dövrün sözü azərbaycan dilində

dövrün

Yazılış

  • dövrün • 98.6481%
  • Dövrün • 1.3313%
  • DÖVRÜN • 0.0206%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dövrün tapılması
İnformatikada dövrün tapılması iterativ funksiyalar ardıcıllığında dövrün tapılması üçün alqoritmik problemdir (alqoritmdir). Sonlu S {\displaystyle S} çoxluğunun özünə uyğun gələn, hər hansı bir f {\displaystyle f} funksiyası üçün, və eyni zamanda S {\displaystyle S} çoxluğundan olan x 0 {\displaystyle x_{0}} başlanğıc nöqtəsi üçün iterativ funksiyalar ardıcıllığı aşağıdakı kimidir: x 0 , x 1 = f ( x 0 ) , x 2 = f ( x 1 ) , … , x i = f ( x i − 1 ) , … {\displaystyle x_{0},\ x_{1}=f(x_{0}),\ x_{2}=f(x_{1}),\ \dots ,\ x_{i}=f(x_{i-1}),\ \dots } Nəticə etibarilə burada funksiyanın eyni qiyməti aldığı cütlük olmalıdır, yəni elə bir i {\displaystyle i} və j {\displaystyle j} cütlüyü olmalıdır ki, x i = x j {\displaystyle x_{i}=x_{j}} şərti ödənmiş olsun. Bu baş verən andan ardıcıllıq dövri olaraq x i {\displaystyle x_{i}} və x j − 1 {\displaystyle x_{j-1}} aralığında eyni ardıcıllığı təkrarlayacaqdır. Dövrün tapılması məsələsi f {\displaystyle f} və x 0 {\displaystyle x_{0}} -a görə i {\displaystyle i} və j {\displaystyle j} qiymətlərinin tapılmasıdır. Bu məsələnin həlli üçün müxtəlif alqoritmlər mövcuddur. Məsələn, Floydun "bağa və dovşan alqoritmi" iki göstəricinin müxtəlif sürətlərlə hərəkət etdirilməsi və onlarn hansısa bir nöqtədə rastlaşmasına əsaslanır. Brentin alqoritmi isə eksponensial axtarış üsuluna əsaslanıb. Hər iki alqoritm iki göstəricidən istifadə edir. Yaddaşı daha çox istismar etməklə hesablamaları bir qədər azaldan digər müxtəlif alqoritmlər də mövcuddur. Dövrün tapılması alqoritminin tətbiqi müxtəlifdir, nümunə olaraq psevdo-təsadüfi ədədlər generatoru, kriptoqrafik həş funksiyalar, ədədi üsullar üçün alqoritmlər, kompüter proqramlarında və konfiqurasiyalarında sonsuz dövrlərin tapılması və s.
Dövrün dəyirmanı (kitab)
Dövrün dəyirmanı — Musa Yaqub tərəfindən yazılmış poema və şeirlər toplusu. == Haqqında == “Dövrün dəyirmanı” adlanan kitab şairin 75 yaşı münasibətilə işıq üzü görüb. Şair Musa Yaqubun “Dövrün dəyirmanı” adlı yeni kitabı çap olunub. Poema və şeirlərdən ibarət kitab yazarın 75 yaşı münasibətilə işıq üzü görüb. Dövrün dəyirmanı” çağdaş Azərbaycan ədəbiyyatının ən önəmli simalarından sayılan istedadlı şairin 75 yaşın ucalığından zamana, bəşəriyyətə, insan ömrünə, müxtəlif tale yaşantılarına verdiyi dəyər, hesabatdır. Kitabda şairin 19 poeması ilk dəfə olaraq cəm halında nəşr olunub. Ənənəvi kitab çapından fərqli olaraq əvvəldə poemaların sıralanması ilə başlayan yaradıcılıq məhsullarını şairin müxtəlif dövrlərdə qələmə aldığı seçmə şeirləri “Gördüm yol ayrıcında”, “Dövrün dəyirmanı”, “Sevgi sətirləri” bölümləri müşayiət edir. Kitab şairin “Açıq qoydum qapımı, ümid girsin içəri” və “Ömür yoldaşım Zöhrənin xatirəsinə” bölümləri altında yeni şeirlərlə başa çatır. “Dövrün dəyirmanı” Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb. Redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, bədii tərtibatçısı gənc yazar Zaur Qəriboğludur.
Qədim dövrün iqtisadi təlimləri
Qədim dövrün iqtisadi təlimləri — İqtisadi təlimlər tarixinin öyrənilməsi, bir qayda olaraq Qədim dünyada meydana gəlmiş iqtisadi görüşlərin, fikirlərin öyrənilməsi və mənimsənilməsi ilə başlanır. Bu da təsadüfi deyil. Çünki bəşəriyyətin tarixi təkamülü, insan cəmiyyətinin təşəkkülü, ilkin olaraq Qədim dünyada meydana gəlmişdir. Minilliklər ərzində formalaşmış təbiət və cəmiyyət haqqındakı düşüncələr, baxışlar, görüşlər, fikirlər şifahi yollarla nəsildən-nəsilə keçmiş və müxtəlif səpkili əfsanələr, rəvayətlər, eposlar, poeziyalar kimi ayrı-ayrı xalqların maddi və mənəvi mədəniyyətlərinə çevrilmişdir. Belə bir tarixi inkişaf prosesi, elmi dünyagörüşlərin formalaşması, ən qabarıq şəkildə özünü Qədim Şərqdə, Qədim Asiyada, Antik dövrün ən parlaq nümunələri olan Yunanıstanda və Qədim Romada əks etdirmişdir. İctimai əmək bölgüsünün meydana gəlməsi, istehsal vasitələrinin təsərrüfat həyatında müəyyənedici rola malik olması, qul əməyinin mənimsənilməsi prosesi ictimai inkişafın iki yolunu müəyyən etdi. Bunların biri cəmiyyətin həyatında ictimai əməyin təşkilinin üstün rola malik olması ilə, ikincisi isə, müxtəlif ailələrin istehsal vasitələrinə və qullara görə mülkiyyətlərinin inkişafı ilə əlaqədardır. Məhz bununla əlaqədar olaraq tarixdə iqtisadi inkişafın, o cümlədən "siniflərin" meydana gəlməsinin iki üsulu fərqləndirilir. Bunlardan birini Asiya istehsal üsulu, digərini isə antik istehsal üsulu kimi fərqləndirirlər. Bununla əlaqədar olaraq bəzi hallarda Qədim dünya dedikdə, Şərq və Asiya ölkələri, Antik dünya dedikdə isə Qədim Yunanıstan və Qədim Roma nəzərdə tutulur.
Qədim dövrün klassik məsələləri (riyaziyyat)
Qədim dövrün klassik məsələləri - aşağıdakı üç qurma məsələsi qədim dövrün klassik məsələləridir. 1. Dairənin kvadraturası; 2. Bucağın triseksiyası; 3. Kubun ikiqat böyüdülməsi. Qədim yunanlar qurma məsələlərinin həllində çox böyük nailiyyətlər əldə etmişdilər. Lakin yuxarıdakı üç qurma məsələsi həll olunmurdu. Sonrakı əsrlərdə isbat etdilər ki, bu qurma məsələlərini təkcə pərgar və xətkeşlə həll etmək mümkün deyil. Buna baxmayaraq, əsrlər boyu bu üç məsələ görkəmli riyazıyyatçıların diqqətini cəlb etmiş, nəticədə çoxlu riyazi üsullar yaranmış və təkmilləşmişdir. == Ədəbiyyat == 1.
Abbasilər dövründə türklər (kitab)
Abbasilər dövründə türklər — Ənvər Çingizoğlunun Abbasilər dövründə yaşam sürən türklər haqqında yazdığı kitab. == Məzmunu == Abbasi xəlifələrinin türklərə fövqəladə yaxınlıq göstərmələri, bu İslam dininin qəbul edilməsinin daha da sürətlənməsinə səbəb oldu. Xəlifə Əl-Mənsur (754-775-ci illər) zamanından etibarən türklər Xilafət ordusuna əsgər olaraq daxil olmağa başladılar. Əl-Məmun dövründə (813-833-cu illər) türklərdən xüsusi gözətçi birlikləri yaradılmağa başlandı. Nəhayət, Xəlifə Mötəsim zamanında (833-842-ci illər) xəlifəlik ordusunun əsasını türklər təşkil edirdi. Türk ordusu üçün Samarra (Samirə) şəhərini tikən Xəlifə, sarayını və paytaxtını da bura köçürdü. Xəlifə Əl-Mütəvəkkil zamanında (847-861-ci illər) isə Abbasi dönəminin ən qabaqda gələn üç şəxsiyyəti Türk idi. X əsrin ilk yarısında Əmərilüməralığa iki Türk sərkərdəsi Beckem və Tüzün gətirilmişdi. Türklərin Bağdadda idarəni ələ almalarına görə, uzaq əyalətlərdə olan İslam xilafətinin tərkibində olan Türk diyarları müstəqil bir hökmdar kimi hərəkət etməyə başladılar. İlk Müsəlman Türk dövlətlərdən bəziləri bu zaman surətlə quruldu.
Azərbaycan SSR birinci beşillik dövründə
Azərbaycan SSR birinci beşillik dövründə — Azərbaycan SSR-də iqtisadiyyatın mühüm inkişaf mərhələlərindən biri. == Beşillik dövründə Azərbaycan SSR iqtisadiyyatına kapital qoyuluşu == Birinci beşillik plan Azərbaycan SSR xalq təsərrüfatının inkişafında mühüm addım oldu. Belə ki, xalq təsərrüfatına (kolxozlarsız) 140 milyon manat (müqayisəli qiymətlə), o cümlədən sənaye inkişafına 89 mln manat (və ya respublika xalq təsərrüfatına yönəldilən bütün kapitalın 63,6 faizi), nəqliyyat və rabitəyə 11 mln (10,7 faiz), kənd təsərrüfatına 16 mln, (7,2 faiz), mənzil tikintisinə, elm, mədəniyyət, maarif, səhiyyə və s. 24 mln manat (21,4 faiz) vəsait qoyulmuşdu. == İqtisadiyyatın möhkəmləndirilməsi sahəsində uğurlar == === Neft sənayesinin inkişafı === Neft sənayesi xüsusilə inkişaf etmişdi. Zəngin yataqları olan Neftçala, Qala (" Əzizbəyovneft" tresti), Lökbatan, Qaraçuxur və s. istismara verildi. Abşeronun hüdudlarından kənarda yeni neftli sahələrin mənimsənilməsinə başlandı. Qazma sahəsində müvəffəqiyyətlər əldə edildi. Qazıma işlərinin həcmi əgər beşilliyin birincilində 320,6 min metr idisə, 1932-ci ildə 484,3 min metrə çatdı.
Azərbaycan Sasanilər dövründə
Azərbaycan Sasanilər dövründə - III-IV əsrlərdə Azərbaycanda feodal münasibətlər yarandı. Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını qoydu. Atropatenada bu dövrdə də zərdüştlüyə sitayiş olunurdu. Albaniya 226-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənuşirəvanın dövründə (531-579) Albaniya, Atropatena və İberiya Sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Ut, Qarabağ, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi.
Azərbaycan Xalq Cumhuriyyəti dövründə teatr
== Milli teatrın inkişafında yeni mərhələ == Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. İctimai həyatda teatrın rolu artdı. Əsası 1873-cü ildə qoyulmuş peşəkar Azərbaycan teatr sənəti XX əsrin əvvəllərində milli mədəniyyətin ən sürətlə irəliləyən sahələrindən idi. 1900-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə ilk daimi teatr truppası yarandı. "Nicat" mədəni-maarif cəmiyyətinin nəzdində yaradılan teatr bölməsi (1906), qabaqcıl teatr xadimlərinin bir truppada birləşdirilməsi milli teatrın inkişafında mühüm rol oynadı. 1912-ci ildən "Səfa" cəmiyyətinin teatr bölməsi fəaliyyət göstərirdi. Azərbaycan teatr sənətinin korifeyləri Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Sidqi Ruhulla və başqaları çox çətin şəraitdə fəaliyyət göstərsələr də, həqiqi xalq sənəti uğrunda fədakarlıqla və inamla mübarizə aparırdılar. Azərbaycan teatrının qabaqcıl nümayəndələri cəmiyyətin mütərəqqi qüvvələrinin yardımına arxalanaraq, teatrın ideya-bədii səviyyəsini qaldırmaq və onu təşkilati cəhətdən möhkəmləndirmək üçün pərakəndə teatr truppalarının birləşdirilməsinə çalışırdılar.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəhlə sinfi
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. == Fəhlə sinfi == Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi — XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımları nəticəsində yaranmış və beynəlxalq səciyyə kəsb etmiş problem. == Baş vermiş hadisələr == 19-cu əsrin əvvəllərindən başlayaraq çar Rusiyası tərəfindən cənubi Qafqaza — Azərbaycan torpaqlarına köçürülmüş ermənilər yerli aborigen əhali olan azərbaycanlılara qarşı aramsız kütləvi qırğınlar həyata keçirmiş, onları öz ev-eşiklərindən məhrum etmiş, ata-baba torpaqlarından sıxışdırmışlar. Azərbaycan xalqnın üzləşdiyi belə fəlakətlərdən biri də 1917–1920-ci illərdə baş vermişdir. Bu dövrdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan, həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salındılar. 1917–18-ci illərdə təkcə Yeni Bayazid, Eçmiədzin və İrəvan qəzalanndan olan qaçqınların sayı 200 minə çatmış, İrəvan quberniyasında azərbaycanlılar yaşayan 211 kənd viran edilmişdi. Ümumiyyətlə, erməni qəddarlığı və təcavüzü nəticəsində 1918–20-ci illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın düşmüşdü. Azərbaycanın əlverişli geostrateji mövqedə yerləşməsi, zəngin sərvətlərə malik olması, Birinci dünya müharibəsi zamanı bir-biri ilə döyüşən bloklardakı iri dövlətlərin, Azərbaycana yiyələnmək və buranı həmişəlik olaraq özünün bir quberniyasına çevirmək istəyən Rusiyanın Azərbaycana münasibətdə təcavüzkar siyasəti, Azərbaycan xalqının müsəlman, xüsusilə türk olması və Rusiyanın müstəmləkə siyasətindən narazılığı, ermənilərin "dənizdən-dənizə" "Böyük Ermənistan" yaratmaq kimi sərsəm ideyalarını həyata keçirmək məqsədilə Azərbaycanın əzəli torpaqlarını zəbt etmək arzusu, ümumən, türklərə qarşı düşmən münasibəti, onların öz məkrli niyyətlərini həyata keçirmək üçün böyük dövlətlərin, xüsusilə Rusiyanın əlində alətə çevrilmələri və s. o zaman Azərbaycanın düçar olduğu fəlakətin əsas səbəbləri idi. Azərbaycan xalqının öz doğma yurd-yuvalarından qaçqın düşməsi prosesi Avropa dövlətlərinin cənubi Qafqaza müdaxiləsindən sonra da dayanmadı. Həmin dövrdə təkcə İrəvan quberniyasından şərqi Azərbaycana 150 mindən çox qaçqın gəlmişdi.
Azərbaycanda eneolit dövrünün əkinçi-maldar tayfaları
Eneolit – latın-yunan sözlərinin birləşməsindən əmələ gələrək, mis-daş dövrü ("eneus" latın dilində – mis, "litos" yunan dilində – daş) deməkdir. Elmi ədəbiyyatda bəzən bu söz əvəzinə təmiz yunan termini xalkolit ("xalkos" -yunanca mis deməkdir) də işlədilir. Eneolit, bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsidir. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi. Eneolit daş dövrünün sonu – metal əsrinin başlangıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi; qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır; yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu; === Abidələrin icmalı === Eneolit dövrü daş dövründən sonra başlamışdır. Cəmiyyətin tarixi inkişafının ən mühüm mərhələlərindən birində - Eneolit dövründə insanlar mis külçəsinin döyülmə xassəsini icad edərək ondan əşyalar hazırlamağa başladılar. Mis-daş dövrü daşdan tunca keçid mərhələsi idi.
BƏƏS dövründə İraq
Bəəs dövründə İraq və ya İraq Cümhuriyyəti — İraq tarixində ölkənin Ərəb Sosialist Bəəs Partiyası tərəfindən 1968-2003 illər arasında idarə edilən dönəmdir.İraq və Suriya qolu olan bu Partiya, İraqda Səddam Hüseyn rejiminin dağılması sonrası dağıdılıb. == Ümumi məlumat == İraq prezidenti Əbdül Rəhman Arif və İraqın Baş naziri Tahir Yəhya, əvvəllər 1963-cü ildə hakimiyyəti ələ keçirən və ilk növbədə başçılıq etdiyi Bəəs Partiyasından Əhməd Hassan əl-Bəkrin rəhbərliyi ilə 17 İyul dövlət çevrilişi zamanı devrildi. -Bəkr, onun lideri və Səddam Hüseyn.Səddam partiyanın kəşfiyyat xidmətlərinin de-fakto rəhbəri vəzifəsindən keçərək 1970-ci illərin ortalarına qədər ölkənin de-fakto lideri oldu və 1979-cu ildə prezident vəzifəsində əl-Bəkrə müvəffəq olduqda de jure lider oldu. Əl-Bəkrin de jure hakimiyyəti dövründə ölkənin iqtisadiyyatı böyüdü və İraqın ərəb dünyasında mövqeyi artdı. Bununla yanaşı, bir neçə daxili amillər ölkənin sabitliyinə təhdid yaratdı, bunların arasında ölkənin İranla qarşıdurması və İraqın öz şiə müsəlman icması daxilindəki fraksiyaları var. Xarici problem İran-İraq müharibəsinə töhfə verəcək İranla sərhəd münaqişəsi idi. Səddam Hüseyn 1979-cu ildə İraqda şiələrin başçılıq etdiyi hökumət əleyhinə etiraz dalğaları dövründə İraqın Prezidenti, İnqilab Komandanları Şurasının sədri, Baş nazir və Bəəs Partiyasının Regional Komandanlığının baş katibi oldu. Təbiətcə rəsmi olaraq dünyəvi olan Bəəs Partiyası etirazları sərt şəkildə repressiya etdi. Digər bir siyasət dəyişikliyi İraqın şiə müsəlman ölkəsi olan İrana qarşı xarici siyasətidir. Münasibətlərin pisləşməsi nəhayət 1980-ci ildə İraqın İrana genişmiqyaslı bir hücumu ilə başladığı İran-İraq müharibəsinə səbəb oldu.
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. == Ərəbistan yarımadası haqqında qısa məlumat == Əsil adı “Şibhu Cəzirətil-Arab” (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə “Cəzirətul-arab” deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10-15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.
Cahiliyyət dövründə Ərəbistanda siyasi vəziyyət
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. == Ərəbistan yarımadası haqqında qısa məlumat == Əsil adı “Şibhu Cəzirətil-Arab” (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə “Cəzirətul-arab” deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10-15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.
Edo dövrünün yanğınsöndürənləri
Hikeşi (火消) – Edo dövrünün Yaponiya yanğınsöndürənləri. Edo dövründə Yaponiya şəhərləri əsasən taxta tikililərdən ibarət idi və buna görə tez-tez yanğınlar baş verə bilirdi. Böyük yanğınların qarşısını almaq üçün şəhərlərdə yanğınsöndürmə briqadaları formalaşdırılmışdı. Edo, Kioto və Osaka kimi böyük şəhərlərdə hikeşi briqadaları şoqunluq tərəfindən təşkil olunurdu. Daymyolar və hakamotolar Edoda və qəsrlərində hikeşi briqadalarını qururdular. Adi sakinlər isə məhəllələrino qorumaq üçün öz hikeşi briqadalarını təşkil edirdilər.Edo şəhərində 3 növ hikeşi mövcud olmuşdur: cobikeşi (定火消, şoqunluğun hikeşiləri), daymyo hikeşi (大名火消, daymyoların hikeşiləri) və maçi hikeşi (町火消, şəhərlilərin hikeşiləri). == Növləri == === Cobikeşi === Cobikeşi briqadaları 1650-ci ildə 4 briqada ilə qurulmuş, 1657-ci ildə baş vermiş Meyreki yanğınından sonra böyüdülmüş, 1704-cü ildə isə 10 briqadadan ibarət olması qərarlaşdırılmışdır. Cobikeşilər şoqunluğun rəsmiləri hesab olunurdular və hatamotolardan əmr alırdılar. Hər cobikeşi birliyi 36 samuraydan ibarət idi. Samuraylar bu işə görə şoqunluqdan ödəniş alırdılar.Cobikeşilər şəhərdəki yanğınlarla və digər təcili vəziyyətlərlə mübarizə aparır, bu zaman daymyo hikeşilərə və maçi hikeşilərə başçılıq edirdilər.
Meyreki dövrünün böyük yanğını
Meyreki dövrünün böyük yanğını (yap. 明暦の大火, - Meireki no taika) — 2 mart 1657-ci ildə Yaponiyanın paytaxtı Edoda (indiki Tokio) baş verən yanğın. Furisode yanğını kimi də tanınan bu yanğın Meyreki İmperatorluğunun hakimiyyətinin 3-cü ilində baş vermişdir. 3 gün boyunca davam edən yanğında 100 min adamın öldüyü ehtimal edilir.
Məşrutə dövründə mətbuat
Cənubi Azərbaycan mətbuatı — Cənubi Azərbaycanda mətbuat. == Məşrutə dövrü mətbuatı == 1905-1911 illər Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının içtimai-siyasi və milli düşüncəsinin inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədə siyasi fəzanın açılmasına gətirdi. Gündən-günə genişlənən siyasi hadisələr və içtimai çəkişmələr ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif qəzetlər yayılmağa başladı. İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra Azərbaycan millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edildi. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Əhməd Kəsrəvi yazırdı ki: "...doğrudur, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. Lakin onların çoxusu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və s. kimi yazılarla dolu idi.
Qacarlar dövrünün diplomatları (kitab)
== Kitabın mövzusu == AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı, jurnalist-etnoqraf Ənvər Çingizoğlu və tarix elmləri üzrə fəlsəfə doktoru Mahal Qacarın "Qacarlar dövrünün diplomatları" adlı kitabı çapdan çıxıb. Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilən kitabın elmi redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru Bəhram Məmmədli, redaktoru Nazim Tapdıqoğlu, rəyçiləri tarix elmləri elmləri üzrə fəlsəfə doktoru doktoru Şirinbəy Əliyev və tarix üzrə fəlsəfə doktoru Ərzuman Əmirovdur. Bu kitab müasir dövrün aktual problemlərindən birinə—diplomatiya tarixinə həsr olunub. Qacarlar dövləti dövründə fəaliyyət göstərmiş diplomatların 90 faizindən çoxu Azərbaycan türklərindən ibarət idi. Qacarlar dövləti Rusiya, Böyük Britaniya, Fransa, Osmanlı və digər dövlətlərlə sıx diplomatik əlaqə qurmuşdu. 1918-ci ildə yaranan Azərbaycan Demokratik Respublikası ilə də rabitə qurmağa çalışdı. Amma bir qədər ziddiyətli. Məlumdur ki, yarandığı ilk dövrlərdən Qacarlar dövlətə Azərbaycana qarşı iddialı idi. Əlbəttə bunlar iki dövlət arasında bərabərhüquqlu əlaqələrin qurulmasına maneçilik törədirdi. Amma müstəqilliyin ilk dövründə Azərbaycan-Qacarlar səltənəti dövlətlərarası münasibətlərdə ilk addımlar atıldı.
Səfəvi dövründə ticarət
Səfəvi dövründə ticarət — Səfəvilər dövründə ticarət əmtəə ilə mal mübadiləsi və malın nağd pulla (Səfəvi sikkələri və ya xarici gümüş) dəyişdirilməsi formasında həyata keçirilirdi.Böyük tacirlərin özlərinin müxtəlif bölgələrə səfərlər edən agentləri var idi. Bəzi tacirlər Çin və İsveç kimi uzaq ölkələrlə ticarət əlaqələrinə sahib idilər. Tacirlər digər ölkələrlə ticarət edə bilmək üçün dövlətin dəstəyinə sahib olmalı idilər. Daxildəki ticarət isə yerli müsəlman tacirlərin əllərində cəmləşmişdi.Əsas xaricə satılmaq üçün göndərilən mallardan biri də ipək idi. Erməni, ingilis və holland tacirlər Səfəvi ipəyinin xaricə daşınmasında mühüm rol oynayırdılar. İpəkdan başqa xaricə göndərilən toxuculuq məhsullarına misal kimi dəvə, qoyun yunlarını, dərini, Çin modelində hazırlanmış və çini adlandırılan məmulatları, qızıl və gümüşdən hazırlanmış zərgərlik məhsullarını, xalçaları və digər dəyərli daş-qaşları göstərmək mümkündür. Bunun qarşılığında xarici ölkələrdən toxuculuq məmulatları ilə yanaşı, fincanlar, güzgülər, şüşələr, bəzəkli metal əşyalar, yazı kağızları Səfəvi imperiyasına gətirilirdi. Rusiyaya göndərilən materiallara xam maddə halında ipək, ipək məmulatları, qılınclar, oxlar, incilər, polienlər, yəhərlər, müxtəlif boyalar və qurudulmuş meyvələr daxil idi. Rus tacirləri İsfahan və Qəzvin də daxil olmaqla, əsasən şimaldakı şəhərlərdə fəaliyyət göstərirdilər. Rusiyadan Səfəvi imperiyasına xəz, xam dəri, qırmızı ağac, kətan, emal olunmuş pambıq, mis, dəmir, metal, şüşə qablar və kağız gətirilirdi.
Səfəvilər dövründə inzibati-ərazi vahidləri
Səfəvilər dövlətinin inzibati ərazi vahidləri — Səfəvilər dövlətinin inzibati ərazi bölgüsü. Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü.Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü.Qəzalara hakim və Qazı başçılıq edirdi.Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı.
Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında (kitab)
Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında — kitabında xanlıqlar dövrünə aid 22 orijinal sənəd toplanıb. Kitab xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunub. == Haqqında == Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında kitabı akademik Ramiz Mehdiyev tərəfindən yazılıb. Kitabda o dövrdə xanlıqlar tərəfindən yazılmış məktubların əsli toplanıb tərcümə edilib. Azərbaycan oxucusuna ana dilində ilk dəfə təqdim edilən 22 sənəd arasında Qacar şahlarının Azərbaycan xanlarına məktubları, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları da var. Fətəli şahın 1796-cı ilin noyabrında bütün Tiflis əhalisinə ünvanlandığı fərman, yaxud İstanbuldakı İran səfirliyinin ermənilərə sığınacaq verilməsi barədə Xarici İşlər Nazirliyinə məktubu, Cavad xanın Knyaz Sisianova cavab məktubu və digər sənədlər həmin dövrün real mənzərəsinə aydınlıq gətirir.
Türk xalqları Fevral inqilabı dövründə
== Rusiyada 1917-ci il Fevral inqilabının başlıca siyasi nəticələri == Fevral inqilabı Rusiyada yeni hökumətin təşkili ilə nəticələndi. Rusiyanın bütün demokratik siyasi qüvvələrinin fikrincə, ölkənin gələcək müqəddəratı seçkilər vasitəsilə təşkil ediləcək. Müəssislər Məclisində həll olunacağından bu məclisin cağrılmasına qədər bütün səlahiyyətlər həmin yeni hökumətə verilirdi. Öz növbəsində bu hökumətin səlahiyyətləri yalnız Müəssislər Məclisinin cağrılmasına qədər davam edəcəyindən o, Müvəqqəti hökumət adlanırdı. Lakin əslində Müvəqqəti hökumət heç də bu dövrdə tam səlahiyyətlərə malik deyildi. Onunla paralel olaraq seçkili orqan kimi fəhlə, əsgər və kəndli deputatları sovetləri fəaliyyət göstərirdilər. Əksər siyasi partiyaların təmsil olunduğu həmin sovetlər böyük şəhərlərdə xeyli nüfuza malik olduqlarına görə Müvəqqəti hökumətin real rəqibinə çevrilmişdilər. Sovetlərlə Müvəqqəti hökumət arasında hakimiyyət səlahiyyətlərinin paylaşdırılmaması cəmiyyətdə qeyri-müəyyənlik yaradırdı. Nəticədə onlardan hansının daha çox legitim olması da son dərəcə mübahisəli bir məsələyə çevrilirdi. Bu da Rusiya imperiyasının mərkəzində ikihakimiyyətliliyin meydana çıxmasına gətirib çıxarırdı.
Viktoriya dövründə qadınlar
Viktoriya dövründə qadınlar və kişilər arasındakı sosial fərqlər heç bir dövrdə olmadığı qədər kəskinləşdi və qadının ailə və cəmiyyətdə bu gün də aktual qəbul edilən rolu müəyyənləşdi. Əsas iş yerlərinin əkin sahələrindən fabriklərə daşınması ilə illər boyu həyat yoldaşları ilə birgə çalışmış qadınlar üçün də evdarlıq dövrü başladı. == Təhsil == 1840-cı illərə qədər qadınlar üçün nəzərdə tutulan məktəblər kiçik idi və daha çox qadınların ailədəki rolu ilə əlaqədar təlim keçirdilər. Müəllim olaraq çalışan qadınlar da eyni peşədə çalışan kişilərdən sayca çox idi, ancaq onlara kişilərdən daha az maaş verilirdi. Lydia Murdoch bu fərqləri belə izah edir: "Növündən asılı olmayaraq qadınlar iş yerlərində həmişə əngəllər ilə qarşılaşmalı olurdular. Maaş məbləğləri işdən asılı olaraq dəyişsə də, qadınlara bütün sahələrdə kişilərdən daha az maaş verilirdi. Məsəl üçün 1883-cü ildə London Məktəb Şurası qadın müəllimlər üçün maaşı eyni vəzifədəki kişilərin maaşının dörddə üçü olaraq müəyyənləşdirmişdi.1890-cı ildə kişi asisentlər illik 119 funt qadınlar isə 88 funt maaş alırdılar. Kişilərdən fərqli olaraq peşələrində ikinci dərəcəli statusla yanaşılan qadınlar, həm də Viktoriya dövrünün alışılmış "evdar qadın" anlayışını zədələdikləri üçün ətraf-mühitin qınağına da dözməli idilər." Orta təbəqədən olan qadınlar həm işləmək, həm də evlənmək hüququndan məhrum idilər, onlar ya evlənməli, ya da işləməli idilər. Kişilər üçün isə elə bir məcburiyyət yox idi. Universitetlər isə tamamilə kişilər tərəfindən idarə edilirdi.
İkinci dünya müharibəsi dövründə Finlandiya
İkinci Dünya Müharibəsində Finlandiya üç böyük müharibəyə girdi. Bunlardan ilk ikisi Sovet İttifaqına qarşı keçirildi. Sonuncu müharibəni isə müttəfiq olduğu Nasist Almaniyasına qarşı etdi. Döyüşlər nəticəsində Finlandiya müstəqilliyini qorumağı bacardı, lakin ərazisinin təxminən 10% -ni, o cümlədən ikinci böyük şəhəri Viipurini itirməli oldu. Sovet İttifaqına da böyük miqdarda müharibə təzminatı ödəməli oldu. Bu torpaq itkisindən sonra bölgədə yaşayan bir çox fin torpaqlarını tərk etdilər. == Arxa plan == 1809-cu ildə Rusiya imperiyası Finlandiyanı İsveçdən aldı. Bu yeri aldıqdan sonra Rusiya imperiyası finlərə geniş muxtariyyət verdi. Rusiya dövrü yaşayarkən bu region inkişaf edirdi. Lakin XX əsrin əvvəllərində Finlər arasında müstəqillik arzusu artdı.
Desi dövründə xristianların təqibi
Desi dövründə xristianların təqibi — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru Qay Messi Kvint Trayan Desinin 250-ci ildə xristianlara qarşı başlatdığı təqib. Bu, Roma imperiyasında xristianlara qarşı imperiya miqyasında ilk rəsmi fərman ilə icra olunan təqib olmuşdur. == Təqib == Xristianlara qarşı imperiya miqyasında ilk rəsmi fərman ilə icra olunan təqib III əsrdə Desi Trayanın hakimiyyəti dövründə baş vermişdir. B.e. 250-ci ildə imperator Desinin bununla bağlı verdiyi fərman on səkkiz ay qüvvədə qalmışdır. Vilayət hakimləri öz yurisdiksiyalarında böyük şəxsi səlahiyyətə malik idilər və xristianlara qarşı lokal xarakter daşıyan təqib halları və kütləvi zorakılıq hadisələri ilə necə məşğul olacaqlarını özləri seçə bilərdilər. Bu müddət ərzində bəzi xristianlar öldürüldü, digərləri isə edamdan qaçmaq üçün mürtədlik etmişdir. Vilyam Hyu Klifford Frend təxmin edir ki, təqiblər zamanı 3,000–3,500 xristian öldürülmüşdür.Fərmanın mətni qorunub-saxlanılmamışdır, amma məlumdur ki, burada azad edilmiş yəhudilər istisna olmaqla bütün imperiya sakinlərindən Roma maqistratının iştirakı ilə tanrılara qurban kəsmələrini tələb etmiş, buna görə yazılı şəhadətnamələr verilmişdir. Fərmanın xüsusilə xristianları hədəf almasına dair heç bir sübut yoxdur. Bu fərman Desinin ənənəvi Roma dəyərlərini bərpa etmək siyasətinin bir hissəsi idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 33.40 dəfə / 1 mln.
2002 •••••••••••• 30.84
2003 ••••••••••••••• 39.37
2004 ••••••••••••• 33.01
2005 •••••••••• 24.97
2006 ••••••••••• 27.93
2007 •••••••••••• 29.18
2008 •••••••••••••••• 39.71
2009 ••••••••••••• 32.96
2010 •••••••••• 26.14
2011 •••••••••••• 30.63
2012 ••••••••••• 27.62
2013 ••••••• 16.92
2014 •••••••••• 26.26
2015 •••••••••••••• 36.24
2016 ••••••••••••••• 37.66
2017 •••••••••••••• 36.74
2018 •••••••••••••••• 41.65
2019 •••••••••••••••••••• 52.71
2020 •••••••••••••••••• 46.55

"dövrün" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dövrün nədir? #dövrün sözünün mənası #dövrün nə deməkdir? #dövrün sözünün izahı #dövrün sözünün yazılışı #dövrün necə yazılır? #dövrün sözünün düzgün yazılışı #dövrün leksik mənası #dövrün sözünün sinonimi #dövrün sözünün yaxın mənalı sözlər #dövrün sözünün əks mənası #dövrün sözünün etimologiyası #dövrün sözünün orfoqrafiyası #dövrün rusca #dövrün inglisça #dövrün fransızca #dövrün sözünün istifadəsi #sözlük