu və Dal Riada kralı I Kennetin qardaşı idi. I Kennet 858-ci ildə vəfat edəndə iki oğlu var idi, ancaq krallığın tanistri formasındakı vərəsəlik qanunlarına görə, onun xələfi ən böyük oğlu yox, kiçik qardaşı Domnall mak Alpin olmuşdu. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Дональд // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Jeleznodorojnı rayonu (Rostov-na-Donu)
Jeleznodorojnı rayonu (rus. Железнодорожный район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1937-ci ildə təsis edilən rayon. Rayonun ərazisi 69,0 km² təşkil edir. == Tarixi == Rayon ərazisində ilk yaşayış məntəqəsi hələ çoxdan mövcud idi. 1747-ci ildə Don çayının sağ sahilində, Temernik çayının aşağı axarında Qnilovski stanisası inşa edilmişdi. 1864-cü ildə bölgədən dəmir yolu çəkilmişdir. Stansiya və yaşayış məntəqəsi 1937-ci ildə rayon olaraq təsis edilmişdir. Rayonun adı isə onun ərazisindən keçən dəmir yolu ilə əlaqəlidir. == Əhalisi == Rayonun ümumi əhalisinin hər üçündən biri təqayütçüdür. == İqtisadiyyat == Rayonun iqtisadiyyatın mühüm yeri Şimali-Qafqaz dəmir yolları tutur.
Karl Marks abidəsi (Rostov-na-Donu)
Karl Marks abidəsi — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Karl Marksın şərfinə ucaldılmışdır. Abidə 1959-cu ildə ucaldılmışdır. Müharibəyə qədər bu abidənin yerində də Karl Marsa aid abidə olmuşdur. Abidənin müəllifləri heykəltaraş Moisey Solomonoviç Altşuler və arxitektor Mixail Adolfoviç Mikus olmuşdur. Rusiyanın mədəni irsi siyahısına daxil edilməmişdir. == Tarixi == Karl Marks abidəsi təntənəli şəkildə 28 iyun 1925-ci ildə Naxçıvan-na-Donu şəhərinin mərkəzi meydanında açılışı gerçəkləşdirilmişdir. Abidə əvvəllər mövcud olmuş II Yekaterinaya aid abidənin yerində və altlığının üzərində quraşdırılmışdır. II Yekaterinaya aid olan abidə sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər tərəfindən dağıdılmışdır. Heykəlin qoyulduğu meydan Karl Marksın adına adlandırılmışdır.
Kay Donner
Kay Donner(isv. Kai (Karl) Reinhold Donner; 1 aprel 1888, Helsinki – 12 fevral 1935, Helsinki) — Fin etnoqrafı, dilçisi və siyasətçisi. == Həyatı == 1888-ci ildə anadan olmuşdur. Onun maraq dairəsi Ural dillərinin araşdırılmasıdır. "Beiträge zur Frage nach dem Urspnıng der Jenissei-Ostjaken", "Über das Alter der ostjakischen und vogulischen Renntierzucht" kimi bir sıra yazıların müəllifidir. Ural dillərilə yanaşı əski və yeni türk dilləri ilə də olduqca dərindən məşğul olmuşdur. Dilçi-alimin "Zu den ältesten Berührungen zwischen Samojeden und Türken" başlıqlı yazısı olduqca dəyərli bir əsərdir. Bu yazıda Donner samoyedlər və türklər arasında olmuş qədim əlaqələri işıqlandırmış və çuvaş xüsusiyyətləri daşıyan dilin ortaq türk dilindən ayrılmasından öncəki dövrləri haqqında maraqlı fikirlər söyləmişdir. Donner nəinki əski türk yazıları ilə, həmçinin türk dialektlərinin öyrənilməsi ilə də məşğul olmuşdur. Onun 1956-cı ildə nəşr edilmiş "Kaça" sözlüyü alimlər tərəfindən bəyənilmişdir.
Kirovski rayonu (Rostov-na-Donu)
Kirovski rayonu (rus. Кировский район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1936-cı ildə təsis edilən rayon. Rayon ərazisində istər Cənub Federal Dairəsinin istərsə Rostov vilayətinin inzibati binaları, iri iqtisadi və ticarəti şirkətlər həmçinin iri iri mədəniyyət mərkəzləri yerləşir. == Tarixi == Rayonun tarixi taleyi onunla bağlıdır ki, rayon Rostov-na-Donu şəhərinin əsas hissəsində təşkil edilmişdir. Məhs burada 1749-cu ildə şəhərin əsası qoyulmuşdur. Burada təbii su mənbəyi olmuşdur ki, ondan hətta I Pyotr belə içmişdir. Rayon ərazisində yerləşən Sedov küçəsi Rostov-na-Donu şəhərinin ən böyük və mərkəzi küçələrindən olmuşdur. Ərazi şəhər tarixinin bir çox mühüm hadisələrinə sahidlik etmişdir. Artıq XVIII əsr Rostov güclü müdafiə və ticarət şəhəri funksiyasını oynayırdı. Buradan xaricə kənd təsərrüfatı malları, dəmir məmulatları ixrac edilirdi.
Kolin O’Donoqu
Kolin Artur O’Donoqu (ing. Colin Arthur O'Donoghue) — İrlandiyalı aktyor və musiqiçidir. Biri Var İdi, Biri Yox İdi serialında oynadığı Kapitan Kilian ”Huk” Cons rolu ilə tanınır. Bundan başqa 2011-ci il istehsalı olan Ayin filmində kahin Maykl Kovak rolunu ifa etmişdi. == Həyatı və təhsili == Kolin Con və Meri O'Donoqunun oğludur və o İrlandiyanın Droqeda şəhərində Roma-Katolik kilsəsi ailəsində böyüyüb. O yerli məktəblərdə təhsil aldıqdan sonra Dublinə getdi və burada The Gaiety School of Acting kollecinə daxil oldu. 16 yaşı olarkən fransız dilini öyrənmək üçün Parisə getdi. == Kariyerası == Kolinin ilk karyera illəri İrlandiya və İngiltərədə teatrda və televiziya seriallarında rol almaqla başladı. 2003-cü ildə Krismas Üçün Ev filmində oynadığı Norman roluna görə Ən yaxşı yeni istedad nomonasiyası üzrə İrland Film və Televiziya Mükafatı-na layiq görüldü. 2009-cu ildə Tudorlar adlı tarixi serialın 3-cü mövsümündə "Bavariadan olan Duk Filip" adlı seriasında rol ifa etdi.
Kornuoll dondurması
Kornuoll dondurması (ing. Cornish ice cream) – Böyük Britaniyanın cənub-qərbində, Kornuollda hazırlanan dondurma çeşidi. Hazırlanmasında Kornuoll qatılaşmış qaymağından istifadə olunur, bəzən isə sorbedən də istifadə oluna bilər. Hazırda Kornuollda fermalarda sağılmış süddən hazırlanmağa davam edilsə də, bütün Böyük Britaniyada Kornuoll dondurması (və bütün brendləri) satılır. Adi dondurma və vanilya ekstratından da hazırlana bilər. Hazırda bəzi şirkətlər (Şərqi Luudakı bir şirkət kimi) Kornuoll dondurmasının istehsalında ancaq Kornuoll qaymağından və Kornuoll südündən istifadə etdiklərini iddia edirlər. == Həmçinin bax == Kelly's of Cornwall == İstinadlar == == Xarici keçidlər == Milln, Jessica. "Cornwall's finest ice creams: 'first and last'. « Beyond the pasty". Beyondthepasty.wordpress.com.
Kostinin binası (Rostov-na-Donu)
Tacir Kostinin gəlirli binası - Rostov vilsyəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Tikili Rostov-na-Donu şəhəri, Çexov prospekti, Suvorov küçəsi ev 29/37 ünvanında yerləşir. Bina XIX əsrdə inşa edilmişdir. XIX əsrin sonları XX əsrin əvvəlləri tacir Efim Yakovleviç Kostinə mənsub olmuşdur. Bina regional əhəmiyyətli tarixi, arxitektur və monumenal abidələri siyahısına daxil edilmişdir. Bina dörd mərtəbədən ibarətdir. Vəziyyəti idealdır. == Tarixi == Bina XIX əsrin sonlarında inşa edilmişdir. 1917-ci ilə qədər bina Malaya-Sadovnaya küçəsi, ev 37/35, Malıy prospekti ünvanında yerləşirdi. Tacirin bu binadan başqa Yağ zavodu belə olmuşdur.
Koysuq (Don çayı)
Koysuq çayı — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Don çayının sol qolunu təşkil edir. Koysuq çayının uzunluğu 55 km təşkil edir. == Течение == Koysuq Don çsyının mənsəbinə yaxın olan son sol axarlarından biridir. Don çayının keçmiş qoludur. Koysuq çayı başlanğıcını eyni adlı göldən götürür. Mənbə Batayskdan 3–4 km yuxarıda qərarlaşır. Dəmiryol körpüsünü keçdikdən, Rostov-na-Donu şəhərindən 8 km aralıda çay iki qola bölünür. Birincisi Bataysk şəhəri və Koysuq kəndi ərazisinən axır. İkincisi isə dəmiryolu boyunca 6 km uzanlr.
Kral Dongmyeong
Kral Dongmyeong (e.ə. 58, Buyeo krallığı – e.ə. 19), Jumong(주몽, 朱蒙) və ya Dongmyeongseongwang (동명성왕, 東明聖王) (mənası Şərqin müqəddəs kralı) — Goguryeo krallığının birinci kralıdır. Eramızdan əvvəl 37-19-cu illərdə hökmdarlıq etmişdir. Ondan sonra hakimiyyətə oğlu Kral Yuri keçmişdir. == Doğum == Jumonqun atasının kim olduğu haqqındakı məsələ müzakirəlidir. Bir əfsanəyə görə, Jumong Hae Mo-su (해모수, 解慕漱) və Habaek (하백, 河伯) adlandırılan çay tanrısının qızı Yuhvanın (유화, 柳花) oğludur. Hae Mo-su Yuhva çayda çimərkən onunla qarşılaşmışdı. Ancaq çay tanrısı Hae Mo-sunu bəyənmədi və daha sonra Hae Mo-su əbədiyyətə qovuşdu. Çay tanrısı Yuhvanı Ubal çayından (우발수, 優渤水) uzağa atdı.
Kral Dongmyeonq
Kral Dongmyeong (e.ə. 58, Buyeo krallığı – e.ə. 19), Jumong(주몽, 朱蒙) və ya Dongmyeongseongwang (동명성왕, 東明聖王) (mənası Şərqin müqəddəs kralı) — Goguryeo krallığının birinci kralıdır. Eramızdan əvvəl 37-19-cu illərdə hökmdarlıq etmişdir. Ondan sonra hakimiyyətə oğlu Kral Yuri keçmişdir. == Doğum == Jumonqun atasının kim olduğu haqqındakı məsələ müzakirəlidir. Bir əfsanəyə görə, Jumong Hae Mo-su (해모수, 解慕漱) və Habaek (하백, 河伯) adlandırılan çay tanrısının qızı Yuhvanın (유화, 柳花) oğludur. Hae Mo-su Yuhva çayda çimərkən onunla qarşılaşmışdı. Ancaq çay tanrısı Hae Mo-sunu bəyənmədi və daha sonra Hae Mo-su əbədiyyətə qovuşdu. Çay tanrısı Yuhvanı Ubal çayından (우발수, 優渤水) uzağa atdı.
Krallıq donanması
Krallıq donanması (ing. Royal Navy) — Böyük Britaniyada hərbi təşkilatlanmanın dənizçilik qoludur. Vəzifəsi dənizlərdə beynəlxalq təhlükəsizliyi, ticarəti qorumaq, beynəlxalq müqavilələrə əməl etməkdir.
Kvaq Donyon
Kwak Dong-yeon (kor. 곽동연; 19 mart 1997, Tecon) — Cənubi Koreyalı aktyor və musiqiçidir. O, 2012-ci ildə "Koreya Dram Mükafatları"nda "Ən Yaxşı Gənc Aktyor" mükafatını aldığı "My Husband Got a Family"(2012) serialında aktyorluq debütünü edib. Daha sonra "Adolescence Medley" (2013), " Modern Farmer" (2014) filmlərində rol aldı və 2016-cı ildə "Love in the Moonlight" tarixi draması ilə tanınıb. O, həmçinin "Gangnam Beauty" (2018), "My Strange Hero" (2018), "Never Twice" (2019), "Vincenzo" (2021) və "Big Mouth" (2022) filmlərindəki rolları ilə məşhurdur. == Erkən həyat və təhsil == Kvaq 19 mart 1997-ci ildə Cənubi Koreyanın Decon şəhərində iki bacı-qardaşdan sonra ailənin kiçik oğlu olaraq anadan olub. 13 yaşında rəssam olmaq arzusunu həyata keçirmək üçün daimi olaraq təkbaşına Seula köçdü. 2010-cu ildən FNC Academy-də musiqi təhsili alır, eyni zamanda aktyorluq dərsləri də alır. 2013-cü ilin fevral ayında "Munrae Junior" Liseyini bitirib və 2016-cı ilin fevralında Seul İfa Sənətləri Məktəbini bitirib. == Karyera == === 2012–2015:Başlanğıclar === Kvaq əvvəlcə FNC Entertainment tərəfindən idarə olunan stajçı qrupu olan Kokoma Bandın (hərfi mənada "Little Kids' Band") aparıcı gitaraçısı və vokalisti idi.
Kyursya-Donqalon
Kürsya-Donqalon (fr. Curciat-Dongalon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivye-de-Kurt kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 340 km cənub-şərqində, Lion şəhərindən 85 km şimalda yerləşir və Burk-an-Bres şəhərindən 31 km şimalda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 456 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 249 nəfər arasında 197 nəfər iqtisadi cəhətdən aktiv, 52 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi% 79,1, 1999-cu ildə 72,2%). 197 aktiv sakindən 182 nəfər işləyirdi (103 kişi və 79 qadın), 15 işsiz (8 kişi və 7 qadın) var.
La donna gravida
La donna gravida (it. La Gravida) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504-1506-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "La donna gravida" əsəri hal-hazırda İtaliyada Florensiya şəhərində saxlanılır.
Lisey № 13 (Rostov-na-Donu)
Lisey № 13 — Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında, ev 1 ünvanında yerləşən təhsil ocağı. Bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. Binada ilk əvvəllər Naxçıvan-na-Donuda yerləşir və Yekaterina Qızlar gimnaziyası adlanırdı. Məktəbin binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == XIX əsrin sonları Naxçıvan-na-Donuda qızlar gimnaziyası yaradılmışdı. Gimnaziya şəhərin əsasını qoyan imperatriça II Yekatrinanın şərəfinəadlandırılmışdır. Gimnaziya üçün bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. İlk əvvəllr binanın iki mərtəbəsi mövcud idi. Yekatrina qızlar gimnaziyası şəhərin ən elit təhsil ocağı sayılırdı. Burada din, fransız dili, rus dili, coğrafiya, tarix, tikiş, rəssamlıq öyrədilirdi.
Maddalena Doninin porterti
Maddalena Doninin porterti (it. Ritratto di Maddalena Strozzi) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Maddalena Doninin porterti" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərində saxlanılır.
Marqarita Çernovanın binası (Rostov-na-Donu)
Marqarita Çernoqanın binası — Rostov-na-Donu şəhəri ərazisində, Bolşoy Sadovnaya küçəsi 27/47 ünvanında yerləşən bina. Binanın tikintisi 1899-cu ildə başa çatırılmışdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. Binanın sahibi Marqarita Çernova olmuşdur. Layihəsinin müəllifi Nikolay Aleksadr Doroşenko olmuşdur. == Tarixi == Bolşoy Sadovnaya küçəsi ev 27/47 ünvanında yerləşən bina Marqarita Nikitiç Çernovanın pərəstişkarı tərəfindən inşa edilərək ona hədiyyə edilmişdir. Bu şəxs Paramnovlar ailəsinin üzvü olmuşdur. Binanın layihə müəllifi Nikolay Aleksadr Doroşenko olmuşdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində binada ballar, şənliklər təşkil edilirdi. Binanın birinci mərtəbəsində əsasən ticari obyektlər yerləşirdi.
Massimo Donati
Massimo Donati (it. Massimo Donati; 26 mart 1981, Cedellano, Udine, Friuli Venezia Giulia) — İtaliyalı keçmiş futbolçu, hal-hazırda məşqçi işləyir. Mövqeyi Yarımmüdafiəçi olub. O hal hazırda, İtaliya D seriyasında "Leqnaqo Salus" klubunun baş məşqçisidir. == Karyera == Massimo "Atalanta" klubunun yetirməsidir. 3 il Berqamo klubunda oynadıqdan sonra gənc yarımmüdafiəçi 15 milyon avroya "Milan"a transfer edilir. O zaman Donati İtaliyanın ən perspektivli gənc futbolçularından biri sayılırdı. Massimo 2001-ci ildə "Milan"a qatılır. Futbolçu Milan klubundakı ilk mövsumundə yaxşı təsir bağışlamır. Gənc Massimonun ehtiyat oyunçular skamyasında oturub oyun praktikasından əziyyət çəkməməsi üçün Milan rəhbərliyi futbolçunu icarəyə göndərməyə qərar verir.
Metallurq Donetsk FK
Metalurğ (Donetsk) — Ukraynanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 4 dəfə Avropa kuboklarında iştirak edib.
Moskva mehmanxanası (Rostov-na-Donu)
Palas-Otel — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Rostov-na-Donu şəhəri Bolşoy Sadovnaya küçəsi ev 62 ünvanında yerləşir. Bina 1893—1896-cı illərdə arxitektor Aleksandr Vikanoroviç Pomeransevin layihəsi əsasında inşa edilmişdir. Binanın inşasında Nikolay Nikitiç Durbaxda iştirak etmişdir. Bina hazlrda təmirə bağlanmışdır. Onun reakanstruksiya edilməsi planlaşdırılır. «Moskva mehmanxanası» regional əhəmiyyətli mədəni irs siyahəşlsına daxil edilmişdir. Eklektika stilinə sahibdir. == Tarixi == XIX əsrin ortalarında erməni əsilli tacir Mares Babacanyan Hindistanda olan əmlakından əldə edilən vəsaitin bir hissəsini Naxçıvan-na-Donu şəhərinə bağışlayır. 1860-cı ildə digər erməni yazıçı və inqilabçı demokrat Mikael Nalbaldyan özünün «Şimal parıltısı» (Hyusisapayl) jurnalında bu vəsaitin şəhər sakinlərinə qaytarılmmasını tələb edir.

don sözünün leksik mənası və izahı

  • 1 is. 1. Havanın sıfırdan aşağı dərəcəsi, şaxta. □ Don aparmaq – donun təsirindən, şaxtadan zədələnmək, yaxud keyimək. Ayağını don aparmaq. Don kəsmək – dondurmaq dərəcəsində şiddətli təsir etmək; bərk üşümək, soyuqdan donmaq. Səhərə qədər bədənimi don kəsdi. // Şaxtalı, çox soyuq. Qaranlıq və don bir gecə idi. A.Şaiq. Don vurmaq – bərk şaxtadan xarab olmaq. 2. Bərk soyuqdan müvəqqətən buz halına keçmiş su və başqa mayelər; buz. Donu açılmaq (buz halında olan mayenin əriməyə başlaması). ◊ Dona qalmaq – təəccübdən donub qalmaq, mat qalmaq, çaşmaq. Gəray bəy gözünü zilləyib ona; Varlığı daş kimi, qalmışdır dona. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / don
  • 2 is. Qadınların, habelə kişilərin üstdən geydikləri uzunətəkli, belibüzməli, ya büzməli paltar. [Kişinin] əynində qara şaldan belibüzməli don vardır. H.Sarabski. [Qədir:] Allah qoysa, qulluqda hamısının əvəzi çıxar, arxalıq nədir, sənə lap məxmər don alaram. Mir Cəlal. // Ümumiyyətlə, paltar, libas, üst geyim. Sənə ağ don yaraşır, niyə qarə geymisən sən? S.Ə.Şirvani. Bərk ayaqda körpəsini ayıraraq döşündən; Mərd analar cəbhələrdə don geyəcək meşindən. S.Rüstəm. [Nuriyyə:] İnstitutda oxuduğum zaman rəfiqələrim gündə bir dəst paltar geydikləri halda, mən bütün ili bir donla başa vurdum… İ.Əfəndiyev. // məc. Obrazlı təşbehlərdə, örtü mənasında. [Fitnə:] …Yaşıl don geyinmiş çayır, dağ, yamac; Bir şənlik məclisi qurmuş hər orman. A.Şaiq. Qara dəniz gecənin qara donuna bürünüb yatmışdı. M.S.Ordubadi. …Ağ don geyinmiş bu qış … Dilaranın gözlərində qaraldı. Ə.Məmmədxanlı. // məc. Görkəm, qiyafə, zahiri görünüş. Bu donda heç kəsi görmədim. ◊ Don biçmək – 1) məc. tənbeh etmək, bərk cəzalandırmaq; 2) məc. səliqəyə salmaq, sahmana salmaq. Bu işə bir don biçmək lazımdır; 3) məc. kələk gəlmək, bazı gəlmək, başını tovlamağa çalışmaq. Sərçəyə bax, qaraquşa don biçər; Mərd igidlər dolu badələr içər. “Koroğlu”. Don geydirmək (geyindirmək) – əslində olmayan bir məna, mahiyyət, rəng vermək, bir şəklə salmaq. Müxtəsər, yenə nə qədər düşündümsə, bu suallara müsbət bir don geydirməyi bacarmadım. M.S.Ordubadi. Muxtar Zeynalov danışığına siyasi don geyindirdi. Ə.Vəliyev. Dona (min dona) girmək – əsil mahiyyətini gizlətmək, yaxud bir məqsədə çatmaq üçün özünü başqa cür göstərmək, başqa cür qələmə vermək, cilddən-cildə girmək, uyğunlaşmaq. [Hacı Rəcəbəli:] Qorxma, Həpo bir nadürüstdür ki, hər sifətə və hər dona girə bilir. M.F.Axundzadə. Həyat bizə nələr deyir: düşmən girir min dona; Bəzən durur quzu kimi, bəzən dönür quzğuna. S.Vurğun. Dona salmaq – bax don geydirmək. …donuna girmək – özünü … kimi göstərmək (qələmə vermək), … cildinə girmək. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. C.Məmmədquluzadə. [Pəri Cadu:] Gərək qaranquş donuna girib uçub, harada olsa tapıb göndərəsən. Ə.Haqverdiyev. Donunu dəyişmək – 1) məqsədinə çatmaq üçün ayrı cildə girmək, başqa cür hiyləli tədbirlərdən istifadə etmək; 2) şəklini, görünüşünü, vəziyyətini dəyişdirmək. Təbiət qışda öz donunu dəyişdirir. – Bu gün dəyişdirir donunu dövran; Dünya göz açmayır qasırğalardan. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / don
  • 3 Qadınların və kişilərin üst geyimi //ümumiyyətlə paltar, libas, üst geyim. (“Koroğlu” dastanının lüğəti) Çənlibeldə köçüm, qonum, Atlasdan biçilər donum, Ortadan qalxmaya xonum, Gündə yüz qonağım ola!..                           (“Qulun qaçmağı”)

    Azərbaycan dastanlarının leksikası / don

don sözünün etimologiyası

  • 1 Məsəl var: gözəllik ondur, doqquzu dondur. Niyə palto, pencək... yox, məhz don? Don sözünün qədim mənası “paltar” (bütün növlər üzrə) deməkdir. Zənn etmək olar ki, dondan (soyuqdan, donmaqdan) qorunmaq vasitəsi olduğu üçün elə “don” adlandırılıb. İndi don sözünün mənası daralıb və o, hər cür paltarı deyil, yalnız qadın paltarının xüsusi növünü bildirir. Suyun donması və don (paltar) eyni kökə malikdir, “qabıq” deməkdir (buz suyun qabıq bağlaması, paltar (don) adamın qa­bığa girməsidir). Mənbələrdə bu sözün mənası “atın rəngi” (ruslar buna ” мастъ” deyirlər) anlamında da verilib (paltar anlamına uyğun gəlir.) (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / don

don sözünün sinonimləri (yaxın mənalı sözlər)

don sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 DON I is. Uzun qadın paltarı. Qızılgüldən, lalədən; Don biçib gey qırmızı (Ə.Cəmil). DON II is. Şaxta. Şaxtalı qışlarda həsirə bükülmüşdü ki, don vurmasın (M.İbrahimov). DON III f. Üşümək, büzüşmək, donmaq. Burda don artmışdır Talıstan dağı; Donur dumanlarda quşun ayağı (S.Vurğun).

    Azərbaycan dilinin omonimlər lüğəti / don

don sözünün rus dilinə tərcüməsi

  • 1 1. платье; 2. мороз, заморозки;

    Azərbaycanca-rusca lüğət / don
  • 2 1 I сущ. платье: 1. цельная женская одежда. Don biçmək кроить платье, don geyinmək носить платье, satin don сатиновое платье 2. всякая одежда, носимая поверх белья 3. перен. одеяние; покрывало. Meşələrərin yaşıl donu зеленое одеяние лесов, gecənin qara donu черное покрывало ночи 4. внешний вид (человека). Bu donda в этом виде II прил. платяной ◊ don biçmək kimə обманывать хитростью кого; dona girmək менять свой облик, притворяться, маскироваться; dondan-dona girmək менять маски, хамелеонствовать; don geydirmək: 1. nəyə приводить, привести в божеский вид; 2. придавать, придать законную форму чему-л. незаконному; dona salmaq nəyi см. don geydirmək: donuna girmək kimin, nəyin лезть в шкуру чью; donunu dəyişdirmək изменять, изменить свой внешний вид 2 I прил. мёрзлый, замёрзший. Yer dondur земля мёрзлая II сущ. 1. мороз, морозец. Don payızlıq taxılı vurdu мороз побил озимые 2. лёд; гололёд, гололедица. Don tutmaq покрыться льдом; donu açılmaq: 1. nəyin оттаивать, оттаять. Ətin donu açıldı мясо оттаяло; 2. перен. kimin становиться, стать разговорчивым; разговориться

    Azərbaycanca-rusca lüğət / don

don sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. dress, gown, frock; axşam ~u evening dress / gown; baharın yaşıl ~u green dress of spring; ◊ ~a girmək to pretend to be, to put* on a mask; ◊ Gözəllik ondur, doqquzu dondur at. söz. ≅ The tailor makes the man, Fine feathers make fine birds II. i. 1. frost; 2. icy-crushed ground, ice-covered ground; Yollar dondur Roads are covered with ice; ~ vurmuş frostbitten III. s. frozen; Torpaq dondur The ground is frozen

    Azərbaycanca-ingiliscə lüğət / don

don sözünün fransız dilinə tərcüməsi

don sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. дав, къай; don aparmaq давди кьун (ягъун), къаю тухун (ягъун); don kəsmək къаю атӀун; гзаф мекьи хьун, мекьила чӀагун, къун (мес. гъилер, беден); // къай авай, гзаф мекьи (мес. йиф); 2. мурк, дав; donu açılmaq дав ахъа хьун, авагъун (ччилер ва мс.); ** dona qalmaq къах хьана аламукьун, пагь атӀун, мат хьун, акахьна амукьун (тажубдикай).

    Azərbaycanca-ləzgicə lüğəti / don
  • 2 сущ. 1. ппек (винелай алукӀдай); блушка (дишегьлийрин); 2. пер. къецепатан акунар, къамат; 3. пер. са куьнин винел пад кӀевдай затӀ, чухва, кӀурт (тешпигьра: жив, къацувал ва мс. манайра); ağ don лацу чухва (жив манада); yaşıl don къацу чухва, къацу мехмер (векь, къацувал манада); ** don biçmək а) пер. туьнбуьгь авун, кӀеви жаза гун, ахварун; б) пер. селигъада ттун, къайдада ттун; в) пер. луьлуь атун, синтӀ ягъун, кьил алцуриз алахъун; don geydirmək (geyindirmək) эсилдай авачир са мана, ранг, кӀалуб гун; dona (min dona) girmək жилдина гьахьун, жилд дегишун, са макьсаддив агакьун патал вичи-вич масакӀа къалурун, масакӀа къелемдиз гун, масакӀа тухун, асул метлеб чуьнуьхарун; dona salmaq кил. don geydirmək; ...donuna girmək ...жилдина гьахьун, вичи-вич ... хьиз тухун (къелемдиз гун); donunu dəyişmək а) жилд дегишун, макьсаддив агакьун патал маса жилдина гьахьун, гьилледал гъил вегьин; б) вичин кӀалуб, шикил, акунар, авай везият дегишарун.

    Azərbaycanca-ləzgicə lüğəti / don

"don" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#don nədir? #don sözünün mənası #don nə deməkdir? #don sözünün izahı #don sözünün yazılışı #don necə yazılır? #don sözünün düzgün yazılışı #don leksik mənası #don sözünün sinonimi #don sözünün yaxın mənalı sözlər #don sözünün əks mənası #don sözünün etimologiyası #don sözünün orfoqrafiyası #don rusca #don inglisça #don fransızca #don sözünün istifadəsi #sözlük