Rovan Univerisiteti
Rovan Univerisiteti (ing. Rowan University) — Nyu Cersi ştatının Glassboro şəhərindəki universitet.
== Univerisitetin tarixi ==
Məktəb 1923-cü ildə Glassboro Normal School adı altında, ilk və orta dərəcəli dövlət məktəblərində fəaliyyət göstərəcək müəllim yetişdirmək məqsədi ilə qurulmuşdur. Təhsilə 200-ə qədər şagirdlə başlayan məktb, 1930-cu ildə Nyu-Cersi Əyalət Müəllim Kolleci, 1958-ci ildə də Glassboro Dövlət Kolleci adını aldı. 1960'lara gəlindikdə məktəb özəlliklə təhsil fakültəsi ilə ölkə ərazisində bir ad sahibi olmağa başladı. 1970'lərdə biznes, xəbərləşmə və rabitə, gözəl sənətlər, fənn-ədəbiyyat kimi yeni bölmələr əlavə olunaraq daha geniş əhatəli bir təhsil qurumu halına gəldi.Ancaq məktəbin talehi 1992-ci ildə edilən bir ianə sayəsində dəyişdi.Cənub Nyu-Cersi mərkəzli "Inductotherm" adlı şirkətin qurucusu- Henry Rovan və yoldaşı Betty, məktəbə 100 milyon dollarlıq ianə etdiklərini açıqladılar. Bu miqdar o zamana qədər bir dövlət məktəbi üçün edilən ən böyük ianə idi.İanənin 2 şərti vardı:
Bir mühəndislik fakültəsi qurulması (ki o zamana qədar cənub Nyu-Cersidə mühəndislik təhsili verən bir məktəb yox idi) və dünya ərazisində "Inductotherm" şirkətinin bütün işçilərinə təqaüdlə oxuma imkanı verilməsi.
Henry Rovan'ın belə bir təlebi olmamasına baxmayaraq məktəbin adı öncə 1992-ci ildə "Nyu-Cersi Rovan Kolleci" (Rowan College of New Jersey) olaraq dəyişdirildi. Bu ianə sayəsində açılan mühəndislik fakültəsi sayəsində məktəb Nyu-Cersi Ali təhsil Qurumu'nun təsdiqi ilə universitet statusu almağa haqq qazandı və 21 Mart 1997-ci ildə adını "Rovan Univerisiteti" olaraq dəyişdirdi.
== Universitetin Demokratik Strukturu ==
2007-ci ilin yarım ili etibarı ilə Univerisitetin yeddi fakültəsində toplam 10,091 tələbə təhsil görməkdədir.