* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] klas. Xeyir, fayda, mənfəət. [İzzət:] Görək Xudayar bəynən sənin nə alıbverəcəyin var? Katdadı özünə katdadı. Görək [Xudayar bəyin] katdalığının sənə bir nəfi var? C.Məmmədquluzadə. Şəhər məktəbində təlim alan fəqir şagirdlərin nəfi üçün müəllimlərin hümməti ilə … bir komediya göstərildi. F.Köçərli. □ Nəf etmək (eləmək) – qazanmaq, fayda götürmək, xeyir görmək. Sən bizi nəfə etmədin vasil; Bari qoy özgə elm edək hasil. S.Ə.Şirvani. O il Ağa Hüseyn çox böyük nəf elədi və bu nəfi də Xəlilin ayağının sayəsindən hesab edirdi. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / nəf2 NƏF’ ə. mənfəət, fayda, qazanc.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / nəf1 Ərəbcədir “qazanc” mənasında işlədilir. Mənafe sözü də buradandır. Eyni qayda ilə müdafiə sözü də dəf (etmək) sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / nəf1 NƏF (müxtəlif mənalarda) Zəhmətim çoxdu, hiç nəfim yox; Leyk həqqə ümidvaram çox (S.Ə.Şirvani); Bugünkü teatrın iki nəfi var.. (N.Nərimanov); XEYİR Xəlil üç dəfə İran səfərinə gedib, hər dəfə bəqaidə xeyir edib qayıtdı (Ə.Haqverdiyev); MƏNFƏƏT Teatrımızın ikinci mənfəəti budur ki, bundan yığılan pul xərc olunacaq bu il müsəlman uşaqları üçün.. (N.Nərimanov); QAZANC (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / nəf2 сущ. устар. 1. польза, выгода 2. прибыль (доход, полученный отчего-л.); nəf etmək (eləmək) получать пользу, прибыль, выгоду, nəf gözləmək ожидать выгоду
Azərbaycanca-rusca lüğət / nəf1 i. advantage, benefit; gain; profit; ~ əldə etmək to benefit (by), to drive* benefit (from); ümuminin / içtimaiətin ~inə for the public interest; ~ əldə etmək to make* use (of), to profit (by)
Azərbaycanca-ingiliscə lüğət / nəf1 is. avantage m, profit m, bénéfice m ; ~ əldə etmək bénéficier vt ; tirer profit (de)
Azərbaycanca-fransızca lüğət / nəf1 [ər.] сущ. клас. хийир, файда, менфят; nəf etmək (eləmək) менфят (файда, хийир) къачун, хийир акун.
Azərbaycanca-ləzgicə lüğəti / nəfI (Culfa, Qarakilsə) xeyir, gəlir. – Sa: nəf gətirirdi, əlinnən tuturdu II (Yardımlı) tab, davam ◊ Nəfin gətirməg – tab gətirmək, dözmək. – O, çətin işə nəfin gətirəmmey
Azərbaycan dilinin dialektoloji lüğəti.