* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Ayran, göyərti və düyüdən bişirilən duru xörək. Ətli dovğa. Noxudlu dovğa. – Dovğa doqqazacan, qatıqlı aş qapıyacan. (Ata. sözü). [Seyid dedi:] Müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki, ölü yesə, dirilər. Ə.Haqverdiyev. [Nuriyyə:] Mən yeməklərin hamısından çox dovğanı xoşlayıram. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / dovğa1 Fars dilində ayrana duğ deyirlər. Dovğa da ayrandan hazırlanır (abduğ sözü də var). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dovğa2 сущ. довга (жидкое кушанье с рисом и зеленью, приготовленный на кислом молоке или айране)
Azərbaycanca-rusca lüğət / dovğa