* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Zaman, zəmanə, dövr, vaxt, çağ. Doğru derlər, hər zaman bir aşiqin dövranıdır. Füzuli. O imiş xahişi əvvəl anın; Şair ayinəsidir dövranın. A.Səhhət. Azad bir dünyanın, böyük bir elin; Xoşbəxt bir dövranın övladıyıq biz. Ə.Cəmil. 2. Dövr; dövr etmə, dairəvi şəkildə cərəyan etmə, dolanma. Qan dövranı. 3. məh. Tale, qədər mənasında. 4. etnoqr. Toy məclislərində camaatın dövrə vurub oturması. // Toyda və s.-də çalğıçılar, xanəndələr üçün camaatdan toplanan pul. [Toy] gecəsi oxuyub-çalandan sonra qaval gəzdirib dövran yığarlar. R.Əfəndiyev. ◊ Dövran dolanmaq – vaxt gəlib keçmək, başa çatmaq, dövr vurub qurtarmaq. Heç bilmədim dövran necə dolandı; Yandı cismim, atəşlərə qalandı. M.V.Vidadi. Bu dövran dolanıb, zəmanə dönə; Tanrının kərəmi olaydı mənə. Q.Zakir. Dövran etmək (eyləmək) – 1) dövr etmək, fırlanmaq, dövrəvi şəkildə hərəkət etmək. Damarlarda qan dövran edir. Su borularda dövran edir; // məc. mənada. Hüsn içində görməmiş mislin fələk; Buncə dövranı ki, dövran eyləmiş. Nəsimi. Bu çərxi-fələk tərsinə dövran edir imdi. M.Ə.Sabir; 2) yayılmaq, intişar etmək, ağızdan-ağıza keçmək, dolaşmaq. Bir gün şəhərdə belə şayiələr dövran edirdi ki, guya üsulilər ilə şeyxilərin davası olacaq. Çəmənzəminli. Dövran qurmaq – büsat qurmaq, təntənə düzəltmək, şənlik düzəltmək. Çənlibeldə qurub dövran; Bir tutaydım toyun, Eyvaz! “Koroğlu”. Dövran sürmək – yaşamaq, həyat sürmək, həyat keçirmək, gün keçirmək. …Hər məhəllənin xalqı xüsusi bir yolla dövran sürürdü. N.Nərimanov. Ağayar həyatda çox yaxşı günlər görmüş, gözəl dövranlar sürmüşdü. Ə.Əbülhəsən. Orada neçə yüz, neçə min insan; Yaşayıb, yaradıb, dövran sürəcək. Z.Xəlil. Dövran vurmaq – dövrə vurmaq, dövrə gəzmək, dövrə vurub gəzmək. Qurbani dövran vurub, saz döşündə gördü ki, Pəri xanım pəncərənin lap qabağına gəlib. “Qurbani”.
Azərbaycan dilinin izahlı lüğəti / dövran3 ə. 1) ruzigar, fələk, tale; 2) dolanma, seyr; 3) yaşayış, dolanış; 4) zaman, əsr, vaxt; 5) aləm, dünya; 6) mövləvilərin sıraya düzülərək neyin səsi ilə zikr oxuyub durduqları yerdə fırlanmaları (dövr etmələri).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dövran1 Dövr sözü ilə qohumdur. Dövriyyədə buradandır. Ərəb mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dövran2 I сущ. 1. кругообращение, циркуляция. Qan dövranı циркуляция крови (кровообращение) 2. время, эпоха, эра. Yeni bir dövran новая эра, özgə dövrandır не то время, xoşbəxt dövran счастливое время 3. судьба, участь, рок II прил. циркуляционный, циркулярный. нефт. Dövran başlığı циркуляционная головка, dövran mayesi циркуляционная жидкость; dövran etmək (vurmaq) циркулировать ◊ dövran sürmək процветать, жить в благополучии; жить в свое удовольствие; dövranını sürmək проживать, прожить свой век; dövran qurmaq создать все условия
Azərbaycanca-rusca lüğət / dövran1 i. 1. circulation; qan ~ı circulation of blood; 2. bax dövr; ~ sürmək to live splendidly, to live on the fat of the land; ◊ Hər aşiqin bir dövranı olur at. söz. ≅ Everything has its time / season
Azərbaycanca-ingiliscə lüğət / dövran1 is. circulation f ; qan ~ı circulation f sanguine ; ~ sürmək prospérer, vivre à son aise
Azərbaycanca-fransızca lüğət / dövran1 [ər.] сущ. девран (1. замана, девир, вахт, чӀав; 2. къекъуьн, элкъуьн; qan dövranı иви къекъуьн (дамарра); 3. кьадар, кьисмет манада; 4. этногр. мехъеррик жемят чарх яна ацукьун; // мехъерик музыкантриз, мани ядайбуруз жемятдивай кӀватӀдай пул); ** dövran dolanmaq девран элкъуьн, вахт(ар) къвез алатун, фин; dövran etmək (eyləmək) девран авун а) чарх ягъун, элкъуьн, элкъвез-элкъвез гьерекат авун; б) сивера къекъуьн, сивяй-сивиз фин, чукӀун; dövran qurmaq мярекат (мехъер, шадвал) туькӀуьрун; dövran sürmək девран гьалун, уьмуьр гьалун, югъ акъудун, яшамиш хьун; dövran vurmaq чарх ягъун, элкъвез цӀарар ягъун, цӀарар яз къекъуьн, цӀар илитӀун.
Azərbaycanca-ləzgicə lüğəti / dövran