damə sözü azərbaycan dilində

damə

Yazılış

  • damə • 84.6154%
  • Damə • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Daməd Nəbiyev
Daməd Nəbiyev(Daməd Məcid oğlu Nəbiyev;d.1925, Yevlax rayonu, Varvara kəndi ö.24 noyabr 2021) - Böyük Vətən müharibəsi veteranı, mayor. == Həyatı == Daməd Nəbiyev 1925-ci ildə oktyabr ayının 15-də Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1943-cü ildə Gürcustanın Qambori rayonunda yerləşən hərbi məktəbə yollanmışdır. İkinci dünya müharibəsində D.Nəbiyev Birinci Belarusiya cəbhəsinin 221-ci aviabombardmançı diviziyasının 8-ci qvardiya bombardmançı polkunda hava atıcı radisti kimi iştirak etmişdir. Müharibə bitdikdən sonra 1946-cı ilin payızında D. Nəbiyevin polku Ukraynanın Zaporoje şəhərinə gəlir və 5 ay qaldıqdan sonra hərbi hissəsi dağılır və D. Nəbiyev Leninqrada göndərilir. 1949-cu ilə kimi Leninqradda təlim uçuşları həyata keçirmişdir. 1950-ci ildə hərbi nazir marşal Jukovun əmri ilə D. Nəbiyev səhəti ilə əlaqədar aviasiyanın tərkibindən çıxarılmış və Bakı hərbi dairəsinə göndərilmişdir. Bir neçə il Bakıda, daha sonra Ağdamda qulluq etmişdir. 1960-cı ilin əvvəllərində D. Nəbiyevin hərbi hissəni ləğv etdilər və onu Gəncə şəhərinə göndərirlər. 1963-cü ildə qiyabi olaraq Gəncə Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə daxil olmuşdur.
Damənə
Damənə — İranın İsfahan ostanının Fəridən şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,513 nəfər və 1,156 ailədən ibarət idi.
Damət Bağırov
Bağırov Damət Abbas oğlu (5 may 1961, Xanməmmədli, Zərdab rayonu) — iqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris və təlim texnologiyaları üzrə prorektoru. == Həyatı == Damət Bağırov 1961-ci ildə may ayının 5-də Zərdab rayonunun Xanməmmədli kəndində anadan olmuş, 1978-ci ildə həmin rayonda orta məktəbi bitirmişdir. 1978-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1985-ci ildə institutu bitirmişdir. İnstitutu bitirdikdən sonra Dövlət Aqrar Sənaye Komitəsinin baş elm idarəsində aparıcı iqtisadçı, 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində tədris lobaratoriyasının müdiri, müəllim vəzifələrində çalışmış, 1986-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olmuş, 1991-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik disertasiyası müdafiə etmiş, iqtisad elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1994–1995-ci illərdə "Tuqay" kommersiya bankının idarə heyətinin sədri vəzifəsində, 1995–1999-cu illərdə Xətai rayonu üzrə Dövlət Vergi Müfəttişliyində baş dövlət vergi müfəttişi, şöbə rəisi , rəis müavini vəzifələrində işləmişdir. 2000-ci ilin fevralından Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentində baş mütəxəssis, şöbə rəisi, baş məsləhətçi vəzifələrində işləmişdir. 1995–1998-ci illərdə Sankt Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin doktoranturasında oxumuş, 1998-ci ildə həmin universitetdə "Maliyyə, pul tədavülü və kredit" ixtisası üzrə doktorluq disertasiyası müdafiə etmiş, elə həmin ildə Rusiya Fedarasiyasının Dövlət Ali Attestasiya Komitəsinin qərarı ilə iqtisad elmləri doktoru alimlik dərəcəsi və 2000-ci ildə Azərbaycan Respublikasının Ali Atestasiya Komitəsinin tərəfindən təkrar attestasiyadan keçirilərək ölkəmizin doktorluq diplomunu, 2005-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını almışdır. 1999-cu ilin sentyabrından "Maliyyə" kafedrasının 0,5 ştatla dosenti , 31 avqust 2001-ci il tarixindən isə "Vergi və vergiqoyma" kafedrasının 0,5 ştatla professoru vəzifəsində işləmişdir. 2005-ci ilin fevral ayından etibarən "Vergi və vergiqoyma" kafedrasının tam ştatla professoru və "Maliyyə" fakültəsinindekanı vəzifəsində çalışmışdır. 2008-ci ilin sentyabrından tədris işləri üzrə prorektor əvəzi vəzifəsində çalışır.
Damət Kərimli
Damət Söhbət oğlu Kərimli (8 may 1952, Qabaqdibi, Yardımlı rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003).[mənbə göstərin] == Həyatı == Damət Kərimli 1952-ci il mayın 8-də Azərbaycanda Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olmuşdur. Burada kənd səkkizillik məktəbi, Yardımlı qəsəbəsində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır (1969-1975). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Yardımlı rayon sanepidemstansiyasında qida həkimi kimi başlamışdır (1975-1984), sonra orada yoluxma şöbəsində infeksionist-həkim (1984-1998) işləmişdir. Hazırda X.Rəfıbəyli adına 2 saylı Bakı Baza Tibb məktəbində müəllim vəzifəsində çalışır (1998-ci ildən). XX əsrin 60-cı illərindən şer yaradıcılığı ilə ardıcıl məşğul olmuşdur. "Ədəbiyyat qəzeti", "Zaman", "Ocaq", "Hürriyyət" və s. qəzetlərdə lirik, satirik şerləri, qəzəlləri dərc edilmişdir. "Qəm üstə köklənən dünya" şerlər toplusu "Nurlan" nəşriyyatında kütləvi tirajla çap olunmuşdur. Dirili Qurbani Məclisinin üzvüdür. Şairin “Qəm üstündə köklənən dünya” və “Toxunayın daha haqqa” (2010) kitablarından savayı, üzvü olduğu Dirili Qurbani Məclisinin nəşrlərində, o cümlədən 13 adda elmi-bədii əsərlər toplusunda, “Dirili Qurbani” jurnalında, məclisin saytında, dövri mətbuatda məclis üçün ayrılmış səhifələrdə yer alıb.

damə sözünün leksik mənası və izahı

"damə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#damə nədir? #damə sözünün mənası #damə nə deməkdir? #damə sözünün izahı #damə sözünün yazılışı #damə necə yazılır? #damə sözünün düzgün yazılışı #damə leksik mənası #damə sözünün sinonimi #damə sözünün yaxın mənalı sözlər #damə sözünün əks mənası #damə sözünün etimologiyası #damə sözünün orfoqrafiyası #damə rusca #damə inglisça #damə fransızca #damə sözünün istifadəsi #sözlük