danış sözü azərbaycan dilində

danış

Yazılış

  • danış • 89.9676%
  • Danış • 8.7379%
  • danıŞ • 0.6472%
  • DANIŞ • 0.6472%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Onunla danış
Onunla danış (isp. Hable con ella) rejissorluğu və ssenari yazarlığı Pedro Almodovara aid olan 2002 istehsalı İspan dram filmi. Baş rollarda Xavier Kamara, Dario Qrandinetti, Leonor Uatlinq, Geraldin Çaplin və Rosario Flores oynamışdır. Film Ən Yaxşı Orijinal Ssenari nominasiyası üzrə Oskar Mükafatı və Xarici dildə ən yaxşı film Qızıl Qlobus Mükafatı almışdır. Film cinslər arasındakı ünsiyyət çətinlikləri, tənhalıq, səmimiyyət və sevgidəki qətiyyətin itməsi kimi mövzuları əhatə edir.
Vətəndaş, türkcə danış!
Vətəndaş, türkcə danış! — Mustafa Kamal dövrü Türkiyədə başladılan və türk dilinin işləkliyinin daha da artırılmasını məqsədləyn dövlət dəstəkli kampaniya. == Haqqında == Kampaniya 13 yanvar 1928-ci ildə hüquq tələbələri tərəfindən başladılmış və 1930-cu illər boyunca davam etdirilmişdir. Dövlət tərəfindən dəstəklənən kampaniyanın məqsədi bütün ölkə boyunca türk dilinin işləkliyini daha da artırmaq olmuşdur. Kampaniya boyunca bəzi bölgələrdə türkcədən başda dildə danışan insanlara müxtəlif pul cəzaları verilmişdir. Bəzi yazıçılar kampaniyanın Türkiyədəki sosio-siyasi türkləşdirmə hərəkatına önəmli şəkildə yardım etdiyini iddia etməkdədir.
Yuxularını mənə danış
Yuxularını mənə danış (ing. Tell Me Your Dreams) — Sidni Şeldonun 1998-ci ildə yazdığı romandır.
Onunla danış (film, 2002)
Onunla danış (isp. Hable con ella) rejissorluğu və ssenari yazarlığı Pedro Almodovara aid olan 2002 istehsalı İspan dram filmi. Baş rollarda Xavier Kamara, Dario Qrandinetti, Leonor Uatlinq, Geraldin Çaplin və Rosario Flores oynamışdır. Film Ən Yaxşı Orijinal Ssenari nominasiyası üzrə Oskar Mükafatı və Xarici dildə ən yaxşı film Qızıl Qlobus Mükafatı almışdır. Film cinslər arasındakı ünsiyyət çətinlikləri, tənhalıq, səmimiyyət və sevgidəki qətiyyətin itməsi kimi mövzuları əhatə edir.
Abidələr danışır (film, 1964)
Abidələr danışır qısametrajlı sənədli filmi rejissor Rasim Ocaqov tərəfindən 1964-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır. == Məzmun == Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır.
Bizdən danışaq (mahnı)
Bizdən danışaq — azərbaycanlı müğənnilər Aygün Kazımova və Raufun duetidir. Mahnı NƏFƏS Sənət mərkəzi tərəfindən hazırlanıb. Mahnı 26 yanvar 2020-ci ildə Aygün Kazımovanın doğum günündə təqdim olunmuşdur. Bu sayca Aygün və Raufun 3-cü duetidir. == Mahnı haqqında == Sözləri Fidan Cəbiyevaya, musiqisi Aygün Səmədzadəyə aiddir.
Danışan işıqlar (film, 1965)
== Məzmun == Təlim tərbiyə xarakterli filmin mövzusu işıqların insanlara xidməti haqqındadır. Misal üçün, işıqforun işıqları adamlara, maşınlara, dənizdə mayaklar gəmilərə yol göstərir və s. == Film haqqında == Film ilk Azərbaycan televiziya cizgi filmidir. Applikasiya filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rasim İsmayılov Rejissor: Rasim İsmayılov Operator: Vaqif Behbudov Rəssam: Rafiz İsmayılov Bəstəkar: Ruhəngiz Qasımova Səs operatoru: İqor Popov Operator assistenti: Rza Məmmədqulu == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Danışan İşıqlar(1965)
== Məzmun == Təlim tərbiyə xarakterli filmin mövzusu işıqların insanlara xidməti haqqındadır. Misal üçün, işıqforun işıqları adamlara, maşınlara, dənizdə mayaklar gəmilərə yol göstərir və s. == Film haqqında == Film ilk Azərbaycan televiziya cizgi filmidir. Applikasiya filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rasim İsmayılov Rejissor: Rasim İsmayılov Operator: Vaqif Behbudov Rəssam: Rafiz İsmayılov Bəstəkar: Ruhəngiz Qasımova Səs operatoru: İqor Popov Operator assistenti: Rza Məmmədqulu == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Danışanların sayına görə dillər siyahısı
== İstinadlar ==
Danışmənd qazi
Danışmənd qazi (1071–1104) — Səlcuqlu bəyi, Danişməndlilər sülaləsinin banisi. == Həyatı == Lakin türk hökmdarlarmın humanist və ədalətli idarəçiliyinə rəğmən ermənilər zaman-zaman türklərə qarşı xəyanətdən və savaşmaqdan geri qalmamışlar. "Danişməndnamə", Niksan mühasirəyə alan türk əsgərlərinə qarşı vuruşan xristianlar arasında çoxlu sayda ermənilərin olduğunu yazır. Anadolu bölgəsi xaçlılara məzar olduqdan sonra Gümüş Təgin Qazi Əhməd Danişmənd erməni hakimi Qabrielə mək-tub yazaraq Malatyanı təslim verməsini istədi. Lakin Qabriel bu təklifi rədd edərək Malatya qalasmı daha da möhkəmlən-dirdi. Qaladakı ermənilər və suriyalılar Qabrielin zülmündən cana doymuşdular. Malatya əhalisi istəyirdi ki, burada Bizansdan asılı olan Qabrielin idarəçiliyi əvəzinə türklərin ədalətli hakimiyyəti bərqərar olsun. Erməni hakim Qabriel aclıq və qıtlığa çarə qılmaq əvə-zinə xalqa daha çox zülm edir, hətta keşişləri belə öldürür-dü. Bütün bunlarm nəticəsində Malatya əhalisi üsyan qaldı-raraq şəhərin qapılarmı səlcuq türklərinin üzünə açdılar.1101-ci ildə şəhərə daxil olan türk əsgərləri kimsənin malı-na əl vurmadılar. Danişmənd Əhməd Qazi dərhal başqa yer-lərdən taxıl gətirdib erməni və suriyalılara paylatdırdı.
Danışıq
Dialóq (yun. διάλογος – danışıq, söhbət) – dilçilikdə: fikir-replikaların müntəzəm mübadiləsindən ibarət nitq forması; danışanların nitqinin bilavasitə anlaşılması replikaların dil tərkibinə qarşılıqlı təsir göstərir. Dialoq üçün məzmun əlaqəsi (sual-cavab, xəbər-aydınlaşdırma, /əlavə/, etiraz, /razılıq/, dəyərləndirmə; nitq etiketi formulları) və onun stimullaşdırdığı replikaların konstruktiv (leksik-qrammatik) əlaqəsi tipikdir: “Sən harada idin?” – “İşdə ləngidim”. Bu cür əlaqələrin yoxluğu danışanın nitqə deyil, nitqin gerçəkləşdiyi vəziyyətə reaksiyası zamanı (“Harada idin?” – “Qapıdan çəkil, soyuqlayarsan”) və ya müəyyən nitq aktı ilə heç bir əlaqəsi olmayan şəraitdə mümkündür. Dialoq dil ünsiyyətinin ilkin formasıdır. Genetik olaraq şifahi ifadə vasitələrinin qənaəti prinsipi ilə səciyyələnən şifahi danışıq sahəsinə aiddir. Bədii ədəbiyyatda dialoq şəklində nitqin ifadəsi zamanı situasiya rolunu müəllif şərhləri (remarkalar) oynayır. Dialoqun dil və üslubi xüsusiyyətləri yazıçının fərdi üslubuna və janrın normalarına uyğun olur. Dialoqun köməyilə təkcə danışıq nitqi üslublaşdırılmır. Dialoqun zahiri forması (replikaların növbələşməsi), onlarda canlı Dialoq nitqinin tipoloji əlamətlərinin çox hissəsi olmasa da, fəlsəfi-publisistik janr üçün səciyyəvidir (məs., Platonun, Q.Qalileyin dialoqları və “dəyirmi masa” arxasında müasir müzakirələr, müsahibələr, söhbətlər və s.).
Danışıq balonu
Danışıq balonu– Windows əməliyyat sisteminin tapşırıqlar zolağında hava şarı, yaxud karikaturalarda danışıq qabarcığı (SPEECH BUBBLE) formasında ekrana çıxan bildirişdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Danışıq dili
Danışıq dili — xüsusi üslubi səciyyəli funksional sistem; ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəmi danışıq dili adlanır. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir. Ədəbi dildən fərqli olaraq gündəlik ünsiyyətdə işlənən dilin xüsusiyyətləri, adətən, ədəbi dil daşıyıcılarının maqnitofon və əl ilə yazılmış materialları əsasında öyrənilir. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni-mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər. Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. "Kitabi-Dədə Qorqud" dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır. == Haqqında == Ədəbi dil tərkibində danışıq dilinin səciyyəsi şifahi nitqə xas olan aşağıdakı ümumi cəhətlərlə: hazırlıqsız, bədahətən olması, xətti ardıcıllığı, nitq vasitələrinin qənaətlə işlənməsi və özünəməxsusluğu ilə müəyyən edilir. Ədəbi dil və milli dilin tərkibində danışıq dilinin yeri və xarakteri tarixən dəyişir.
Danışıqlar
Danışıqlar— iki və ya daha çox insan və ya tərəflərin bu məsələlərin ən azı biri ilə əlaqəli bir qarşıdurmanın olduğu bir və ya daha çox məsələ üzərində faydalı nəticə əldə etməyi nəzərdə tutan bir dialoqdur. Danışıqlar fərdi kommunal xidmətlərini optimallaşdırmaqla qarşılıqlı maraq doğuran məsələlərdə razılığa gəlmək üçün güzəştə gedən qurumlar arasında qarşılıqlı təsir və prosesdir. Bu faydalı nəticə, iştirak edən tərəflərin hamısı üçün, ya da yalnız biri və ya bəziləri üçün ola bilər. Danışıqlar, sövdələşmələrin qarşısını almaq, qarşıdurmalardan qaçmaq, digər tərəflərlə münasibət qurmaq və qazanc əldə etmək şanslarını artırmaq üçün danışıqlar prosesini və digər danışıqları başa düşməlidirlər.Fərq nöqtələrini həll etmək, fərdi və ya kollektiv üçün üstünlük əldə etmək və ya müxtəlif maraqları təmin etmək üçün nəticələr hazırlamaq məqsədi daşıyır. Çox vaxt bir mövqe ortaya qoymaq və razılığa gəlmək üçün güzəştlər etməklə aparılır. Danışıqlar aparan tərəflərin danışıqlar yolu ilə həllini həyata keçirmək üçün bir-birlərinə etibar etmələri, danışıqların uğurlu olub olmadığını müəyyənləşdirən əsas amildir. İnsanlar gündəlik ünsiyyətdə olurlar , əksər hallarda bunu danışıqların bir növü kimi hesab etmirlər. Təşkilatlarda, o cümlədən müəssisələrdə, qeyri-kommersiya daxilində, hökumətlər arasında və hökumətlər arasında, həm də satış və məhkəmə icraatlarında və fərdi qaydada danışıqlar aparılır. Evlilik, boşanma, tərbiyə və s. kimi hallar, peşəkar danışıq aparıcıları, peşə danışıqları, vasitəçiliyi satın almaq üzrə danışıqlar, sülh danışıqları və ya girov danışıqları kimi mütəxəssislər çox vaxt ixtisaslaşmış olurlar.
Daşlar Danışanda (1976)
== Məzmun == Bu film əcdadlarımızın Azərbaycan ərazisində daşlardan məişətdə ilk dəfə necə istifadə etmələrindən, bizim günlərə qədər gəlib çıxmış qədim tarixi abidələrdən, respublikamızın müxtəlif bölgələrində — Kəlbəcər, Laçın, Ağdam, Naxçıvan, Şamaxı və başqa yerlərdə fəaliyyət göstərən açıq səma altındakı muzeylərdən, bu muzeylərdə nümayiş etdirilən müxtəlif daş kitabələrdən, insan və heyvan fiqurlarından, Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlərdən danışır.
Daşlar danışanda (film, 1976)
== Məzmun == Bu film əcdadlarımızın Azərbaycan ərazisində daşlardan məişətdə ilk dəfə necə istifadə etmələrindən, bizim günlərə qədər gəlib çıxmış qədim tarixi abidələrdən, respublikamızın müxtəlif bölgələrində — Kəlbəcər, Laçın, Ağdam, Naxçıvan, Şamaxı və başqa yerlərdə fəaliyyət göstərən açıq səma altındakı muzeylərdən, bu muzeylərdə nümayiş etdirilən müxtəlif daş kitabələrdən, insan və heyvan fiqurlarından, Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlərdən danışır.
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (film, 2017)
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (ing. Pirates of the Caribbean: Dead Men Tell No Tales) — Öz bəxtini tükəndirən kapitan Cek Sərçə müəyyən edir ki, çoxdan dost olmayan qorxulu kapitan Salazar və ruh dəniz quldurları onun ovuna çıxıblar. Onların niyyəti kapitan Cek Sərçəni aradan qaldırmaq idi.Onlar təzəlikcə Şeytan üçbucağından qaçıblar və indi Cek daxil olmaqla bütün dəniz quldurlarını məhv etmək istəyirlər. Xilas olmağa yalnız qüdrətli artefakt – Poseydonun üçbaşlı əsası kömək edə bilər, hansı ki, öz sahibinə bütün dənizi idarə etmək bəxş edir. Poseydon yunan tanrısı olub,dənizi idarə edirdi,bunu etməsində əsası ona köməklik edirdi. Filmdə Conni Depplə bərabər Xavier Bardem, Brenton Tvaytes, Kevin R. McNally, Kaya Skodelario, Golşiftə Fərahani, Stefen Qraham və başqa məşhurlar rol alıb. Film 26 May 2017-ci ildə təqdim olunmuşdur.
Kral danışır! (film, 2010)
Kralın nitqi — rejissoru Tom Huper olan və ssenarisi Devid Saydler tərəfindən yazılmış tarixi film.
Moskva danışıqları (1939)
Moskva danışıqları — SSRİ, Böyük Britaniya və Fransa arasında qarşılıqlı yardım haqqında müqavilə bağlamaq barədə danışıqlar; Münhen sazişindən (1938) sonra dünya müharibəsi təhlükəsinin artması şəraitində aparılmışdır (aprel-avqust). Sovet hökuməti hələ 1939-cu il martın 18-də — gələcəkdə faşist təcavüzünün qarşısını almaq tədbirlərini nəzərdən keçirmək məqsədi ilə SSRİ, Böyük Britaniya, Fransa, Polşa, Rumıniya və Türkiyə nümayəndələrinin konfransını çağırmaq təklifini irəli sürmüşdü. Lakin İngiltərə bu əməli çağırışı rədd edərək aprelin 14-də Sovet hökumətinə təklif etdi ki, Şərqi Avropanın onunla qonşu dövlətlərinə hücum etməmək barədə birtərəfli qaydada təminat versin. Aprelin 17-də Sovet hökuməti İngiltərə, Fransa və SSRİ arasında qarşılıqlı yardım barədə müqavilə (Sovet hökuməti müqavilənin layihəsini iyunun 2-də təqdim etdi) və hərbi konvensiya bağlanmasını nəzərdə tutan yeni təklif irəli sürdü. Sovet təklifinin həyata keçirilməsi faşist Almaniyasının təcavüzü qarşısında möhkəm sədd yaradılmasına imkan verərdi. İngiltərə-Fransa tərəfinin mövqeyi üzündən uzun sürən siyasi danışıqlar konkret nəticə vermədi. Sovet tərəfi danışıqlara işgüzar xarakter vermək arzusu ilə, iyulun 23-də siyasi danışıqların başa çatmasını gözləmədən hərbi konvensiya bağlamaq məqsədi ilə üç dövlət arasında danışıqlara başlamağı təklif etdi. Lakin İngiltərə və Fransanın avqustun 11-də Moskvaya gəlmiş və ikinci dərəcəli şəxslərdən ibarət hərbi nümayəndəlikləri faşist təcavüzünə qarşı birgə mübarizə tədbirlərinə dair Sovet hökumətinin əməli təkliflərini cavabsız qoydu. Polşa, Latviya, Litva, Estoniya və Finlandiyanın mürtəce hökumətləri də Almaniya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə SSRİ ilə əməkdaşlıq etməkdən imtina etdilər. Moskva danışıqları ilə yanaşı, İngiltərə hakim dairələri xəyanətkar yol tutaraq SSRİ-yə qarşı sazişə gəlmək məqsədi güdərək Hitler Almaniyası ilə gizli danışıqlar aparırdı (bax: London danışıqları (1939)).
Qoy bütün aləm bizdən danışsın (mahnı)
Qoy bütün aləm bizdən danışsın — azərbaycanlı müğənni Aygün Kazımova və azərbaycanlı meyxanaçı-müğənni Üzeyir Mehdizadənin duetidir. Mahnının söz və musiqisi Üzeyir Mehdizadəyə aiddir. Aygün Kazımova ilk dəfə olaraq Azad Azərbaycan telekanalında yayımlanan Nanə Ağamalıyevanın aparacılıq etdiyi "Gün Keçir" proqramında təqdim etmişdir. Özbəkistanlı müğənnilər Babamyrat Ereşov və Zalina mahnını ifa etmiş və klip çəkmişdirlər.
Qoy danışsınlar! (film, 1968)
Qoy danışsınlar! (isp. Digan lo que digan) — rejissor Mario Kamusun filmi. == Məzmun == İki qardaş – müğənni Rafael və bəstəkar Migel uzun illərdir ki, bir-birilərini görmürlər. Rafael qardaşı ilə görüşmək üçün Avropadan Buenos Ayresə gəlir. Amma bu şəhərdə onu Migel yox, onun katibəsi — Blanka adlı bir qız qarşılayır. O, Rafaelə Migelin hal-hazırda şəhərdə olmadığını deyir. Gənc müğənni Rafael başa düşür ki, Blanka ondan qardaşı barədə nəsə gizlədir. Belə olduqda Rafael qardaşını özü axtarmağa başlayır. Filmin sonunda Rafael qardaşını tapmağa nail olur.
Suriyada danışılan dilllər
== Mənbə ==
Trabzon danışıqları
Trabzon konfransı və ya Trabzon sülh konfransı — 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilən konfrans. Açılış iclası 14 mart 1918-ci ildə baş tutmuşdur. Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Hüseyn Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli idi. == Tarixi == Zaqafqaziya Seyminin Osmanlı hökuməti ilə danışıqlar platforması Osmanlı imperiyası ilə daimi sülhün bərqərar edilməsi və müharibədən əvvəlki dövlətlərarası sərhədlərin bərpası məqsədini daşıyırdı. Seym Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün gürcü sosial-demokrat Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyəti yaratmışdır. Nümayəndə heyətinin azərbaycanlılardan ibarət hissəsini "Müsavat"dan Xəlil bəy Xasməmmədov və Məmmədhəsən Hacınski, Müsəlman Sosialist Blokundan İbrahim bəy Heydərov, "İttihad"dan Mir Yaqub Mehdiyev, "Hümmət"dən Əkbər ağa Şeyxülislamov, bundan əlavə məsləhətçi və tərcüməçi kimi Əhməd bəy Pepinov və Məhəmməd Əmin Rəsulzadə təşkil edirdi. Danışıqların 12 martda başlaması planlaşdırılırdı və bu səbəbdən nümayəndə heyəti Trabzon şəhərinə getmişdi.Zaqafqaziya seymi Osmanlı hökuməti ilə sülh danışıqlarına hazırlaşarkən Brest-Litovskda Rusiya ilə Almaniya arasında separat sülh müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə görə Ərdəhan, Qars və Batum bölgələri Osmanlı imperiyasının hakimiyyətinə verilmişdi. Zaqafqaziya seymi bu qərarları tanımamış və Petroqrada Xalq Komissarları Sovetinə üvanlanmış teleqram göndərərək seym bolşevik hökumətini və Xalq Komissarları Sovetini tanımadığından müqaviləni də tanımadığını bildirmişdir.Osmanlı hökuməti Zaqafqaziya seyminə ultimatum verərək onlardan qoşunlarını Qars, Batum və Ərdəhandan dərhal çıxarmaqlarını tələb etmişdilər. 14 mart 1918-ci ildə Osmanlı hökuməti və Zaqafqaziya seymi Trabzonda sülh konfransı keçirmişdilər. Osmanlı nümayəndələri Zaqafqaziya müstəqilliyini elan etmədiyi üçün seymin nümayəndə heyətinin danışıqlar aparacaq hüquqi şəxs ola bilmədiyini bəyan etmişdir.
Vladimir Putinin danışıqlar masası
Vladimir Putinin danışıqlar masası 1990-cı illərin sonlarında, Boris Yeltsinin prezidentliyi dövründə Kremldə quraşdırılmış ağ rəngli oval masadır. Bildirilir ki, masa 6 metr (20 fut) uzunluğundadır, fıstıq ağacından hazırlanmışdır və üç boşluqlu taxta dayaq üzərində dayanır. Ağ laklıdır və yan tərəfi qızılla örtülmüşdür.İtaliyanın Cantù şəhərindən olan OAK Mebel şirkəti 1995–1997-ci illər arasında Kremlin hissələrini təchiz edən müqavilənin bir hissəsi olaraq masa hazırladığını iddia etdi. OAK 1999-cu ildə nəşr etdiyi kitabda cədvəlin şəklini hazırlamışdır. Bununla belə, ispan təqaüdçü kabinet istehsalçısı masanı c-də düzəltdiyini söylədi. 2005. == Tarixi == 2022-ci ildə Rusiya prezidenti Vladimir Putin dünya liderləri, o cümlədən Emmanuel Makron, Olaf Şolz və Antonio Quterreşlə görüşlərdə bu masadan istifadə edib. Şəkildə Putin çox uzun ağ görüş masasının bir ucunda, digər iştirakçılar isə digər ucunda ondan uzaqda oturmuşdular. Putin digər uzun masalarda öz rəsmiləri ilə eyni məsafəli görüşlərdə iştirak edərkən də təsvir edilmişdir. 2022-ci ildə Rusiyanın Ukraynaya istila etməsi zamanı masa çoxsaylı internet memlərinin mövzusuna çevrilmişdir.
Yaponiyanın danışıqsız təslim olma aktı
Yaponiya imperiyasının kapitulyasiyası (yap. 日本の降伏) — eyni zamanda İkinci Dünya müharibəsinin tərkib hissəsi olan İkinci dünya müharibəsində Sakit okean cəbhəsi və Sovet-yapon müharibəsinin bitməsi. 26 iyun 1945 ildə antiyapon koalisiyasının müttəfiqləri: Çin, ABŞ və İngiltərə Yaponiyaya danışıqsız təslim olmaq şərtlərini özündə birləşdirən "Potsdam Deklarasiyası" adlı sənədi qəbul edirlər. Burada əgər Yaponiya şərtləri qəbul etməzsə, ölkənin tamamən məhv edilməsi nəzərdə tutulurdu. 28 iyun 1945 ildə Yaponiya rəsmi qaydada ultimatumun şərtlərindən imtina edir. 6 avqust 1945 ildə "Podstam deklarasiyası" şərtlərinə əsaslanan ABŞ Hiroşima şəhərinə atom bombası atır. 8 avqust gecə radələrində SSRİ Yaponiyaya müharibə elan edir. 9 avqust 1945 ildə Naqasaki şəhərinə ikinci atom bombası atılır. 10 avqust tarixində Yaponiya Podstam Deklarasiyası çərçivəsində, imperator idarə sturukturunun qorunub saxlanması şəraiti ilə danışıqsız təslim olmaq məsələsini qəbul etdiyini bildirir. 11 avqustda ABŞ Podstam Deklarasiyasının xaricində olunan dəyişiklikləri qəbul etmədiyini bildirir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.91 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 10.28
2003 0.39
2004 0.34
2006 0.23
2009 0.32
2010 •• 0.91
2011 ••• 1.29
2012 •• 0.60
2013 ••• 1.17
2014 ••••• 2.06
2015 •••• 2.04
2016 •• 0.69
2017 ••• 1.30
2018 0.30
2019 •• 0.83
2020 ••• 1.46

danış sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Tövsiyə, öyüd, məsləhət, müzakirə. (“Kitabi-Dədə Qorqud” leksikası)

Azərbaycan dastanlarının leksikası

"danış" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#danış nədir? #danış sözünün mənası #danış nə deməkdir? #danış sözünün izahı #danış sözünün yazılışı #danış necə yazılır? #danış sözünün düzgün yazılışı #danış leksik mənası #danış sözünün sinonimi #danış sözünün yaxın mənalı sözlər #danış sözünün əks mənası #danış sözünün etimologiyası #danış sözünün orfoqrafiyası #danış rusca #danış inglisça #danış fransızca #danış sözünün istifadəsi #sözlük