Qonsalvis da Silva, Bentu
Bentu Qonsalvis da Silva (port. Bento Gonçalves da Silva; 23 sentyabr 1788, Triunfu , Riu-Qrandi-du-Sul — 18 iyul 1847, Quaiba, Riu-Qrandi-du-Sul — Braziliyalı general, Farrapus müharibəsinin əsas fiqurlarından biri. Riu-Qrandi Respublikasının birinci prezidenti (1836–1843).
== Bioqrafiyası ==
Bentu Qonsalvis iri maldar olaraq, liberal fikirli siyasətçi idi. İmperiyanın siyasətində narazılığı ilə seçilirdi və bu səbəbdən Riu-Qrandi-du-Sul vilayətinə muxtariyyət tələb edirdi. Qonsalvis usyanı hazırlayanlardan biri olmuş və üsyançıların ordusuna rəhbərlik etmişdir.
4 oktyabr 1836-cı ildə üsyançıların fanfa döyüşündəki məğlubiyyət zamanı Qonsalvis hökumət qüvvələrinə əsir düşür. Noyabrda Riu-Qrandi Respublikasının müstəqilliyi elan edildikdən sonra üsyançılar Qonsalvisi prezident elan edirlər.
O, 1837-ci ilin sentyabrında əsirlikdən qacmağa müvvəfəq olur və üsyançılara qoşularaq mübarizəni davam etdirir. 1843-cı ilin avqust ayında üsyançılar arasında yaranan fikir ayrılığından öz vəzifəsindən istehfa verir.