* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Döl verməyə yarayan, döl vermək üçün saxlanılan; döllük, cins. Damazlıq qoyun. Damazlıq buğa. – Azərbaycan atları damazlıq bir cins kimi, Orta və Yaxın Şərq ölkələrinə, hətta Hindistan və Misirə belə aparılmışdır. R.Səttarzadə. // İs. mənasında. Damazlığını yeyən tamarzı qalar. (Ata. sözü). Damazlıq olaraq Hökümənin atası onlara bir inək də vermişdi. S.Hüseyn. □ Damazlığı kəsilmək – nəsli kəsilmək. Damazlığın kəsilsin – qarğış ifadəsi. Buy, sənin damazlığın kəsilsin! S.Rəhimov. Damazlıq stansiyası k.t. – damazlıq işi ilə məşğul olan heyvandarlıq müəssisəsi. Ağdaş rayonunda barama qurdu zavodu və baramaçılıq üzrə damazlıq stansiyası vardır. (Qəzetlərdən).
Azərbaycan dilinin izahlı lüğəti / damazlıq2 Döl verməyə yarayan, döl vermək üçün saxlanılan: döllük, cins. (“Koroğlu” dastanının lüğəti) Bala, mən gördüm ki, sən bir yeniyetmə yaxşı oğlansan, istədim sənə maya verəm, damazlıq düzəldəm. (“Eyvazın Çənlibelə gətirilməyi”)
Azərbaycan dastanlarının leksikası / damazlıq1 Bu söz barədə bir neçə ehtimal söyləmək olar: 1. Söz dam kəlməsi əsasında yaranıb, çünki döl ərəfəsində heyvanlara ev şəraitində (damda) xüsusi qulluq göstərilib. Sözün damızlıq forması da mövcud olub. Damız sözü mənbələrdə “döl verən heyvan üçün tövlə” kimi açıqlanıb. 2. Söz döl kəlməsi ilə bağlıdır və əsli döləzik olub; (döl sözünün bir mənası “toxumluq” deməkdir). Döldaş-“nəsil, döl tutmaq - hamilə”, döləc – “doğum ərəfəsi” mənalarında qeydə alınıb. Döllə bağlı ehtimalı daha düzgün hesab edirəm. İndi damazlıq sözü “cins heyvan” kimi başa düşülür. Fars dilində dam sözünün bir mənası “ev heyvanı” deməkdir. Damazlıq kəlməsinin bu sözlə bağlı olması daha inandırıcı görünür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / damazlıq2 I прил. животн. племенной: 1. оставленный для продолжения породы. Damazlıq inək племенная корова 2. связанный с разведением породистого скота. Damazlıq seçmə племенной подбор, damazlıq təsərrüfatı племенное хозяйство, damazlıq yumurta племенное яйцо II сущ. животное, отобранное для размножения (о скоте); damazlıq buğa бык – производитель, damazlıq qoyun овцематка
Azərbaycanca-rusca lüğət / damazlıq1 I. i. stud, breeder, purebred, thoroughbred II. s. pedigree, purebred, thoroughbred; ~ heyvan pedigree cattle; ~ heyvandarlıq pedigree stock-breeding; ~ inək pedigree cow; ~ qoyun pedigreed ewe
Azərbaycanca-ingiliscə lüğət / damazlıq1 прил. дамазлух, жинсинин (жинс кутун патал хуьзвай); damazlıq qoç дамазлух гьер; damazlıq inək дамазлух ккал; // damazlığı kəsilmək дамазлух атӀун, куьк (несил, тум) хкатун.
Azərbaycanca-ləzgicə lüğəti / damazlıq