* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. is. Oğurluq edən adam, oğurluqla məşğul olan adam. Casusmusan ki, yoxsa oğru? Ya əyrimisən ki, yoxsa doğru? Xətayi. Mollanın börkünü çalıb oğru; Yüyürüb qaçdı bir bağa doğru. M.Ə.Sabir. 2. bax oğrun. Bu bir gözəllikdir qızlara. Yalnız; Oğru baxışlardan saqınmaq gərək. S.Vurğun. □ Oğru kimi – gizlicə, xəlvəti, başqalarına sezdirmədən. Oğru kimi içəri girmək. – Cuma … öz evinə oğru kimi gəlmişdi. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / oğru1 Oğ feili mövcud olub, ad-feil omonimi kimi işlədilib: красть (feil), тайный (ad). Oğru sözün feil korrelyatından yaranıb. Güman edirəm ki, oğraş kəlməsi də тайный mənalı sözlə bağlıdır (xəlvət iş görən..) Oğru və əyri sözləri arasında qohumluq vardır. Oynaş isə oymaq feili ilə bağlıdır (oy- “быть в любовных отношениях” deməkdir), -na şəkilçisi oy feilindən yeni feil düzəldib, -ş şəkilçisi isə qarşılıq növü bildirib, sonra söz bütövlükdə substantivləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / oğru2 OĞRU Oğrular da qonşu evdən keçib, damın üstündə dolaşır, aşağı enməyə məqam gözləyir (Çəmənzəminli); CİBGİR (cibdən oğurluq edən) Böyüklərdən eşitdiklərimə əsasən oğrulara, yaranlara, cibgirlərə, adam öldürənlərə açıq nifrətlə baxardılar (M.İbrahimov); ƏLİƏYRİ (dan.) [Qarovulçu:] Biriki nəfər əliəyri ilə əlaqəyə girib gecələr dəyirmandan unu tay-tay daşıyıb aparırmışlar (H.Abbaszadə); ƏLİUZUN Mişa Həmidə: Neynək, sizdə də inqilab qələbə çalar, əliuzunların qollarını qanırıb dallarında möhkəm bağlayarlar (H.Abbaszadə); ƏYYAR Əyyarlar başladılar Dəmirçioğlunun üstünə bihuşdan səpməyə (“Koroğlu”); XIRSIZ Sizcə xırsızlara lazımsa cəza; Dolmuşdur həp dünya; Öylə xırsız bilirmi; çaldığın milyonlarla.. (H.Cavid); XƏSPUŞ (xırda oğru) Qadın onu görmüşdü, gözdən qoymurdu, yanındakılara xəbərdarlıq elədi. “Ağız, ayıq olun, bu gedə xəspuşa oxşayır, bayaqdan buralarda gir-gir girlənir” (H.Abbaszadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / oğru1 OĞRU – DOĞRU Aləmə oğruyam, sənə ki doğruyam (Ata. sözü).
Azərbaycan dilinin antonimlər lüğəti / oğru2 I сущ. 1. вор, воровка (лицо, которое ворует, совершает кражи). Gecə oğrusu ночной вор 2. похититель, похитительница (тот или та, кто похитил кого-л., что-л.) 3. жулик (вор, занимающийся мелкими кражами) 4. расхититель, расхитительница (человек, который занимается хищениями) II прил. воровской. Oğru dəstəsi воровская шайка, банда, oğru dili воровской язык; oğru kimi как вор (украдкой, тайком) ◊ oğru yadına daş salmaq напоминать, напомнить к ому-л. о том, о чем он в данный момент сам не помнит или не помышляет
Azərbaycanca-rusca lüğət / oğru1 I. i. thief; (xırda şeylər oğurlayan) pilferer; (cibgir) pick-pocket; (adam oğrusu) kidnapper; (təyyarə və s. oğrusu) hijacker II. s. thievish; thieve’s ~ priyomları thievish methods; ~ların jarqonu thieves’ cant
Azərbaycanca-ingiliscə lüğət / oğru1 is. voleur m, petit voleur (xırda şeyləri oğurlayan) ; cambrioleur m ; fripon m ; cibgir ~ voleur à la tire, pickpocket m ; ~nu tutun! au voleur! adam oğrusu ravisseur m, kidnappeu//r m, -se f ; ~ların jarqonu jargon m de la pègre
Azərbaycanca-fransızca lüğət / oğru1 1. сущ. угъри; угъривал ийидай (чуьнуьхдай) кас; чуьнуьхгумбатӀ; 2. кил. oğrun; oğru kimi угъри хьиз, чуьнуьхгумбатӀ хьиз, чинеба, хелветдаказ.
Azərbaycanca-ləzgicə lüğəti / oğru