* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Su və bu kimi mayelərin girdə şəklə düşmüş ayrıca kiçik hissəciyi. Su damcısı. Tər damcıları. – Sıçrayarkən işıldayır damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət. Damcılar günün qabağında almaz kimi parıldayırdı. A.Divanbəyoğlu. 2. tib. Damcılarla içilən dərman. Damcı reseptləri də məhlul və miksturaların reseptləri kimi yazılır. R.Əliyev. 3. “Bir” sözü ilə – çox az miqdar, çox cüzi, bir zərrə. Bir damcı çörək yeyib qalxdım. – Bir damcı dürr tufanların yaratdığı coşqun sellərdən daha dəyərlidir. M.S.Ordubadi. ◊ Dənizdə bir damcı – lazım olduğu miqdara nisbətən heç dərəcəsində, yox dərəcəsində olan şey haqqında.
Azərbaycan dilinin izahlı lüğəti / damcı1 Kökü dammaq məsdəri ilə bağlıdır, amma feil -cı şəkilçisi qəbul etmir. Dam kökünə -la şəkilçisi də artırıla bilər: damla (son damla qanına qədər...). Feil -la şəkilçisini də qəbul etmir. Deməli, burada tarixi araşdırma aparmaq lazım gəlir. Qədim mənbələrdə damcı, damla sözlərinin yerinə tamızım kəlməsi işlədilib. Əmizdir qəlibi üzrə damızdır feili yaranıb. -ım şəkilçisi feildən ad düzəldə bilir: öl və ölüm... Damız feilindən də həmin qəlib üzrə damızım ismi əmələ gəlib. Damcı bu sözün təhrifindən yaranıb. Damla sözü, əslində, damıla kimi olub (yaz və yazı qəlibi üzrə dam və damı sözü yaranıb), sonra feildən isim düzəldən -ı şəkilçisi reduksiya olunub (bu hal əm(i)lik, qırx(ı)lıq, sat(ı)lıq kəlmələrinə də aiddir). Söz, əslində, təqlidlə də bağlıdır (dambıltı...). Tuva dilində söz damdı kimidir. Bizdə əydi adlı alət var. Deməli, damdı həmin qəlib üzrə yaranıb, sonra damcı şəklinə düşüb, təqlidi sözdür, dambıltı ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / damcı1 DAMCI Yenə mayeləşib suya dönərik; Yenə damcı olub yerə enərik (A.Şaiq); DAMLA İki damla yaş uzun kirpiklərdən süzülüb yanağına düşdü (Ə.Qasımov); GİLƏ [Soldat:] Sənə demədim ki, bir gilə de su aparmaq olmaz! (S.Vəliyev); QƏTRƏ O dəryanın hər qətrəsi, bir sənəm incisidir; Hər damlası atəş olub ürəkləri isidir (B.Vahabzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / damcı2 I сущ. капля, капелька: 1. маленькая частица какой-л. жидкости, принявшая округлую форму. Şeh damcısı капля росы, tər damcısı капля пота 2. перен. о ничтожно малом, совершенно недостаточном количестве чего-л. 3. капли (жидкое лекарство, принимаемое по счёту капель) II прил. капельный (относящийся к капле, каплям). хим. Damcı analizı капельный анализ, damcı metodu капельный метод, damcı infeksiyası мед. капельная инфекция; damcı şüşəsi капельница, damcı dərmanı капли, valeriyan damcısı (damcıları) валериановые капли ◊ bir damcı немного, капельку; bir damcı da (yox) ни капли; damcı daşı dələr капля точит камень; dənizdə bir damcı капля в море
Azərbaycanca-rusca lüğət / damcı1 i. drop; bir ~ (az mənasında) a bit, a grain, a little; son ~ya qədər içmək to drink* to the last drop; Bir damcı hövsələn olsun Have a little patience, Have a wee bit of patience
Azərbaycanca-ingiliscə lüğət / damcı1 сущ. 1. стӀал; su damcısı цин стӀал; tər damcıları гьекьедин стӀалар; 2. мед. стӀалралди хъвадай дарман; 3. bir damcı а) са стӀал (мес. яд); б) са кӀус (мес. фу), лап тӀимил кьадар, лап жизви, са тӀимил, са зерре.
Azərbaycanca-ləzgicə lüğəti / damcı