* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Qaldırma, aradan götürmə, rədd etmə, ləğv etmə, yox etmə. Ən əvvəl lazım olan budur ki, öz ehtiyacatımızı dürüst bilib, tədriclə bunların rəfinə çalışaq. F.Köçərli. □ Rəf etmək (köhnə forması: rəf qılmaq) – aradan götürmək, aradan qaldırmaq, yox etmək, ləğv etmək, rədd etmək. Rəf qıl dərdimi, tut bir neçə camilə əlim; Saqiya, ol gözü xummardən oldum məyus. S.Ə.Şirvani. Poçt yolu ilə gəlib-gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmali-məmnuniyyətlə rəf edirdi. Ə.Haqverdiyev. Rəf olmaq – aradan qalxmaq, yox olmaq, yox olub getmək. Yetişən zaman başa sinnü sal; Didarını görcək, rəf oldu məlal. Q.Zakir. Rəf olunmaq – yox edilmək, yox olub getmək. Ürəkdə həvəs cuş edəndə gözdən axan yaşla ürəkdəki ağırlıq rəf olunur. S.M.Qənizadə.
Azərbaycan dilinin izahlı lüğəti / rəf2 is. [ər.] Qab-qacaq və s. düzmək üçün evin divarına və ya şkafa şaquli vəziyyətdə vurulan taxta parçası, yaxud divar tikiləndə qoyulan şaquli çıxıntı. Suvaqsız divarda qədim tüfənglər və qılınclar asılmışdı, rəflərdə pas basmış mis qablar üstüstə yığılmışdı. Çəmənzəminli. [Nuriyyə:] Gözüm otağın yarımqaranlığına alışandan sonra adi taxtadan düzəlmiş rəflərdəki kitabları gözdən keçirdim. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / rəf3 RƏF f. ləmə, taxça, qəfəsə. RƏF’ f. 1) qaldırma, yüksəltmə, ucaltma; 2) aradan qaldırma, ləğv etmə; 3) qopartma; 4) riyaziyyatda: ədədin üstünü artırma; 5) ərəb qrammatikasında: ismin üç halından biri.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / rəf3 RƏF Həmid onun yaxasının düymələrini açdı, rəfdən bir kitab götürüb Pyotr Anisimoviçin üzünü yellədi (H.Abbaszadə); DOLAB Otaqda iki qədim kitab dolabı qoyulmuşdu (Y.Şirvan); QƏFƏSƏ Bu müddətdə sovxoz dülgərləri Kamilin çertyoju əsasında bir neçə dəzgah və qəfəsə düzəltdi (H.Abbaszadə); LƏMƏ Divana, kitab ləmələrinə, divardakı şəkillərə baxdı və nəhayət, gözlərini mənim gözümə dikib gülümsədi (M.İbrahimov).
Azərbaycan dilinin sinonimlər lüğəti / rəf1 RƏF I is. [ ər. ] Ləmə. İri bir stol da var; Üstündə qələm, dəftər; Stolunda kitab rəfi; Cilid-cilid əsərlər... (H.Arif). RƏF II is. [ ər. ] Rədd etmə. Sən demədinmi, dumada rəf olur ehtiyacımız (S.Vurğun).
Azərbaycan dilinin omonimlər lüğəti / rəf1 1. полка, карниз под потолком; 2. удаление, устранение, упразднение, уничтожение;
Azərbaycanca-rusca lüğət / rəf2 1 сущ. полка: 1. доска, горизонтально укрепленная на стене или в шкафу и предназначенная для посуды, книг и т.п. Kitab rəfi книжная полка, qab-qacaq rəfi полка для посуды 2. горизонтальные доски, прикреплённые к вертикальным стойкам 3. горизонтальный выступ на верхней части стены, предназначенный для посуды и др. утвари 2 сущ. устар. ликвидация, устранение кого-л., чего-л.; rəf etmək (eləmək) ликвидировать, устранить; rəf olmaq исчезать, исчезнуть, rəf olunmaq ликвидироваться, быть ликвидированным
Azərbaycanca-rusca lüğət / rəf1 I. i. shelf (pl. shelves); kitab ~i bookshelf* II. i. removal; ~ etmək to remove (d.); maneələri ~ etmək to remove / to break*down barriers; çətinliyi ~ etmək to obviate difficulties; müharibə təhlükəsini ~ etmək to lift / to eliminate / to remove the threat of war
Azərbaycanca-ingiliscə lüğət / rəf2 [ər.] сущ. къакъажун, ред авун, арадай акъудун; // rəf etmək арадай акъудун, ред авун, гьич авун (мес. дерт); rəf olmaq арадай акъатун, квахьна фин, алатна фин (мес. дерт).
Azərbaycanca-ləzgicə lüğəti / rəf