* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Ağız kənarlarını təşkil edən iki mütəhərrik dəri-damar büküklərindən hər biri. Adamın iki dodağı olur. Alt dodaq. Üst dodaq. Nazik dodaq. – [Əhməd:] Qara saçları, eşqlə dolu uzun kirpikli gözləri, ərəbi burnu, hamısından artıq gözəl balaca ağzı, qırmızı dodaqları mənim xoşuma gəldi. T.Ş.Simurq. 2. Bir şeyin (qabın və s.-nin) kənarı, qırağı. Banka dodağına qədər doludur. // Məc. mənada. Dənizin dodaqları torpağı öpən yerdə; Bir qul kimi bağlanmış; Sahillərə ana yurdu; Badam gözlü çinlilərin. R.Rza. // Bəzən çiçəklərin dodaq şəklində olan bölüklərinə deyilir. 3. Müxtəlif alətlərin tutucu, sıxıcı hissəsi (bu mənada ancaq cəm şəklində işlənir). Məngənənin dodaqları. ◊ Dodağı qaçmaq – bax dodaqları qaçmaq. [Sarxan] gələndə ən qaşqabaqlı adamların da dodağı qaçırdı. M.İbrahimov. Əziz gülümsündü, qızın da dodağı qaçdı. Ə.Vəliyev. Dodağı yer süpürmək – bax dodağı yerlə getmək. Dodağı yerlə getmək – küsmək, incimək, çox pərt olmaq, qaşqabağını sallamaq. Sadıq kişinin qaşları çatılmışdı. Dodağı da yerlə gedirdi. M.Hüseyn. Dodağını büzüşdürmək – bax dodaq büzmək 2-ci mənada. Dodağını dişləmək – birdən bir şey yadına düşmək, xatırlamaq. Ayna dodaqlarını dişlədi. Ə.Məmmədxanlı. Dodağını sallamaq – küsmək, qaşqabağını tökmək, acıq eləmək, pərt olmaq. [Mirzə] dodağını sallamışdı. Mir Cəlal. Dodağının altında – bax dodaqaltı. Bahadır dərindərin fikirdə ikən, Novruz dodağının altında oxuyurdu… N.Nərimanov. Rəna dodağının altında mırıldandı… S.Rəhimov. Dodağının altından gülmək – istehza etmək, istehza yolu ilə gülümsəmək, qımışmaq. Dodağının altından söylənmək – mırtıldanmaq, deyinmək, donquldanmaq. Dodaq büzmək, dodağını (dodaqlarını) büzmək – 1) narazılıq göstərmək; 2) istehza etmək. Qoca kəndli gülərək bu sözə dodaq büzdü; Əmniyyə rəisini başdan-ayağa süzdü. S.Rüstəm; 3) ağlamsınmaq, kövrəlmək, doluxsunmaq. Uşağa acıqlandım, dodağını büzdü; 4) naz əlaməti olaraq dodaqlarını büzmək; gülümsünmək. Kiçikbəyim albalı rəngli dodaqlarını xoş bir əda ilə büzdü. Çəmənzəminli. Dodaq çuxuru – üst dodağın ortasında burunun qabağındakı batıq yer. Üst dodağın çuxuru iki bığın arasıdır. Dodaq sallamaq – küsmək, qaşqabağını tökmək, acıq eləmək, pərt olmaq. Dodaq-dodağa – dodaqlarını bir-birinə yapışdıraraq. [Əşrəf Rozaya:] …Ətrafımızdakı çiçəklərin dodaq-dodağa öpüşməsi nə qədər munis, nə qədər şairanə. H.Cavid. Dodaq-dodağa vermək – ağız-ağıza vermək. Dayan, mən də çıxım evdən bağçaya; Ötək verib dodaq-dodağa, bülbül! M.Rahim. Dodaqları ağarmaq – bir hadisənin təsiri nəticəsində dodaqlarının qanı qaçmaq, dodaqları bozarmaq. Dodaqları altında – bax dodaqaltı. Mixail baba dodaqları altında mırıldanaraq kürkünü başına çəkdi. S.S.Axundov. Dodaqları büzülmək – 1) narazılıq, xoşnudsuzluq ifadə etmək. Qadın o saat dəyişildi, gözəl dodaqları büzüldü, qaşları qalxdı, üzündə bir xoşnudsuzluq ifadəsi duyuldu. Çəmənzəminli; 2) ağlamsınmaq. Dodaqları qaçmaq – gülümsünmək. Muradın dodaqları qaçdı. Üzündə bir gülümsəmə əlaməti vardı. S.Hüseyn. Dodaqlarını çeynəmək – qəzəb əlaməti olaraq dodaqlarını gəmirmək. Nadir yumruğunu qaldırıb, bütün gücü ilə dizinə vurdu. Dodaqlarını çeynəməyə başladı. B.Talıblı. Dodaqlarını sallamaq – bax dodağını sallamaq. [Kosa] sustalaraq çarpayının yanında dayanmış, əlini qoynuna qoymuş, dodaqlarını sallamış, mat-mat tamaşa edirdi. S.Rəhimov. Alt dodağı yer süpürmək – bax dodağı yerlə getmək. Xanpəri … qozaların eyni vaxtda açılmayacağını fikirləşdikcə alt dodağı yer süpürürdü. Ə.Vəliyev. Nə dil bilsin, nə dodaq – bax dil1.
Azərbaycan dilinin izahlı lüğəti / dodaq1 Bunu tutmaq feili ilə əlaqələndirirlər, tutaq formasında olub. Tutaq sözünün dodaq kəlməsinə çevrilməsi isə mümkündür. Bir vaxtlar dodaq sözünün sinonimi kimi ir sözü işlədilib (indi irişmək sözündə qalıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dodaq1 DODAQ Dodağı şəkərdir, göftarı şərbət; Nə fayda, eyləməz şirin məhəbbət (M.P.Vaqif); LƏB (kl.əd., şair.) Ey dəhanı şəkər, ləbləri badə; Gül camalın eşq əhlinə ayinə (M.V.Vidadi).
Azərbaycan dilinin sinonimlər lüğəti / dodaq2 I сущ. 1. губа (каждая из двух кожно-мышечных подвижных складок, образующих края рта). Alt dodaq нижняя губа, üst dodaq верхняя губа, nazik dodaqlar тонкие губы, dodaqlarını marçıldatmaq чмокать, причмокивать губами, dodaqlarını büzmək поджать (плотно сжать) губы, dodaq iltihabı воспаление губ, dodaqların haşiyəsi кайма губ 2. поэт. уста II прил. губной: 1. предназначенный для губ. Dodaq qarmonu губная гармошка, dodaq boyası губная помада 2. относящийся к губам. Dodaq vəziləri мед. губные железы 3. лингв. лабиальный (произносимый при участии губ). Dodaq qapanması губной затвор, dodaq samiti губной согласный, dodaq səsi губной звук ◊ dodaqlarını sallamaq надуть губы; надуться; dodaq yeri qoymaq наливать неполно, не до краёв (стакан, чашку и т.д.); dodağı qaçdı по губам пробежала улыбка; dodağını çeynəmək кусать губы (о человеке, сдерживающем страдание, гнев, досаду, смех); dodağının altından gülümsəmək (dodaqaltı gülümsəmək) лукаво улыбаться; dodaqları yer süpürür, dodaqları yerlə gedir надулся как мышь на крупу; dodağının altından söylənmək ворчать себе под нос; nə dil bilsin, nə dodaq будем держать в строжайшем секрете
Azərbaycanca-rusca lüğət / dodaq1 I. i. lip; yuxarı ~ upper lip; aşağı ~ lower lip; dodağını dişləmək to bite* one’s lip; ◊ dodağını sallamaq to be* sulky (with), to be* in the sulks (with); ~larını marçıldatmaq to smack one’s lips, to make* a smacking sound with one’s lips; ~larını büzmək; 1) to purse / to curle one’s lips; 2) to make* (up) a lip; d.d. to be* on the point of crying, to be* going to cry, to be* about to cry; bir kəsin ~larından öpmək to kiss smb.’s lips; ~ları qaçmaq d.d. bax gülümsəmək II. s. 1. lip; ~ pomadası lipstick; 2. dilç. labial; ~ samiti labial
Azərbaycanca-ingiliscə lüğət / dodaq1 is. lèvre f ; yuxarı ~ lèvre supérieure ; aşağı ~ lèvre inférieure ; anat. dilç. labial, -e
Azərbaycanca-fransızca lüğət / dodaq1 сущ. 1. пӀуз, пӀузар; üst dodaq винел пӀуз; alt dodaq кӀаник пӀуз; 2. рав (къапунин ва мс. винел къерех); пӀузар (пер.); dodağına qədər doldurmaq раварив кьван ацӀурун (мес. стакан); 3. гз. бязи алатрин са затӀ чукьуьдай, кьадай паяр (мес. тӀамбурдин); ** dodağı qaçmaq кил. dodaqları qaçmaq; dodağı yer süpürmək кил. dodağı yerlə getmək; dodağı yerlə getmək пӀуз чиликай фин, хъелун, дакӀун, гзаф бейкеф хьун, инжиклу хьун, перт хьун, чинай маргъузар авахьун; dodağını büzüşdürmək кил. dodaq büzmək б); dodağını dişləmək пӀуз кӀасун, садлагьана са затӀ рикӀел хтун; dodağını sallamaq пӀуз куьрсарун, хъелун, дакӀун, бейкеф хьун, перт хьун; dodağının altında кил. dodaqaltı; dodağının altından gülmək пӀузаррин кӀаникай хъуьруьн, кӀуфукай хъуьруьн, рахшанд авун, рахшанд ийидай тегьерда хъуьруьн; dodağının altından söylənmək пӀузаррикай рахун, кӀуфукай рахун, вич-вичик рахун, бурбурун, мурмурун; dodaq büzmək, dodağını (dodaqlarını) büzmək пӀуз(арар) агажун а) кӀуф дакӀурун, наразивал къалурун; б) рахшанд авун, хъачун; в) гьайифар хьун, шел атун, шел акатун, вилер ацӀун, хцӀу хьун, чӀзанун; г) наз гунин лишан яз пӀузарар агажун; кӀуфукай хъуьруьн; dodaq çuxuru пӀузарин чухур (нерин кӀаникай, винел пӀузарин юкьвалай алай спелар кьве патахъ пай жедай легъв); dodaq sallamaq пӀуз куьрсарун, пӀуз кудун, хъиле гьатун, чин чӀурун, бейкеф хьун, перт хьун, хъелун, дакӀун; dodaq-dodağa пӀуз-пӀузарал (туна), пӀузарар сад-садал алкӀурна; dodaq-dodağa vermək ван-ванце ттун; dodaqları ağarmaq пӀузарар лацу хьун, пӀузаррин рангар атӀун (са пис кар себеб яз); dodaqları altında кил. dodaqaltı; dodaqları büzülmək пӀузарар агаж хьун а) ччин чӀур хьун, ччина наразивилин лишанар гьатун; б) шел акатун, вилер ацӀун, гьайифар хьун, чӀзанун; dodaqları qaçmaq пӀузарар юза хьун, кӀуфук хъвер акатун; dodaqlarını çeynəmək пӀузарар жакьун, хъел атунин лишан яз пӀузарар чакъвалай авун; dodaqlarını sallamaq кил. dodağını sallamaq; alt dodağı yer süpürmək кил. dodağı yerlə getmək; nə dil bilsin, nə dodaq кил. dil¹.
Azərbaycanca-ləzgicə lüğəti / dodaq