qovğa sözü azərbaycan dilində

qovğa

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qovğa • 86.2745%
  • Qovğa • 10.7843%
  • QOVĞA • 2.9412%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qovğalı kəndinin gecələri (film, 2008)
Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.
Qovğalı kəndinin gecələri
Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.

qovğa sözünün leksik mənası və izahı

  • 1 is. 1. Gurultu, patıltı, çaxnaşma. …Əsədin bütün kəndə qovğa saldığına və bununla bərabər öz günahını yenə də düşünməməyinə acınıb [müəllim] dodaqlarını çeynəyərək, şəhadət barmağını ona tərəf silkələyib hədələdi. B.Talıblı. // Dava, davadalaş, tutuşma, vuruşma, dalaşma, qalmaqal. Aləmə şuriş salıbdır, fitnəyə, qovğayə bax. Heyran xanım. Gün batdı, hər kəs öz evinə və mənzilinə qayıtdı. Şuriş və qovğa sakit oldu. M.F.Axundzadə. İki qardaş arasında olan didişmələr get-gedə uzandı; axırda bir qovğa şəklini aldı. A.Şaiq. 2. Bəla, müsibət; macəra, hadisə. Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir. X.Natəvan. [Üçüncü şirazlı:] Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Ə.Haqverdiyev. [Camal bəy:] …Mərd kişinin başı qovğada gərək, deyərlər. N.Vəzirov.

    Azərbaycan dilinin izahlı lüğəti / qovğa
  • 2 ə. 1) hay-küy, gurultu-partıltı; 2) döyüş, vuruş, dava; 3) macəra, müsibət. Qovğayi-eşq eşq qovğası, eşq macərası.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qovğa
  • 3 1. Gurultu, patıltı, çaxnaşma.  2. Dava, dava-dalaş, tutuşma, vuruşma, dalaşma, qalmaqal. (“Koroğlu” dastanının lüğəti) Çoxdur Koroğlunun yaşı, Nə qovğalar çəkib başı, Əl ver, sənnən dağı-daşı Yaraq, a qəssabın oğlu!..                          (“Eyvazın Çənlibelə gətirilməyi”)                    * Çıxın qovğasına paşanın, bəyin, Zalım müxənnətin qəddini əyin! Mərd igid boynuna götürməz deyin, Düşməni dünyadan silmək gərəkdir.                             (“Koroğlunun Ərzurum səfəri”)                        * Hay- hay deyib qənim üstə varanda, Kəllə gərək bu meydanda qalansın. Mərd igidlər qovğa günü düşəndə, Şərbət deyin öz qanına yalansın.                                (“Koroğlu ilə Bolu bəy”)

    Azərbaycan dastanlarının leksikası / qovğa

qovğa sözünün sinonimləri (yaxın mənalı sözlər)

qovğa sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QOVĞA – ASAYİŞ Aləmə şuriş salıbdır, fitnəyə, qovğayə bax (Heyran xanım); Şəhərdə asayiş və əmniyyəti pozmaq... istəyənlər olduğu yerdə cəzalanacaqdır (M.S.Ordubadi).

    Azərbaycan dilinin antonimlər lüğəti / qovğa

qovğa sözünün rus dilinə tərcüməsi

  • 1 драка, скандал, спор, шум, крик, дебош, брань, распря

    Azərbaycanca-rusca lüğət / qovğa
  • 2 сущ. 1. драка, скандал, дебош, брань, распря 2. беда, бедствие, трагедия; qovğa salmaq: 1. дебоширить, надебоширить, учинять, учинить скандал; 2. будоражить, взбудоражить, вызывать, вызвать волнения

    Azərbaycanca-rusca lüğət / qovğa

qovğa sözünün inglis dilinə tərcüməsi

qovğa sözünün fransız dilinə tərcüməsi

qovğa sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. къал, дяве, кукӀун, ягъ-ягъун, яхъ-тамир, къалмакъал, гъавгъа; сада-сад акъажун, араяр акахьун; 2. бала, мусибат; кьиса, вакъиа.

    Azərbaycanca-ləzgicə lüğəti / qovğa

qovğa sözünün türk dilinə tərcüməsi

"qovğa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qovğa nədir? #qovğa sözünün mənası #qovğa nə deməkdir? #qovğa sözünün izahı #qovğa sözünün yazılışı #qovğa necə yazılır? #qovğa sözünün düzgün yazılışı #qovğa leksik mənası #qovğa sözünün sinonimi #qovğa sözünün yaxın mənalı sözlər #qovğa sözünün əks mənası #qovğa sözünün etimologiyası #qovğa sözünün orfoqrafiyası #qovğa rusca #qovğa inglisça #qovğa fransızca #qovğa sözünün istifadəsi #sözlük