* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••• | 20.56 |
2003 | ••••••• | 16.93 |
2004 | •••••••• | 19.20 |
2005 | ••••••• | 16.87 |
2006 | •••••• | 15.54 |
2007 | ••••••••• | 21.78 |
2008 | ••••••• | 17.05 |
2009 | ••••••• | 16.48 |
2010 | ••••••••• | 23.33 |
2011 | •••••••• | 20.68 |
2012 | ••••••••••• | 28.65 |
2013 | ••••••••• | 22.03 |
2014 | •••••••••• | 24.20 |
2015 | •••••••• | 19.22 |
2016 | •••••••••••••••••• | 46.34 |
2017 | •••••••••••••••••• | 47.80 |
2018 | ••••••••••••••• | 37.76 |
2019 | •••••••••••••••••••• | 53.13 |
2020 | ••••••••• | 23.34 |
1 is. 1. Ev, bina, tikili. Şəhərin dar küçələri, sıx həyətləri, qaranlıq damları onları təmin etmədi. Mir Cəlal. // Əsas binanın yanında tikilmiş və ona yapışıq otaq və s. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır. M.F.Axundzadə. □ Qara dam – bacası tavanının ortasında olduğu üçün daim hisli olan, pəncərəsiz, ibtidai ev; daxma. Kənddəki evlərin hamısı torpağın altında tikilmiş qara damlardan ibarət idi. İ.Əfəndiyev. Bütün kənd təkbacalı qara damlarda, ya ömründə gün üzü görməyən qabağı səkili tövlələrdə yaşayırdı. S.Rəhimov. 2. Evin, binanın, tikilinin örtüsü. Dama çıxmaq. Damdan yağış dammaq. Kirəmit dam. Damı qırlamaq. – Biz eyvanda və damın üstündə vaxtımızı keçirirdik. C.Məmmədquluzadə. Hündür evlərin damlarını ağappaq qar örtmüşdü. M.İbrahimov. Adamlar damın üstündə gecələyirdilər. Ə.Məmmədxanlı. 3. Bir, ya iki tərəfi açıq, üstüörtülü yer, tikili. [Əsgər bəy:] A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altına yığışıblar. M.F.Axundzadə. 4. Heyvanları saxlamaq üçün qapalı yer; bina, tövlə. Komandan ilə Musa mal damına yanaşdılar. M.Hüseyn. Qoyun, quzu, dana, xötək; Mal-qara dolur dama. B.Vahabzadə. 5. məc. Həbsxana, qazamat. □ Dama basmaq (qatmaq, salmaq) – həbs etmək, həbsə salmaq. Xülasə, qəzetləri bağlamaqda və yazıçılarını dama qatmaqda mən hökuməti haqlı tutmuram. C.Məmmədquluzadə. Dama girmək – həbs edilmək, həbsə alınmaq. [Kərəmov:] Olmaz da, pulları yemisən, üstündən su da içmisən. İndi dama girəndə ağlın başına gələr. S.Rəhman. ◊ Bir dam(ın) altında – bir yerdə, bir evdə, bir mənzildə, bərabər, yanaşı. İndi bu adam [Zeynal] onunla bir dam altında bərabər yaşamaq istəməyirdi. S.Hüseyn. O zaman bir damın altında birləşən iki qəlbin bəxtiyarlığı məni qorxudurdu. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / dam2 is. [fars.] klas. Tələ, cələ, tor. Zülfünü əhli-vəfa seydinə dam eyləyəli; Məni ol damə giriftar bilibdir, bilirəm. Füzuli. □ Dam qurmaq – tələ qurmaq, hiylə düzəltmək. Xalqa bunlar hamı qurublar dam; Bir bunu anlamaz bu qövmi-avam. S.Ə.Şirvani.
Azərbaycan dilinin izahlı lüğəti / dam5 I dam bax 1. daxma; 2. tövlə; 3. həbsxana II dam bax tələ 1
Azərbaycan dilinin sinonimlər lüğəti / dam1 1. кровля, плоская крыша; 2. хибарка, землянка; 3. скотный сарай, хлев; 4. перен. кутузка;
Azərbaycanca-rusca lüğət / dam2 1 I сущ. 1. крыша, кровля. Evin damı крыша дома, yastı damlar плоские крыши; kirəmit damlar черепичные крыши, damın üstündə на крыше, dama çıxmaq подняться на крышу 2. разг. хибарка, лачуга 3. хлев; постройка, помещение. Ferma damları помещения фермы, mal-qara damları помещения для скота 4. простореч. тюрьма. Dama salmaq посадить в тюрьму, dama basmaq засадить в тюрьму II прил. 1. кровельный. строит. Dam örtük dəmiri кровельное железо, dam örtük işləri кровельные работы, dam örtük materialları кровельные материалы, dam şüşəsi кровельное стекло 2. домашний, домовый. зоол. Dam sərçəsi домашний воробей, dam yapalağı домовый сыч; qoyun damı овчарня, toyuq damı курятник, donuz damı свинарник, dam pəncərəsi слуховое окно (окно в крыше здания, предназначенное для освещения и проветривания чердачного пространства) ◊ bir damın altında yaşamaq жить под одной крышей; damdan vurub bacadan çıxmaq проявлять ловкость, изворотливость; damda törəmə bəy неизвестного происхождения (о ком-л.); damdan düşmə, damdan düşən kimi как с потолка, словно с потолка 2 сущ. устар. 1. сетка 2. капкан ◊ dam qurmaq kimə устроить ловушку для кого
Azərbaycanca-rusca lüğət / dam1 i. 1. roof; bir kəslə bir ~ altında yaşamaq to live under one / the same roof with smb., to share a house with smb.; Mən onlarla bir dam altında yaşaya bilmərəm I can’t live under one roof with them; 2. cattle-yard; 3. hut, shack, shanty, mud-hut; 4. d.d. quod, lock-up, small prison; ~a salmaq bax damlamaq
Azərbaycanca-ingiliscə lüğət / dam1 is. 1) toit m ; bir kəslə bir ~ altında yaşamaq vivre avec qn sous le même toit ; Mən onlarla bir ~ altında yaşaya bilmərəm Je ne peux pas vivre avec eux sous un même toit ; 2) cabane f, masure f, chaumière f
Azərbaycanca-fransızca lüğət / dam1 сущ. 1. кӀвал, дарамат; // асас кӀвалив игисна эхцигнавай кӀвал ва мс.; // qara dam гумади ртӀанвай, дакӀар авачир усал кӀвал; кума, къазма; 2. къав (кӀвалин, дараматдин); dama çıxmaq къавал акьахун; 3. кьур; 4. цур, тевила; mal damı маларин цур; 5. пер. къазамат; dama basmaq (qatmaq, salmaq) къазаматда ттун (кутун), кьун; ** bir dam(ın) altında са къавук, са чӀередик, са кӀвале, санал, барабар.
Azərbaycanca-ləzgicə lüğəti / dam2 [fars.] сущ. клас. кьулар, ракьар, ккам, тур; dam qurmaq кьулар кутун, гьилле туькӀуьрун.
Azərbaycanca-ləzgicə lüğəti / damDAM1 f. 1) tor, tələ; 2) həbsxana; 3) m. hiylə, kələk. DAM2 f. 1) ev heyvanı // heyvan; 2) ov quşu.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiI (Kürdəmir, Quba, Ordubad) tavan. – Evin damı qutarmıyıb (Ordubad) II (Gəncə, Göyçay, Karvansaray, Kürdəmir, Qazax, Sabirabad, Salyan, Şəki, Şəmkir, Şuşa, Tərtər) tövlə. – Cücələr damın küncünə yığışmışdı (Salyan); – Bahar, malları dama sal, ot tök (Şəki); – Heyvannarı dama doldırdım (Şuşa); – Qoyunnarı dama salmışam (Karvansaray) III (Borçalı, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qazax) 1. qazma (Borçalı). – Keşmişdə qışda kətdilər damda olardı 2. hər cür tikili, bina (Cəbrayıl, İmişli, Kürdəmir). – Dam deyərük daş əvə, kərpic əvə (İmişli); – Toy damı tix’məx’ çox çətindi (Cəbrayıl); – Bizdə bişir-düşüri damda eliyəllər (Kürdəmir)
Azərbaycan dilinin dialektoloji lüğəti.