nərm sözü azərbaycan dilində

nərm

Yazılış

  • nərm • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nərman Cavadov
Nəriman Əhməd oğlu Cavadov (10 sentyabr 1956, Bəylik, Saatlı rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, publisist. YAP-ın üzvü. Nəriman Cavadov 1956-cı il sentyabr ayının 10-da Azərbaycan SSR-nin Saatlı rayonunun Bəylik kəndində anadan olmuşdur. N.Cavadov 1975-ci ildə Saatlı şəhər S.Vurğun adına 1 saylı tam orta məktəbini bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olmuşdur. 1980-ci ildə ali təhsilini başa vuran N.Cavadov təyinatla Saatlı rayonuna qayıtmış və həmin rayonda çıxan "Dönüş" qəzetində zəhmətkeş məktubları şöbəsinin müdiri (1980-1987), qəzetin redaktor müavini (1987-1998) vəzifələrində çalışmışdır. Saatlı rayonunun "Dönüş" qəzeti redaksiyasında çalışdığı dövrdə Sov.İKP-nin və SSRİ Jurnalistlər İttifaqının üzvü, rayon Xalq Nəzarəti Komitəsinin büro üzvü və Saatlı şəhər Sovetinin (bir çağırış) deputatı olmuşdur. Universiteti bitirdikdən sonra hərbi kurs (3 ay) keçmiş və dövlət imtahanı verərək ehtiyatda olan leytenant rütbəsinə yiyələnmişdir. Daha sonralar isə ona baş leytenant rütbəsi verilmişdir. N.Cavadov 1998-ci ilin sonlarında öz ərizəsi ilə rayonda redaktor müavini vəzifəsindən çıxaraq Bakıya köçmüşdür. 1 yanvar 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının təsis etdiyi "Respublika" qəzetində müxbir, 2003-cü ildə isə şöbə müdiri vəzifəsinə təyin olunmuşdur və hal hazıradək bu vəzifədə çalışır.
Nərman Rəsulov
Nərmaşir
Nərmaşir — İranın Kirman ostanının şəhərlərindən və Nərmaşir şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,966 nəfər və 1,007 ailədən ibarət idi.
Nərmaşir şəhristanı
Nərmaşir şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nərmaşir şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 65,448 nəfər və 15,567 ailədən ibarət idi.
Nərmin Kazımova
Nərmin Kazımova (doğ. 28 iyul 1993, Əylis, Ordubad rayonu, Naxçıvan, Azərbaycan) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (2015). Nərmin 28 iyul 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində dünyaya gəlib. 2002-ci ildən şahmatla məşğul olmağa başlayıb. O, Bakı şəhərindəki 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbininin yetirməsidir. Məşqçi-müəllimi azərbaycanlı beynəlxalq qrosmeyster Rəsul İbrahimovdur. 2008-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında ikinci yeri tutub. Bundan əlavə həmin ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatının bürünc mükafatçısı olub. 2009-cu ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən gənclər arasında şahmat üzrə Dünya çempionatında üçüncü olub. 2010-cu ilin aprelində Yunanıstanın Saloniki şəhərində keçirilən məktəblilərin Avropa çempionatında ikinci yerə sahib çıxıb.
Nərmin Knyaz
Nərmin Kərimbəyova
Nərmin Neftçi
Nərmin Neftçi (türk. Nermin Neftçi) — türk hüquqşünas və siyasətçi. 1924-cü ildə İstanbulda anadan olub. Ankara Universitetinin hüquq fakültəsini bitirmişdir. 1969-cu ildə Muşdan Böyük Millət Məclisinə deputat seçilmişdir. O, Türkiyənin şərq illərindən Böyük Millət Məclisinə seçilən ilk qadın olub. O, həmçinin Böyük Millət Məclisinin sədr müavini seçilib. O, həm də bu vəzifəni tutan ilk qadın olmuşdur. O, 1973-cü il parlament seçkilərində iştirak etməyib, lakin mədəniyyət naziri kimi Sədi Irmak hökumətinə daxil olub. O, bu vəzifəni 1974-cü il noyabrın 17-dən 1975-ci il martın 31-dək tutmuşdur.
Nərmin Qaralova
Nərmin Qaralova (tam adı: Nərmin Ziyadxan qızı Qaralova; 10 dekabr 1982, Bakı) — musiqişünas, ssenari müəllifi, televiziya aparıcısı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD), BMA-nın dosenti. Nərmin Qaralova Asəf Zeynallı adına musiqi kollecinin (1997–2001-skripka ifaçılığı üzrə), Bakı Musiqi Akademiyasının (2001–2005 bakalavr, 2005–2007 magistratura, 2007-aspirantura) tələbəsi olub. Tələbə ikən Gənclər təşkilatı ilə ahıllar, körpələr evində, hərbi hissələrdə konsert proqramlarında çıxış etmiş, çoxlu sayda təşəkkürnamələrlə, mükafatlarla təltif edilmişdir. Türkiyənin Ege Universitetinin professor heyəti ilə Azərbaycanın bölgələrində folklor nümunələrinin toplanmasında yaxından iştirak etmişdir. Kollecdə oxuyarkən "Ayna" televiziya filminə çəkilib. 2005-ci ildən İTV-də aparıcı redaktor, 2007-ci ildən isə AzTV-də aparıcı redaktor vızifəsində çalışır. Bu illər ərzində Maestro Niyazi, Canəli Əkbərov, İslam Rzayev, Səyavuş Kərimi, Elmira Abbasova, Rauf Abdullayev, Polad Bülbüloğlu və başqa tanınmış musiqi xadimləri haqda televiziya filmlərini, eləcə də Azərbaycanda keçirilən festivalların (M. L. Rostropoviçə həsr olunmuş 1, 2, 3 Beynəlxalq festivalı, Beynəlxalq Muğam Festivalı, Arif Məlikovun yubileyi ilə bağlı festival, Bakı Caz Ferstivalı 2009 və s) gündəliklərini hazırlayaraq geniş tamaşaçı kütləsinə çatdırmışdır. Televiziya həyatı ilə yanaşı 2008-ci ildən pedaqoji fəaliyyətlə də məşquldur. O, Bakı Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının baş müəllimidir.
Nərmin Quliyeva
Nərmin Quliyeva cinayəti — Tovuz rayonunun Dondar Quşçu kəndi sakini 2009 təvəllüdlü Nərmin Quliyevanın öldürülməsi hadisəsi. Nərmin Quliyeva 21 noyabr 2019 tarixində qaçırılmış, 45 gün sonra yanvarın 6-da ölü bədəni yandırılmış şəkildə tapılmışdır. Quliyeva Nərmin Şərif qızı 2009 təvəllüdlü Tovuz rayonunun inzibati ərazisində yerləşən Dondar Quşçu kəndinin sakini idi. Noyabrın 22-də bir sıra xəbər saytları Nərmin Quliyevanın 21 noyabr günorta saatlarında itkin düşdüyü xəbərini yayımladı. İlkin ifadələrə görə, Nərmin ailəsi ilə qatıldığı toy mərasimində atası tərəfindən gödəkçə gətirmək üçün babasıgilə göndərilib, lakin qayıtmayıb. Noyabrın 27-də Nərminin anası, nənəsi, atası və əmisi "Səni axtarıram" televiziya verilişinə Nərminin qaçırılması faktı ilə bağlı qonaq oldular. Nərminin cəsədi yanvarın 6-da axşam saatlarında Dondar Quşcu kəndində boş ərazidə yandırılmış şəkildə tapılması xəbəri yayıldı. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən Nərminin cansız bədəni yandırılmazdan 5 gün əvvəl öldürüldüyü və başında xəsarət izləri olduğu bildirilib. Kəndin bələdiyyə sədri Elmar Mürşüdovun ifadəsinə görə cinayət qurbanının meyidi qonşulardan biri tərəfindən təsadüfən tapılıb. Yanvarın 10-da 1973 təvəllüdlü kənd sakini İlkin Süleymanov hadisənin təqsirkarı olmaqda şübhəli bilinərək saxlanılıb.
Nərmin Quliyeva cinayəti
Nərmin Quliyeva cinayəti — Tovuz rayonunun Dondar Quşçu kəndi sakini 2009 təvəllüdlü Nərmin Quliyevanın öldürülməsi hadisəsi. Nərmin Quliyeva 21 noyabr 2019 tarixində qaçırılmış, 45 gün sonra yanvarın 6-da ölü bədəni yandırılmış şəkildə tapılmışdır. Quliyeva Nərmin Şərif qızı 2009 təvəllüdlü Tovuz rayonunun inzibati ərazisində yerləşən Dondar Quşçu kəndinin sakini idi. Noyabrın 22-də bir sıra xəbər saytları Nərmin Quliyevanın 21 noyabr günorta saatlarında itkin düşdüyü xəbərini yayımladı. İlkin ifadələrə görə, Nərmin ailəsi ilə qatıldığı toy mərasimində atası tərəfindən gödəkçə gətirmək üçün babasıgilə göndərilib, lakin qayıtmayıb. Noyabrın 27-də Nərminin anası, nənəsi, atası və əmisi "Səni axtarıram" televiziya verilişinə Nərminin qaçırılması faktı ilə bağlı qonaq oldular. Nərminin cəsədi yanvarın 6-da axşam saatlarında Dondar Quşcu kəndində boş ərazidə yandırılmış şəkildə tapılması xəbəri yayıldı. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən Nərminin cansız bədəni yandırılmazdan 5 gün əvvəl öldürüldüyü və başında xəsarət izləri olduğu bildirilib. Kəndin bələdiyyə sədri Elmar Mürşüdovun ifadəsinə görə cinayət qurbanının meyidi qonşulardan biri tərəfindən təsadüfən tapılıb. Yanvarın 10-da 1973 təvəllüdlü kənd sakini İlkin Süleymanov hadisənin təqsirkarı olmaqda şübhəli bilinərək saxlanılıb.
Nərmin Tahirzadə
Nərmin Tahirzadə (1921, Konstantinopol – 17 yanvar 2012) — Əməkdar elm xadimi. Tahirzadə Nərmin Abdulla qızı 13 avqust 1921-ci ildə İstanbul şəhərində anadan olub. Atası - o zamankı Şəki qəzasının Xaçmaz kəndindən olan Tahirzadə Abdulla Mabud oğlu həmin vaxt İstanbul Universitetində təhsil alırdı. Abdulla Tahirzadə 1923-cü ildə təhsilini bitirərək Bakıya dönüb. Üç yaşlı Nərmin isə Azərbaycana bir il sonra - 1924-cü ildə anası ilə birgə gəlib. İxtisasca müəllim olan valideynləri Bakının ali və orta məktəblərində dərs deyib. Atası 1978-ci, anası isə 1987-ci ildə vəfat edib. 1939-cu ildə orta məktəbi bitirən Nərmin Tahirzadə Azərbaycan Dövlət Universitetinin (indiki Məhəmmədəmin Rəsulzadə adına BDU) tarix fakültəsinə qəbul olunub və 1944-cü ildə oranı bitirərək aspiranturaya daxil olub. Elə həmin ildən ADU-nun "SSRİ xalqları tarixi" kafedrasında assistent və müəllim işləyib. 1949-cu ilin mayında atası Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilib.
Nərmin Xələfova
Nərmin İlqar qızı Xələfova (doğ. 12 yanvar 1994, Bakı) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2017). 2010-cu ildə Yunanıstanın Saloniki şəhərində keçirilmiş məktəblilərin şahmat üzrə V Avropa çempionatında birinci yerə çıxıb. 2013-cü ildə qadınlar arasında Bakı çempionatının qalibi olub. 2016-cı ilin sentyabrında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət ikinci komandasının heyətində üçüncü lövhədə çıxış edib. Gino Di Felice. Chess International Titleholders, 1950-2016. Cefferson, Şimali Karolina: McFarland & Company, Inc. 2017. ISBN 9781476671321.
Nərmin Şahmarzadə
Mübariz Ağakərim oğlu İbrahimov (7 fevral 1988, Əliabad, Puşkin rayonu – 19 iyun 2010, Çaylı, Tərtər rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir. O, 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı və Azərbaycanda "ilin adamı" adlarına layiq görülmüşdür. Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov iki il sonra hərbi xidmətini bitirmiş, 2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlamışdır. Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov 4 erməni əsgərini öldürmüşdür. Müxtəlif mənbələrə görə isə bu rəqəm 45-dir. Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində Mübariz İbrahimovun 5 nəfəri öldürüb, 3-nü yaraladığını bildirmişdir. Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir.
Nərmin Şirəliyeva
Nərmin Şirəliyeva (rus. Нармин Ширалиева; d. 9 noyabr 1974, Bakı, Azərbaycan SSR, SSRİ) — Moskva vilayətinin mədəniyyət naziri. Nərmin Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində doğulub. Hələ orta məktəbdə təhsil alarkən valideynlərinin məsləhətilə əvvəlcə balet kursuna, daha sonra musiqi məktəbinə, ardınca bal rəqsinə gedib. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 16 yaşında Moskvaya gedib. 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olub. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərmin ingilis və fransız dillərində sərbəst danışır. 1995-ci ildə İTAR-TASS agentliyində müxbir qismində praktika keçən N.Şirəliyeva, 1996-cı ildə MDBMİ-ni bitirib və "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb. "Kultura" ilə yanaşı, o, Moskvada nəşr olunan digər populyar qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirib.
Nərminli
Nəmirli (keçmiş adı Nərminli) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Nərminə Məmmədova
Nərminə Ağası qızı Məmmədova (1932, Qazax – 27 mart 1997) — Azərbaycan müğənnisi. Nərminə Məmmədova 1932-ci ildə Qazaxda ziyalı ailəsində dünyaya gəlib. O doğularkən atası Ağası Məmmədbəyli Qazax rayon partiya komitəsinin birinci katibi işləyirdi. Amma əslən Göyçaydan idi; burada iri torpaq sahibi İsmayıl bəyin oğlu idi. Anası Şəfiqə xanım Azərbaycanın tanınmış ailələrindən olan Qiyasbəylilər nəslindən idi. O illərdə çox oxunan "Çalı quşu" romanının qəhrəmanının şərəfinə onlar övladlarının adını Fəridə qoyurlar. Çox keçmir ki, Ağası bəyi "xalq düşməni" ittihamı ilə həbs edirlər. O həbs olunan kimi ailəni yaşadıqları İstiqlal küçəsindəki geniş mənzillərindən çıxarıb İçərişəhərdə kiçik bir evə köçürürlər. Şəfiqə xanım Stalin muzeyində (sonralar isə Ali Partiya məktəbində) işləyir. Fikirləşəndə ki, Fəridə adı qızına romanın qəhrəmanının taleyini qismət edər — o qızının adını dəyişdirib Nərmin yazdırır (get-gedə bu ad Nərminəyə çevrildi).
Nərminə Məmmədzadə
Nərminə Məmmədzadə — Azərbaycan yazıçısı və şairəsi. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İlk şeirini beş yaşında yazıb. 134 saylı orta məktəbi, sonra Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. 2011-ci ildə "Bir ruhun dörd fəsili" adlı ilk şeir toplumu nəşr olunub. Kitabda şeirlər hər ilin mövsümünə (Bahar - Ümid, Yaz - sevgi, Payız - xatirələr, Qış - başlanğıc) bölünür, hər biri bir qadın şəklində təsvir olunur. 2012-ci ildə onun "Selsi üzrə xatirələri" qısa hekayə və povest toplusu nəşr olunub. 2014-cü ildə "Taroki" adlı debüt romanı nəşr olunub.
Nərminə Səmədova
Nərminə Səmədova (10 iyun 2004, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. Karyerasının birinci uğurlarına Nərminə Səmədova 2014-cü ildə Qazaxıstanda "ZHULDYZ-CUP" və 2015-ci ildə Macarıstanda "Kupa Tavaszi" beynəlxalq turnirlərində ümumi olaraq beş medala sahib olmaqla imza atdı. Daha sonra Nərminə Səmədova 2016-cı ildə Azərbaycan Çempionatının gümüş medalına sahib oldu. Həmin il Nərminə Səmədova həm də Polşada "Baltic" Cup, Estoniyada isə "Miss Valentine" beynəlxalq turnirlərini gümüş medallarla başa vurdu. 2018-ci ildə Nərminə Səmədova İspaniyanın Qvadalaxara şəhərində gənclər arasında Avropa Çempionatında halqa ilə proqramı beşinci pillədə başa vurdu. Həmin il Polşada "Irina Cup" və Azərbaycanda "AGF Junior Trophy" beynəlxalq turnirində gümüş medallara sahib olan Nərminə Səmədova 2019-cu ildə Rusiyada baş tutan gənclər arasında Dünya Çempionatında lentlə proqramı beşinci pillədə başa vurdu. Nərminə Səmədova həm də həmin il bir sıra beynəlxalq turnirlərdə medallara sahib oldu. Nərminə Səmədova Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. İyulun 8-də bədii gimnastlardan ibarət Azərbaycan yığmasının məşqçiləri tərəfindən 15 gün sonra baş tutacaq XXII Yay Olimpiya Oyunlarında mübarizə aparacaq heyəti açıqlandı və heyətə Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova daxil edildi. Olimpiadadan əvvəl Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup İsrailin Təl-Əviv şəhərində baş tutan FIG Qran-Pri turnirində mübarizə apardı.
Nərminə Səmədova (bədii gimnast)
Nərminə Səmədova (10 iyun 2004, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. Karyerasının birinci uğurlarına Nərminə Səmədova 2014-cü ildə Qazaxıstanda "ZHULDYZ-CUP" və 2015-ci ildə Macarıstanda "Kupa Tavaszi" beynəlxalq turnirlərində ümumi olaraq beş medala sahib olmaqla imza atdı. Daha sonra Nərminə Səmədova 2016-cı ildə Azərbaycan Çempionatının gümüş medalına sahib oldu. Həmin il Nərminə Səmədova həm də Polşada "Baltic" Cup, Estoniyada isə "Miss Valentine" beynəlxalq turnirlərini gümüş medallarla başa vurdu. 2018-ci ildə Nərminə Səmədova İspaniyanın Qvadalaxara şəhərində gənclər arasında Avropa Çempionatında halqa ilə proqramı beşinci pillədə başa vurdu. Həmin il Polşada "Irina Cup" və Azərbaycanda "AGF Junior Trophy" beynəlxalq turnirində gümüş medallara sahib olan Nərminə Səmədova 2019-cu ildə Rusiyada baş tutan gənclər arasında Dünya Çempionatında lentlə proqramı beşinci pillədə başa vurdu. Nərminə Səmədova həm də həmin il bir sıra beynəlxalq turnirlərdə medallara sahib oldu. Nərminə Səmədova Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. İyulun 8-də bədii gimnastlardan ibarət Azərbaycan yığmasının məşqçiləri tərəfindən 15 gün sonra baş tutacaq XXII Yay Olimpiya Oyunlarında mübarizə aparacaq heyəti açıqlandı və heyətə Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova daxil edildi. Olimpiadadan əvvəl Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup İsrailin Təl-Əviv şəhərində baş tutan FIG Qran-Pri turnirində mübarizə apardı.
Nərminə Əliyeva
Nərminə Əliyeva (27 may 1959, Azərbaycan) — Əməkdar müəllim, görkəmli pedoqoq, German dilləri və Dilçilik nəzəriyyəsi ixtisasları üzrə filologiya elmləri namizədi, təlimçi, Azərbaycan və ingilis dilində bir sıra dərsliklərin müəllifidir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2008–2009-cu tədris ilində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş və respublika müəllimləri arasında ən yüksək nəticəni göstərmişdir Nərminə Mehdiağa qızı Əliyeva 1959-cu il 27 mayda Azərbaycanda anadan olmuşdur. Bakı şəhəri 99 saylı orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun İngilis dili müəllimliyi fakültəsinə daxil olmuş və buranı 1982-ci ildə fərqlənmə diplomu ilə bitirmişdır. Nərminə xanım ilk əmək fəaliyyətinə 1979-cu ildən elə şagirdi olduğu Bakı şəhəri Binəqədi rayonu 99 saylı orta ümumtəhsil məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır və hal hazırda həmən məktəbin ingilis dili müəllimi kimi fəaliyyətini davam etdirir. Nərminə Əliyeva 1993-cü ildən etibarən Qafqaz Universitetində fəaliyyət göstərir və hal-hazırda Qafqaz Universiteti Tərcümə bölməsinə rəhbərlik edir. İngilis dili tədrisi üzrə Birləşmiş Krallıqda və ABŞ-da ixtisaslaşmışdır. N. Əliyeva həmçinin İngilis dili və ədəbiyyatı bölümündə də tədris deyir. Ailəlidir, 1 qızı və 1 oğlu var. İngiltərə, Uorvik Universiteti, 7–18 İyul, 2003 İngiltərə, Uorvik Universiteti, 12–23 İyul, 2004 İngiltərə, Uorvik Universiteti, 2011 ABŞ, Viskonsin-Medison Universiteti, Mart-May, 2005 Yaponiya Təhsil və mədəniyyət bürosu, 2000 Almaniya, Berlin, 26–27 yanvar, 2007 "İş dünyasına hazırlıq – Gələcək üçün Dil Təlimi" İngiltərə, London Lemington Spa "Birgə Yaşayaq" Cənub Şərqi Avropa və Birləşmiş Kralliqda Mədəniyyətlərarası dialoqa həsr olunmuş layihə, oktyabr, 2008 İbtidai siniflərdə ingilis dilinin təlimi(online təlim kursu, Böyuk Britaniya Konsulluğu) 15 yanvar — 10 Aprel, 2010 English Global Products (Azərbaycan Respublikası Təhsil nazirliyinin dəstəyi ilə British Council-un təşkil etdiyi proqram) 12–16 yanvar, 2009 INSETT proqramı (Azərbaycan Respublikası Təhsil nazirliyinin dəstəyi ilə British Council.un təşkil etdiyi proqram) 2002 noyabr – 2003,2004 mart Dünya Bankı, CİTO group Kurriculum, Tədris materiallarının hazırlanması və Şagirdqiymətləndirilməsi üzrə Seminar və Workshop Kurriculum, Milli Standartların hazırlanması, Məktəbdaxili Qiymətləndirmə və Milli Qiymətləndirmə üzrə Təhsil İslahatı proqramı Böyuk Britaniya Konsulluğunun (British Council) Master trainer seminarı, fevral, 2012 TEA (Mükəmməl tədris mükafatı), 2002, 2003, 2004 TQDK ilə ekspert (bakalavr və magistr) və imtahan rəhbəri olaraq əməkdaşlıq "English" Universitetlərə hazırlıq iki hissəli kitabının müəllifi 2001 və 2007 Azərbaycan ümumtəhsil məktəblərinin 5-ci sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2002 Azərbaycan ümumtəhsil məktəblərinin 7-ci sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2003 Azərbaycan ümumtəhsil məktəblərinin 8-ci sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2004 Azərbaycan ümumtəhsil məktəblərinin 10-cu sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin(iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2005 Azərbaycan ümumtəhsil məktəblərinin 11-ci sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti)müəllifi Bakı 2006 Azərbaycan ümumtəhsil məktəblərinin 3-cü sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2010 "Anaforik əlaqələr" dərs vəsaiti Qafqaz Universiteti, Baki 2009 Azərbaycan ümumtəhsil məktəblərinin 4-cü sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2011 Nərminə Əliyeva 17–dən çox elmi məqalənin müəllifidir. Dynamics of meaning: A cognitive analysis of text interpretation.
Nərmiq (Alan Baraquş dehistanı)
Nərmiq (fars. نرميق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 79 nəfər yaşayır (18 ailə).
Nərmiq (Molla Yaqub dehistanı)
Nərmiq (fars. ‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 394 nəfər yaşayır (82 ailə).
Nərmin Bayramova
Nərmin Bayramova (3 dekabr 2005) — Azərbaycanı təsmil edən bədii gimnast. Nərmin Bayramova 2005-ci il dekabrın 3-də anadan olub. Nərmin Bayramova 2017-ci ildə Azərbaycan Birinciliyinin qalibi oldu. 2018-ci ildə Polşada beynəlxalq turnirin gümüş, 2019-cu ildə isə Qazaxıstanda beynəlxalq turnirin bürünc medallarına sahib olan Nərmin Bayramova 2020-ci ildə Kiyev şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.
Nərmin Salmanova

nərm sözünün leksik mənası və izahı

"nərm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nərm nədir? #nərm sözünün mənası #nərm nə deməkdir? #nərm sözünün izahı #nərm sözünün yazılışı #nərm necə yazılır? #nərm sözünün düzgün yazılışı #nərm leksik mənası #nərm sözünün sinonimi #nərm sözünün yaxın mənalı sözlər #nərm sözünün əks mənası #nərm sözünün etimologiyası #nərm sözünün orfoqrafiyası #nərm rusca #nərm inglisça #nərm fransızca #nərm sözünün istifadəsi #sözlük