* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Donmuş, buzlaşmış, buz bağlamış. // Bərk üşümüş. 2. Üstü donmuş kimi, tutqun, dumanlı; parıltısı, işıltısı olmayan, şəffaf olmayan, cilasız. Donuq şüşə. Lampanın donuq işığı. – Ay yorğun və solğun çöhrəsi ilə buludların arasında gah batır, gah çıxır, parlaq və donuq bir ziya saçırdı. Ə.Vəliyev. 3. məc. Göy, hissiz, duyğusuz, quru, ölgün. İki dizi üzərində dikələrək donuq və şübhəli baxışlarla məni süzdü. A.Şaiq. Eşqsiz yaşayan donuq bir insan; İçini qurd yemiş boş bir ağacdır. S.Vurğun. 4. məc. Hərəkətsiz, inkişafsız, tərəqqisiz bir vəziyyətdə qalan. Əsərdə həyatı donuq bir vəziyyətdə saxlayan ictimai münasibətlər tənqid edilir.
Azərbaycan dilinin izahlı lüğəti / donuq2 sif. □ Donuq kağız – parıltısız fotokağız. .. Baş İdarəsinə təqdim olunması üçün verilmiş xasiyyətnamə; 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Yeni sözlər və yeni mənalar lüğəti / donuq1 DONUQ – İSTİ İki dizi üzərində dikələrək donuq və şübhəli baxışlarla məni süzdü (A.Şaiq); Ocaqlar çatılır, ev qızır haman; Humay bürünmüşdü isti yorğana (S.Vurğun).
Azərbaycan dilinin antonimlər lüğəti / donuq2 прил. 1. мёрзлый; замерзлый: 1) затвердевший от холода 2) окоченелый (сильно озябший, застывший от холода) 2. перен. окаменелый 3. перен. тусклый, блеклый (о глазах, взгляде). Donuq gözlər тусклые глаза, donuq baxış тусклый взгляд 4. перен. статичный (такой, в котором нет движения, развития). Donuq süjet статичный сюжет 5. матовый, дымчатый, мутный, непрозрачный. Donuq şüşə матовое стекло, donuq slüda дымчатая слюда 6. жухлый (утративший яркость, потускневший – о красках, тонах)
Azərbaycanca-rusca lüğət / donuq1 s. 1. frozen; 2. məc. mat, dull, puzzled; ~ baxış puzzled look; ~ şagird dull pupil; ~ rəng mat / dull colour; ~ boya mat paint
Azərbaycanca-ingiliscə lüğət / donuq1 sif. gelé, -e, congelé, -e, engourdi, -e, pétrifié, -e ; immobile, paralysé, -e
Azərbaycanca-fransızca lüğət / donuq1 прил. 1. мурк кьур, муркӀади кьур; дав хьайи, мекьивиляй мур хьайи, гзаф мекьи хьайи; 2. рагъул, кьалу, и патай а пад таквадай (мес. шуьше); цӀарцӀар тагур (мес. кагъаз); 3. пер. зайиф, буьркьуь (мес. лампадин экв); 4. пер. ччан алачир хьтин, гьиссуз, кьуру (мес. килигун); кьийи-кьиян (мес. кас); 5. пер. гьерекатсуз, вилик тефир, са чкадал акъвазнавай.
Azərbaycanca-ləzgicə lüğəti / donuq