doy sözü azərbaycan dilində

doy

Yazılış

  • doy • 62.5000%
  • Doy • 37.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yoyçi Doy
Yoyçi Doy (d. 25 iyul 1973) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Şoma Doy
Şoma Doy (21 may 1992, Yamaqata) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Anna-Sofie Doyen
Anna-Sofie Doyen (27 noyabr 1983) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Anna-Sofie Doyen Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Artur Konan Doyl
Ser Artur Konan Doyl (ing. Sir Arthur Ignatius Conan Doyle; 22 may 1859 – 7 iyul 1930) — Şotlandiyada doğulmuş ingilis yazıçı, Şerlok Holms və professor Çellencer kimi obrazların yaradıcısı. == Həyatı == Artur Konan Doyl 22 may 1859-cu ildə Şotlandiyanın Edinburq şəhərində doğulmuşdur. Atası ingilis Çarlz Altamont Doyl, anası isə irlandiyalı Meri Foley idi. Soyadı "Konan Doyl" olsa da, bu mürəkkəb soyadın mənşəyi bilinmir. Mənbələrdən birində Artur və bacısı Annetanın mürəkkəb soyadlarını böyük əmiləri olan jurnalist Maykl Konandan götürdüyü qeyd olunur. 1885-ci ildə evinin çölündəki düyü lövhədə və həkim kitabçasındakı imzada adının "A. Konan Doyl" olaraq yazıldığını bildirir. Lakin 1901-ci il əhali siyahıyaalması kimi digər qaynaqlar Konan Doylun soyadının "Doyl" olduğunu və ancaq illər sonra "Konan Doyl" olaraq istifadə etdiyini xəbər verir. Konan Doylun qardaşları da atası kimi rəssam idi. Konan Doyl, doqquz yaşındaykən Müqəddəs Meri Hell Katolik Cizvit Stonyhurst hazırlıq məktəbinə göndərildi.
Ceraldin Doyl
Ceraldin Hoff Doyl (31 iyul 1924-cü il — 26 dekabr 2010-cu il)
Doydu
Doydu - türk və altay mifologiyalarında nəhəng Ölüm Balığı. Toydu Balıq olaraq da bilinir. Yeraltındaki böyük dənizdə yaşadığına inanılan əfsanəvi nəhəng balıq. Ağzı gırtlağının altında, gözü isə peysərindədir. Bel sümüyü tərs çevrilmişdir. Zəncirlərlə bağlı tutular. Baş və bədənini oynatınca zəlzələlər olur, tufanlar qopar. Ker Balıq da deyilir. Adı Abra və Yutpa ilə birlikdə xatırlanar. == Etimologiya == (Doy/Toy) kökündən törəmişdir.
Doyduk
Doyduk — Nevşəhər ilinin Kozaklı ilçəsində kənd. == Tarixi == Kənd 1907-ci ildən Doyduk adlanır. Nevşəhərdən 91 km, Kozaklıdan 10 km aralıda yerləşir.
Doymamış karbohidrogenlər
Doymamış karbohidrogenlər — ikiqat və ya üçqat rabitəyə və açıq zəncirli quruluşa malik olan karbohidrogenlərə deyilir.
Doymuş karbohidrogenlər
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Doymuş məhlul
Doymuş məhlul — mövcud şəraitdə (temperatur və təzyiqdə) həll olmuş maddə ilə sabit kimyəvi tarazlıqda olan məhlul. Belə məhlulda şərait dəyişmədikcə həmin maddənin bir hissəsi həll olmamış halda, yəni ilk götürüldüyü kristal halında qalır. Doymuş məhlulun qatılığına, yəni onda həll olmuş maddənin miqdarına həmin maddənin həllolma əmsalı deyilir. Məlum həlledicidə yaxşı həll olan maddənin həllolma əmsalı xeyli böyük, pis həll olanınkı isə çox kiçik ola bilər. Həll olmuş maddənin miqdarı eyni şəraitdə götürülən doymuş məhluldakından az olan məhlullar doymamış məhlul adlanır. Doymuş məhlulda maddənin kristalları qalmamışsa, soyuduqda kristallaşma getməyə bilər və belə məhlula ifrat doymuş məhlul deyilir. Onda doymuş məhluldakından bir qədər artıq həll olmuş maddə olur. Belə məhlula həll olmuş maddənin kiçik bir kristalı salındıqda məhluldan kristallar ayrılır.
Lodi doyusu
Lodi döyüşü — 1796-ci il 10 Mayda baş vermişdir. Avstriyalı general Beaulieu Napoleona qarşı Fombio döyüşündə aldığı məğlubiyyətdən sonra Beaulieu məğlub olaraq ordusunu Ada çayının gerisinə çəkdi. Beaulieu geri çəkilməni sürətləndirmək üçün Lodidə General-Mayor Vukassovich idarəsində təxminən 10.000 nəfər qoyaraq irəlilədi. Napoleonun ordusu 10 Mayda Lodiyə çatıb çayın sol sahilini düşməndən təmizlədi. Napoleonun əsas ordusu Lodiyə çatana qədər fransız topçuları avstriyalıların körpüyü dağıtmamaqları üçün qarşı sahilə dayanmadan atəş açırdılar. Elə bu vaxt Napoleon şəxsən toplardan birinin başına keçib əsgər kimi döyüşdü. Bu fransız əsgərlərinin döyüş ruhunu artırdı. Axşamüstü əsas ordu Lodiyə çatdı. Napoleon dərhal əsgərlərə körpünü keçmələri əmrini verdi. Axşama yaxın şəhər ələ keçirildi.
Noyes Doyçland
Noyes Doyçland (alm. Neues Deutschland‎; mənası – Yeni Almaniya) — Almaniyada gündəlik qəzet. 23 aprel 1946-cı ildən Berlin şəhərində nəşr olunur. Almaniyanın birləşdirilməsindən əvvəl Almaniya Vahid Sosialist Partiyasının Mərkəzi Komitəsinin orqanı idi. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Noyes Doyçland ilə əlaqəli mediafayllar var.
Sasaki Doyo
Sasaki Takauci (佐々木 高氏, ən geci 1306 – 12 sentyabr 1373) və ya dini adı ilə Sasaki Doyo (佐々木 道誉) – Muromaçi dövründə yaşamış Yaponiya hərbi xadimi və şairi. == Həyatı == Sasaki Takauci Omi əyalətində tanınmış döyüşçü ailəsində doğulmuşdur. Kamakura şoqunluğunun sonuncu regenti Hoco Takatoki üçün xidmət göstərdikdən sonra Aşikaqa Takauciyə kömək edərək Kenmu restavrasiyasının ləğvində və Muromaçi şoqunluğunun qurulmasında iştirak etmişdir. O, 1336-cı ildə şoqunluq tərəfindən elan edilmiş, ölkənin fundamental inzibati kodeksi olan Kenmu kodeksinin tərtib olunmasına kömək etmişdir.Takauci müxtəlif vaxtlarda Omi əyaləti də daxil olmaqla, 6 əyalətin şuqosu olmuş, şoqunluğun mərkəzi administrasiyasında vacib vəzifələri tutmuş, 1354-cü ildə İnzibati şuranın rəhbər rəsmisi olmuşdur.Sasaki Takauci vaka və renqa şairi kimi də tanınmış, yerli Omi saruqakusunun himayədarı olmuşdur. XIV əsrə aid "Heyke nağılı" əsərində hərbi aristokrat və dəbdəbəlik modeli kimi təsvir olunmuşdur. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh.
Zoey Doyç
Zoi Doyç (10 noyabr 1994-cü il təvəllüdlü) — amerikalı aktrisa və prodüser. == Filmoqrafiya == Niyə O?
Zoi Doyç
Zoi Doyç (10 noyabr 1994-cü il təvəllüdlü) — amerikalı aktrisa və prodüser. == Filmoqrafiya == Niyə O?

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2015 •••••••••••••••••••• 0.17

doy sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Bax: dov. (“Koroğlu” dastanının lüğəti) Çox oldum davada, doyda, İgid görmədim sən soyda, Əl ver burda sənnən soyda Vuraq, a qəssabın oğlu!..                (“Eyvazın Çənlibelə gətirilməyi”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

doy gəlməx’: (Gəncə, Karvansaray, Qazax, Şəmkir, Tovuz) bax do: gəlməx’. – Balaxanımı gördüηmü kişiyə necə doy gəldi? (Tovuz)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"doy" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#doy nədir? #doy sözünün mənası #doy nə deməkdir? #doy sözünün izahı #doy sözünün yazılışı #doy necə yazılır? #doy sözünün düzgün yazılışı #doy leksik mənası #doy sözünün sinonimi #doy sözünün yaxın mənalı sözlər #doy sözünün əks mənası #doy sözünün etimologiyası #doy sözünün orfoqrafiyası #doy rusca #doy inglisça #doy fransızca #doy sözünün istifadəsi #sözlük