dop sözü azərbaycan dilində

dop

Yazılış

  • dop • 50.0000%
  • Dop • 16.6667%
  • DOP • 16.6667%
  • DoP • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dop sülaləsi
Dop sülaləsi, Dəfnə sülaləsi və ya Dopyanlar (erm. Դոփյաններ, Դաւփեանք) – XII – XVI əsrlərdə Xaçında hakimiyyətdə olmuş knyaz sülaləsi. Dop sülaləsinin nümayəndələri Yuxarı Xaçın və Zod ərazisinin hakimləri olmuşlar. == Tarixi == Dop sülaləsi adını Yuxarı Xaçın knyazı I Həsənin xanımı Dop xatunun (Դաւփ – Dop Dəfnə adının erməni dilinə uyğunlaşdırılmış formasıdır.) adından almışdır. Dop özü isə Sarkis Zaxari-Dolqaruki və Saakanduxt Artsruninin qızı olmuşdur. Əri I Həsənin ölümündən sonra Dop xatun Yuxarı Xaçının (Zar) hakimi olmuşdur. Bu tarixdən sonra Yuxarı Xaçının hakim sülaləsi Dop sülaləsi (Dopyanlar) adlanmışdır ki, bu dünya tarixində qadın adı ilə adlandırılmış çox az sülalələrdən biridir. Dop sülaləsi çiçəklənmə dövrünü XIII əsrdə — Qafqazda monqol hökmranlığı dövründə yaşamışdır. I Həsən və Dop xatunun oğlu I Qriqor Dop və Saak Sevadanın oğlu birlikdə monqol sərkərdəsi Baycu noyonun Mesopotamiya yürüşündə (1242–1243) iştirak etmişdi. Sülalənin ən məşhur knyazları II Həsən, II Qriqor və III Həsən hesab olunur.
II Qriqor Dop
II Qriqor (doğum tarixi bilinmir – 1331) – 1287 – ci ildən hakimiyyətdə olmuş Xaçın knyazı. II Qriqorun hakimiyyəti əsasən Yuxarı Xaçın ərazisini əhatə etmişdi. Tərsaiç Orbeli və Həsən Cəlalın qızı Minaxatunun qızı olan Aspa xatunla evlənmişdi. Mənbələrdə II Qriqor “Kiçik Sünikin, Xandaberd, Akna, yüksək Qeqam dağlarının Sotkdan Şoxaqa qədər ərazilərin hakimi” adlanıdırılır. II Qriqordan sonra Yuxarı Xaçında haökmdar hakimiyyəti ləğv edilmiş və Yuxarı xaçın Həsən Cəlalyanlar sülaləsinin idarə etdiyi Aşağı Xaçına birləşdirilmişdir.
I Qriqor Dop
I Qriqor Dop, Qriqor Xaçınlı (bilinmir – 1387) – XIII əsrdə Xaçın knyazı. Hakimiyyətinə Yuxarı Xaçın ərazisi daxil idi. I Həsən və Dəfnə xatunun övladı olmuşdur. Həsən Cəlalın xalası oğludur. I Qriqor Dop oğlu Saak Sevada ilə birgə monqol sərkərdəsi Baycu noyonun Mesopatamiya səfərində (1242–1243) iştirak etmişdir. Özündən sonra hakimiyyətə oğlu Həsən gəlmişdir. Digər oğlu Hovannes isə monax həyatını seçərək monastırda qulluğa başlamışdır. I Qriqor Dopun adı ilk dəfə 1220-ci ildə Hədəvəng monastırının kitabələrindən birində xatırlanır. Onun adından yazılmış və monqolların İran, Ermənistan və Xaçını ələ keçirməsi ilə başa çatan kiçik bir "Xronoqrafiya " dövrümüzə çatmışdır.
Dopamin
Dopamin— İnsan bədənində təbii yaranan kimyəvi maddədir. Simpatik sinir sistemində təsirləri dərman olaraq ürək döyüntülərinin artırılması və qan dövranını yüksəltmək üçün işlədilir. Normal insanın beynində onun axıcı və əlaqəli hərəkətini təmin edən dopamini ifraz edən hüceyrələr var. Dopamin beyinə gələn məlumatları bir sinir hüceyrəsindən digərinə ötürür. Beləcə, bədən tarazlığı təmin edilir. Lakin bu hüceyrələrin bir qismi ziyan görəndə və ya azalanda dopamin ifraz edilə bilmir. Dopamin ifraz edən hüceyrələrin 60-80 faizi itkiyə uğrayanda bədəndə titrəmə, yavaş hərəkətetmə və tarazlığın pozulması halları ortaya çıxır. Bunlar Parkinson xəstəliyinin əlamətləridir. Kimyəvi formulu belədir: C6H3(OH)2-CH2-CH2-NH2. Kimyəvi adlandırılması "DA" şəklindədir.
Dopinq
XX əsrin əvvəllərindən fiziki işgörmə qabiliyyətini yuksəltmək, bərpa prosesini sürətləndirmək, idman nəticələrini yaxşılaşdırmaqdan ötrü müxtəlif stimullaşdırıcı maddələrdən geniş istifadə olunmağa başlamışdır. Bura müxtəlif hormonal, farmakoloji və fizioloji preparatlar - dopinq adlanan maddələr aiddir. Dopinqlərin qəbul olunması nəinki idman mübarizəsində qeyri-bərabər şərait yaradır, həm də idmançıların səhhətinə mənfi təsir göstərir. Dopinqlərin qəbulu orqanizmdə bir sıra xoşa gəlməyən dəyişikliklər yaratmaqla yanaşı, insanın ölümünə də səbəb ola bilir. Dopinqlərin müntəzəm qəbul olunması (xüsusilə də hormonal preparatların) orqanizmin bir sıra fizioloji funksiyalarında pozğunluqlar yaradır: - ürək-damar; - daxili sekresiya (xüsusilə də vezilərin atrofiyası) və hipofızin funksiyalarına təsir edir, doğuş funksiyasının pozulması, qadınlarda ikincili kişi cinsiyyətinin (virilizasiya) meydana gəlməsi, kişilərdə süd vəzilərinin böyüməsi (ginekomastiya) və s. kimi hallar baş verir; - qara ciyərin serrozuna, sətəlcəm və hepatit (sarılığın) yaranmasına səbəb olur; - immun sistemin zəiflənməsinə, tez-tez soyuqdəyməyə, viruslarla xəstələnməyə səbəb olur; - sinir sisteminin psixoloji pozğunluqları (aqressivlik, depressiya, yuxusuzluq); - borulu sümüklerin böyüməsinin dayanması (inkışafda olan orqanizmlər üçün daha təhlükəlidir) və s; Dopinqlərin qəbulundan sonra pozğunluq dərhal baş vermir. Pozğunluq 10-20 il ötdükdən sonra, bəzən də oyunçunun nəslində özünü büruzə verə bilər. Ona görə də 1967-ci ildə BOK xüsusi tibbi komissiya yaradaraq, idmanda qəbul oluna biləcək zərərli preparatların adlarını tərtib etmiş, dopinq əleyhinə yoxlamaların aparılmasını təşkil edir və bütün beynəlxalq yarışlarda həyata keçirir. Hər bir idmançı, məşqçi, həkim qəbulu qadağan olunmuş preparatları bilməlidir. == Dopinqlərin təsnifatı == İdmanda işgörmə qabiliyyətinin yüksəldilməsi üçün istifadə olunan vasitələrə aiddir: dopinqlər, dopinq metodları, psixoloji metodlar, mexaniki amillər, istifadə olunması məhdudlaşdırılan farmakoloji vasitələr, qida əlavələri və maddələr.
Dopler effekti
Dopler effekti — dalğa uzunluğu və tezliyində baş verən dəyişiklik. Avstriya riyaziyyatçısı və fiziki Kristian Dopler (Christian Doppler) bu prinsipi ilk dəfə 1842-ci ildə aşkar etmişdir. 1845-ci ildə Hollandiyalı meteoroloq Kristofor Henrik Diderik Böys-Balot Dopler effektini Utrext ilə Amsterdamı birləşdirən dəmir yolunda yoxlayaraq təsdiq etmişdir. == Tarixi == Doppler bu effekti ilk dəfə 1842-ci ildə "Über das farbige Licht der Doppelsterne und einiger anderer Gestirne des Himmels" (İkili ulduzların və göyün bəzi digər ulduzlarının rəngli işığı haqqında) traktatında təklif etmişdir. Bu fərziyyə 1845-ci ildə Buys Ballot tərəfindən səs dalğaları üzərində sınaqdan keçirilmişdir. O, səsin yüksəkliyinin səs mənbəyi ona yaxınlaşdıqda yayılan tezlikdən yüksək olduğunu, səs mənbəyi uzaqlaşdıqda isə yayılan tezlikdən aşağı olduğunu təsdiq etmişdir. Hippolyte Fizeau 1848-ci ildə elektromaqnit dalğaları üzərində müstəqil olaraq eyni hadisəni kəşf etdi (Fransada bu effekt bəzən "effet Doppler-Fizeau" adlanır, lakin bu ad dünyanın qalan hissəsi tərəfindən qəbul edilmədi, çünki Fizeau kəşfi Dopplerin təklifindən altı il sonra idi). İngiltərədə Con Skott Russell Doppler effekti ilə bağlı eksperimental tədqiqat aparmışdır (1848). == Ümumi == Mənbənin və qəbuledicinin mühitə nisbətən sürətlərinin mühitdəki dalğaların sürətindən aşağı olduğda klassik fizikada müşahidə edilən tezlik f və mənbədən ötürülən tezlik f0 arasındakı əlaqə belə verilir: ( c ± v r c ± v s ) f 0 {\displaystyle \left({\frac {c\pm v_{\text{r}}}{c\pm v_{\text{s}}}}\right)f_{0}} burada c mühitdə dalğaların yayılma sürətidir; vr qəbuledicinin mühitə nisbətən sürətidir, qəbuledici mənbəyə doğru hərəkət edirsə c-ə əlavə edilir, qəbuledici mənbədən uzaqlaşırsa çıxarılır; vs mənbənin mühitə nisbətən sürətidir, əgər mənbə qəbuledicidən uzaqlaşırsa c-ə əlavə edilir, əgər mənbə qəbulediciyə doğru hərəkət edirsə, çıxarılır.
Doppel kilsəsi
Doppel kilsəsi (alm.St. Maria und Clemens) - Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Bonn şəhərində, Şvarzheyndorf bölgəsində yerləşən kilsə. 1151-ci ildə tikilmişdir. Kilsə Almaniyanın 13 "cüt kilsə""sindən biridir. ("Doppel" almanca "cüt kilsə" deməkdir). Kilsənin iki ayrı giriş və çıxışı, iki ayrı ibadət zalı var. Cüt kilsələr xalqla varlıları ayırmaqla bərabər protestant ilə katolikkərin eyni binadan istifadə etməsi məcburiyyəti səbəbindən yaranmışdılar.
Doppelqanqer
Doppelqanqer (əkiz amma özü olmayan) (alm. Doppelgänger‎; hərfi. doppel - ikili, gang - addım, gänger - addımlayan, yəni sənin etdiklərini təkrarlayan) — bir şəxsin digər şəxsə eyni ilə oxşarı mənasında işlədilən Alman mənşəli termindir. Bir çox hallarda paranormal fenomen kimi də qəbul edilən bu termin adətən baş vermiş pis hadisənin nəticəsi kimi başa düşülür. Bəzi mədəniyyətlərin rəvayətlərinə əsasən şeytanın əkizi kimi də qəbul edilir. 'Doppelgänger' kəlməsi bir nəfərin başqa birinə səsindən tutmuş görünüşünə qədər və ya davranışlarıda daxil olmaqla oxşadığını ifadə etmək üçün işlədilir. Bu cür insanlar bir-birilərinə klon kimi oxşayırlar. Rəvayətlərə görə kimsə tərəfindən yaranmış hər hansı bir uğursuz hadisəyə görə təbiət insanlara o hadisəni xatırlatmaq məqsədi ilə o uğursuz hadisənin səbəbkarının doppelgängerini (və ya doppelgängerlərini) yaradır. 'Doppelgänger' kəlməsi rəqəmsal marketinqdə müəyyən qrup tərəfindən çox tanınmış firmalara qarşı hazırlanmış emosianal və nüfuzunə mənfi təsir göstərəcək yanaşmadır. Bu təzyiqə dünya şöhrətli brendlər məruz qalıb.
Fritz Dopfer
Fritz Dopfer (24 avqust 1987, İnsbruk) — Dağ-xizək idmançısı.
Kristian Dopler
İohann Kristian Andreas Dopler (29 noyabr 1803[…], Zalsburq, Müqəddəs Roma imperiyası – 17 mart 1853[…], Venesiya, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası) — Avstriyalı riyaziyyatçı və fizik. 1800-cü illərin ortalarında öz adı ilə adlandırıldığı "Dopler effekti" sayəsində məşhurlaşdı. Kristian Dopler radio dalğası yayan hər hansı bir cismin müşahidəçiyə yaxınlaşıb-uzaqlaşdıqca tezliyinin dəyişirmiş kimi müşahidə olunması nəzəriyyəsini fikrini söyləmişdir. == Həyatı == Kristian Dopler Avstriyanın Salzburq kəndində olduqca istedadlı divar ustasının ailəsində anadan olmuşdur. Ancaq vücudu zəif, xüsusilə də xəstə olduğu üçün tez-tez atası ilə birgə çalışa bilməmişdir. Salzburqda lisey təhsilini tamamladıqdan sonra Vyanada astronomiya və riyaziyyatla bağlı ciddi işlər görən Dopler, 1841-ci ildən etibarən Çex Texnik Universitetində riyaziyyat və fizika professoru olaraq çalışmışdır. Bir il sonra, onu dünyaya məşhurlaşdıran Dopler effekti haqda məqalə yazıb, Praqadakı professorluq karyerası boyunca riyaziyyat, fizika və astronomiya mövzularında 50-dən çox elmi iş nəşr etdirmişdir. Praqadakı araşdırmaçılıq karyerası, 1848-ci ildə baş verən inqilablar səbəbindən yarımçıq qalmış və Vyanaya qaçmaq məcburiyyətində qalmışdır. 1850-ci ildə Vyana Universiteti nəzdində olan "Təcrübi Fizika universiteti"nə başçılıq etmişdir. 1853-cü ildə 50 yaşında olarkən Venesiyada ağciyər xəstəliyi səbəbindən vəfat etmişdir.
Azərbaycanın Olimpiya Oyunlarında dopinq tarixçəsi
Azərbaycanın Olimpiya Oyunlarında dopinq tarixçəsi — aşağıda Azərbaycanın Olimpiya Oyunları tarixində baş verən dopinq hadisələri qeyd edilmişdir. 14 dəfə Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan idmançılarının adı yalnızca 2008 və 2012-ci illərdə dopinqdə hallanmışdır. 2016-2017-ci illərdə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən aparılan araşdırmalara əsasən biri yunan-roma güləşçisi, beşi isə ağır atlet olmaqla 6 idmançının nəticələri ləğv edilmişdir. 4 idmançı olimpiaları medalsız başa vursa da, yunan-roma güləşçisi Vitali Rəhimov gümüş medaldan, ağır atlet Valentin Xristov isə bürünc medaldan məhrum edilmişdir. == Ləğv edilən nəticələr == == 2008-ci ilin olimpiadası == 24.08.2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən Nizami Paşayevdən 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi. Məlumata əsasən Nizami Paşayev olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı. Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Nizami Paşayevin nəticələri ləğv edildi. 26.10.2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən digər idmançı — Sərdar Həsənovdan 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi. Məlumata əsasən Sərdar Həsənov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı. Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Sərdar Həsənovun nəticələri ləğv edildi.

dop sözünün leksik mənası və izahı

"dop" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dop nədir? #dop sözünün mənası #dop nə deməkdir? #dop sözünün izahı #dop sözünün yazılışı #dop necə yazılır? #dop sözünün düzgün yazılışı #dop leksik mənası #dop sözünün sinonimi #dop sözünün yaxın mənalı sözlər #dop sözünün əks mənası #dop sözünün etimologiyası #dop sözünün orfoqrafiyası #dop rusca #dop inglisça #dop fransızca #dop sözünün istifadəsi #sözlük