* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Su və başqa maye tökmək üçün aşağısı nisbətən enli və ağız tərəfə doğru getdikcə daralan uzunsov qab. [Gülzar] başqa bir qoca qadını suya gedən görüncə, gedib dolçasını alır, doldurub gətirir. C.Cabbarlı. [Əhməd:] Birdən [Gülnaz] başında çadrası olduğunu düşünüb üzünü örtmək istədi, lakin bacarmadı, əlində süd dolçası var idi. T.Ş.Simurq. Bəzən Mələk bacı işdən qayıdarkən eyvanda stolun üstündə dəyirmandan yenicə gətirilmiş bir tabaq un, təzə bişirilmiş çörək və ya bir dolça süd görərdi. Ə.Sadıq.
Azərbaycan dilinin izahlı lüğəti / dolça2 oturacağı dar, ortası nisbətən enli, ağız tərəfə doğru getdikcə daralan su qabı; bürc adı.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / dolça1 Dol (dul) farsca “vedrə” deməkdir. Ərəbcə buna “sətl” (bizdə satıl kimi işlədilir) deyirlər. Dolça dol sözünün kiçiltmə formasıdır, “parç”deməkdir. Dolab sözü də var: “su çarxı” və “şkaf” mənalarında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dolça2 сущ. 1. кувшин (с широким горлом). Gil dolça глиняный кувшин, mis dolça медный кувшин 2. кружка. Bir dolça su кружка воды
Azərbaycanca-rusca lüğət / dolça1 is. cruche f, broc m ; pot m au lait, pot m à eau ; gil ~ pot m de glaise
Azərbaycanca-fransızca lüğət / dolça1 сущ. далав, гетӀе (яд, нек ва мс. жими затӀар цун патал кӀан тӀимил гьяркьуь, сивихъ фирдавай гуьтӀуь яргъишуькӀуь къаб).
Azərbaycanca-ləzgicə lüğəti / dolça(Ağcabədi, Ağdam, Bakı, Barana, Bolnisi, Borçalı, Hamamlı, Xanlar, Qazax, Şəmkir, Tovuz) ağac və ya misdən hazırlanmış birqulplu suqabı. – Dolça quluflu olor su içmə: (Borçalı); – Ay qız, mq: bir dolça su ver, içim (Ağcabədi); – Dolça köhnəlif deyə suyu çox pis dader (Xanlar); – Bir dolça su ver içim (Hamamlı); – Dolçuyu doldur ver (Barana)
Azərbaycan dilinin dialektoloji lüğəti.