dövrü sözü azərbaycan dilində

dövrü

Yazılış

  • dövrü • 99.7618%
  • Dövrü • 0.2078%
  • DÖVRÜ • 0.0304%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Himiko dövrü
Himiko (yaponcaː 卑弥呼; bilinmir – 247, Yaponiya) — Yaponiyanın erkən dövlət qurumlarından birinin hakimi (173-250). == Haqqında == Himiko barədə məlumat verən yeganə etibarlı yazılı mənbə Çin tarixi salnaməsi "3 şahlığın yazıları" əsərdir. Bu əsərin xüsusilə "Şərq varvarları haqqında bölməsi"ni qeyd etmək olar. Həmin əsər təxminən 297-ci ildə yazılmışdır. Bu əsərdə Yaponiya arxipelaqının sakinlərinin - "Va insanları"nın (倭人 — «karlik insanlar) sosial təşkili, həmçinin "Qadın hökmdar Himikonun hakimiyyəti dövrü təsvir olunur. O, çin mənbələrində Yamatay ölkəsinin şaman və Yaponiyanın asılı ölkələrinin hakimi kimi xatırlanır. Çin salnamələri qeyd edir ki, 239-cu ildə Himikonun Çin sülaləsi - Veyə (220-265) hədiyyələr göndərməsi barədə məlumat verilir. 243-cü ildə Himikonun ikinci dəfə hədiyyələrlə öz nümayəndəsini Loyana göndərməsi barədə məlumat verilir. Sonuncu dəfə isə 248-ci ildə Çinə Himiko tərəfindən hədiyyələr göndərilməsindən bəhs edilir. Eramızın əvvəllərində Yaponiya adaları ərazisində yaşayan kumaso (xayato) (Şikoku adasında və Kyüsyü adasının cənubunda), tenson (Kyüsyü adasının şimalında), icumo (Xonsyu adasında, Noto yarımadasının mərkəzində) və emişi (eco) (Xonsyu adasının şimal-şərqində) tayfalarını göstərmək olar.
Həyat dövrü
Həyat dövrü (İnsan) — insanın doğulandan ölənə qədərki yaşadığı dövr. uşaqlıq, yeniyetməlik, gənclik orta yaş dövrü və qocaliq mərhələrinə ayrılır. İnsanın dünyada ortalama ömrü 78-82 ildir. Uşaqlıq (0-11 yaş), yeniyetməlik (11-16 yaş), erkən gənclik (16-18 yaş). gənclik (18-21 yaş), orta yaş dövrü (35-65 yaş) bəzən 35, Qocaliq (65+) Ahıllıq dövrü isə 70 yaşdan sonrakı dövr sayılır. Yeniyetməlik dövrü: Yeniyetməlik dövründə psixoloji böhranı anlamaq üçün yeniyetməlik dövrünü və bu zamana qədər olan dövürlərin normal inkişafını bilmək vacibdir. İnsan hələ ana bətnində ikən bir çox xarici mühit təsirlərinə reaksiya verməkdədir. Beləki, ananın yaşadığı kədər zamanı doğulmamış körpənin hərəkətlərinin azalmasına, ananın yaşadığı sevinc anlarında isə hərəkətliyində artmanın olması ən bariz misallardan biridir.
Kalim dövrü
Kalim və ya Kalim dövrü (yun. μμα (kálymma) - "örtük" deməkdir) — Mezoproterozoy erasında ilk geoloji dövrdür və 1600 milyon il əvvəl ilə 1400 milyon il əvvəl arasında davam edir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur. Dövr, mövcud platforma örtüklərinin genişlənməsi və ya yeni platformalar ilə xarakterizə olunur. Supercontinent Kolumbiya Kalim dövrü zamanı, 1500 milyon il əvvəl parçalanmağa başladı. == Mənbə == "Calymmian Period". GeoWhen Database. May 12, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 5, 2006. James G. Ogg.
Karbon dövrü
Daş kömür dövrü və ya Karbon dövrü (C) — Paleozoy erasının beşinci geoloji dövrü. 354-290 milyon il bundan əvvəl mövcud olmuş Daş kömür dövrünün ən səciyyəvi xüsusiyyəti və ən məlum əlaməti külli miqdarda - dünya ehtiyatının 30%-dən çox daş kömür yataqlarının əmələ gəlməsidir. Karbon adını ilk dəfə 1822-ci ildə Viliyam Koniber və Viliyam Filips təklif etmişdir. Ümumi qəbul olunmuş bölgüsü yox­dur. Qərbi Av­ropa 2 şöbəyə bölünür: alt (dinant) şöbəyə turne və vize mərtəbələri; üst (silez) şöbəyə namyur, vestfal və stefan mərtəbələri daxildir. Şimali Amerikada yaşca daş kömür dövrünə müvafiq gələn çöküntülər iki sistemə ayrılır: təxminən alt şöbəyə uyğun gələn hissəsini Missisipi və üst şöbəyə uyğun gələn Pensilvaniya sistemləri. 1960-cı ildə Şimali Amerika sxeminin sistemləri Daş kömür sistemi şöbələri kimi qəbul edilmişdir. Keçmiş SSRİ-də 3 şöbəyə bö­lünürdü: turne, vize və namyur mərtəbələrini əhatə edən alt şöbə; başqır və moskva mərtəbələri - orta şöbə; qjel və orenburq mərtəbələri - üst şöbə. == Paleocoğrafiyası == Daş- kömür dövrünün başlanğıcında şimal yarım kürəsində olan qitələr və kontinental bloklar yaxınlaşmağa başladı. Bu bloklar birləşərək Lavraziya materikinə çevrildi.
Kembri dövrü
Kembri dövrü — davamiyyəti 85 mln. ilə yaxındır. Bu dövrdə karbonat, silisium, fosfat mineral sekresiyalı skeletli heyvanların kütləvi şəkildə meydana gəlməsi müşahidə edilir ki, bu da kembri biotunu vend biotundan kəskin fərqləndirir. Kembridən başlayaraq foraminiferlərin aqqlütiniv skeletləri rast gəlinir. Kembri dövrü ərzində demək olar ki, hazırda mövcud olan heyvanların bütün tipləri, o cümlədən xordalılar meydana gəlmiş, arxeosiatlar isə yalnız bu dövrdə yaşamışdır. Onlarla bir yerdə hidrokonozoa, trilobitlər, xırda qastropodalar, hiolitlər, qıfılsız braxiopodalar, dərisitikanlılar, sianobiontlar və bəzi yosunlar, həmçinin sistematik vəziyyəti aydın olmayan qruplar, xüsusən akritarxilər geniş yayılmışdır. Orta kembridə ilk qraptolitlər (stereostolonatlar) və konodontlar meydana gəlmişdir. Arxiosiatlar kembriyəqədərki rifquran sianobiontları (stromatolitlər) əvəz etmiş ilk rifquran heyvanlar olmuşdur. Kembri biotunun əksəriyyəti dəniz və sahil-dəniz hövzələrində məskunlaşmışdır. Bu zaman ilk yerüstü onurğasız heyvanlar (qurdlar və çoxayaqlılar) meydana gəlmiş, onlarla birlikdə yerüstü süxur qatlarında bakteriyalar və göbələklər yaşamaqda davam etmişdir.
Keçid dövrü
== Keçid dövrünün mahiyyəti və zəruriliyi == İnsan cəmiyyəti meydana gəldiyi vaxtdan etibarən tədriclə inkişaf edir. Inkişafın bir mərhələsindən, digərinə keçir, cəmiyyətin bir forması başqasını, daha mütərəqqi formasını əvəz edir. Bu zaman cəmiyyətin məhsuldar qüvvələri inkişaf etdikcə mövcud sosial-iqtisadi münasibətlər sistemi də dəyişir və yeniləri ilə əvəz olunur. Bu dəyişikliklər prosesi həm tədriclə, təkamül yolu ilə, həm də sıçrayışla, inqilabi yolla baş verir. Iqtisadi münasibətlər sisteminin əsasında xüsusi mülkiyyətin durduğu cəmiyyətlərin birinin digərini əvəz etməsi təkamül yolu ilə baş verir. Buna misal olaraq, feodalizmdən kapitalizmə keçilməsi prosesini gostərmək olar. Hər iki cəmiyyət xüsusi mülkiyyətə əsaslanır və bu da imkan verdi ki, kapitalist təsərrüfat formaları, kapitalist münasibətləri feodalizmin içərilərində yaransın və feodal təsərrüfat formaları ilə eyni vaxtda mövcud olsun. Hər iki təsərrüfat formasının eyni vaxta mövcud olduğu bir şəraitdə iqtisadiyyat, qarışıq iqtisadiyyat kimi fəaliyyət göstərsə də getdikcə feodal münasibətləri sistemi zəifləyir, kapitalist münasibətləri sistemi genişlənərək hakim uklad forması alır. Belə bir şəraitdə iqtisadiyyat keçid vəziyyətində olur və tədriclə kapitalist təsərrüfat formasına keçid baş verir və yeni iqtisadi sistem bərqərar olur. == Keçid iqtisadiyyatı == Keçid vəziyyətində olan iqtisadiyyatı iqtisadçı alimlər "Keçid iqtisadiyyatı" adlandırırlar.
Kofun dövrü
Kofun dövrü (yaponca 古墳時代 kofun dziday, hərfən. "kurqanlar dövrü") — Kurqanlar mədəniyyəti ("Kofun") dövrü. 250 (300) — 538-ci illər. Yamato dövrünün ilk yarımdövrü. Bu dövrün əsas xüsusiyyəti kurqanlar mədəniyyətinin Yamato ərazisində meydana çıxmasıdır. == Haqqında == Kofun dövrü (古墳 — qədim kurqan) Yaponiyada 5 əsr ərzində yayılan kurqanlara görə belə adlanır. Bu kurqanların bir neçə tipi var. Kofun kurqanları 400 metr dərinlikdədir. Daş və ağac məzardan ibarətdir. Şaquli (縦穴 — tateana) və ya üfuqi (横穴 — yokoana) vəziyyətdə yerləşirlər.
Komanda dövrü
Komanda dövrü ( ing. instruction cycle ~ ru. командный цикл ~ tr. komut çevrimi) – mikroprosessorun aşağıdakı əməliyyatları yerinə yetirdiyi proses: komandanı yaddaşdan götürür, dekodlaşdırır və icra edir. Komanda dövrü iki hissədən ibarətdir: komandanın yaddaşdan götürülmə zamanı və çalışdırma (translyasiya və icra olunma) zamanı; komanda dövrü bütün əməliyyatların baş verdiyi takların (kompüterin sistem saatının impulslarının) sayı ilə ölçülür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kriogen dövrü
Kriogen (yun. κρύος (krýos)- soyuq və γένεσις (génesis) - doğum) və ya Kriogen dövrü — 720-635 milyon il əvvəlləri əhatə edən geoloji dövr. Neoproterozoy erasının ikinci dövrüdür. Kriogen dövrü 1990-cı ildə Beynəlxalq Stratiqrafiya Komissiyası tərəfindən təsdiq edilmişdir. Əksər dövrlərdən fərqli olaraq Kriogenin başlanğıcı qlobal miqyasda müşahidə olunan və sənədləşdirilmiş bir hadisə ilə əlaqələndirilmir. == İqlim == Geoloji dövrün adı Kriogenin çox soyuq qlobal iqlimə malik olması ilə bağlıdır. Geoloji dəlillər Yerin bu dövrdə tarixin ən ağır buz dövrlərini yaşadığını göstərir. Kriogen dövründə ümumiyyətlə iki böyük buz dövrünün: 720-660 milyon il əvvəlləri əhətə edən Sturt buz dövrü və təxminən 635 milyon il əvvəl Kriogen dövrü ilə başa çatmış Marino buz dövrü; olduğu təxmin edilir. Bu dövrdə buz aşağı enliklərə qədər bütün dünyanı əhatə etdiyi üçün bu model "qartopu dünya" adlanır. == Coğrafiya == Kriogen dövrü başlamazdan əvvəl, təxminən 750 milyon il əvvəl, Rodiniyanı parçalanmağa başladı.
Lalə Dövrü
Lalə Dövrü (Osmanlı türkcəsi: لاله دورى) — Osmanlı imperiyasında, 1718-ci ildə Avstriya ilə imzalanan Pojarevatsk sülhü ilə başlayıb, 1730-ci ildəki Patrona Xəlil üsyanı ilə sona çatan dövrdür. "Eyş-işrət və əyləncə" dövrü olaraq bilinən bu dövrün padşahı III. Əhməd, sədrəzəmi isə Nevşəhərli Kürəkən İbrahim Paşadır. Osmanlı xronologiyasında Lalə dövrü anlayışı yoxdur. 1718-ci ildə Avstriya və müttəfiqi Venesiya ilə imzalanan Pojarevatsk sülhünün ardından başlayan uzun sülh dövründə, Haliç və Boğaziçi səmtləri başda olmaqla paytaxtın əksər yerlərində israfa çatacaq dərəcədə lalə bağçaları qurulmuş, bu səbəblə tarixdə ilk dəfə bu dövr tarixçi Yəhya Kamal Bəyatlı tərəfindən Lalə dövrü adlanmışdır. Tarixçi Əhməd Rəfiq Altınayın 1913-cü ildə İkdam qəzetində dərc olunan məqaləsində və iki il sonra eyni adla nəşr olunan kitabında bu dövr Osmanlı tarixinin əyləncə, sülh, yeniliklər və ictimai reformasiya dövrü olaraq anılır. Nevşəhərli Kürəkən İbrahim Paşanın sədarət dövrünü əhatə edən və 1730-cu ildə Patrona Xəlil üsyanı ilə başa çatan bu dövr qərb dünyası ilə siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması ilə səciyyələnir. Belə ki, Parisə, Vyanaya və Moskvaya göndərilən elçilərdən yalnız diplomatik və ticarət əlaqələrinin tənzimlənməsi yox, eyni zamanda Avropa diplomatiyası və hərbi gücü barədə informasiya toplamaq da tələb olunurdu. XV Lüdoviq dövründə Parisə elçi olaraq göndərilən İyirmisəkkiz Çələbi Mehmed Əfəndi buradakı təhsil səviyyəsini eynilə İstanbula daşımağa cəhd göstərmişdir. Bu əsnada ticarət əlaqələri genişlənmiş, iki ölkə arasında ildə 500 ticarət gəmisi səyahət etmişdir. Yenilikçilik siyasətinin ən önəmli nümunəsi isə Çələbi Mehmed Əfəndinin oğlu Mehmed Səid Əfəndi və İbrahim Mütəfərrikanın səyləri ilə 1727-ci ildə qurulan mətbəədir.
Maarifçilik Dövrü
Maarifçilik dövrü (fr. siècle des lumières, alm. Aufklärung) XVII- XVIII əsrlərdə Avropa mədəniyyətində mənəvi durum. Maarifçiliyin incəsənətdə proyeksiyaları: barokko, rokoko və klassizm, fəlsəfədə isə – deizm və mexanisizm olmuşdur. Maarfçilik İntibahı əvəz edib romantizm dövrünü qabaqlayır. == Ümumi xarakteristikası == Dində Allah Böyük Yaradan kimi kainatı yeddi günə yaradır. Xristianlıq inanaclarına görə Allah insanlara iki kitab – İncil və təbiət kitabları verib. Deməli dinin özündə də ruhani təbəqsi ilə birgə alimlər təbəqəsi mövcduddur. Buradan da dini və dünyəvi mədəniyyətin paralelizmi doğur ki, bu da dindəki riyakarlıq və fanatizmi tədricən diskreditasiyasına gətirib çıxarır. Dünyanı dərk etməyimizin yeganə vasitəsi azad idrakdır.
Meyci dövrü
Meydzi islahatı (yap. 明治維新, Meydzi isin; eləcə də Meydzi yenilənməsi və Meydzi inqilabı) — Yaponiyada 1868-1889-cu illərdə imperator Meyci tərəfindən həyata keçirilən, geriyə qalmış aqrar ölkəni dünyanın aparıcı ölkələrindən birinə çevirən sosial-iqtisadi, siyasi, hərbi islahatlar kompleksi. Samuray-syoqun idarəçilik sistemindən birbaşa, imperator Mutsuxitonun və onun hökumətinin timsalında, imperator idarəsinə keçid idi. İslahat dövlət quruluşuna, qanunvericiliyə, İmperator sarayına, əyalət inzibatçılığına, maliyə, sənaye, diplomatiya, təhsil, din və yaponların həyatının başqa sahələrinə ehəmiyətli dərəcədə təsir etdi. Yeni dövr yapon milli dövlətçiliyinin formalaşması və yapon milli identikliyinin yaranması Meydzi islahatı ilə bağlıdır. Meydzi illəri ənənəvi yapon həyat tərzinin sınması və qərb sivilizasiyasının nailiyətlərinin sürətli tətbiqi ilə səciyyələnir. Buna görə, Meydzi islahatını bəzən Meydzi inqilabı da adlandırırlar. == İslahatlar == Bu islahatlar nəticəsində feodalizm ləğv edildi, böyük torpaq sahiblərinin əksəriyyəti könüllü olaraq samuraylar və icma adamları üzərindəki nəzarəti imperatora təslim etdilər. Bir imperator fərmanında elan edilmişdi: "Biz klanları ləğv edir və onları prefekturalara dəyişdiririk." Qanunverici sistem yenidən quruldu və qanun qarşısında bərabərlik tətbiq edildi, bu düşüncəyə görə sinfindən asılı olmayaraq bütün şəxslər eyni hökmdarın təbəələrinə çevrildilər. Müəyyən qədər də ekstra ərazi prinsipindən uzaqlaşmağa nail olmaq ümidi ilə islahatçılar cinayət hüququnu Qərb xətti qaydasında dəyişdirdilər, avropalıların barbarlıq hesab etdikləri qəribə və qəddar cəzaları ləğv etdilər.
Meydzi dövrü
Meydzi islahatı (yap. 明治維新, Meydzi isin; eləcə də Meydzi yenilənməsi və Meydzi inqilabı) — Yaponiyada 1868-1889-cu illərdə imperator Meyci tərəfindən həyata keçirilən, geriyə qalmış aqrar ölkəni dünyanın aparıcı ölkələrindən birinə çevirən sosial-iqtisadi, siyasi, hərbi islahatlar kompleksi. Samuray-syoqun idarəçilik sistemindən birbaşa, imperator Mutsuxitonun və onun hökumətinin timsalında, imperator idarəsinə keçid idi. İslahat dövlət quruluşuna, qanunvericiliyə, İmperator sarayına, əyalət inzibatçılığına, maliyə, sənaye, diplomatiya, təhsil, din və yaponların həyatının başqa sahələrinə ehəmiyətli dərəcədə təsir etdi. Yeni dövr yapon milli dövlətçiliyinin formalaşması və yapon milli identikliyinin yaranması Meydzi islahatı ilə bağlıdır. Meydzi illəri ənənəvi yapon həyat tərzinin sınması və qərb sivilizasiyasının nailiyətlərinin sürətli tətbiqi ilə səciyyələnir. Buna görə, Meydzi islahatını bəzən Meydzi inqilabı da adlandırırlar. == İslahatlar == Bu islahatlar nəticəsində feodalizm ləğv edildi, böyük torpaq sahiblərinin əksəriyyəti könüllü olaraq samuraylar və icma adamları üzərindəki nəzarəti imperatora təslim etdilər. Bir imperator fərmanında elan edilmişdi: "Biz klanları ləğv edir və onları prefekturalara dəyişdiririk." Qanunverici sistem yenidən quruldu və qanun qarşısında bərabərlik tətbiq edildi, bu düşüncəyə görə sinfindən asılı olmayaraq bütün şəxslər eyni hökmdarın təbəələrinə çevrildilər. Müəyyən qədər də ekstra ərazi prinsipindən uzaqlaşmağa nail olmaq ümidi ilə islahatçılar cinayət hüququnu Qərb xətti qaydasında dəyişdirdilər, avropalıların barbarlıq hesab etdikləri qəribə və qəddar cəzaları ləğv etdilər.
Mezolit dövrü
Mezolit (yun. mezos - orta, litos - daş "orta daş")— Daş dövrü mərhələsi, orta daş dövrü. == Xarakterik xüsusiyyətləri == 100 min il bundan əvvəl başlayan soyuqlaşmanı 13 min il bundan əvvəl istiləşmə əvəz etdi; mezolit dovrünün inkişafı bu dövrdə yaşayan insan cəmiyyətlərinin proqresləri ilə müşahidə olunur. İnsanlar arasında münasibətlər, incəsənət, din, ənənə, qanun və qadağalar bu dövrün əsas xüsusiyyətlərindəndir.ox və kaman ixtira edildi, heyvanların daha uzaq məsafədən ovlanmasına imkan yarandı, ovçuluq təsərrüfatından (yığıcılıq, ovçuluq) istehsal təsərrüfatına (əkinçilik və maldarlıq) keçid başlandı; əsas əmək aləti toxa olduğu üçün ilk əkinçilik toxa əkinçiliyi adlandı, ən qədim əkinçilik məskəni 10 min il bundan əvvəl Ön Asiyada meydana gəldi; heyvanların əhliləşdirilməsinə başlandı; ibtidai heyvandarlığın əsası qoyuldu, yığıcılıqdan əkinçilik, ox və kamanın ixtirası nəticəsində qida ehtiyatı artdı və ibtidai maldarlığın əsası qoyuldu == Azərbaycan mezolit dövründə == Azərbaycanda Mezolit dövrü Qobustan və Damcılı abidələri əsasında öyrənilmişdir; Ox və kamanın yaranması ilə qida ehtiyatı artdı; Ox və kamanın yaranması ilə heyvanları daha asan ovluya bilirdilər; Ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olurdular; Çaxmaqdaşı və sümükdən əmək alətləri düzəldirdilər (Qobustandakı Mezolit yaşayış yerlərindən çaxmaqdaşı və sümükdən düzəldilmiş əmək alətləri aşkar edilmişdir); Incəsənətlə məşğul olurdu (qaya üstündə çəkilmiş müxtəlif rəsmlər ovsun, totem, dini ayinlər və ov səhnələri ilə bağlı idi); Axirət dünyasına inanırdılar (dəfn etdiyi ölülərin yanına məişət əşyaları qoyurdu); Ox və kaman ixtira edildi; İstehlak təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu; Həmin dövrdə insanlar kiçikölçülü- mikrolit əmək alətlərindən istifadə etmişlər.
Mezozoy dövrü
Mezozoy erası (yun. μεσο — "orta" və ζωον — "canlı varlıq") — Paleozoy erasının sonundan Kaynozoy erasının başlanğıcına qədər olan geoloji vaxt erası, təqribən 251–65 milyon il əvvəlki dövrü əhatə edir, Fanerozoyun üç erasından biridir. 1841-ci ildə britaniyalı geoloq Con Fillips tərəfindən təklif edilmişdir. Mezozoy — tektonik, iqlim və təkamül dəyişikliklərinin aktiv olduğu eradır. Bu zaman müasir materiklərin əsas sahil xətlərinin formalaşması, Sakit, Atlantik və Hind okeanlarının kənarlarında dağəmələgəlmə prosesləri gedir. Quru sahənin ayrılması növlərin yaranmasına və digər mühüm təkamül proseslərinə təsir edir. İqlim bütün era ərzində isti olmuşdur ki, bu da təkamüldə və yeni canlı növlərinin yaranmasında vacib rol oynamışdır. Eranın sonlarına doğru canlı növlərinin müxtəlifliyi bugünkü səviyyəyə çox yaxın idi. == Geoloji dövrlər == Paleozoydan sonra gələn Mezozoy erası tarixdə təxminən 185 mln. il boyunca uzanır: 251 mln.
Mis dövrü
Mis dövrü, mis-daş dövrü, xalkolit (yun. χαλκός — mis + λίθος — daş kəliməsindən), eneolit (lat. aeneus — mis + yun. λίθος — daş kəliməsindən) — bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsi. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi. Eneolit daş dövrünün sonu – metal əsrinin başlangıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi; qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır; yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu; Bəşəriyyət daş dövründən mis dövrünə,qədəm qoyraq inkişaf etmişdir.Alimlərin əksəriyyəti metal dövrünün e.ə IV minilliyin əvvəlində başladiğını ehtimal etsə də, ayrı-ayrı ərazilərdə bu mərhələ xeyli sonra başlamışdır.Lakin harda baş verməsindən aslı olmayaraq,istənilən halda metal əmək alətlərinin meydana gəlməsi Qobustanda olduğu kimi,həyat tərzinin ciddi surətdə dəyişməsinə səbəb olurdu.İnsanlar artıq darısqallaşmış beşiyə siğmayan körpə kimi,minilliklər boyu sığındıqları qayaları daha fəal surətdə tərk etməyə başlayırdı.Arxeoloqların fikrincə,insanın mislə ilk tanışlığı külçələr vasitəsilə baş verib.Onların emalı prosesində insanlar zərbə nəticəsində parçalanmayan külçələrin deformasiyaya uğramasına diqqət yetirmişlər.Yəni müəyyən bacarıq olduqda onlara zəruri şəkil vermənin mümkünlüyü,eyni zamanda materialın möhkəmliyinin artdığı dərk edildi.Mis kifayət qədər yumşaq material olsa da,ondan hazırlanan məmulatlar asanlıqla təmir edilir və onların istifadə muddəti xeyli uzanirdi.Üstəlik misdən düzəldilən silah və əmak alətləri daha kəskin və iş prosesində rahat,ovda və düşmənlə çapışmada daha öldürücü idi. Azərbaycan ərazində tunc dövrünün başlanğıcı adətən e.ə V minilliyin sonlarına aid edilir.
Neogen dövrü
Neogen dövrü — Kaynozoy erasının əvvəlindən etibarən ikinci geoloji dövr. Davametmə müddəti təqribən 23 milyon ildir. == Bölgüləri == Miosen Piasenziya Zanklin Pliosen Messin Torton Serravalli Langi Burdiqal Aquitan == Geologiya == Neogen dövrü Alp qırışıqlıq sisteminin formalaşmasının sonu və müasir vəziyyətə yaxın oroqrafiyanın tədricən yaranması dövrüdür. Bu dövrdə ən yüksək dağ silsilələri-Alplar, Balkanlar, Atlas, Apennin, Kiçik Asiya, Krım, Qafqaz, Himalayların formalaşması başa çatır. Eyni zamanda, iri qırışıqlıq vilayətləri Sakit okeanın kənarlarında - Anadır, Kamçatka, Saxalin, Yaponiya, Filippin və Yeni Qvineyada, Kordilyerlərin və And dağlarının sahilyanı hissələrində yaranmışdır. İntensiv dağəmələgəlmə prosesi güclü vulkanik fəaliyyət ilə müşayiət olunmuşdur. Şaquli ehtizazi hərəkətlər nəticəsində bir çox hövzələrin ölçüləri və forması get-gedə dəyişilmiş, onların okeandan təcrid olunması intensivləşmişdir. == Flora və fauna == Neogen dövrü sonunda dağlıq rayonlarda buzlaşmaya səbəb olmuş soyuqlaşma baş vermişdir. Yerüstü fauna və floranın inkişafında böyük dəyişikliklər olmuşdur. Hazırda mövcud olan məməlilərin fəsilələri və bir sıra cinsləri: ayılar, kaftarlar, itlər, mastodontlar, nəhəng pələnglər, gərgədanlar, marallar, kəllər, hipparionlar, gəmiricilər, meymunlar, o cümlədən insanabənzər meymunlar meydana gəlmişdir.
Neolit dövrü
Neolit dövrü – e.ə. VIII-VI minillikləri əhatə edir. Yeni Daş dövrü kimi səciyyələnir. Bu dövrdə: Təbii sərvətlərdən istifadə üsulları formalaşdı Əkinçilik və maldarlıq inkişaf edərək,əsas məşğuliyyət sahəsinə çevrildi Toxa ilə torpağı şumlayırdılar İstehsal təsərrüfatın yarandı Əhali oturaq həyata keçdi Dulusçuluq,toxuculuq,dəriişləmə yarandı Sənətkarlıq yarandı Saxsı qabları hazırlamağı,daşları cilalamağı və deşməyi öyrənmişdilər Əmək alətləri çaxmaqdaşından və dəvə gözündən hazırlanırdı Neolit dövrünə aid yaşayış məskənlərindən toxalar,oraqlar ,çəkic, balta, dən daşı,sürtgəc daşı və.s tapılmışdır . Neolit dövrü Tovuz rayonunun Göytəpə,Ağcabədi rayonunda yerləşən Kamiltəpə,Naxçıvan, Qobustan, Gəncə, Qazax rayonlarında öyrənilmişdir == Neolit dövrünün əsas xüsusiyyətləri == Bu dövrü səciyyələndirən digər xüsusiyyətlər aşağıdakılardır: "Neolit inqilabı" baş verdi, insanların məşğuliyyət sahələri içərisində əsas yeri istehsal təsərrüfatına daxil olan əkinçilik və maldarlıq tutdu; daşların deşilməsi və cilalanması üsulları mənimsənildi; toxuculuq yarandı və saxsı qablar hazırlanmasına başlandı; əhali oturaq həyata keçməyə başladı. evlər dairəvi formada idi. == Azərbaycanda neolit dövrü == Arxeoloji araşdırmalar göstərir ki, e.ə. VIII–VI minilliklərdə mezolit dövrü neolit dövrü ilə əvəz olunmuşdur. Əgər daş dövrünün əvvəlki mərhələlərinin müəyyən olunmasında daşın işlənməsi texnikası əsas götürülürdüsə, neolit dövründə bununla bərabər istehsal təsərrüfatının formalaşması mühüm əhəmiyyət qazanır. Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız neolit və keramikalı Neolit.
Ordovik dövrü
Ordovik dövrü (ordovik) — paleozoy erasının ikinci dövrü. Kembri dövründən sonra başlamış və Silur dövrü onu əvəz etmiş. 485,4 ± 1,9 milyon il əvvəl başlamış və 443,8 ± 1,5 milyon il əvvələ qədər davam etmişdir ( hardasa 42 milyon il). Bu dövrdə toplanmış müxtəlif süxurların kompleksi ordovik sistemi adlanır. == Ordovik sisteminin bölgüləri == Ordovik sistemi Silurun ordovik şöbəsinin əsasında müstəqil sistem kimi ayrılıb. Hal-hazırda ordovik sistemini üç şöbəyə və bu şöbələrin hər birini iki mərtəbəyə ayırırlar: alt ordovik şöbəsi (Oı) tremodok (Oıt) və areniq (Oıar) mərtəbələrinə; orta ordovik (O2) llanvirn (O2İn) və llandeyl (O2l) mərtəbələrinə; üst ordovik (O3) isə karadok (O3c) və aşgil (O3a) mərtəbələrinə ayrılır. == Tektonika və paleocoğrafiya. == Ordovik dövründə, kembri dövrünün sonunda mövcud olan platformalar və geosinklinal qurşaqlar saxlanılmışdı. Geosinklinal qurşaqlar intensiv dağılmaya məruz qalmışdılar; geosinklinal çökəklərdə əyilmə sürətlə gedirdi. Buna görə də bu çökəklərdə, böyük qalınlığa malik (bir çox km-lər) terrigen dəniz çöküntüləri və effuzivlər toplanırdı.
Orozir dövrü
Orozir və ya Orozir dövrü — Paleoproterozoy erasının 3-cü geoloji dövrüdür və 2050-1800 milyon il əvvələri əhatə etmişdir. Dövrün son yarısı, demək olar ki, bütün qitələrdə intensiv tektogenez prosesi müşahidə olunurdu. Yer kürəsinə məlum olan ən böyük toqquşma hadisələrindən ikisi Orozir dövrünə təsadüf edir. Dövrün ən əvvəlində, 2023 milyon il əvvəl, böyük bir asteroid düşməsi nəticəsində Vredefort krateri yarandı. Sadberi kraterini meydana gətirən hadisə isə 1850 milyon il əvvəl, dövrün sonuna yaxın baş verdi. Superqitə Kolumbiya bu dövrün sonunda meydana gəldi.
Paleogen dövrü
Paleogen və ya paleogen dövrü — kaynozoy erasının birinci geoloji dövrü; davamiyyəti 40-42 milyon il. Paleogen dövrü alp qırışıqlıq strukturlarının və müasir Pireney, Alp, Karpat, Krım, Qafqaz, Kopetdağ, Pamir, Atlas, habelə Himalay dağlarının mərkəzi hissələrinin geomorfoloji formalaşma döv­rüdür. Paleogen dövrü yerüstü onurğalı heyvanlardan məməlilər inkişaf etmişdir. Qədim yırtıcılar (kreodontlar) səciyyəvidir. Dövrün axırında xüsusiləşmiş cütdırnaqlılar və təkdırnaqlılar, xortumlular və primatlar meydana gəlmişdir. Cənub Amerikada kisəli, natamamdişli və ibtidai meymunların, Avstraliyada isə monotermlərin və kisəlilərin sərbəst inkişaf mərkəzləri yaranmışdır. Primitiv məməlilərin əksəriyyəti dövrün axırında məhvolmuşdur. Dəniz faunasında qarınayaqlı (qastropoda) və ikitayqabıqlı molluskalar inkişaf etmiş, braxiopodlar isə kəskin şəkildə azalmışdır. İri foraminiferlərin (nummulitlər, diskotsiklinlər və orbitoidlər) yeni qrupları xüsusilə geniş inkişaf tapmışdır. Kiçik plankton foraminiferlərin tərkibində əsaslı dəyişikliklər baş vermişdir: tipik qlobigerina və onlara yaxın olan cinslər (qloborotalilər, akarininalar və b.) daha da inkişaf etmişlər.
Paleolit dövrü
Paleolit dövrü (yun. παλαιός paleos — qədim və λίθος litos — daş "qədim daş") — ən qədim daş dövrü. Bu termini İngilis bioloqu və arxeoloqu John Lubbock (1834-1913) özünün 1865-ci ildə işıq üzü görmüş "Pre-historic Times" ("Tarixöncəsi zamanlar") adlı kitabında daxil edib. Bəşər tarixi işlətdikləri əsas alətlərə görə üç dövrə ayrılır: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü. Daş dövr özü də qədim, orta və yeni daş dövrlərdən ibarətdir; bunlar yunancadan götürülmüş terminlərlə uyğun olaraq Paleolit, Mezolit və Neolit dövrləri adını almışlar. Paleolit dövrü daş alətlərin hominidlər tərəfindən işlənməsindən (təqribən 2,6-2,5 milyon il əvvəl) əkinçiliyin başlamasına qədər (təqribən 12-10 min il əvvəl) olan dövrü əhatə edir. Bu, bəşəriyyətin mövcud olduğu zamanın 99%-i deməkdir. Paleolit dövründə insanlar daş alət düzəldir, lakin onu cilalamağı bilmirdilər. İlk primitiv əmək alətləri məhz Paleolit dövründə yaradılıb. Bu dövrdə insanlar bütün alətlərini daşdan, ağacdan və sümükdən hazırlamışlar.
Paleosen dövrü
Paleosen (q.yun. παλαιός — "qədim" + καινός — "yeni") — Paleogen dövrünün və bütün Kaynozoy dövrünün ilk epoxası. 66,0 milyon il əvvəldən 56,0 milyon il əvvələ qədər olan dövrü əhatə edir. Paleosendən sonra Eosen gəlir. Paleosen, dinozavrlar da daxil olmaqla, canlı orqanizmlərin 75% -ni məhv edən Təbaşir-Paleogen yox olma dövrü ilə başladı. Dövrün sonu Paleosen-Eosen termal maksimumu ilə üst-üstə düşür, böyük iqlim hadisəsi zamanı təxminən 2,5–4,5 trilyon ton karbon atmosferə və okeana daxil olur və bu, temperaturun qlobal artmasına və okeanların turşulaşmasına səbəb olur. Paleosendə şimal yarımkürəsinin qitələri bir neçə quru körpü ilə birləşirdi. Eləcə də Cənubi Amerika, Antarktida və Avstraliya hələ tam ayrılmamışdı. Qayalı dağlar yüksəlməyə davam edirdi. Hindistan plitəsi Asiya ilə toqquşmağa başladı.
Paleotsen dövrü
Paleosen (q.yun. παλαιός — "qədim" + καινός — "yeni") — Paleogen dövrünün və bütün Kaynozoy dövrünün ilk epoxası. 66,0 milyon il əvvəldən 56,0 milyon il əvvələ qədər olan dövrü əhatə edir. Paleosendən sonra Eosen gəlir. Paleosen, dinozavrlar da daxil olmaqla, canlı orqanizmlərin 75% -ni məhv edən Təbaşir-Paleogen yox olma dövrü ilə başladı. Dövrün sonu Paleosen-Eosen termal maksimumu ilə üst-üstə düşür, böyük iqlim hadisəsi zamanı təxminən 2,5–4,5 trilyon ton karbon atmosferə və okeana daxil olur və bu, temperaturun qlobal artmasına və okeanların turşulaşmasına səbəb olur. Paleosendə şimal yarımkürəsinin qitələri bir neçə quru körpü ilə birləşirdi. Eləcə də Cənubi Amerika, Antarktida və Avstraliya hələ tam ayrılmamışdı. Qayalı dağlar yüksəlməyə davam edirdi. Hindistan plitəsi Asiya ilə toqquşmağa başladı.
Perm dövrü
Perm dövrü – paleozoy erasının 55 milyon il davam etmiş sonuncu geoloji dövrü. Bu dövrdə vulkanik fəaliyyətlə müşayiət olunan güclü dağəmələgəlmə prosesləri baş vermişdir. Bilavasitə hersin tsiklinə aid olan bu proseslər nəticəsində Ural dağları tam formalaşmış, Mərkəzi Asiyanın möhtəşəm dağ silsilələri, Şimali Amerikanın Appalaç strukturları əmələ gəlmişdir. Bu dövr üçün dəniz, laqun və kontinental rejimli böyük epikontinental hövzələrin geniş yayılması səciyyəvidir. Perm dövrü isti və quru iqlim şəraitində geniş laqunlarda qalın evaporit çöküntüləri (dolomit, anhidrit və gipslər, daş və kalium duzları) toplanmışdır. Rütubətli isti iqlimin üstünlük təşkil etdiyi rayonlarda iri kömür yataqlarının (Peçora hövzəsi, Kuzbas, Çin və b.) əmələgəlməsi üçün ilkin material olan məhv olmuş bitki qalıqların toplanırdı. Cənub yarımkürəsində kontinental rejim üstünlük təşkil edirdi. Burada mövcud olan Qondvana qitəsində dəfələrlə dağ buzlaşması (Cənubi Amerika, Avstraliya) baş vermişdi. Perm dövrü dəniz hövzələrində seratit xətli aimonoideyalar (seratitlər, bəzi aqoniatitlər) meydana gəlmiş, quruda anapsid və sinapsid sürünənlər və pulcuqlu kərtənkələlər, bitkilərdən-qatırquyruqukimilər və çılpaqtoxumlulardan bennettitlər inkişaf etmişdir. Perm dövrü foraminiferlərin (fuzulinidlər), mərcanların (tabuatoidealar və dördşüalılar), buğumayaqlıların (trilobitlər və evripteroidealar), başıayaqlı moluskaların (qoniatitlər), hiolitlərin, qıfıllı braxiopodların (ortidlər, strofomenidlər və produktidlər), mamırkimilərin (sistoporidlər, rabdomezonidlər, kriptosomidlər), balıqlardan akantodların, qədim şüaüzgəclilər və fırçaüzkəclilərin, ikicür tənəffüslülərin, bitkilərdən – qıjıların və b.
Gürcüstanın qızıl dövrü
Gürcüstanın qızıl dövrü (gürc. საქართველოს ოქროს ხანა) — Gürcüstan Krallığının orta əsrlərdə öz sərhədlərini maksimum genişləndirdiyi, 11–13-cü əsrləri əhatə edən tarixi period. Bu dövr hərbi genişlənmə ilə yanaşı, orta əsrlər Gürcüstan memarlığının, rəssamlıq və poeziyasının çiçəklənməsi, dini incəsənətin inkişafı, dünyəvi ədəbiyyatın ilk iri həcmli əsərlərinin yazılmasına təsadüf edir. İki əsrdən çox davam edən qızıl dövr monqollar kimi köçərilərin davamlı istilaları və eyniadlı köçəri qruplar tərəfindən qara ölümün yayılması səbəbindən tədricən sona çatdı. Gürcüstan ənənəvi müttəfiqi olan Şərqi Roma İmperiyasının sonun gətirən Konstantinopolun süqutundan sonra Gürcüstan daha da zəiflədi. Bu proseslərin nəticəsi olaraq, 15-ci əsrdə Gürcüstan xristian Avropadan ayrılmış, düşmən olaraq gördüyü Türk-İran qonşuları ilə əhatə olunan təcrid olunmuş bir anklava çevrildi. == Qızıl dövrün mənşəyi == === IV David === Qızıl dövr Böyük Türk İşğalları dövründə 16 yaşında taxt-tacı qəbul edən, II Georgi və Kraliça Helenanın oğlu IV Davidin ("Qurucu David" və ya "Böyük David" də deyilir) hakimiyyətiylə başladı. Məhkəmə naziri Georgi Çqondidinin himayəsi altında böyüyən IV David zamanla feodalların özbaşınalığını basdırdı və xarici təhdidlərlə effektiv mübarizə aparmaq üçün əlindəki hakimiyyəti mərkəzləşdirdi. 1121-ci ildə Didqori döyüşü zamanı daha böyük türk ordularını qətiyyətlə məğlub etdi və bir neçə gündür gürcü süvarilərinin arxasınca qaçan Səlcuqlu türklərini Gürcüstandan qova bildi. Tiflisin müdafiəsini təmin edən və yeni bir dirçəliş dövrünü başladan IV Davidin ordusu tərəfindən çox sayda qənimət və əsir ələ keçirildi.
Heyan dövrü ədəbiyyatı
Heyan dövrü ədəbiyyatı (平安文学, Heian-bungaku) və ya Çuko ədəbiyyatı (中古文学, Chūko-bungaku, azərb. Orta qədim ədəbiyyat‎) – Heyan dövründəki Yapon ədəbiyyatına verilən ad. 794-cü ildən 1185-ci ilə kimi davam etmişdir. Heyan dövrünün ilk poeziya almanaxı olan "Kokinşu", ilk nağıl kimi təqdim edilən "Taketori-monoqatari", ilk lirik povest sayılan "İse-monoqatari" bütünlüklə bu yeni dövrə məxsusdur. Heyan dövrü ədəbiyyatı mövcud olan tayfa aristokratiyası ilə çox sıx bağlı idi. Həyat qayda-qanunlarının yeni forması, hakim sülalənin dünyagörüşü ilə bağlı olan yeni ədəbiyyat cəmiyyətin bütün məzmununu özündə əks etdirirdi. Heyanların mədəni yaradıcılığı özünəməxsus okkultizm xətti ilə inkişaf edirdi. Heyanlıların bütün həyat tərzinə gedonistik tendensiyalar çox dərindən işlənmişdir. Heyanlılar üçün sevgi ancaq utilitar xarakter daşıyırdı. Qadın diqqət mərkəzində idi: qadın gözəlliyi ətrafında iki əsas gözəllik də dururdu, təbiət və məişət gözəlliyi, yəni Heyanlılar təbiətdən də zövq alırdılar, hətta sadə mənzərələrdən də onlar öz fərdi evlərində də bu gözəllik qanunları ilə yaşayırdılar.
Holland qızıl dövrü
Holland qızıl dövrü — Hollandiya tarixində 1585–1702-ci illər arasındakı dövrə verilən ad. Bu dövrdə Hollandiya elm, ticarət və incəsənət sahəsində dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildi. Hollandiyanın Qızıl dövrü 1585-ci ildə Antverpen İspaniyanın əlinə keçməsi, cənubda zəngin Kalvinist (protestant) tacirlər və ziyalılar şimala sığınması ilə başladı. Bundan əlavə, İspaniyadakı inkvizisiyadan qaçan Sefarad yəhudiləri və Fransadan qaçan protestant Huqenotlar Hollandiyaya sığındılar. Beləliklə, Hollandiyada Avropanın ən zəngin və ən maarifli insanları toplaşdı. XVII. Əsr ərzində hollandlar dünyanın hər yerində ticarətə girdilər. Şimali Amerikada Nieuw Amsterdam kimi koloniyalar qurdular. 1602-ci ildə qurulan 'Hollandiya Şərqi Hindistan Şirkəti' (Vereenigde Oostindische Compagnie) Asiyada koloniyalar qurdu. Bu koloniyalar sonda İndoneziya ölkəsini meydana gətirdi. İlk dəfə Osmanlı İmperiyasından gətirilən lalələr Hollandiyada ehtiras halına gəldi.
Holland rəssamlığının qızıl dövrü
Holland rəssamlığının qızıl dövrü Hollandiya tarixində təxminən XVII əsri əhatə edən bir dövr Hollandiyanın müstəqilliyi uğrunda Səksənillik müharibənin (1568-1648) sonrakı hissəsi zamanı və ondan sonrakı illər Holland Qızıl dövrünün rəssamlığıdır. Yeni Hollandiya Respublikası Avropanın ən firavan ölkəsi idi və Avropa ticarətinə, elminə və incəsənətinə liderlik edirdi. Yeni dövləti təşkil edən şimal Hollandiya əyalətləri cənubdakı Flandriya şəhərlərindən daha az əhəmiyyətli sənətkarlıq mərkəzləri idi. Müharibə zamanı baş verən sarsıntılar və əhalinin genişmiqyaslı köçürülməsi, köhnə monarxist və katolik mədəniyyət ənənələri ilə kəskin ziddiyət, Hollandiya sənətkarlığının özünü demək olar ki, tamamilə yenidən kəşf etməli olması demək idi ki, bu işdə çox uğurlu oldu. Dini mövzular üzrə rəsm əsərləri çox kəskin şəkildə azaldı, əvəzində bütün növ dünyəvi mövzular üzrə böyük bir yeni bazar meydana gəldi. Holland rəssamlığının qızıl dövrü Barokko rəssamlığının ümumi Avropa dövrünə daxil edilsə də və tez-tez onun bir çox xüsusiyyətlərini göstərsə də, əksəriyyətində qonşu Flandriya da daxil olmaqla bir çox barokko əsərinə xas olan idealizasiya və əzəmət sevgisi yoxdur. Dövrün ən yaxşı tanınan əsərləri də daxil olmaqla əksər əsərlər Erkən holland rəssamlığından miras qalmış müfəssəl realizm ənənələrini əks etdirir. Dövrün səciyyəvi xüsusiyyəti fərqli rəsm janrlarının çoxalmasıdır , rəssamların əksəriyyətinin işlərinin əsas hissəsini bunlardan birindədir. Bu ixtisaslaşmanın tam inkişafı 1620-ci illərin sonlarından daha aydın görünür və o vaxtdan 1672-ci il Fransa istilasına qədər olan dövr Qızıl dövr rəsminin əsasını təşkil edir. Rəssamlar karyeralarının əsas hissəsini yalnız portretlər, müxtəlif məişət səhnələri, mənzərələr, dəniz mənzərələri və gəmilər və ya natürmortlar və çox vaxt bu kateqoriyalar daxilində müəyyən bir alt növ çəkməyə sərf edirdilər.
Meyreki dövrünün böyük yanğını
Meyreki dövrünün böyük yanğını (yap. 明暦の大火, - Meireki no taika) — 2 mart 1657-ci ildə Yaponiyanın paytaxtı Edoda (indiki Tokio) baş verən yanğın. Furisode yanğını kimi də tanınan bu yanğın Meyreki İmperatorluğunun hakimiyyətinin 3-cü ilində baş vermişdir. 3 gün boyunca davam edən yanğında 100 min adamın öldüyü ehtimal edilir.
Misirdə ikinci padşahlıq dövrü
Misir tarixindəki İkinci sülaləyə aid məlum hökmdarlar. Qədim Misirin Birinci və İkinci sülalələri əsasən Misirin Erkən Sülalələr Dönəmi altında qruplanırlar. O tarixlərdə paytaxt Tinisdir. İkinci Sülalənin hökmdarlarının dönəmləri mübahisəlidir. İlk beşi üçün, mənbələr təxmini olaraq həmfikirdir: Ancaq sonrakı iki və ya üç hökmdarın şəxsiyyətləri açıq deyildir: Hor-adı və ya Nebti (iki(dişi))-adı və doğum adlarını bilirik: tamamilə fərqli insanlar ola bilərlər və ya sadəcə əfsanəvi adlar olma ehtimalları var. Sol tərəfdə bir çox Misir araşdırmaçısının açıqladıqları hökmdar adları, sağda isə Manethonun Aegyptica əsərindən gələn adlar verilmişdir: Son hökmdar ilə təkrar bir ortaq qərara gəlinir: Hər nə qədər Manetho paytaxtı birinci sülalədə olduğu kimi Tinis olaraq bildirsə də, ən azından ilk üç kralın Sakkarada dəfn olunduğu bilinir və bu səbəblə də güc mərkəzinin Memfisə köçürüldüyü düşünülür. Bundan əlavə, bu dönəm haqqında çox az şey deyilə bilər; Palermo daşının illik qeydlərinin ancaq Ranebin hökmünün son illərindən bəhs edən hissələri günümüzə qədər gəlmişdir. Ehtimal ki,Khasekhemwyin hökmündə lazımi bir hadisə olmuşdur, bir çox misir araşdırmaçısı adını "İki Güc Taclandırıldı" şəklində oxumuşdur və bunun Yuxarı və Aşağı Misirin birləşməsini bildirdiyini düşünürlər.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı (kitab)
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı kitabı
Məşrutə dövrü mətbuat
Cənubi Azərbaycan mətbuatı — Cənubi Azərbaycanda mətbuat. == Məşrutə dövrü mətbuatı == 1905–1911 illər Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının içtimai-siyasi və milli düşüncəsinin inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədə siyasi fəzanın açılmasına gətirdi. Gündən-günə genişlənən siyasi hadisələr və içtimai çəkişmələr ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif qəzetlər yayılmağa başladı. İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra Azərbaycan millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edildi. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Əhməd Kəsrəvi yazırdı ki: "…doğrudur, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. Lakin onların çoxusu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və s. kimi yazılarla dolu idi.

"dövrü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dövrü nədir? #dövrü sözünün mənası #dövrü nə deməkdir? #dövrü sözünün izahı #dövrü sözünün yazılışı #dövrü necə yazılır? #dövrü sözünün düzgün yazılışı #dövrü leksik mənası #dövrü sözünün sinonimi #dövrü sözünün yaxın mənalı sözlər #dövrü sözünün əks mənası #dövrü sözünün etimologiyası #dövrü sözünün orfoqrafiyası #dövrü rusca #dövrü inglisça #dövrü fransızca #dövrü sözünün istifadəsi #sözlük