doğrultmaq sözü azərbaycan dilində

doğrultmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • doğrultmaq • 99.7234%
  • DOĞRULTMAQ • 0.1383%
  • Doğrultmaq • 0.1383%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

doğrultmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Gözlənilən ümidi doğruya çıxarmaq; verilən ada, göstərilən etibara və s.-yə layiq olduğunu göstərmək, sübut etmək, gerçəkləşdirmək. Göstərilən etimadı doğrultmaq. // Bəraət qazandırmaq. Zeynal öz yaramazlıqlarını doğrultmaq üçün mühitlərini ləkələndirməyə çalışan bir qrup adamlara mənsub idi. S.Hüseyn. Maya haqqındakı ehkam Pərşanı bərk tutmuşdu. Onu qızların nəzərində doğrultmaq istəyirdi. M.İbrahimov. 2. Belini dikəltmək, düz saxlamaq, düz qaldırmaq (çox vaxt “özünü” sözü ilə). Kərim baba özünü bir də doğruldaraq: – Mənim atam da gözəl ovçu idi, – dedi. A.Şaiq. Səfər kişi cəld ayağa qalxdı, özünü doğrultdu. Mir Cəlal. 3. Nişan almaq, tuşlamaq. Bir daşa söykənib tüfəngimi doğrultdum. A.Şaiq. // Yönəltmək. Arabanı yola doğrultmaq. 4. Əvəzini çıxartmaq (çox vaxt “özünü” sözü ilə). Qoyulan xərc özünü doğrultdu.

    Azərbaycan dilinin izahlı lüğəti / doğrultmaq

doğrultmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DOĞRULTMAQ – GÜNAHLANDIRMAQ Yarməmmədi mühasiblikdən azad edək, hələlik qoyaq aşağı bir işdə özünü doğrultsun (M.İbrahimov); Əvvəlcə dincəlirdi, kitablar oxuyurdu, sonralar isə darılmağa başlayanda ancaq özünü günahlandırırdı (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / doğrultmaq

doğrultmaq sözünün rus dilinə tərcüməsi

  • 1 оправдать

    Azərbaycanca-rusca lüğət / doğrultmaq
  • 2 глаг. 1. kimi, nəyi оправдывать, оправдать кого, что: 1) подтверждать, подтвердить на деле правильность, истинность, основательность чего-л. Etimadını doğrultmaq kimin оправдать доверие чьё, ümidini doğrultmaq kimin оправдать надежды чьи, çempion adını doğrultmaq оправдать звание чемпиона 2) снимать, снять обвинение с кого-л. Nəzərində doğrultmaq kimi, nəyi kimin оправдать кого в чьих глазах, özünü doğrulda bilməmək не оправдать себя 3) возмещать, возместить (затраты, утраты). Xərclər özünü doğrultdu расходы оправдали себя 2. разг. выпрямлять, выпрямить 3. разг. направлять, направить (устремить что-л. в какую-л. сторону). Tüfəngi doğrultmaq kimə, nəyə tərəf направить винтовку в чью-л. сторону

    Azərbaycanca-rusca lüğət / doğrultmaq

doğrultmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to justify (d.); ümidi ~ to justify hope; bir kəsin etimadını ~ to justify smb.’s confidence / trust; özünü ~ to justify oneself; 2. (nəzəriyyə, metod və s.) to prove its value; özünü təcrübədə ~ to demonstrate its value in practice; xərcini ~ to pay* the expenses; Nəzəriyyə özünü doğrultdu The theory proved to be correct

    Azərbaycanca-ingiliscə lüğət / doğrultmaq

doğrultmaq sözünün fransız dilinə tərcüməsi

doğrultmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. герчекарун; субут авун, лайих тирди къалурун, кьилиз акъудун (мес. жуваз авур ихтибарвал); 2. михьивилиз акъудун, михьи авун, гьахълу авун; 3. юкь тикарун (тик кьун, дуьз кьун), вичи-вич тик хуьн; 4. лишан кьун, туьш кьун; 5. элкъуьрун (мес. араба рекьихъ); 6. эвез хгун (чӀугур зегьметди, харжиди).

    Azərbaycanca-ləzgicə lüğəti / doğrultmaq

Oxşar sözlər

#doğrultmaq nədir? #doğrultmaq sözünün mənası #doğrultmaq nə deməkdir? #doğrultmaq sözünün izahı #doğrultmaq sözünün yazılışı #doğrultmaq necə yazılır? #doğrultmaq sözünün düzgün yazılışı #doğrultmaq leksik mənası #doğrultmaq sözünün sinonimi #doğrultmaq sözünün yaxın mənalı sözlər #doğrultmaq sözünün əks mənası #doğrultmaq sözünün etimologiyası #doğrultmaq sözünün orfoqrafiyası #doğrultmaq rusca #doğrultmaq inglisça #doğrultmaq fransızca #doğrultmaq sözünün istifadəsi #sözlük