dan sözü azərbaycan dilində

dan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dan • 98.4651%
  • Dan • 1.4833%
  • DAN • 0.0516%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dan
Dan — ad. Dan (kral) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Dan Vilson (musiqiçi) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. Dan-Aksel Zaqadu — Fransa futbolçusu. Dan Anderson — İsveç yazıçısı və şairi. Dan Stav — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku — Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Soyad Sun Dan — Çini təmsil edən bədii gimnast. Digər Dan dili — Danimarkanın dövlət dili.
Dan (kral)
Dan və ya Halfdan (dan. Halvdan) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Onun adı orta əsrlərdə yazılmış Skandinaviya ədəbiyyat nümunələrində verilir. == Adı == Dan adının mənası naməlum olsa da, Halfdan adının mənası Azərbaycan dilində "yarı dan" deməkdir və qədim skandinav dilindən törəyib. Buna baxmayaraq, filoloqlar Dan adının Danimarkanın coğrafi adından daha qədim olduğunu düşünürlər. Kral Danın adı barədə VI əsrdə məşhurlaşmış bir xalq mahnısı mövcuddur. VII əsrdə Danimarka əhalisinə danlar olaraq müraciət edilməyə başlanmışdır.
Dan Anderson
Daniel (Dan) Anderson (Dan Andersson, 6 aprel 1888[…] – 16 sentyabr 1920[…], Stokholm) — İsveç yazıçısı və şairi. == Həyatı == Dan Anderson Dalarnada, Skattlösberqdə müəllim ailəsində doğulub.Valideynləri: Adolf Anderson və Auqust Şerp. Skattlösberq fin torpaqları (finnmarker) adlanan cənubi Dalarnada yerləşirdi.Erkən gənclikdə o,meşədə və xalq məktəbində müəllim işləmişdir.Ailə çətin yaşayırdı, ona görə də onu 1902-ci ildə ailəsi onu Amerikaya göndərmək qərarına gəldi.Lakin ailəsinə yazdığı məktubda Amerikada şəraitin İsveçdən yaxşı olmadığını xəbər verdikdən sonra atası onu geri çağırır.Ailə 1905-ci ildə Skattlösberqdən gedir, lakin 1911-15 ci illərdə yenə hal-hazırda şairin muzeyi yerləşən Skattlösberqdə,Luossada yaşayır.Burada Dan Andersson hekayə və şeirlər yazırdı, hansı ki, böyük hissəsi «Kolarhistirier» və «Kolvaktarens visor»dan ibarətdir.1914-15-ci illərdə Andersson Brunsvik adlı xalq məktəbində oxuyur.Həmin vaxtlarda o, tanınmış şair olur , şeir və mahnılar yazır.Bunların bəzisi müasir dövrdə də daha məşhurdurlar: «Till min syster» (Mənim bacıma),«Jungman Jansson» (Yunqman Yanson).Anderson özü akordeonda və skripkada çalırdı. 1917-18-ci illərdə Anderson "Nü tid" (Göteborq) qəzetində çalışmağa başlayır, Redyard Kiplinq və Bodlerin şeirlərini isveç dilinə tərcümə edir.1918-ci ildə aktyor və trubadur Qunnar Turessonun bacısı Olqa Turessonla evlənir. == Yaradıcılığı == Dan Andersonun şeirlərində Frödinq, Karlferd, Kiplinq, Suinberq, Şarl Bodlerin təsiri hiss olunur.Anderssonun yaradıcılıq mirasına çoxlu şeir və mahnılar, «Kolvaktarens visor», «Svarta ballader» (Qara balladalar) daxildir,hansı ki,aralarında «En spelmans jordfärd» (Musiqiçinin dəfni), «Jungman Jansson», «Till min syster» (Mənim bacıma),«Omkring tiggarn från Luossa» (Luossadan yoxsul səyahətçi), «Spelmanen» (Musiqiçi), «En tröstesam visa till idealisten och läraren Angelman» (İdealist və müəllim Anqelmana təsəlliedici mahnı) xüsusi ilə məşhurdur.O, prozalar da yazırdı. «Kolarhistirier» (Kömür hekayələri) və «Det kallas vidskepelse», 1916 (Bu,mövhumat adlanır) hekayələri tarixçi Öran Heqqin fikrinə görə yalnız Dan Anderson tərəfindən yazıldığına görə maraqlıdır. «De tre hemlösa»,1918 (Üç evsiz) və «David Rammas arv»,1919 (Devid Rammın mirası) romanları da uğursuz hesab olundu. == Ölümü == Dan Anderson 1920-ci il 16 sentyabr tarixində Stokholmda "Helman" otelinin 11-ci nömrəsində zəhərlənmədən vəfat edir.O, paytaxta sosial-demokrat qəzetin jurnalisti kimi gəlmişdi.Dan Anderson Lüdvikdə (Dalarna) Lüviken kilsəsinin həyətində dəfn edilmişdir. == Dan Anderson müasir dövrdə == 1979-ci illərin əvvəlində «Omkring tiggarn från Luossa» mahnısı milli top-siyahıda (Svensktoppen) çox uzun müddət qalmışdır.Dan Andersonun mahnılarının ifaçları kimi ilk növbədə özünəməxsus ifası olan Sofiya Karlssonu, həmçinin Qunde Yuhansson, Torsteyn Berqman, Staffan Hellstrand, Rolf Vikström, Per Sörman, Dan Viktoru göstərmək olar.İoakim Toström "Blek Cim" adlı melodiyanı Dan Andersona həsr etmişdir (Blek Cim-Dan Anderssonun jurnalist ləqəbidir).
Dan Feuerriegel
Deniel Qreqori Fyurriqal (ing. Daniel Gregory Feuerriegel; 29 oktyabr 1981, Sidney) — avstraliyalı film və serial oyunçusu. == Həyatı == Daniel Feurriegel 1981-ci il, 29 oktyabrda Sidneydə doğulmuş avstraliyalıdır. Brisbanedə aktyorluğa başlayan və kiçik rollarda çəkilən aktyor, Avstraliya istehsalı olan filimlərdə də rol almışdır. Geniş kütlələr tərəfindən tanınmasına isə Spartacus: Blood and Sand,Spartacus: Vengeance,Spartacus: War of the Damned seriallarında canlandırdığı alman qladiator Aqron rolu olmuşdur.
Dan Meridor
Dan Meridor (ivr. ‏דן מרידור‏‎; 23 aprel 1947, Qüds) — İsrail siyasətçisi və hüquqşünası, knessetin üzvü (11, 12, 13, 14, 15, 16, 17, 18 çağırışlar), İsrailin ədliyyə naziri (1988–1992), İsrailin maliyyə naziri (1997–1998), keçmiş kəşfiyyat naziri və atom enerjisi komissiyasının rəhbəri. == Həyatı == Dan Meridor 23 aprel 1947-ci ildə Mandat Fələstini ərazisində Menaxem Beginin ortağı Eliyahu Meridor və doktor Raanana Meridorun ailəsində anadan olub. İsrail Müdafiə Qüvvələrinə çağırılmış, zirehli qüvvələrdə xidmət etmiş və zabit rütbəsinə qədər yüksəlmişdir. Altı günlük müharibədə iştirak etmişdir. Meridor Yerusəlim Yəhudi Universitetinin bakalavr məzunu olmuşdur. 1982–1984-cü illərdə Meridor hökumət katibi vəzifəsini icra etdi. 1984-cü ildə Likud partiyasının üzvü kimi 11-ci knessetin tərkibinə daxil oldu, bu çağırışda parlamentin iki alt komitəsinin sədri vəzifəsini icra edirdi. 1988-ci ildə, 12-ci knessetə yenidən seçildi, bu dövrdə ölkədə Yitzhak Şamirin başçılıq etdiyi iki hökumət mövcud idi ki, hər ikisində Meridor İsrailin ədliyyə naziri vəzifəsini icra edirdi. Mərkəzin Partiyasının təmsilçisi kimi 15-ci Knessetə seçildi.
Dan Stav
Dan Stav (d. 8 may 1956, Hayfa, İsrail) — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-2019) == Ailəsi == Gili Stavdır.
Dan dili
Dan dili (dan. dansk) — Danimarkanın dövlət dili, skandinav dillərindən biri. Danimarkada və Almaniyanın şimalında istifadə olunur. Dilin daşıyıcılarının ümumi sayı 5,7 milyon nəfərdir. XV-XIX əsrlərdə Norveçin, XIX əsrin ortalarınadək Şlezviq-Qolşteynin rəsmi dili olmuşdur. === Ərazi və say === Dan dili aşağıdakı ölkələrdə yayılmışdır; Danimarkada - Əhalinin sayı 5 425 420 nəfər, onlardan 461 614 nəfəri mühacirdir və bir hissəsi dan dilini bilmir (2005) Qrenlandiyada - adada yaşayan və etnik mənşəyi dan olan 6,8 min nəfər (2005) arasında yayılmışdır və bir çox qrenlandiyalılar üçün ikinci dildir. Farer adalarında - Rəsmi dairələrdə farer dili ilə yanaşı istifadə olunur (Farer adaları sakinlərinin, demək olar ki, hamısı dan dilini xarici dil kimi yaxşı mənimsəmişlər), lakin burada etnik mənşəyinə görə dan olanların sayı azdır. Almaniyada - Şlezviq-Qolşteyn torpaqlarında yaşayan 50 min nəfər danın ana dilidir, bundan əlavə, yaxın keçmişdə təxminən 50 min dan da Almaniyada məskunlaşmışdır.
Dan ulduzu
Dan ulduzu (yaxud Çoban ulduzu) - Venera planetinin başqa bir adı. Dan ulduzu (instrumental ansambl) - Gülarə Əliyevanın bədii rəhbərliyində fəaliyyət göstərmiş instrumental ansambl.
Sun Dan
Sun Dan (d. 4 sentyabr 1986) — Çini təmsil edən bədii gimnast. Sun Dan, 2008-ci ildə Çini XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. Sun Dan, 2008-ci ildə Çin bayrağı altında elə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Çai Tonqtonq, Çou Tao, Lü Yuanyanq, Sui Jianşuanq və Janq Şuo ilə birgə finalda 35.225 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Dan Balan
Dan Mihai Bălan (6 fevral 1979, Kişinyov) — Moldovalı sənətçi, bəstəkar və prodüserdir. O, Moldovanın O-Zone qrupunun və qrupun 32 ölkədə hit-paradlarda birinci olub və bütün dünyada 12 milyon nüsxə satılan beynəlxalq hit sinqlı " Dragostea Din Tei "-nin yaradıcısıdır. Sənətçi Disney Channel Rumıniya tərəfindən Brandy & Mr. Whiskers seriyalının saundtrekini oxumaq üçün seçilib.
Dan yeli
Dan yeli – Kamal Yaşarın rejissorluğu ilə 2019-cu ildə çəkilmiş qısametrajlı Azərbaycan filmi. Müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Film "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilmişdir. == Məzmun == Film Ermənistanla cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Hekayənin əsas qəhrəmanı 6 yaşlı "Qaqaş" adlı oğlandır. Onun əsas məşğuliyyəti və sevgisi futboldur. Digər uşaqlardan balaca olduğu üçün o, elə də yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahim isə keçmiş zabitdir və müharibədə bir ayağını itirib. Filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir.
Dan-Blanş
Dan-Blanş (fr. Dent Blanche) — İsveçrənin Vale kantonunda Pennine Alp dağlarında zirvə. 4.357 m (14.295 fut) hündürlüyündədir və Alp dağlarının ən yüksək zirvələrindən biridir. Zirvəyə ilk yüksəliş 18 iyul 1862-ci ildə Tomas Stüart Kennedi, Uilyam Viqram, Yohan Kroniq və Jan-Batist Kroz tərəfindən edilmişdi. == Adının mənşəyi == Fransız dilindən hərfi tərcümədə Dent Blanche — Ağ Diş deməkdir. Bununla belə, Dan-Blanş zirvəsində qar və buzlaqlar demək olar ki, olmur. 1842-ci ildə Voerl atlasında hətta Dan-Blanş Dan Noire (Qara Diş) kimi adlandırıldı. Guman edilir ki, yaxınlıqda yerləşən indi Val-d'Herans kimi tanınan başqa bir zirvə ilə adlarda qarışıqlıq olub. Bu zirvənin şimal üzü qar və buzlaqlarla örtülüdür. Vale kantonunun yerli sakinləri görünən qarsız zirvəni Val-d'Hérans, arxasındakı gizli zirvəni isə Dan-Blanş adlandırırdılar.
Dan Şehtman
Dan Şehtman (ivr. ‏דן שכטמן‏‎; 24 yanvar 1941, Tel-Əviv, Britaniya Fələstini) — İsrailli fizik və kimyaçı, 2011-ci ildə "Kvazikristalların kəşfinə görə" kimya üzrə Nobel mükafatı laureatı olmuşdur. 17 yanvar 2014-cü ildə o, İsraildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək qərarına gəlmişdir. Seçkilərin nəticələrinə görə, o, seçkilərin birinci turunda 120 səsdən 1 səs alaraq üzv seçilməmişdir. 2023-cü ildən ABŞ Milli Elmlər Akademiyasının üzvüdür. == Bioqrafiyası == Dan Şehtman 1941-ci il ayının 24-də Təl-Əvivdə anadan olmuşdur. Onun atası, yeni mühacir İtzhak Şehtman mətbəədə çapçı işləyirdi. Anası Nataniya Aşur 1906-cı ildə Ukraynanı ilk tərk etmiş pionerlər ailəsindən idi. Şehtmanın valideynləri hələ o, yeniyetmə ikən boşanmışdılar. Dan Şehtman Bat-Yam və Petah Tikvedə böyümüşdür.
Dan-Aksel Zaqadu
Dan-Aksel Zaqadu (3 iyun 1999, Kretey) — Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Erkən karyerası === Zaqadu öz futbolçu karyerasına yerli klublardan olan Kreteil klubunun akademiyasında başlamışdır. 2011-ci ildə 12 yaşı olarkən Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır. O, növbəti beş mövsümü PSJ akademiyasında keçirtdikdən sonra 2016-cı ildə əvəzedici komandaya dəvət almışdır. Zaqadu CFA liqasında 9 oyunda iştirak etmişdir. === Borussiya Dortmund === 5 iyun 2017-ci ildə Zaqadu Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubuna pulsuz transfer olmuş və beş illik müqavilə imzalamışdır. O, Dortmund klubunda ilk qolunu 28 oktyabr 2017-ci ildə Hannover 96 klubuna qarşı oyunda vurmuş və 59-cu dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk etmişdir. Həmin görüşdə Dortmund rəqibinə 2-4 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Zaqadu Fransanın U-16, U-17 və U-18 yığmalarında çıxış etmişdir. Hal-hazırda U-19 millisinin kapitanıdır.
Dan (antik şəhər)
Dan (ivr. ‏דן‏‎) — İbranicə İncildə adı çəkilən, İsrail Krallığının ən şimal şəhəri kimi təsvir edilən və Dan qəbiləsinə mənsub qədim şəhər. Şəhər müasir Qolan təpələrində yerləşən və ibrani dilində Tel Dan kimi tanınan şəhərlə eyniləşdirilir. == İdentifikasiya və adları == İbranicə İncildə qeyd edilir ki, Dan qəbiləsi tərəfindən fəth edilməzdən əvvəl bu yer Yeşua, Hakimlər və Yeşaya kitablarında fərqli yazılarla Laiş kimi tanınırdı. Yeşua 19:47-də bura Leşem adlanır, bu da "cəvahirat" deməkdir. Yeşaya 10:30-da bir sıra tərcümələrdə Laişa alternativ adı da var. Ravvin əsərləri və Filostorgiy, Feodorit, tudelalı Binyamin və Samuel bin Samson kimi yazıçıların hamısı Dan və ya Laişi yanlış olaraq Paneada ilə eyniləşdirdi. Qeysəriyyəli Yevsevi Dan/Laişi daha dəqiq şəkildə Paneada yaxınlığında, Sura gedən yolun dördüncü milində yerləşdirir. 19-cu əsrdə yaşamış isveçrəli səyyah İohan Lüdviq Burkxardt 1822-ci ildə ölümündən sonra nəşr olunmuş səyahətnaməsində İordan çayının mənbəyini "Dan" adlandırdı. Amerikalı dəniz zabiti Uilyam F. Linç Təll Əl-Qadinin 1849-cu ildə qədim Dan şəhərinin yeri olduğunu ilk dəfə müəyyənləşdirdi.
Dan (qədim şəhər)
Dan (ivr. ‏דן‏‎) — İbranicə İncildə adı çəkilən, İsrail Krallığının ən şimal şəhəri kimi təsvir edilən və Dan qəbiləsinə mənsub qədim şəhər. Şəhər müasir Qolan təpələrində yerləşən və ibrani dilində Tel Dan kimi tanınan şəhərlə eyniləşdirilir. == İdentifikasiya və adları == İbranicə İncildə qeyd edilir ki, Dan qəbiləsi tərəfindən fəth edilməzdən əvvəl bu yer Yeşua, Hakimlər və Yeşaya kitablarında fərqli yazılarla Laiş kimi tanınırdı. Yeşua 19:47-də bura Leşem adlanır, bu da "cəvahirat" deməkdir. Yeşaya 10:30-da bir sıra tərcümələrdə Laişa alternativ adı da var. Ravvin əsərləri və Filostorgiy, Feodorit, tudelalı Binyamin və Samuel bin Samson kimi yazıçıların hamısı Dan və ya Laişi yanlış olaraq Paneada ilə eyniləşdirdi. Qeysəriyyəli Yevsevi Dan/Laişi daha dəqiq şəkildə Paneada yaxınlığında, Sura gedən yolun dördüncü milində yerləşdirir. 19-cu əsrdə yaşamış isveçrəli səyyah İohan Lüdviq Burkxardt 1822-ci ildə ölümündən sonra nəşr olunmuş səyahətnaməsində İordan çayının mənbəyini "Dan" adlandırdı. Amerikalı dəniz zabiti Uilyam F. Linç Təll Əl-Qadinin 1849-cu ildə qədim Dan şəhərinin yeri olduğunu ilk dəfə müəyyənləşdirdi.
Dan Vilson (musiqiçi)
Dan Vilson (ing. Dan Wilson; 20 may 1961, Minneapolis, Minnesota) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. 2007-ci ildə "Not Ready to Make Nice" mahnısıyla ilin mahnısı, 2012-ci ildə "Someone Like You" albomuyla ilin albomu nominasiyası üzrə "Qremmi" mükafatının qalibi olmuşdur. Vilson müxtəlif insanlarla əməkdaşlıq etdi.Pink, Celine Dion, Leon Bridges, Mitski, Claud, Halsey, Weezer, Panic daxil olmaqla bir sıra məşhur sənətçilər Diskotekada, Səhər Gödəkçəm, Dierks Bentley, John Legend, Joy Oladokun, Laufey və bir çox başqaları. 2012-ci ildə Wilson Swift-in dördüncü studiya albomu Red üçün Taylor Swift ilə birlikdə yazdığı "Treacherous" mahnısının prodüseri oldu və nəticədə əlavə olaraq İlin Albomu Grammy nominasiyası qazandı. 2021-ci ildə Wilson "Treacherous"un yenidən yazılmış versiyasını prodüser etdi Swift-in ikinci yenidən yazılmış albomu, Red (Taylor's Version). 10 noyabr 2023-cü ildə Vilson "Kəpənək" üçün İlin Mahnısı üçün Grammy nominasiyaları aldı,Jon Batiste ilə yazdığı mahnı və "White Horse" üçün ən yaxşı ölkə mahnısıChris Stapleton ilə birlikdə yazdığı. 2024-cü ilin yanvarında Vilson American Symphony sənədli filmi üçün Jon Batiste ilə birlikdə yazdığı "It Never Went Away" mahnısı Ən Yaxşı Orijinal Mahnı nominasiyasında Akademiya Mükafatına namizəd oldu. Semisonic-in lideri olmaqla yanaşı, Vilson 2017-ci ildə Re-Covered buraxılışı da daxil olmaqla bir neçə solo səs yazısı buraxdı. O, eyni zamanda Minneapolis psixikalı rok qrupu Trip Shakespeare-in üzvü idi.
Dan dilində Vikipediya
Dan dilində Vikipediya və ya Danca Vikipediya — Vikipediyanın Dan dilində olan bölməsidir. Bu günə qədər 302.467 məqalə yaradılıb.
Dan ulduzu (dəqiqləşdirmə)
Dan ulduzu (yaxud Çoban ulduzu) - Venera planetinin başqa bir adı. Dan ulduzu (instrumental ansambl) - Gülarə Əliyevanın bədii rəhbərliyində fəaliyyət göstərmiş instrumental ansambl.
Dan the Automator
Dan the Automator (tam adı: Deniel M. Nakamura; 9 sentyabr 1967, San-Fransisko, Kaliforniya) — Kaliforniyanın San-Fransisko şəhərindən olan musiqi prodüseri. O, yayım şirkəti Sharkman Music-in və səzyazma leyblı 75 Ark-ın təsisçisidir. Nakamura fəaliyyətinə yeniyetmə yaşlarında dicey kimi başlayıb. O, diceylər DJ Qbert və Mix Master Mike-nin canlı çıxışlarından ilham almış və öz trekləri üzərində işləmək qərarına gəlmişdir. O, repçi Kool Keytin 1996-cı ildə çıxan "Dr. Octagonecologyst" adlı albomu üzərindəki prodüserlik işi ilə diqqətləri özünə çəkib. == Həyatı == Deniel M. Nakamura 1966-cı il dekabrın 20-də San-Fransisko şəhərində anadan olub. Onu dünyaya gətirən valideynləri yapon olduqları üçün keçmişdə, İkinci Dünya müharibəsi zamanı ABŞ-də mövcud olan casusluğa qarşı siyasətlərə görə saxlanılaraq düşərgəyə yerləşdirilmişdilər. Denielin atası San-Fransisko Yenidənqurma Agentliyində işləyirdi, anası isə San-Fransisko Şəhər Kollecində dərs deyirdi. O, uşaq yaşlarında skripka çalmağı öyrənib.
Dan ulduzu (instrumental ansambl)
"Dan ulduzu" instrumental ansamblı — Azərbaycanın musiqi tarixində populyar ansambllardan biri. == Tarixi == "Dan Ulduzu" kamera-İnstrumental ansamblı 1966-ci ildə Azərbaycan musiqiçisi, pianoçu, əməkdar incəsənət xadimi Gülarə Əliyeva tərəfindən yaradılmışdır. Gülarə хanım həm "Dan ulduzu"nun bədii rəhbəri, yaradıcısı, həm də fortepiano partiyalarının ifaçısı idi.Ansamblın repertuarına ancaq peşəkar bəstəkarların mahnıları daхil ola bilərdi. Bu bədii rəhbərin ifaçılar qarşısına qoyduğu şərt idi. == Uğurları == "Dan ulduzu"nun adını хalq şairi Nəbi Xəzri təklif edib.İlk çıхışından "Dan ulduzu" insanlar tərəfindən sevilir. Gülarə хanım müntəzəm məşqlərin və ansambl üzvlərinin əzmkarlığı və sənətə sevgisi sayəsində arzuladığı ansamblı yaradıb çoх musiqi kollektivlərini, qrup və ansamblları arхada qoydu. "Dan ulduzu" tezliklə dövlət tədbirləri, konsertləri, хarici qastrol səfərlərinin bəzəyinə və aparıcı musiqi ansamblına çevrildi. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissuada "Dan ulduzu"nun qastrol səfərinə çıхdığı dövlətlər, şəhərlər oldu. Хaricilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini görüb təəccüblərini gizlədə bilmirdilər. Flora Kərimova, Akif İslamzadə, Yalçın Rzazadə, Hüseynağa Hadiyev və s.
Dan ulduzu (neft-qaz yatağı)
Dan ulduzu — neft-qaz yatağı 1970-ci illərdə kəşf olunmuşdur. 1982—1985-ci illərdə bu yataqdan istifadə etmək üçün müəyyən addımlar atılmış, ancaq bu məsələ o vaxt başa çatdırıla bilməmişdir. Yatağın istifadə olunması üçün 1992-ci ildə Amerika Birləşmiş Ştatlarının "AMOKO" və "Yunokal" şirkətləri ilə danışıqlar başlanmışdır. Xəzərin Azərbaycan sektorunda olan "Dan ulduzu" və "Əşrəfi" neft yataqlarının birgə ehtiyatı 150 milyon tondur.
Edvin Danninq
Edvin Danninq (ing. Squadron Commander Edwin Harris Dunning; 17 iyul 1892, CAR – 7 avqust 1917) — Krallıq donanmasının Hava Qüvvələrində xidmət etmiş ingilis əsilli pilot. Edvin Danninq hərəkət vəziyyətində olan gəmiyə təyyarə endirməyə çalışmış və ilk cəhdən buna nail olmuş ilk pilot kimi tarixə keçmişdir. Danninq 1917-ci ilin 2 avqust tarixində Krallıq donanmasına məxsus HMS Furious aviadaşıyıcısına idarə etdiyi Sopwith Pup tipli kiçik mühərrikli təyyarəsini uğurla endirmişdir. 5 gündən sonra, 7 avqust tarixində oxşar cəhdin təkrarlanması zamanı pilot təyyarənin idarəetməsini itirmiş və Sopwith Pup okeana düşmüşdür. Faciə nəticəsində Edvin Danninq boğularaq ölmüşdür. == Həyatı == Edvin Danninq 1892-ci ilin 17 iyul tarixində Cənubi Afrikada anadan olub.
Elers-Danlos sindromu
Elers-Danlos sindromu (EDS) — bu xəstəlik bəzən "hiperelastik dəri" xəstəliyi kimi də tanınır. Çünki, bu xəstəliyə tutulan şəxsin bütün bədən üzvləri çox elastik olur. İlk dəfə bu xəstəlik danimarka alimi Elers və fransız alimi Danlos tərəfindən kəşf edilmişdir. Xəstəliyin əsas səbəbi kollagenin kəmiyyətcə çatışmazlığıdır.
Elers – Danlos sindromu
Elers-Danlos sindromu (EDS) — bu xəstəlik bəzən "hiperelastik dəri" xəstəliyi kimi də tanınır. Çünki, bu xəstəliyə tutulan şəxsin bütün bədən üzvləri çox elastik olur. İlk dəfə bu xəstəlik danimarka alimi Elers və fransız alimi Danlos tərəfindən kəşf edilmişdir. Xəstəliyin əsas səbəbi kollagenin kəmiyyətcə çatışmazlığıdır.
Erodium danicum
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
Fransua-Andre Danikan Filidor
Filidor (tam adı Fransua-Andre Danikan Filidor; 7 sentyabr 1726[…], Dre (Yuxarı Provans Alpları)[d] – 31 avqust 1795[…], London) — Fransız şahmatçısı və opera bəstəkarı == Ailəsi == Filidor Fransada çox məşhur musiqiçi ailəsində anadan olmuşdur. Babası və atası Parisdə "Grande Écurie" adı verilən kral orkestrının üzvü idi. Ailənin əsıl adı Danikan idi amma qaboyçu olan babası qaboy ifa edəndə Fransa Kralı XIII. Luisə Sienalı Filidori adlı bir virtuoz qaboyçunu xatırlatdığı üçün kral tərəfindən "Filidor" adı verilmişdir. Philidor l'ainé (Yaşlı Filidor) olaraq bilinən Andre Danikan Filidor (1647–1730) atasının ikinci arvadı Elizabeth Le Royun oğludur və doğulanda atası 79 yaşında, anası 26 yaşında idi. Atası Fransua-Andre 4 yaşında olakən öldü. == Bəstəkarlığı == Filidor 1732-ci ildə 6 yaşı olanda Fransa Kralı XV. Luis-in sarayındaki Kral Xoruna seçildi. İlk musiqi kompozisiyasını bu xoroda , 11 yaşında bəstələdiyi bildirilir. XV. Luisin her gün Kral xorunu dinləmək istədiyi; kralın gəlmeəini gözləyən zaman xorun üzvlərinin vaxtlarını şahmat oynamaqla keçirdikləri və gənç Filidorun da oyuna məhz bu səbəblə başladığı ifadə edilir. == Şahmat == Yaşadığı dövrdə hələ Şahmat üzrə Dünya Çempionu titulu təsis edilməməsinə baxmıyaraq, dövrünün ən böyük şahmat ustalarından biri sayılır. Filidorun yazdığı Analyse du jeu des Échecs (Şahmat Oyununun Təhlili) kitabı 100 ilə yaxın müddətdə standart şahmat kitabı olaraq qəbul edildi.
Futbol üzrə Danimarka çempionatı
Superliqa (dan. Superligaen) - Futbol üzrə Danimarka çempionatlarının ən yüksək liqası. Əsası 1991-ci ildə qoyulmuş və I divizionu əvəz etmişdir. == Format == Çempionat 14 komandadan ibarət olub üç dövrəli turnir şəklində keçirilir. İyulda startı verilən yarış mayda bitir. 26-cı turdan sonra klublar 2 hissəyə ayrılır. Turnir cədvəlində ilk 6 yeri tutan komanda Çempionlar qrupunda çıxış edir. Qalan 8 komanda isə bərabər saylı 2 qrupa bölünürlər. Çempionatın sonu Çempionlar qrupunda 4-cü yerin sahibi ilə ikinci səbətdəki hər bir qrupun ilk 2 komandası arasında Avropa liqasına vəsiqə uģrunda pley/off maçları oynanır. Bununla yanaşı ikinci səbətdə hər bir qrupda son 2 yerin sahibi çempionstds qalmaq uğrunda ev və səfərdə olmaqla qarşılıqlı oyunlar keçirilir.
Georgi Daneliya
Georgi Nikolayeviç Daneliya (25 avqust 1930, Tiflis – 4 aprel 2019, Moskva) — gürcü əsilli Sovet və Rusiya kinorejissoru. == Həyatı == Georgi Daneliya 25 avqust 1930-cu ildə Tiflisdə anadan olub. Moskva Memarlıq İnstitutunda (1955), ali rejissorluq kurslarında (1959) təhsil alıb. Rusiya (1981) və SSRİ dövlət mükafatı laureatı (1978), Rusiyanın (1974), SSRİ-nin (1989) xalq artisti olmuşdur. 2019-cu ilin fevralında ağciyər sətəlcəminə görə xəstəxanaya düşən Georgi Daneliya, bir müddət komada qalıb. 4 aprel 2019-cu ildə Moskvada, 89-cu yaşında kəskin nəfəs və ürək çatışmazlığı səbəbindən vəfat edib. == Filmoqrafiya == Otuz üç (film, 1965) Qəm yemə! (film, 1969) Günlərin bir günü... (film, 1976) De ki, məni sevirsən!
Gesta Danorum
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir. Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir.
Jan Batiste Danvil
Jan Batiste Danvil — coğrafiyaşünas və kartoqraf olmuşdur və kartoqrafiyanın inkişafına böyük töhfələr vermişdir. Ehtiyatlı, dəqiq işləri ilə səciyyələnən və original tədqiqatlar əsasında yaradılan qədim coğrafi xəritələri xüsusilə qiymətlidir. O, qitələrin hələ kəşfolunmamış ərazilərini xəritədə boş saxlayırdı və sələflərinin xəritələrindən fərqli olaraq onun xəritələri daha boş görsənirdi. == Fəaliyyəti == Onun coğrafi araşdırmalara olan istəyi hələ gənc yaşlarından özünü büruzə verirdi:12 yaşında o, Latın müəllifləri üçün xəritələr tərtib edirdi. Onun ilk tərtib etdiyi xəritə olan Qədim Yunanıstan 15 yaşı olarkən dərc edilmişdi. 22 yaşında o, Danvil kralın coğrafiyaşünaslarından biri seçildi. Danvilin araşdırmaları dünya ədəbiyyatında coğrafi təbiətin onun haqqında məlumat toplaya biləcəyi hər bir xüsusiyyətini əhatə edirdi. O, sadəcə qədim və müasir tarixçiləri, səyyahları və yazıçıların deyil, həmçinin şair, natiq və filosofların da əsərlərini ətraflı olaraq tədqiq edirdi. Danvil köhnə xəritələrdən məzmununu köçürmək ənənəsinə son qoyaraq coğrafiyaya yeni bir istiqamət gətirdi. O, xəritələrdə olan yerlərin ümumi qəbul olunmuş mövqelərini ciddi tədqiqatlardan keçirdi və dəqiq olmayan adları kateqoriyalardan çıxardı.
Jerar Daniel Vestendorp
Jerar Daniel Vestendorp (fr. Gérard Daniel Westendorp; 8 mart 1813, Haaqa – 31 yanvar 1868) — holland əsilli Belçika botaniki. == Elmi fəaliyyəti == Jerar Daniel Vestendorp mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Herbier cryptogamique, ou, Collection des plantes cryptogames et agames qui croissent en Belgique (with A.C.F. Wallays), 1845-1859. Notices sur quelques cryptogames, 1851-1863. Polypiers flexibles de la Belgique. Collection des bryozaires, sertulaires, flustres & spongiaires qu'on rencontre en Belgique, et particuliérement aux environs d'Ostende, 1853. Les cryptogames : classes d'apres leurs stations naturelles, 1854. Description de quelques Cryptogames inédites ou nouvelles pour la flore des deux Flandres, 1863. == Şərəfinə adlandırılmış taksonlar == Aspergillus westendorpii Sacc.
Jorj Dantes
Jorj Dantes (fr. Georges Charles de Heeckeren d'Anthès; 5 fevral 1812[…], Kolmar (Yuxarı Provans Alpları) – 2 noyabr 1895[…], Sulz-Haut-Rin) — fransız zabiti, diplomatı və senatoru. 1837-ci ildə Aleksandr Puşkini dueldə ağır yaralaması ilə məşhurlaşmışdır. Həmin dueldən iki gün sonra Aleksandr Puşkin aldığı güllə yarasından vəfat etmişdir. == Həyatı == Jorj Dantes 1812-ci ilin 5 fevral tarixində Fransanın Kalmar şəhərində varlı zadəgan ailəsində andan olmuşdur. Atası Yozef Konrad Dantesin Jorjdan başqa daha beş övladı vardı və o, Jorjun hərbi təhsil alıb, hərbçi olmasını istəyirdi. Ailəsinin dəstəyi ilə Jorj Dantes Seyint-Küyra hərbi təhsil almağa göndərilir və 1830-cu ildə kavalyer zabiti rütbəsini alır. Jorj 1830-cu ildə Fransada baş vermiş iyul inqilabı zamanı Kral X Karlın partiyasını dəstəkləmişdir. İyul inqilabı nəticəsində dəstəklədiyi tərəfin məğlub olması Jorjun rəqib qüvvələrin nəzarəti altında fəaliyyət göstərməkdən imtina etməsinə səbəb olur və o, atasının malikanəsinə çəkilir. Fransanı xaricdə təmsil etmək üçün Jorj Dantes əvvəlcə Prussiya daha sonra isə Rusiya imperiyasına doğru yola çıxır.
Just One Last Dance
Just One Last Dance — alman bəstəkarı və müğənnisi Sara Konnorun öz həyat yoldaşı Mark Terenzinin rəhbərlik etdiyi "Natural" qrupu ilə birgə ifa etdiyi mahnı. Müəllifləri Rob Tayger və Kay Denar olan mahnı, cütlüyün övladının doğulmasından bir ay sonra, 2004-cü il mart ayının 1-də təqdim edilib. Mahnı Sara Konnorun 2003-cü ildə çıxardığı Key to My Soul albomundan olan ikinci sinqldır. "German Singles Chart"da birinci yerə yüksələn mahnı həm Sara Konnorun, həm də Natural qrupunun karyerasında ən uğurlu layihələrdən biri sayılır.
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (film, 2017)
Karl Fridrix Daniel Meyssner
Karl Fridrix Daniel Meyssner (alm. Carl Daniel Friedrich Meissner‎ və ya alm. Karl Friedrich Meissner‎, yaxud alm. Karl Friedrich Meisner‎ 1 noyabr 1800, Bern – 2 may 1874, Bazel) — İsveçrə botaniki. == Elmi işləri == Plantarum vascularium genera. 1837—1843. Die Natur aufgefasst nach ihren Aeusserungen und Ableitung ihres Begriffs. 1870. == Ədəbiyyat == Ernst Wunschmann: Meißner, Karl Friedrich. In: Allgemeine Deutsche Biographie (ADB).
Kikki Danielsson
Kikki Danielsson (10 may 1952, Visseltofta[d]) — İsveç musiqiçisi. == Diskoqrafiya == Rock N Yodel (1979) Just like a woman (1981) Kikki (1982) Varför är kärleken röd?
Kirsten Danst
Kirsten Karolin Danst (ing. Kirsten Caroline Dunst, d. 30 aprel 1982, Nyu-Cersi, ABŞ) — amerikalı aktrisa, model və müğənni. 12 yaşı olanda "Vampir ilə müsahibə" filmində oynadığı vampir Klaudia roluna görə geniş surətdə insanlar tərəfindən sevilməyə başlayıb və bu roluna görə aktrisa "Ən yaxşı ikinci dərəcəli aktrisa" adı ilə "Qızıl Qlobus" mükafatına layiq görülüb. == Həyatı == Kirsten Karolin Danst 30 aprel 1982-ci ildə Amerikada, Nyu-Cersi ştatının Point Plezant qəsəbəsində anadan olub. Kinoaktrisanın atası – əslən Hamburqdan olan Klaus Danst bir tibb şirkətində çalışmış, anası İnez isə əvvəllər Lufthansada stüardessa işləmiş, daha sonra rəssam olmuş, incəsənət qalereyasının təsisçisi və sahibəsi olmuşdur. 1986-cı ildə Kirstenin Kristian adında bir qardaşı dünyaya gəlir. Aktrisa doqquz yaşınadək ailəsi ilə birlikdə Point Plezantda yaşayır. Valideynlərinin boşanmasından sonra Kirsten qardaşı və anası ilə birlikdə Cənubi Karolinaya köçür. == Karyerası == Kirsten Danstın kino karyerasındakı debütü 1989-cu ildə baş tutur.
Kiçik danquşcuq
Kiçik danquşcuq (lat. Ixobrychus minutus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin danquşcuq cinsinə aid heyvan növü.
Kral danışır! (film, 2010)
Kralın nitqi — rejissoru Tom Huper olan və ssenarisi Devid Saydler tərəfindən yazılmış tarixi film.
Kristofer Daniels
Daniel Kristofer Covell (24 mart 1970) — Amerikalı peşəkar güləşçidir. Adətən rinqə Düşmüş Mələk (Fallen Angel) və ya İntihar (Suicide) təxəllüsləri altında çıxır. WWE, TNA və Şərəf Rinqi (Ring of Honor) təsnifatlı güləş növlərində iştirak etmişdi. Alternativ olaraq TNA-nın maskalı güləşçisi “İntihar” (Suicide) olaraq da görülmüşdür. Ailəlidir, iki övladı var.
Makura no Danshi
Makura no Danshi (枕男子, ədəb. "Yastıq oğlanlar") — Makuranodanshi kimi də tanınan anime serialıdır. Anime Assez Finaud Fabric və Feel şirkəti tərəfindən istehsal olunmuşdur. Anime 13 iyul 2015-ci ildə Yaponiyada yayımlanmağa başlanıb. == Fərziyyə == Serial birinci şəxsin hekayəsidir və onun tərəfindən danışılır. Animenin hər bir seriyası tamaşaçıların yanında yatan 12 müxtəlif "yastıq oğlanlar"dan birinin həyatından bəhs edir. Serial hər həftə SUN-TV və Tokio MX telekanallarında yayımlanmışdır. == Personajlar == Mari/Merri (めりぃ, Merii, Səsləndirən: Natsuki Hanae): Yastıq oğlan. O, 1-ci və 12-ci seriyada meydana çıxmışdır. Onun yaşı 12-ci seriyada dəyişir.
Mamadu Danfa
Mamadu Lamin Danfa (fr. Mamadou Lamine Danfa; 6 mart 2001) — Seneqal futbolçusu, "Şkupi" klubunun və Seneqal milli futbol komandasının yarımmüdafiəçisi. == Klub karyerası == "Kasa Sports" klubunun futbol akademiyasının yetirməsidir. 2018/19 mövsümündə Seneqal çempionatında "Kasa Sports"da oynamağa başlamışdır. 2020-ci ilin iyununda Kovalivkanın Ukraynanın "Kolos" klubu ilə müqavilə imzalamış və burada Afrikadan olan ilk futbolçu olmuşdur. O, Ukrayna Premyer Liqasında 14 iyun 2020-ci ildə "Şaxtyor" ilə matçda debüt etmişdir. Oyun 0:1 hesabı ilə bitmişdir.
Maykl Dante DiMartino
Maykl Dante DiMartino (ing. Michael Dante DiMartino) — ABŞ cizgi rejissoru, produsserı və ssenari müəllifi. «Avatar: Aanq haqqında əfsanə» və «Korra əfsanəsi» cizgi serialların müəllifidir. == Həyatı == Rod Aylend dizayn məktəbində Brayan Konietzko ilə bir yerdə təhsil alıb. 12 il ərzində Film Roman studiyada fəaliyyət göstərib. Orada «King of the Hill», «Family Guy» və «Mission Hill» kimi serialların yaradılmasına kömək etmişdir. Bəzi yüksək statuslu kinoteatrlarda göstərilmiş, 8 dəqiqəli «Atomic Love» cizgi qısametrjlığı film yaradıcısıdır. == Xarici keçidlər == Maykl Dante DiMartino — IMDb səhifəsi Michael Dante DiMartino Avatar Wikia saytda (ing.) Maykl Dante DiMartino Arxivləşdirilib 2012-03-26 at the Wayback Machine AvatarSpirit.Net Arxivləşdirilib 2007-11-28 at the Wayback Machine saytda (ing.) "Maykl Dante Dimartino və Brayan Konietzko. İntervyu". «The Wall Street Journal».
Miray Daner
Miray Daner — Türkiyə TV serial aktrisası. Fəaliyyətə 7 yaşında başlayan Daner "Papatyam" serialında 121 bölüm Metin Akpınarın nəvəsi "Qonca" rolunu canlandırdı. "Dərsimiz Atatürk" filmində Sabiha Gökçenin uşaqlığı rolunu oynayıb. İlk dəfə "Disney Channel"in Türkiyədə yayımlanan "Zil Çalınca" serialında baş rol ifa edib. "Medcezir" serialında Beren Beylice rolunu canlandıran aktrisa 2016-cı ildə Yağmur Taylan və Durul Taylanın rejissorluğu ilə çəkilmiş "Vətənim sənsən" serialında "Hilal" rolunu oynayaraq vətənpərvər gənc qız obrazını mükəmməl şəkildə yaratmışdır.
Mirzə Lütfəli ağa Daniş
Daniş Mirzə Lütfəli ağa (Təbriz – 1931) – Məhəmmədkazım Təbrizinin oğlu və Sədrül-əfazil ləqəbi daşıyan Daniş Azərbaycanın tanınmış ədiblərindən və məşhur mədəniyyət xadimlərindəndir. O, fars və ərəb dillərində nəzm və nəsrdə öz dövrünün görkəmli şəxsiyyətlərindən olmuşdur. Daniş hicri qəməri 1350 (1931)-ci ildə vəfat etmişdir. Ərəb və fars dillərində onun bir çox əsərləri vardır. Onlar aşağıdakılardır: mühazirə haqqında "Hezar dastan" – ("Min dastan", "Müləxxəs"adlı təzkirə, inşa və məktublar haqqında "Cəvahirül-bəlağə" və "Naməkdan".
Mirzə Əbdülbaqi Danişmənd
Mirzə Əbdülbaqi Danişmənd (v. 1629) — Azərbaycan şairi Həyatı haqqında məlumat azdır. Ərəb və fars dilində mükəmməl təhsil almışdır. Fəlsəfə, ədəbiyyat, ərəb dilçiliyi, riyaziyyat və s.fənləri dərindən öyrənmişdir. Mirzə Əbdülbaqi Danişmənd 1629-cu ildə vəfat etmişdir. Əsərlərini farsca yazmışdır. İraq alimləri onu öz dövrünün dahisi hesab etmişlər. "Baqi" təxəllüsü ilə fəlsəfi məzmunlu qəsidə və rübailər yazmışdır. Sufiliyə meyil göstərmiş, xəlifə Əlinin "Nəhcül-bəlağə" əsərinə, "Qurana" və "Əssəhifə əl-kamilə əs-səccadiyyə" əsərinə farsca şərhlər yazmışdır. Danişmənd eyni zamanda tanınmış xəttat olmuşdur.

dan sözünün leksik mənası və izahı

  • 1 is. Günün doğmasına azca qalmış havanın işıqlanması, sabah açılarkən günəşin üfüqdə ilk ağarması. Dan işığı. – Axşamın sirrini dan bilər. (Ata. sözü). Sübhün xəbərini gətirəndə dan; Yorğun dost gözləri halsız qapandı. M.Dilbazi. □ Dan atmaq – bax dan yeri ağarmaq. Dan atdı, şəfəq sökdü, günəş yaqut tacı ilə firuzə taxtına oturdu. A.Şaiq. Səhərlər dan atanda, qıpqırmızı buludlar; Sancılır bu binanın qülləsinə qatarlar. R.Rza. Gecə yarı onlar qoşa çox söhbət etdi; Dan atanda qəhrəmanım yuxuya getdi. M.Rahim. Dan atmamış – sübh açılmamış. Çıxmamış gün, atmamışdan; Qanlı bir toz qalxdı yoldan. Ə.Cavad. Tanrının Pərinisası yuxu yatmır, dan atmamış zəmidə … olur… Mir Cəlal. Dan atmamış hər tərəfdən alovlandı sıx meşə. Ə.Cəmil. Dan ulduzu – 1) Zöhrə ulduzu, Venera. Evində, eşiyində; Yat, quzum, beşiyində; Dan ulduzu, bir də mən; Durmuşuq keşiyində. (Bayatı). Xoş meh əsir sərin-sərin; Baxır göydən dan ulduzu. S.Rüstəm; 2) məc. gözələ işarə. Qaranlıq gecədə səni gözləyib; Durmaqdan yoruldum, ey dan ulduzu! C.Cabbarlı. [Göyərçin:] Mən bir ailənin dan ulduzuyam; Atanın, ananın bircə qızıyam. M.Rahim. Dan üzü – dan vaxtı, sübh tezdən, ala-qaranlıq. Dan üzü idi. Hələ dan ulduzu batmayıb ərşifələkdə öz dövrünü edirdi. A.Divanbəyoğlu. Hücum səhər dan üzü başlanmışdı. Ə.Məmmədxanlı. Biz hərbiyəlilər dan üzü durmağı öyrənmişik. Mir Cəlal. Dan vaxtı – dan sökülən vaxt, sübh tezdən, gün görünməyə başlayanda, ertədən. Hər gün dan vaxtı yuxudan duran qardaşların heç biri yataqdan çıxmaq istəmirdi. Mir Cəlal. Dan yeli – səhər küləyi, nəsim. Dan yeli hər yana ətir dağıdır; Çöllərə çəkilir bir yaşıl pərdə. A.Şaiq. Dan yeri – dan işığının göründüyü yer; üfüq. Səhərin dan yeridir; Sübh yeri, dan yeridir; Bulaq başı hər axşam; Bir dəstə can yeridir. (Bayatı). Görünür dan yeri qıpqırmızı qan rəngində. S.Rüstəm. Açılır yuxudan aləmin gözü; Dan yeri can verir yenə insana. O.Sarıvəlli. Qızla oğlan fərəh və həyəcan içində qalxıb dan yerində lalə tək qızarmış buludlara baxaraq … düşünürdülər. İ.Əfəndiyev. Dan yeri ağarmaq (açılmaq, qızarmaq, sökülmək) – sübh açılmağa başlamaq. Səhər dan yeri ağarmağa başlar-başlamaz mağaradan çıxıb dünən maral ovladığım yerə gəldim. A.Şaiq. Qızardı dan yeri, səhər açıldı; Günəş doğdu, dünyaya nur saçıldı. A.Səhhət. Gecə öz pərdəsini yığıb gedir, dan yeri sökülür. M.İbrahimov. Alt dan – həqiqi dan sökmə, sabah açılma, sübh. Alt dan ağaranda muzdur oyanıb durdu, gərnəşib əsnədi. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / dan

dan sözünün etimologiyası

  • 1 Mənbələrdə dan sözü “səhər şəfəqi”, inrik sözü isə “axşam şəfəqi” kimi açıq­lanıb. Aydın sözündəki dın hissəsi də həmin dan sözünün şəkilçiləşmiş for­ma­sıdır. Axşam yerinə, inrik, “gecə”nin sinonimi kimi isə zinrik sözü işlədilən vaxtlar olub (dialektlərdə indi qalır). Əsli sağır nun ilə yazılıb. Öz sözümüzdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dan

dan sözünün sinonimləri (yaxın mənalı sözlər)

dan sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 DAN I is. Şəfəq, sübh. Səhərdir, dan yerindən günəş qalayıb ocaq (Ə.Cəmil). DAN II f. İnkar etmək. Kəndlilər bir ağızdan o son tüfəngi dandı (S.Rüstəm).

    Azərbaycan dilinin omonimlər lüğəti / dan

dan sözünün rus dilinə tərcüməsi

  • 1 утренняя заря, рассвет

    Azərbaycanca-rusca lüğət / dan
  • 2 сущ. утренняя заря, наступление утра, рассвет; dan yeri место, где занимается утренняя заря, место восхода солнца; dan yeri ağarır рассвет брезжит (занимается), светает, dan yeri söküləndə на рассвете, dan yeri qızarır занимается утренняя заря, dan yeri ağarana qədər до рассвета, dan yeri ağarar-ağarmaz перед рассветом, dan yeri sökülməmiş ни свет, ни заря; dan ulduzu утренняя звезда (Венера); dan yeli предутренний ветерок, зефир

    Azərbaycanca-rusca lüğət / dan

dan sözünün inglis dilinə tərcüməsi

  • 1 i. dawn, daybreak; ~ yeri the place in the firmament / sky where day breaks and the sun rises; ~ söküləndə at dawn, at daybreak; ~ yeri ağaranda when dawn is coming, at first light; ~ yeri sökülməzdən / ağarmazdan əvvəl before dawn / daybreak; ~ yeri qızaranda when day is breaking

    Azərbaycanca-ingiliscə lüğət / dan

dan sözünün fransız dilinə tərcüməsi

dan sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. лаз, экуьн ярар (рагъ акьаз мукьва гьава экуь жедай, югъ ахъа жедай вахт); dan işığı лацан экв; // dan atmamış лаз таганамаз, югъ ахъа тахьанамаз; dan üzü экуьнахъ фад, югъ тахьанамаз, лаз таганамаз; экуьнен хурушум вахтунда; dan vaxtı лаз ядай вахтунда, экуьн яралай, экуьнахъ фад, рагъ акьаз мукьва; dan yeli экуьнен гар (шагьвар); dan yeri лаз ядай (гудай) чка, лацан экв аквадай (экуьн ярар ядай) чка; чилни-цав ккӀана хьиз аквазвай чка, горизонт; dan yeri ağarmaq (açılmaq, qızarmaq, sökülmək) яр ягъун, лаз ягъун (гун), югъ ахъа (экуь) жез авалун; alt dan югъ ахъа хьун, гьава экуь хьун, экуьнен хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / dan

dan sözünün türk dilinə tərcüməsi

"dan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dan nədir? #dan sözünün mənası #dan nə deməkdir? #dan sözünün izahı #dan sözünün yazılışı #dan necə yazılır? #dan sözünün düzgün yazılışı #dan leksik mənası #dan sözünün sinonimi #dan sözünün yaxın mənalı sözlər #dan sözünün əks mənası #dan sözünün etimologiyası #dan sözünün orfoqrafiyası #dan rusca #dan inglisça #dan fransızca #dan sözünün istifadəsi #sözlük