Xurşud Dövran
Xurşid Davron (özb. Xurshid Davron; 20 yanvar 1952, Səmərqənd) — özbək şair, yazıçı, esseist, dramaturq, tərcüməçi, publisist, tarixçi, Özbəkistanın xalq şairi (1999), Mahmud Qaşqarlı adına Beynəlxalq mükafatın (1989), Beynəlxalq Qızıl Qələm mükafatının (2009), Azərbaycanın "Müşfiq" mükafatı (5.06.2013) laureatı, Özbəkistan Respublikası Milli Məclisinin deputatı (2004).
Xurşid Davron 1952-ci il yanvarın 20-də Səmərqənddə anadan olub. O məşhur nəqşibəndi Sufi Piri Ahmet Kasanı nəslindəndir. Səmərqənd rayonundakı 1 və 2 N-li orta məktəbdə təhsil alıb. Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib (1969–1977). "Yaş gvardiya" nəşriyyatında redaktor, redaksiya müdiri (1974–1989), "Kəmələk" nəşriyyatında direktor müavini, direktor (1989–1991) vəzifələrində işləyib. Özbəkistan Respublikası Mənəviyət və Mərifət Mərkəzi sədrinin müavini (1994–1996) olmuşdur.
Xurşid Davron bir neçə şeir və nəsr kitabının müəllifidir. Özbəkistan Yazıçıları Birliyinin (1979), Asiya Yazıçılar Konqresinin (1996) üzvüdür.