doğru sözü azərbaycan dilində

doğru

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • doğru • 97.8046%
  • Doğru • 2.1455%
  • DOĞRU • 0.0500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mayaka doğru
Mayaka doğru Virciniya Vulf tərəfindən yazılmış, 1927-cı ildə nəşr olunmuş, modernist üslubda yazılmış əsərdir. Əsər müəllifin sayca beşinci romanıdır. Əsərin yazılış üslubu ilə yazıçı Marsel Prust və Ceyms Coysun modernist roman ənənəsini davam etdirir. Romanda bir neçə dialoqu çıxmaqla, demək olar ki, tamamı ilə durğunluq hökm sürür, yalnız düşüncələrə yer verilir. Əsər üç hissədən ibarətdir, hadisələr və obrazların düşüncələri anonim şəxsin dilindən çatdırılır. Romanın həm də avto-bioqrafik yönləri var, xanım Ramsinin obrazında öz anasını göstərən yazıçı, öz ailəsində onun ölümündən sonra yaranmış boşluğu təsvir edir. Əsər həm "Modern Library" nəşr evi, həm də "Time" jurnalının ingiliscə yazılmış yüz ən yaxşı roman siyahısında özünə yer tapıb. == Mövzusu == Birinci bölüm-Pəncərə . İlk bölüm Hebrid- Skayp adasında, Ramsi ailəsinin yay evində, xanım Ramsi və oğlunun söhbətinin təsviri ilə başlayır. Anası ilə bir gün sonrakı mayak səfərləri ilə bağlı söhbət edən Ceymsə atası hava aydın olmadığından gedə bilməyəcəklərini bildirir.
Doğru Yol Partiyası
Doğru Yol Partiyası (Azərbaycan) — Azərbaycanda 1992-ci ildə Tamerlan Qarayevin rəhbərliyində təsis edilmiş, 1995-ci ildə Müsavat Partiyasına birləşmiş siyasi partiya. Doğru Yol Partiyası (İsrail) — İsraildə 2008-ci ildə təsis edilmiş siyasi partiya. Doğru Yol Partiyası (Türkiyə) Doğru Yol Partiyası (Türkiyə, 1983) — Türkiyədə Ahmet Nusret Tunca rəhbərliyində keçmiş Demokrat Partiya üzvləri tərəfindən qurulmuş və 2007-ci ildə Demokrat Partiyaya birləşmiş siyasi partiya. Doğru Yol Partiyası (Türkiyə, 2007) — Türkiyədə 2007-ci ildə Çetin Özaçıkgöz tərəfindən qurulmuş siyasi partiya.
Pambığa doğru (qəzet)
Şərurun səsi — Şərur rayonunda nəşr olunan qəzet. "Şərurun səsi" adlanan Şərur rayon qəzeti 1931-ci ilin oktyabrında ilk sayı ilə oxucularla görüşmüşdür. Qəzetin ilk adı "Pambığa doğru" olmuşdur. Qəzetin nəşrə başladığı ilk vaxtlar Naxçıvan şəhər sakini Qasım Tağıyev redaktor, sədərəkli Qədim Qədimov isə ədəbi işçi idi. Bir neçə nömrə çapdan çıxandan sonra Qasım Tağıyevi rayon partiya komitəsinə şöbə müdiri vəzifəsinə irəli çəkirlər. Boş qalan redaktor vəzifəsinə isə Qarabağlar kəndinin sakini olan Nemət Əhmədov təyin edilir. Qəzetin birinci nömrəsində "Qəzetin qarşısında duran vəzifələr", "Su kanalı çəkilişi işini sürətləndirməli", "Rayon İcraiyyə Komitəsi sessiyasının qərarı" və başqa sərlövhəli yazılar verilmişdi. Bu yazılar qəzetin məqsəd və vəzifələrini, hansı məsələlərdən daha ətraflı yazacağını çox aydın göstərirdi. Rayon həyatının elə bir sahəsi yox idi ki, "Pambığa doğru" qəzeti ora yol açmamış olsun. Qəzet sosializm quruculuğundakı müvəffəqiyyətləri işıqlandırmaqla yanaşı israfçılığa, bürokratizmə, bir sözlə bütün mənfi hallara qarşı kəskin mübarizə aparırdı.
Zirvəyə Doğru (1991)
Şərqə Doğru (1930)
Tammetrajlı sənədli film sovet hakimiyyəti illərində respublikada gedən dəyişikliklərdən, Azərbaycanda yaşayan xalqların məişətindən, onların adət-ənənələrindən, milli xüsusiyyətlərindən söhbət açır. Film saxlanılmayıb. Rejissor: Aleksandr Makovski Ssenari müəllifi: Aleksandr Makovski Operator: İvan Manakov Lətif Səfərov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Arzuya doğru (film, 1983)
Arzuya doğru qısametrajlı sənədli filmi rejissor Cahangir Zeynallı tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Respublika Pionerlər Sarayındakı dərnəklərin fəaliyyətindən, sarayın ən yaxşı yetirmələrindən danışır. == Məzmun == Film Respublika Pionerlər Sarayındakı dərnəklərin fəaliyyətindən, sarayın ən yaxşı yetirmələrindən danışır. Onlardan bəziləri dünya şöhrəti qazanmışdır. Mahir fırça ustası Tahir Salahov, SSRİ Elmlər Akademiyasınn Moskvadakı Fizika İnstitutunda çalışan R. Dağkəsəmənli və onlarca başqaları sənət və elm aləminə ilk addımlarını məhz buradakı dərnəklərdə atmışlar.
Doğru Yol Partiyası (Azərbaycan)
Doğru Yol Partiyası — Azərbaycanda 30 yanvar 1993-cü ildə Tamerlan Qarayevin rəhbərliyində təsis edilmiş, 1995-ci ildə Müsavat Partiyasına birləşmiş siyasi partiya. == Tarixi == 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilmiş, ilk dəfə bu seçkilərdə Azərbaycan Kommunist Partiyası xaricində siyasi qüvvələr yarışmışdır. Seçki nəticəsində 45 nəfər müxalif Azərbaycan Xalq Cəbhəsi üzvü parlamentin deputatı seçilmişdir. Parlamentdə "Müstəqil Azərbaycan" Demokratik Blokunu təsis edən müxalif qrup parlament sədarətinə namizəd olaraq 133 nömrəli Ağdam ikinci şəhər seçki dairəsindən deputat seçilmiş Tamerlan Qarayevi sədr müavinliyinə namizəd göstərmişdir. 7 fevral 1991-ci ildə Tamerlan Qarayev Ali Sovetin sədr müavini seçilmişdir. Tamerlan Qarayev, həmçinin, 26 noyabr 1991-ci ildə təsis edilmiş Azərbaycan Ali Sovetinin Milli Şurasına "Müstəqil Azərbaycan" Demokratik Blokunun üzvü olaraq seçilmişdir. 15 may dövlət çevrilişinin ardından hakimiyyəti tam ələ alan Azərbaycan Xalq Cəbhəsi Ali Sovetin Rəyasət Heyətində dəyişikliklərə getmiş, Tamerlan Qarayev 18 may 1992-ci ildə Ali Sovetin sədrinin müavini vəzifəsindən azad edilərək sədrin birinci müavini seçilmişdir. Çevrilişdən sonra yeni rəhbərlik prezident seçkiləri keçirmək qərarı almışdır. Bu dövrdə Tamerlan Qarayev Azərbaycan Xalq Cəbhəsindən istefa verərək öz müşaviri və bacanağı Rasim Musabəyov ilə birgə iqtidaryönlü Doğru Yol Partiyasını təsis etmişdir. Doğru Yol Partiyasının Təsis Konfransı 30 yanvar 1993-cü ildə keçirilmişdir.
Fəlidən doğru xəbər (veriliş)
Fəlidən doğru xəbər — Elşən Orucovun aparıcılığı ilə Xəzər Televiziyasında yayımlanan əyləncə janrında olan verilişdir. Veriliş hər həftənin şənbə günü saat 23:00-da Xəzər Televiziyasında yayımlanır.
Vulkana doğru (film, 1977)
Filmdə Bakı neftçilərinin həyat və məişətindən, onların neft uğrunda gərgin mübarizəsindən danışılır. Film yazıçı Mehdi Hüseynin "Abşeron" romanı əsasında ekranlaşdırılmışdır. 1-ci seriya "Ataların torpağı", 2-ci seriya "Rəqiblər" (1976), 3-cü seriya "Geriyə dönüş" (1977) adlanır. Film Azərbaycan kinosu tarixində ilk 3 seriyalı filmdir və ilk serialdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Filmin çəkilişlərinə 1976-cı ildən başlanılmışdır. Əsərin müəllifi: Mehdi Hüseyn Ssenari müəllifi: Çingiz Ələkbərov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Rafiq Qəmbərov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: Marat İsgəndərov, Vladimir Savin, Şamil Kərimov Rejissor assistentləri: Tofiq Məmmədov, Yusif Şeyxov Qrim rəssamı: Elbrus Vahidov Operator: Amin Novruzov Filmin direktoru: Tələt Rəhmanov Rasim Balayev — Tahir Məmmədrza Şeyxzamanov — usta Ramazan Leyla Bədirbəyli — Gülsüm Muxtar Maniyev Kamal Xudaverdiyev — usta Əli Şəfiqə Məmmədova Məmməd Məmmədov Şükufə Yusifova — Lətifə Həsən Məmmədov — Səməndər Şahmar Ələkbərov — Əmirhüseyn Gündüz Abbasov Fazil Salayev — Əliağa Tariyel Qasımov — Rüstəm Hamlet Xanızadə — Şirvan Fateh Fətullayev Eldəniz Zeynalov Rafiq Əzimov — Cabbarov Səməndər Rzayev Zemfira Sadıqova — Nisə Tələt Rəhmanov Şəfiqə Qasımova Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Yeni Həyata Doğru (1937)
Film uşaq əmək koloniyası haqqındadır. Rejissor: İvan Manakov Operator: İvan Manakov Montaj edən: Vladimir Yeremeyev Musiqi Tərtibatı: M.Rayev Səs operatoru: İlya Ozerski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Zirvəyə doğru (film, 1991)
Şərqə doğru (film, 1930)
Tammetrajlı sənədli film sovet hakimiyyəti illərində respublikada gedən dəyişikliklərdən, Azərbaycanda yaşayan xalqların məişətindən, onların adət-ənənələrindən, milli xüsusiyyətlərindən söhbət açır. Film saxlanılmayıb. Rejissor: Aleksandr Makovski Ssenari müəllifi: Aleksandr Makovski Operator: İvan Manakov Lətif Səfərov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Sosializmə doğru hərəkat (Boliviya)
Sosializmə doğru hərəkat – Xalqların suverenliyi üçün siyasi alət (isp. Movimiento al Socialismo—Instrumento Político por la Soberanía de los Pueblos; akronimi MAS (isp. Más, hərf. es – hərf. "Böyük") — Boliviyada solçu sosialist partiyası. 23 iyul 1997-ci ildə qurulmuşdur. Keçmiş prezident Evo Moralesin rəhbərlik edir. MAS koka istehsalçılarını dəstəkləyən ictimai hərəkat olaraq başlamışdı. Onun ilkin bazası həmkarlar ittifaqları və yerli xalqlar üçün hərəkatlar idi. Hərəkat bir ideologiya olaraq bolivarizm, antikapitalizm və antiimperializmi təbliğ edir. Bu gün MAS bərabərlik, yerli azlıqların hüquqları, torpaq və konstitusiya islahatları, əsas sənaye sahələrinin milliləşdirilməsini müdafiə edir. MAS Arxiv surəti 3 noyabr 2012 tarixindən Wayback Machine saytında Джеффрі Веббер.
Hər şey yaxşılığa doğru
Hər şey yaxşılığa doğru — 1997-ci il Azərbaycan istehsalı Vaqif Mustafayevin filmi. == Məzmun == Film yer üzündə baş verən bütün müharibələrin əleyhinə etiraz kimi səslənir. Kinolentdə müharibənin törətdiyi acı reallıq öz əksini tapmışdır. == Festivallar və mükafatlar == 1) 1998-ci ildə 44-cü Oberhauzen Beynəlxalq Qısametrajlı Filmlər Kinofestivalı Filmə Böyük Beynəlxalq Münsiflər heyətinin "sülh məramına və yumoruna görə" "Ulenşpigel" mükafatı verilmişdir. Filmə Humanizmə görə Katolik Kilsələr Assosiasiyasının mükafatı verilmişdir. Filmə Katolik Filmlər Assosiasiyasının mükafatı verilmişdir. Filmə Şərəf və ləyaqətə görə "Don Kixot" mükafatı verilmişdir. 2) 1998 Klermont Ferra Film Festivalı. Fransa 3) 1998-ci ildə VIII Sankt-Peterburq Beynəlxalq Kinofestivalı Vətəndaşlıq müdrikliyinə və yaradıcılıq qələbəsinə görə rejissor Vaqif Mustafayevə mükafat verilmişdir. 4) 1999 Ümumdünya Televiziya Filmləri Festivalı.
Taca doğru addım (film, 1985)
Filmin mərkəzində Vilnüsdə keçirilən şahmat üzrə final yarışı durur.
Yeni həyata doğru (film, 1937)
Film uşaq əmək koloniyası haqqındadır. Rejissor: İvan Manakov Operator: İvan Manakov Montaj edən: Vladimir Yeremeyev Musiqi Tərtibatı: M.Rayev Səs operatoru: İlya Ozerski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Doğru Yol Partiyası (Türkiyə, 1983)
Doğru Yol Partiyası və ya qısaca DYP — Türkiyədə Demokrat Partiyanın və Ədalət Partiyasının siyasi mirasçısı olmuş siyasi partiya. Partiya 1983-cü ildə 12 sentyabr dövlət çevrilişindən sonra ləğv olunmuş Ədalət Partiyasının davamı olaraq qurulmuş, 2007-ci ildə isə adını Demokrat Partiya olaraq dəyişərək hüquqi varlığına son vermişdir.
Hörümçək-adam: Hörümçək-kainata doğru
Hörümçək-adam: Hörümçək-kainata doğru (ing. Spider-Man: Into the Spider-Verse) — 2018-ci il ABŞ istehsalı kompüter animasiyası, superqəhrəman filmi. "Columbia Pictures" və "Sony Pictures Animation" şirkətinin istehsalı olan filmdə "Marvel Comics" qəhrəmanı Mayls Moralesdən bəhs edilir. "Sony Pictures Releasing" tərəfindən buraxılan "Hörümçək-adam franşizası"nın ilk cizgi filmidir. Rejissorluğu Bob Persichetti, Peter Ramsey və Rodney Rothman tərəfindən edilmiş, ssenarisi Phil Lord və Rothman tərəfindən yazılmışdır. Baş rolu Şamik Mur, digər rolları Jake Johnson, Hailee Steinfeld, Mahershala Ali, Brian Tyree Henry, Lily Tomlin, Luna Lauren Velez, John Mulaney, Kimiko Glenn, Nicolas Cage, və Liev Schreiber səsləndirib. Filmdə Mayls Moralesin Hörümçək-adama çevrilməsindən və digər kainatdan gələn Hörümçək-insanlarla birlikdə kainatı Kingpindən xilas etməsindən bəhs edilir. Phil Lord və Christopher Miller tərəfindən cizgi filmi üçün planlar 2014-cü ildə sızdırıldı və 2015-ci ilin aprelində elan edildi. Persichetti, Ramsey və Rothman sonrakı iki il ərzində, Mur və Schreiber ilə 2017-ci ilin aprelində çəkildi. Lord və Miller Miles Moralesin həmyaradıcısı Sara Piçellinin işindən ilhamlanaraq kompüter animasiyasını ənənəvi əl ilə çəkilmiş komiks texnikaları ilə birləşdirən film unikal üsluba sahib olmalıdır.
Cümhuriyyətə doğru üç addım (film, 2008)
== Məzmun == Film Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə ithaf olunub. Filmdə şərqdə ilk demokratik dövlət olan Azərbaycan Cumhuriyyətinin qurulmasında Gəncənin rolundan bəhs edilir. == Film haqqında == Filmdə ilk dəfə olaraq bəstəkar Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov tərəfindən bəstələnən, Nuru Paşanın şərəfinə 1919-cu ildə Gəncədə səsləndirilmiş "Türk marşı" da yer almışdır. == Səhv == Titrlərdə "film" əvəzinə flim yazılmışdır.
Hər şey yaxşılığa doğru (film, 1997)
Hörümçək-adam: Hörümçək-kainata doğru (film, 2018)
Hörümçək-adam: Hörümçək-kainata doğru (ing. Spider-Man: Into the Spider-Verse) — 2018-ci il ABŞ istehsalı kompüter animasiyası, superqəhrəman filmi. "Columbia Pictures" və "Sony Pictures Animation" şirkətinin istehsalı olan filmdə "Marvel Comics" qəhrəmanı Mayls Moralesdən bəhs edilir. "Sony Pictures Releasing" tərəfindən buraxılan "Hörümçək-adam franşizası"nın ilk cizgi filmidir. Rejissorluğu Bob Persichetti, Peter Ramsey və Rodney Rothman tərəfindən edilmiş, ssenarisi Phil Lord və Rothman tərəfindən yazılmışdır. Baş rolu Şamik Mur, digər rolları Jake Johnson, Hailee Steinfeld, Mahershala Ali, Brian Tyree Henry, Lily Tomlin, Luna Lauren Velez, John Mulaney, Kimiko Glenn, Nicolas Cage, və Liev Schreiber səsləndirib. Filmdə Mayls Moralesin Hörümçək-adama çevrilməsindən və digər kainatdan gələn Hörümçək-insanlarla birlikdə kainatı Kingpindən xilas etməsindən bəhs edilir. Phil Lord və Christopher Miller tərəfindən cizgi filmi üçün planlar 2014-cü ildə sızdırıldı və 2015-ci ilin aprelində elan edildi. Persichetti, Ramsey və Rothman sonrakı iki il ərzində, Mur və Schreiber ilə 2017-ci ilin aprelində çəkildi. Lord və Miller Miles Moralesin həmyaradıcısı Sara Piçellinin işindən ilhamlanaraq kompüter animasiyasını ənənəvi əl ilə çəkilmiş komiks texnikaları ilə birləşdirən film unikal üsluba sahib olmalıdır.
Hörümçək-adam: Hörümçək kainatına doğru (film, 2018)

doğru sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Düzgün, düz, haqq. Doğru yol. Doğru sözə nə demək olar. – Yar yanında günahkaram; Doğru sözüm yalan oldu. Aşıq Ələsgər. Bar verməz əkdiklərin, doğru sözümdür, inan; Qatmasan bu torpağa öz alnının tərini. S.Rüstəm. □ Daha doğrusu – həqiqətdə, həqiqətən əslində. 2. Təmiz, saf, namuslu, safqəlbli, sədaqətli, doğruçu. Bu mühəndisi mən insaflı, şərəfli və olduqca doğru bir adam tanıyırdım. B.Talıblı. [Səlim:] Mən səni bir doğru qız zənn edərdim; Səndə ki aldatmaq da varmış? H.Cavid. // İs. mənasında. Düzgün adam, düz adam, ürəyi saf adam, səmimi adam. Daim haqdır Vidadinin deməyi; Doğruların hərgiz itməz əməyi. M.V.Vidadi. 3. Həqiqi, səhih, gerçək, həqiqətə uyğun, uydurma olmayan. Doğru hadisə. Doğru məlumat. – Doğru xəbərdir, anın üçün darə düşmüşəm. Nəsimi. Bu, nağıl deyil, doğru əhvalatdır. M.Rzaquluzadə. // İs. mənasında. Doğru, düzgün, gerçək, həqiqi söz və s. Ömründə gəlməyib doğru dilinə. Q.Zakir. Yaxşı olur doğru, düzün axırı. Aşıq Pəri. // Haqlı, ədalətli. Kim doğrudur? Doğru iş. – [Uluğ:] Budur ən doğru və sağlam tədbir; Olsun üç qonşu bu gündən əlbir. A.Şaiq. 4. Səhvsiz, xatasız, düzgün. İfadə çox doğru ifadədir. – Zeynal çaldığı kimi oxuyardı da, iddia edərdi ki, çargahı özü kimi düz və doğru (z.) oxuyan yoxdur. S.Hüseyn. 5. Xəbər şəkilçisi ilə: doğrudur – 1) düzdür, həqiqətdir. Doğrudur, o bu gün gedir. – Doğrudur, Mahmud arvadını çox sevirdi və onun misilsiz gözəlliyinə bənd olduğu üçün hər bir günahından keçirdi. B.Talıblı. Doğrudur, zərifliyin adı başqadır; Qüvvətə gəl, qüvvətin dadı başqadır. M.Müşfiq; 2) hərçənd, hərçənd ki. Doğrudur, kəndlərdə və balaca şəhərlərdə qışın o qədər bir səfası yoxdur, amma Tiflis kimi yerdə qış böyük bir qənimətdir. C.Məmmədquluzadə. Doğrudur, naxoşdur Tapdıq, tez tapar lakin şəfa. C.Cabbarlı. Doğrudur, Əntiqə anasının son sözünü anlamadı, ancaq soruşmadı. Mir Cəlal. // Eyni mənada bəzən “ki” bağlayıcısı ilə işlənir. Doğrudur ki, yaz hər yerdə yaxşı olur. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / doğru
  • 2 qoş. Yön, tərəf, istiqamət, cəhət bildirir. Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışır yollara doğru. Qurbani. Almaz bir sevinclə Fuada doğru atılaraq onu qucumaq istəyir. C.Cabbarlı. Günəş üfüqə doğru əyiləndə bu adam artıq Heybət stansiyasından uzaqlarda idi. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / doğru
  • 3 düzgün, doğru, dürüst, düz. Dilimizdə çox işlək bir sözdür. Kökü əski türkcəyə dayanır.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / doğru

doğru sözünün etimologiyası

  • 1 Doğra şəklində də yazılıb. Türkmən dilində doqral kəlməsi var və ruscaya “становитьсяпрямым”kimi tərcümə olunub (müqayisə et: özünü doğrult, yəni düzəlt). Danışıqda (xüsusən Bakı əhli arasında) to deyil (düz deyil) ifadəsi çox işlənir. Doğru (doqra, to) sözünün mənası əyri sözünün əksidir, “düz” (“tərəf” mənası da var) deməkdir. Belə zənn etmək olar ki, doğru sözünün kökü “mənbə” (adekvat) mənasını verən doğ ad-feil omonimi ilə bağlıdır; doğanaq, doğmaq (gün doğdu-“gün mənbədən çıxdı” deməkdir) kəlmələri də həmin doğ sözü ilə bağlıdır. Başqa bir yozum da mümkündür. Türkmən dilində “turıqa karay” cümləsi “düz bax” deməkdir; həmin dildə turqı kəlməsinin mənası “duz” (прямой) kimi açıqlanıb. Buna əsaslanaraq deyə bilərik ki, sözün kökü doğ deyil, dor (dur, düz) feilidir. Başqa yozum: həqiqət, “qanunauyğunluq” mənasında törülük-doğuluq sözü, “düz olmayan” mənasında isə törüsüz-doğusuz sözləri olub. Belə çıxır ki, doğru sözü qanuni mənasını əks etdirib, qanuni isə “düz” deməkdir.Tuva dilində doğru sözünün yerinə dort kəlməsi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / doğru

doğru sözünün sinonimləri (yaxın mənalı sözlər)

doğru sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DOĞRU – ƏYRİ Qələm əyri kəsilsə də, doğru yazar (Ata. sözü). DOĞRU – YALAN Allah bilir ki, doğru deyirəm! (M.F.Axundzadə); Pul tapmışam, yalan demirəm (M.F.Axundzadə). DOĞRU – YANLIŞ Mən səni doğru yola çəkmək istəyirəm (C.Məmmədov); Yanlış hesab Bağdaddan qayıdar (Ata. sözü).

    Azərbaycan dilinin antonimlər lüğəti / doğru

doğru sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 DOĞRU I sif. Düzgün, həqiqi. Haşım bunları düz və doğru adam bilib, bunlarla tanış oldu (B.Talıblı). DOĞRU II qoşma İstiqamət mənasında işlədilən qoşma. Tahir ona doğru gedib təşəkkür eylədi (M.Hüseyn).

    Azərbaycan dilinin omonimlər lüğəti / doğru

doğru sözünün rus dilinə tərcüməsi

  • 1 1. правда; 2. верный, прямодушный, чистосердечный; 3. правильный, истинный, действительный, достоверный; 4. к ..., по направлению к ...;

    Azərbaycanca-rusca lüğət / doğru
  • 2 1 I прил. 1. правильный: 1) верный, истинный. Doğru yol правильный путь, doğru cavab правильный ответ, doğru nəticə правильный вывод 2) такой, который нужен. Doğru siyasət правильная политика, doğru hərəkət правильный поступок 3) безошибочный. Doğru ifadə правильное выражение, doğru yazılışı nəyin правильное написание чего 2. правдивый: 1) любящий говорить правду. Doğru adam правдивый человек 2) содержащий в себе правду, основанный на правде. Doğru təsvir правдивое изображение, doğru söz правдивое слово; правдивая речь, şahidlərin doğru ifadələri правдивые показания свидетелей 3. истинный (соответствующий истине, содержащий истину). Doğru (əsl) həqiqət истинная правда, doğru mühakimə истинное суждение, doğru hesab etmək считать истинным 4. достоверный (подлинный, не вызывающий сомнения). Doğru faktlar достоверные факты II нареч. 1. правильно: 1) верно, истинно. Doğru danışmaq говорить правильно, məsələni doğru həll etmək правильно решить задачу, doğru başa düşmək правильно понять, doğru cavab vermək правильно ответить, doğru deyirlər ki, … правильно говорят, что … 2) так, как нужно. Doğru hərəkət etmək поступить правильно 3) безошибочно. Doğru (dəqiq) təyin etmək определить правильно, doğru yazmaq правильно написать 2. правдиво. Doğru təsvir etmək изображать правдиво III предик. doğrudur: 1. правильно, верно. Belə doğrudur так правильно, bax bu doğrudur вот это правильно, tamamilə doğrudur совершенно верно 2. правда. Doğrudur, o gəlib? правда, что он приехал? – Doğrudur! – Правда!, o da doğrudur ki, … и то правда, что …, doğrudurmu? правда ли?, doğru deyil … неправда … IV вводн. сл. doğrudur правда. Dünən, doğrudur, hava soyuq idi вчера, правда, погода была холодная V союз. правда, хотя. Doğrudur, dünən hava soyuq idi, amma … правда, вчера погода была холодная, но … VI сущ. правда. Dilinə doğru gətir говори правду, heç vaxt dilinə doğru gəlməyib kimin никогда не говорил правду ◊ doğru sarsılar, amma yıxılmaz правда пошатнется, но не упадет; atalar doğru deyib ki, … верно сказали наши предки, что …; dəlidən doğru xəbər услышать правду от глупца; doğru söz acı olar правда глаза колет; doğru sözə nə demək olar что правда, то правда 2 послел. 1. по направлению к чему, в сторону чего. Məktəbə doğru по направлению к школе, kəndə doğru по направлению к деревне 2. к кому, к чему: 1) употребляется при обозначении места, предмета, лица, к которым направлено движение. Sahilə doğru к берегу, meşəyə doğru к лесу 2) обозначает направленность действия, движения. Demokratiyanın qələbəsinə doğru irəli! вперед к победе демократии! sadədən mürəkkəbə doğru от простого к сложному, məlumdan məchula doğru от известного к неизвестному 3. к, под (о времени). Axşama doğru к вечеру, под вечер 4. навстречу. Günəş şüasına doğru навстречу солнечному лучу, mənə doğru ко мне навстречу, qonaqlara doğru навстречу гостям 5. на (со значением направленности). Qərbə doğru на запад, şərqə doğru на восток

    Azərbaycanca-rusca lüğət / doğru

doğru sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. 1. true, right, sound, correct; ~ qərar a true / right / sound decision; yeganə ~ yol the only true way; 2. honest, faithful; daha ~su or, to be more true II. z. rightly, truly, correctly, true; ~ danışmaq to speak* true; ~ çıxmaq to come* true, to prove to be right; Onun yuxusu doğru çıxdı His / Her dream became true III. qoş. towards, toward; şəhərə / kəndə / dənizə və s. ~ towards the city / village / sea, etc., əsrin sonuna ~ towards the end of the century; İrəliyə doğru! Forward!

    Azərbaycanca-ingiliscə lüğət / doğru

doğru sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. juste ; correct, -e ; ~ qərar une juste décision ; ~ cavab une réponse correcte ; qoş. vers, à destination de, en direction de, du côté de ; çıxışa ~ yönəlmək diriger (se) vers la sortie ; İrəliyə ~! En avant!

    Azərbaycanca-fransızca lüğət / doğru

doğru sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. дугъри; дуьз, дуьзгуьн, гьахъ; doğru yol дугъри рехъ // daha doğrusu (мадни) дуьз лагьайтӀа, гьакъикъатда; 2. къени, михьи, саф, намуслу, рикӀ михьи, дуьзена (мес. кас); // сущ. дугъри кас, къени кас; 3. гьакъикъи, керчек, гьакъикъатдив кьур, таб квачир (мес. хабар); 4. гъахълу, адалатлу, дуьз; 5. гъалатӀ квачир, дуьзгуьн; 6. doğrudur а) дугъри я, дуьз я, турус я, гьакъикъат я; б) дуьз я, ...

    Azərbaycanca-ləzgicə lüğəti / doğru
  • 2 къушм. пад, тереф, жигьет къалурдай къушма; // -ди, патахъ; qabağa doğru виликди; yuxarıya doğru винелди.

    Azərbaycanca-ləzgicə lüğəti / doğru

doğru sözünün türk dilinə tərcüməsi

"doğru" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#doğru nədir? #doğru sözünün mənası #doğru nə deməkdir? #doğru sözünün izahı #doğru sözünün yazılışı #doğru necə yazılır? #doğru sözünün düzgün yazılışı #doğru leksik mənası #doğru sözünün sinonimi #doğru sözünün yaxın mənalı sözlər #doğru sözünün əks mənası #doğru sözünün etimologiyası #doğru sözünün orfoqrafiyası #doğru rusca #doğru inglisça #doğru fransızca #doğru sözünün istifadəsi #sözlük