gərdiş sözü azərbaycan dilində

gərdiş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gərdiş • 89.2857%
  • Gərdiş • 10.7143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

gərdiş sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Gəzinti, seyr. □ Gərdiş etmək (eləmək) – gəzmək, hərəkət etmək, dolanmaq, o baş-bu başa gedib-gəlmək. Ərəb pəhləvan meydana çıxdı, bir o başa gərdiş elədi, bir bu başa gərdiş elədi, gəlib əmudun dəstəyindən yapışdı. “Koroğlu”. …Cavan sürətlə otaqda gərdiş eləməyə başladı və gərdiş etdikcə çənəsində bitən … tükləri əli ilə vurub şişmərlədi. Çəmənzəminli. Gərdişə gətirmək məc. – qızışdırmaq, coşdurmaq, hərəkətə gətirmək. Aslan paşa əmr elədi, mehtərbaşı qabaqca Dəmirçioğlunun atını minib gərdişə gətirdi. “Koroğlu”. // Gəzmə, yerimə tərzi; yeriş. Qəmzəsi can alan, gərdişi əla; Doğrudan gözəldir, göyçəkdir Leyla. Ə.Cavad. 2. məc. Dövran, dövr etmə, dolanma, hərlənmə. …Dünyanın gərdişinə görə insan gərək öz rəftarın da dəyişsin. “Əkinçi”. Qalın meşə, yaşıl ot … insana ləzzət verir. Gərdişin comərdliyini anlayırsan. N.Nərimanov. Nə etmək, fələkin gərdişi rəqqasə qadınlar kimidir… Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / gərdiş
  • 2 f. 1) əldən-ələ gəzmə; 2) gəzinti, seyr; 3) dolanma; 4) qrammatikada: hallanma. Gərdişi-dövran zəmanə, dövranın gərdişi.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / gərdiş

gərdiş sözünün etimologiyası

  • 1 Farsca qeştən (fırlanmaq) feili ilə qohumdur. Qrammatik əsası gərd sözüdür, -iş şəkilçisi isə sifariş, saziş sözlərindəkinin eynidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / gərdiş

gərdiş sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. разг. прогулка, гулянье; gərdiş etmək гулять, прогуливаться, прохаживаться, расхаживать

    Azərbaycanca-rusca lüğət / gərdiş

gərdiş sözünün inglis dilinə tərcüməsi

gərdiş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. къекъуьнар, сер; gərdiş etmək (eləmək) къекъуьн, гьерекат авун, элкъуьн, майдандин и кьилиз, а кьилиз физ хтун (мес. паливан); 2. пер. девран, элкъуьн, элкъвер.

    Azərbaycanca-ləzgicə lüğəti / gərdiş

"gərdiş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gərdiş nədir? #gərdiş sözünün mənası #gərdiş nə deməkdir? #gərdiş sözünün izahı #gərdiş sözünün yazılışı #gərdiş necə yazılır? #gərdiş sözünün düzgün yazılışı #gərdiş leksik mənası #gərdiş sözünün sinonimi #gərdiş sözünün yaxın mənalı sözlər #gərdiş sözünün əks mənası #gərdiş sözünün etimologiyası #gərdiş sözünün orfoqrafiyası #gərdiş rusca #gərdiş inglisça #gərdiş fransızca #gərdiş sözünün istifadəsi #sözlük