* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••••••••••••••• | 0.79 |
2007 | •••••• | 0.21 |
2008 | ••••••••••••••••••• | 0.73 |
2009 | ••••• | 0.16 |
2010 | ••••••• | 0.27 |
2011 | ••• | 0.09 |
2012 | ••••• | 0.17 |
2013 | •••••••• | 0.29 |
2014 | ••••• | 0.17 |
2015 | ••••• | 0.17 |
2017 | ••••• | 0.16 |
2019 | •••• | 0.14 |
2020 | •••• | 0.13 |
1 sif. [fars] 1. Erkək (dəvə). Sarbanın yerə yatırdığı nər dəvə onu belinə aldı, sonra nərildəyərək ayağa qalxdı. Ə.Məmmədxanlı. // İs. mənasında. Qoyun, quzu, at, eşşək; Salmış çölə qalmaqal; Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. Haça buğurlar, dizi qara nərlər, gözəl arvanalar … qoyun sürülərinin dalınca gəlirdilər. Ə.Vəliyev. 2. məc. Qorxmaz, güclü, qüvvətli, cəsarətli. Qovğa günü öyündüyüm; Nər dəlilər yerindəmi? “Koroğlu”. Onun səadətini qoruyan nər oğullar; Sizin qollarınızda yeddi aslan gücü var! N.Rəfibəyli. □ Nər kimi – qorxmadan, cəsarətlə, igidcəsinə. Nər kimi meydana atıldı. Nər kimi vuruşmaq. – Mərd olub nər kimi girək meydana; Gücümüzü göstərək bu gün divana. “Qaçaq Nəbi”. Bir qoçağam, qoç nər kimi yaşaram! M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / nər1 NƏR I is. [ fars. ] Dəvənin erkəyi. NƏR II is. sif. [ fars. ] İgid, cəsur, qəhrəman. Atam kimi nər kişi ağlayanda, Yaqub ağlaya bilməzdimi? (Ə.Əylisli).
Azərbaycan dilinin omonimlər lüğəti / nər1 1. верблюд (самец); 2. перен. мужественный, храбрый, сильный; 3. храбрец, богатырь;
Azərbaycanca-rusca lüğət / nər2 I сущ. 1. верблюд-самец 2. животнов. инер, нар (гибрид одногорбого и двугорбого верблюдов) II прил. перен. мужественный, храбрый, смелый, сильный. Vətənin nər oğulları мужественные сыны Отечества; nər kimi смело, храбро, решительно
Azərbaycanca-rusca lüğət / nər1 I. i. 1. male camel; 2. məc. brave / courageous man*, brave spirit II. s. məc. brave, courageous
Azərbaycanca-ingiliscə lüğət / nər1 [fars.] прил. 1. нар, эркек (деве); // сущ. эркек деве; 2. пер. кичӀе тушир, рикӀ (жигар) авай, гужлу, къуватлу, викӀегь, жуьрэтлу; nər kimi кичӀе тахьана, рикӀна, жуьрэтлудаказ, кьегьалдаказ.
Azərbaycanca-ləzgicə lüğəti / nərf. 1) erkək; erkək dəvə; 2) qəhrəman, igid, cəsur.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti(Lənkəran) sükanı keçirmək üçün gəminin arxasına vurulan dəmir halqa. – Əmir, sükanı nərə sal, yola düşəg
Azərbaycan dilinin dialektoloji lüğəti.