* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. məh. Ağzı və dibi dar, qarnı isə gen, kiçik küpə şəklində saxsı qab. Dopuda yağ, qatıq, süzmə, bəkməz saxlanır. – …Hardasa yaxındakı yastı bir dam üstündə dopu çalıb rəqs eləyən kiçik qızların gülüşləri, aşağıda sağ tərəfdəki “Təzəpir” məscidinin minarəsindən ucalan axşam əzanının səsi [gəlirdi]… Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / dopu1 сущ. нугъ. бекье (сивни кӀан дар, юкь (руфун) гьяркьуь хъенчӀин къаб; гъери, къатух, суьзме ва мс. хуьн патал).
Azərbaycanca-ləzgicə lüğəti / dopuI (Ağdaş, Qazax, Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Tərtər, Ucar, Zaqatala) bax dobı. – Bir dopu bəhməzimiz var (Qəbələ); – Bir dopu qatıx vermişəm dünən qonşuya (Oğuz); – Arvad, inəyin yağınnan bir əz o dopuya yığarsan (İsmayıllı); – Dopuya yağ da tökürüx, bal da (Zaqatala) II (Xanlar) qısaboy, gödəkboy. – Bu kətdə bir dopu adam var
Azərbaycan dilinin dialektoloji lüğəti.