çöpü sözü azərbaycan dilində

çöpü

Yazılış

  • çöpü • 99.2982%
  • Çöpü • 0.7018%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Diş çöpü
Diş çöpü — Adətən bir yeməkdən sonra dişdən səpintinin aradan qaldırılması üçün istifadə edilən taxta, plastik, bambuk, metal, sümük və ya digər maddədən hazırlanan kiçik bir çubuq.
Qarayara çöpü
Qarayara çöpü - elmi adı 'Bacillus anthracis' olan qrammüsbət, sporlu bakteriya. Qarayara xəstəliyinin törədicisidir. İnsanda qarayara xəstəliyi törədən mikrobun kulturası Robert Kox tərəfindən 1877 ci ildə əldə edilmişdir. Qarayaranın lat. Bacillus anthracis törədici mikrobu növünə, lat. Bacillaceae ailəsinə aid olub, ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür. orqanizmdə inkapsullaşmış tək-tək çöplərə və ümumi kapsul ilə əhatələnmiş 2-3 mikrobdan ibarət zəncirə təsadüf edilir. Basillərin gövdələrinin ucları təmas yerlərində azca qalındır və zəncir bambuk əl ağacını xatırladır. Xarici mühitdə lat. Bacillus anthracis 0,8-1x1,3-1,5 mkm ölçüsündə sporlar əmələ gətirir, qrammüsbətdir, anilin boyalarla yaxşı rənglənir.
Taun çöpü
Taun çöpü (lat. Yersinia pestis, 1967-ci ildən qabaq Pasteurella pestis) — enterobakteriyalar fəsiləsindən qrammənfi bakteriya, taunun törədicisidir. Fakultativ anaerobdur. 1894-cü ildə alim Aleksandr Yersen kəşf etmişdir, üç biovarı məlumdur. Patogenliyi iki faqositoz antigeni (F1 və VW) ilə bağlıdır. Bakteriya antifaqositoz seliyi əmələ gətirir. A kateqoriyalı, olduqca təhlükəli patogendir.
Çöpü (Bicar)
Çöpü (fars. چوپي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (23 ailə). Əhalisini kürdlər təşkil edir.
Çöpüdüm
Çöpüdüm (çöpü-çöpü) – Üçayaq yallısının dəstələri üzbəüz dayanan məqamdan sonra musiqi sədası altında başlanan rəqsin oyun hissəsi "Çöpüdüm" adlanır. İki yallıbaşı üz-üzə durur. Bunlardan biri cibindən bir əşya çıxarıb qarşısında duranın ağzına qoyur.II yallıbaşı da bu hərəkəti cəld yerinə yetirməlidir. Əgər II yallıbaşıda həmin əşyadan yoxdusa, ona yoldaşları kömək edə bilərlər. Həmin əşya tapıldıqda II yallıbaşı öz növbəsində hər hansı bir hərəkəti edir (Uzanır, oturur, və s...) .Bu vaxt I yallıbaşı eyni hərəkəti etməlidir. Əgər lazım olan əşya tapılmazsa və ya I yallıbaşı eyni hərəkəti təkrar edə bilməsə, bu zaman əvvəlcədən hazırlanmış nazik çubuqla (uzunluğu 1-1,5m) uduzan dəstənin bütün üzvlərini cəzalandırır. Uduzan dəstənin yallıbaşısının müqavimət göstərməyə ixtiyarı var, lakin vurmağa ixtiyarı yoxdur. Qalib gələn qrupun üzvləri şənlənir və rəqs edirlər. Məğlub dəstənin üzvləri başlarını aşağı dikərək kədərli görünürlər. Qalib gələnlərdən biri dostcasına rəqibinin çiyninə vurur, ikincisi rəqibinə konfet verir, üçüncüsü rəqibinin belinə minir.Bununla Çöpüdüm rəqsi bitir.

"çöpü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çöpü nədir? #çöpü sözünün mənası #çöpü nə deməkdir? #çöpü sözünün izahı #çöpü sözünün yazılışı #çöpü necə yazılır? #çöpü sözünün düzgün yazılışı #çöpü leksik mənası #çöpü sözünün sinonimi #çöpü sözünün yaxın mənalı sözlər #çöpü sözünün əks mənası #çöpü sözünün etimologiyası #çöpü sözünün orfoqrafiyası #çöpü rusca #çöpü inglisça #çöpü fransızca #çöpü sözünün istifadəsi #sözlük