dov sözü azərbaycan dilində

dov

Yazılış

  • dov • 78.7402%
  • Dov • 18.1102%
  • doV • 1.5748%
  • DOV • 1.5748%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dov Qazit
Dov Qazit (tam adı: Dov Qazit, ivr. ‏דב גזית‏‎; 17 iyun 1908, Bakı – 1986) — Hayfa şəhərindəki İsrail Hərbi Hava Qüvvələri Texniki Məktəbinin baş komandiri. Afrikada xidmət edərkən aslan balasına sahib çıxmışdır. Həmin aslan Aharon Şulovun Qüds Bibliya Zooparkında saxlanılan ilk aslan olub. == Həyatı == Dov Qazitin əsl adı Boris Ruvinoviç/Romanoviç Qrobşteyndir. Solomon Qrobşteynin qardaşı, Bakıda neft sahəsində mühəndis olan Ruvin/Roman Qrobşteynin oğludur. Ailədə üç qardaşdan biridir. 8 yaşında olarkən atası erməni-müsəlman davasında qətlə yetirilmişdir. 18 yaşında Boris Sankt-Peterburq Dövlət Texnoloji Universitetinə təhsil almağa getmiş və burada sionist tələbə qrupuna qoşulmuşdur. SSRİ Xalq Daxili İşlər Komissarlığı sionist qrupun aksiyasını dağıtmış və Boris də daxil olmaqla, qrupun bütün üzvlərini həbs etmişdi.
Dov Yozef
Dov Yozef (ivr. ‏דב יוסף‏‎; 27 may 1899, Monreal, Kvebek – 7 yanvar 1980, Beer-Şeva) — İsrailli dövlət xadimi.Ərəb-İsrail müharibəsi zamanı Qüds hərbi qubernatoru vəzifəsini icra edirdi. Doqquz İsrail hökumətində nazir vəzifələrini tuturdu.
Yaron Ben-Dov
Yaron Ben-Dov (11 Yanvar 1970 – 6 Yanvar 2017) — Keçmiş peşəkar İsrail futbolçusudur.
Kabul dovşandodağı
Kabul dovşandodağı (lat. Lagochilus cabulicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dovşandodaq cinsinə aid bitki növü.
Lev Dovator
Lev Mixayloviç Dovator (rus. Лев Миха́йлович Дова́тор; 20 fevral 1903 – 19 dekabr 1941) — İkinci dünya müharibəsində həlak olan general-mayor. Ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Bioqrafiya == 1903-cü ilin 20 fevralında Xotinoda kəndli yəhudi ailəsində anadan olmuşdur. Almaniyanın SSRİ-yə hücumu zamanı Qırmızı ordunun 36-cı atlı dəstəsinin başçısı heyət başçısı vəzifəsinə gətirilmişdir. Tezliklə atlı dəstənin komandiri olmuşdur. 1941-ci ilin avqust-sentyabr aylarında dəstəsi Smolensk yaxınlığında alman qüvvələrini cəsarətlə məğlub etmişdir. Moskva uğrunda döyüşlərdə Lev Dovator 2-ci Gözətçi Atlı Dəstə Korpusunun komandiri olaraq Volokolamskdan almanların hücumunu dəf etmişdir. 1941-ci ilin 19 dekabrında Ruza yaxınlığında gedən döyüşdə həlak olmuşdur. Ölümündən iki gün sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Lənkəran dovşankələmi
Maschio Dove Sei
Maschio Dove Sei – Sabrina Salernonun ilk italyan dilində hazırladığı albomudur.
Maschio Dove Sei (albom)
Maschio Dove Sei – Sabrina Salernonun ilk italyan dilində hazırladığı albomudur.
Meyer dovşanalması
Meyer dovşanalması (lat. Cotoneaster meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == 100-dən çox növü Avropa, Asiya, Şimali Afrikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan, kənarları bütöv yarpaqlı kollardır. Çiçəkləri xırda, ağ və ya açıq çəhrayıdır. Meyvəsi çox xırda, unlu, qırmızı və ya qara, 2-4 toxumlu almadır. == Ekologiyası == Quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda, Talışda təbii halda rast gəlinir. == İstifadəsi == Canlı hasarların tərtibatında, yamacların bərkidilməsində, meşə-bağlarda peyvənd kimi istifadə edilir.
Mitrofan Dovnar-Zapolski
Mitrofan Dovnar-Zapolski (belar. Мітрафан Доўнар-Запольскі; 2 (14) iyun 1867 – 30 sentyabr 1934, Moskva) — Rusiya, SSRİ və Belarus tarixçisi, etnoqrafı, folklorşünası, iqtisadçısı və Belarus milli tarixşünaslığının banisi. Tarix elmləri doktoru (1905), professor (1902). Mitrofan Dovnar-Zapolski 1921-1924-cü illərdə Bakı Dövlət Universitetinin prorektoru olmuşdur. == Həyatı == Mitrofan Viktoroviç Dovnar-Zapolski yerli şlyaxtaçı Poboq nəslindən olan sənətkar ailəsində anadan olub. İlk və orta təhsilini Baranoviçi stanitsasındakı Xalq İncəsənət Məktəbində almışdır. Ardınca Plovdivdəki məktəbdə (Bolqarıstan), Reçitsadakı dövlət məktəbində, Mozırdakı gimnaziyada və ardınca qovulduğu Kiyevdəki 1-ci şəhər gimnaziyasında oxumuşdur. Qovulma səbəbi 1888-ci ilin yazında, Kiyev təhsil dairəsinin qəyyumunun gizli əmrində göstərildiyi kimi, "əlində olan cinayət məzmunlu kitabları oxumaqla ifadə olunan pis və zərərli davranışına görə" göstərilmişdi. Onun oxuduğu zərərli kitablar isə Taras Şevçenkonun "Mariya" poeması və Aleksandr Herzenə məktublar və Ukrayna milli azadlıq hərəkatının lideri Mixail Draqomanovun Cenevrədə (İsveçrə) nəşr olunan "Qromada" mühacir kolleksiyası idi. O, 1889-cu ildə Kiyev Universitetinin Tarix və Filologiya fakültəsinə daxil oldu və 1894-cü ildə oranı uğurla bitirdi.
Parlaq dovşanalması
Parlaq dovşanalması (lat. Cotoneaster lucidus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Sibirdə (Altay dağları) yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-3 m, çətirinin diametri 2,5 m-dək olan, yarpağı tökülən, düz dayanan, enli, sıx budaqlı koldur. Zoğları əvvlcə sıx tükcüklü, sonra çılpaq, çəhrayı-qonurdur. Yarpaqların uzunluğu 2-7 sm, yumurtavari, ellipsvaridən ovaladək, yumru bünövrəli, ucu biz, üstü parlaq, çılpaq, çox tünd yaşıl, alt tərəfi tutqun, yapışıq və cod tükcüklü, payızda qırmızı-bənövşəyi və açıq qonurdur. May-iyunda 30 gün çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı-ağ, 5-15 ədəd seyrək qalxanlarda yerləşir. Kasacığı çılpaq və ya təxminən çılpaqdır. Ləçəkləri düz dayanan, xırda, əks-yumurtavaridir.
Qafqaz dovşanalması
Qafqaz dovşanalması (lat. Cotoneaster transcaucasicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziyada, Qafqazda təbii halda rast gəlinir. == Botaniki təsviri == 3 metr hündürlüyü (9,8 fut) olan növdür. Meyvəverən budaqları 25-40 mm-dir (0,98-1,57 dyum). Yarpaqları sadə, növbəli, saplaqlı və bütövdür. Beş, ulduzvari çiçəkləri vardır. == Ekologiyası == Kol günəşli və yarımkölgəli yerə, orta miqdarda nəmişli, qumlu-gillicəli və ya gillicəli torpağa üstünlük verir. Quru, çılpaq qayalarda yaxşı bitir. Soyuğa, quraqlığa davamlı və işıqsevən bitkidir.
Qafqaz dovşankәlәmi
Qara meyvəli dovşanalması
Qara meyvəli dovşanalması (lat. Cotoneaster melanocarpus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Çində, Yaponiyada, Monqolustanda, Rusiyada, Avropada 700-2600 m hündürlükdə qayalarda, meşələrdə təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək olan koldur. Yarpaqları sadə, növbəli, kənarları bütöv, üstü tünd yaşıl və alt tərəfi ağımtıl tükcüklüdür. Aprel-mayda çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı, sallaq salxımlarda, çiçək saplağı tükcüklüdür. Meyvəsi şarşəkilli, qara, 2-3 çəyirdəkli, unlu, qara, yetişdikdən sonra uzun müddət bitkidə qalır. Meyvələri sentyabr-oktyabrda yetişir. Dovşanalması toxum, qələm, zoğlarla çoxalır.
Qaya dovşanalması
Qaya dovşanalması (lat. Cotoneaster saxatilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2abc+3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 1,5-1,75 m, alçaqboylu koldur. Yarpaqlar 9–20 mm uzunluğundadır, ellipsvari, tərs-yumurtavaridir və ya oval, üst hissədən açıq-yaşıldır, çılpaq və ya dağınıq tüklüdür. Alt tərəfdən bozumtul tüklüdür. Çiçək qrupu 2-4 çiçəkli qalxancıqlardan ibarətdir. Çiçəkləri qeyri-müəyyəndir. Yetişməmiş meyvələri tünd-qırmızı, yetişmiş meyvələri qara rənglidir, üzərində göyümtül ləkəli, tərs yumurtavaridir.
Qulaqsız dovşan (film, 2007)
Qulaqsız dovşan (alm. Keinohrhasen‎) — 2007-ci ilin kinokomediyası. Rejissor Til Şvaygerin filmi. == Məzmun == Ludo (Til Şvayger) jurnalistdir və ulduzlar haqqında materialları sarı pressaya göndərir. Həmçinin onun əsas bir hobby'si qızları yoldan çıxarçasıdır. Ludo əsl kazanovadır... Kliçkonun nişanında uğursuz qizli çəkilişdən sonra (Ludo çəkilişi şüşəli tavan üzərində eləyən zaman şüşə sınır və o tortun üstünə düşür), şərti 8 ay həbs cəzasına məhkum edilir. Şərti — 300 saat uşaq bağçasında məcburi iş. Uşaq bağçasının (Kindergarte) tərbiyəçisi bir vaxtlar məktəbdə Ludo tərəfindən lağa və istehzaya məruz qalan qızdır. Ludo artıq bu insedenti çoxdan unutsa da, Anna bunu yaxşı xatırlayır və onun yeganə istəyi — ona dərs verməkdir.
Qışlaq-i Dovlama (Germi)
Qışlaq-i Dovlama (fars. قشلاق دولاما‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (4 ailə).
Sallaq dovşanalması
Sallaq dovşanalması (lat. Cotoneaster nitens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi-Şərqi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan, sallaq budaqlı koldur. Nazik budaqları tund qəhvəyi rənglidir. Yarpaqları dairəvi, iti uclu, 1-3 sm uzunluğunda, 1-1,5 sm enindədir, parlaq tünd yaşıldır. Çiçəkləri mürəkkəb qalxıncıqlara toplanmışdır, çəhrayı rənglidir. May ayında çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir, al-qırmızıdır. Toxumla çoxaldılır. == Ekologiyası == Torpaq-iqlim şəraitinə davamlıdır.
Salxımçiçək dovşanalması
Salxımçiçək dovşanalması (lat. Cotoneaster racemiflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Hündürlüyü 40-100 sm olan, kiçik budaqlanmış koldur. Cavan budaqları sıx keçə-tüklüdür, bir-ikiillikdir, qonur-qəhvəyi rəngdədir və çılpaqdır. == Sinonimləri == Cotoneaster fontanesii Spach Cotoneaster fontanesii var. desfontainii Regel Cotoneaster nummularius var. racemiflorus (Desf.) Wenz. Cotoneaster racemiflorus var. desfontainesii Zabel Cotoneaster racemiflorus var. typicus C.K.Schneid.
Sergey Dovlatov
== Həyatı == 1941-ci il, 3 sentyabrda Başqırdıstanın paytaxtı Ufa şəhərində anadan olub. 1959-cu ildə Leninqrad Dövlət Universitetinin fin dili fakültəsində oxumağa başlayıb. Fakültədən qovulan S. Dovlatov üç il hərbi xidmətdə olub. Sonra Komi respublikasında həbsxanada çalışıb. SSRİ-nin dağılmasından sonra hekayələri Rusiyada nəşr olunub. == Mühacirət həyatı == 1978-ci ilin avqustunda hakimiyyətin təqiblərinə görə Dovlatov SSRİ-dən mühacirət etdi və Nyu-Yorkun Forest Hills bölgəsində məskunlaşdı və burada New American həftəlik qəzetinin baş redaktoru oldu. Onun redaksiya heyətinin üzvləri Boris Metter, Aleksandr Genis, Pyotr Veyl, balet və teatr fotoqrafı Nina Alovert, şair və esseist Qriqori Rıskin və başqaları idi. Qəzet tez bir zamanda mühacirlər arasında populyarlıq qazandı. Bir-birinin ardınca onun nəsr kitabları nəşr olunurdu. 1980-ci illərin ortalarına qədər Dovlatov bir oxucu kimi böyük uğur qazandı, "Partisan Review" və "The New Yorker" jurnallarında dərc olunub.
Simonsi dovşanalması
Simonsi dovşanalması (lat. Cotoneaster simonsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada, Zaqafqaziyada və Krımda yayılıb. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, şarşəkilli çətir olan bitkidir. Gövdəsinin qabığı tünd-qonur və xüsusi qoxuya malik alçaqboy ağac, bəzən koldur. Yarpaqları yumru, üst səthi parlaq, açıq-yaşıl, alt səthi sarımtıl tüklüdür, uzunluğu 9 sm-dir. Çiçək tacı ağ, diametri 1,5 sm, uzunluğu 7,0 sm olan salxımlara yığılmışdır. Yetişmiş meyvələri qara rəngli, diametri 1 sm-ə yaxındır. Ağac 9 illiyində çiçəkləyir və meyvə verir. == Ekologiyası == Quraqlığa davamlı, işıqsevən bitkidir.
Steven dovşankələmi
Steven dovşankələmi - (lat. Sedum stevenianum) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Kökümsovu nazik, çox budaqlanandır. Gövdəsi incə, qırmızıtəhər, hündürlüyü 6 sm-ə qədər, sərilən, sürünən və ya qalxandır. Yarpaqları qarşı-qarşıya düzülən, oturaq, 3–7 mm uzunluqda, 4 mm-ə qədər enində, qısa saplaqlı, oval və ya tərsyumurtavari və ya belvari, tamkənarlı, nadir hallarda qırmızımtıldır. Çiçəkqrupu az çiçəkli, 3-5 çiçəkli, bəzən təkdir. Ləçəkləri 5–6 mm uzunluqda, uzunsov-lansetvari, çəhrayı və ya tünd fırfır rənglidir. Erkəkcik 10 ədəd, tozluqları fırfır rəngli, tacdan qısadır. == Yayılması == BQ qərbi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşaqlarında yayılmışdır. Çınqıllı yamaclarda, qaya töküntülərində və çatlarında bitir.
Söyüdyarpaq dovşanalması
Söyüdyarpaq dovşanalması (lat. Cotoneaster salicifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Çinin qərbində, Avropada təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 5 m-əqədər, sallaq budaqlı, həmişəyaşıl koldur. Yarpaqları neştərvari-ellipsvari və ya uzunsov-ellipsvaridir, ucu itidir, uzunluğu 3-8 sm, eni isə 2 sm-dir. Üst səthi tünd yaşıl rəngli, qırışlıdır. 30-100 ədəd ağ rəngli çiçəkləri, diametri 3-5 sm olan qalxanvari çiçək qrupunda yerləşir. Vegetasiyası aprel ayından başlayaraq oktyabr ayına qədər davam edir. May ayında çiçəkləyir, meyvəsi sentyabrda yetişir və şaxtalara qədər kolun üzərində qalır. Meyvələri yumru formalı, alqırmızı rəngli, 0,5 sm uzunluqda olub, 2-3 toxumludur.
Sıх dovşanalması
Tamkənaryarpaq Dovşan alması
Tamkənaryarpaq dovşanalması (lat. Cotoneaster integerrimus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Baltikyanı ölkələrdən Şimali Qafqaza qədər olan ərazilərdə bitir. == Botaniki təsvir == Düz dayanan, çox budaqlı, hündürlüyü 2 m-ə qədər olan, yumru çətirli, yarpağı tökülən koldur. Cavan zoğları tüklü olur, sonradan çılpaqlaşır. Yarpaqları uzunluğu 5 sm olub, enli-yumurtavari formadadır, üstü tünd yaşıl, parlaq, hamar, alt tərəfi isə bozdur. Çiçəkləri çəhrayı-ağ rənglidir, 2-4 ədəd sallaq salxımlarda yerləşir. May-iyun ayında çiçəkləyir, meyvələri avqust ayında yetişir. Meyvələri alqırmızı, diametri 1 sm-ə qədərdir. Meyvələri payızın axırına qədər ağacda qalır.
Tamkənaryarpaq dovşanalması
Tamkənaryarpaq dovşanalması (lat. Cotoneaster integerrimus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Baltikyanı ölkələrdən Şimali Qafqaza qədər olan ərazilərdə bitir. == Botaniki təsvir == Düz dayanan, çox budaqlı, hündürlüyü 2 m-ə qədər olan, yumru çətirli, yarpağı tökülən koldur. Cavan zoğları tüklü olur, sonradan çılpaqlaşır. Yarpaqları uzunluğu 5 sm olub, enli-yumurtavari formadadır, üstü tünd yaşıl, parlaq, hamar, alt tərəfi isə bozdur. Çiçəkləri çəhrayı-ağ rənglidir, 2-4 ədəd sallaq salxımlarda yerləşir. May-iyun ayında çiçəkləyir, meyvələri avqust ayında yetişir. Meyvələri alqırmızı, diametri 1 sm-ə qədərdir. Meyvələri payızın axırına qədər ağacda qalır.
Taxus baccata f. dovastoniana
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — bitkilər aləminin i̇ynəyarpaqlılar dəstəsinin qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. == Ümumi yayılması == Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. == Azərbaycanda yayılması == Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyati == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.
Taxus baccata var. dovastoniana
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — bitkilər aləminin i̇ynəyarpaqlılar dəstəsinin qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. == Ümumi yayılması == Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. == Azərbaycanda yayılması == Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyati == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.

dov sözünün leksik mənası və izahı

  • 1 is. dan. Dava, hərbə-zorba. Dinibdanışdığı davadır, dovdur; Söndürən ruzgardır, yandıran dovdur. “Koroğlu”. ◊ Dov çəkmək – səslənərək hücum etmək. Məhəllənin adamları dov çəkib gəldilər. Dov düşmək dan. – fürsətdən istifadə etmək, əlinə fürsət keçmək. Dov gəlmək – bərabər olmaq, öhdəsindən gəlmək, üstün gəlmək, qarşısında dura bilmək, ayaqlaşa bilmək, güc gəlmək. İki it bir aslana dov gələr. (Ata. sözü). Zəhra xanım əllərini birbirinə vurub qaqqıldadı: – Ay Kərim, çox öyünmə, Ayrım qızı dörd-beş kişiyə dov gəldi, – dedi. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / dov
  • 2 Dava, hərbə-zorba. (“Koroğlu” dastanının lüğəti) Nə qədər ki misri qılınc sənin belində, sən də Qıratın belindəsən, özün də bu Çənlibeldəsən, sənə heç kəs dov gələ bilməyəcək. (“Alı kişi”) * Amma heç biri o birinə dov gələ bilmədi. Küştü başlandı. (“Eyvazın Çənlibelə gətirilməyi”)

    Azərbaycan dastanlarının leksikası / dov

dov sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. разг. скандал, драка, дебош ◊ dov gəlmək kimə перебороть кого, взять верх над чем, побеждать, победить кого; dov çəkmək с воем, с криком ринуться

    Azərbaycanca-rusca lüğət / dov

dov sözünün inglis dilinə tərcüməsi

dov sözünün fransız dilinə tərcüməsi

dov sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. рах. дяве, къургъар, зарбар, кичӀерар; ** dov çəkmək къив чӀугун, гьужумдиз эвер гун, къив чӀугуна гьужум авун; dov düşmək рах. гъиле серфе гьатун, фирсетдикай менфят къачун.

    Azərbaycanca-ləzgicə lüğəti / dov

"dov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dov nədir? #dov sözünün mənası #dov nə deməkdir? #dov sözünün izahı #dov sözünün yazılışı #dov necə yazılır? #dov sözünün düzgün yazılışı #dov leksik mənası #dov sözünün sinonimi #dov sözünün yaxın mənalı sözlər #dov sözünün əks mənası #dov sözünün etimologiyası #dov sözünün orfoqrafiyası #dov rusca #dov inglisça #dov fransızca #dov sözünün istifadəsi #sözlük