nərd sözü azərbaycan dilində

nərd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nərd • 90.7986%
  • Nərd • 9.0278%
  • NƏRD • 0.1736%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nərd
Nərd — Şərq masaüstü oyun növü. Nərd oyununun qədim tarixə malikdir. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Nərd oyunu qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkəsində mövcud imiş. Nərd oyunu 24 xanalı lövhə ― nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Hər oyunçu öz daşlarını atdığı zərlərin üst xallarına müvafiq olaraq, xanalar üzrə, rəqib daşlarının əks istiqamətində hərəkət etdirir. Bütün daşlarını son hissəyə yığıb, oradan daha tez çıxaran oyunçu qalib sayılır. Nərdin 24 xanəsi günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir. Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin rəmzidir.
Cənnətə gedən nərdivan
Cənnətə gedən nərdivan — 3 səmavi dinin nümayəndələrinin əks olunduğu əsər. "Cənnətə gedən nərdivan" adlandırılan əsərin müəllifi heykəltaraş Ecciano Merinadır. Əsərdə 3 səmavi dinin nümayəndələri əks olunub. Yerdə səcdə halında əyilmiş müsəlmana bənzədilən insan, onun üzərində diz üstə oturmuş xristian keşiş və keşişin çiyinləri üzərində dik dayanmış yəhudi din xadimi - haham. Heykəldə eyni zamanda səcdə halında olan müsəlmanın qarşısında xristianların müqəddəs kitabı İncil, keşişin əlində yəhudilərin dini kitabı Tövrat, yəhudi hahamın əlində isə Quran var. Eyni zamanda heykəlin yanında avtomat silahın ucuna yəhudilik simvollarından olan yeddi guşəli şamdan keçirilib. Müəllif bildirib ki, "heykəl" ideyası 2010-cu ilin sentyabrında yaranıb, noyabrda heykəli hazırlamağa başlayıb və 2011-ci ilin yanvarında onu hazırlayıb. Heykəl ilk dəfə İspaniyanın paytaxtı Madriddəki ARCO Müasir Sənət Sərgisində nümayiş edilmişdir. Belə bir ölkədə bu hadisənin baş verməsi müsəlman ölkələrində ciddi narazılıq doğurmuşdur. Heykələ həqiqi bir görünüş qazandırmaq üçün Merino işində qatran, silikon və insan saçı istifadə etmiş.
Feodal nərdivanı
Feodal nərdivanı — feodal torpaq münasibətlərinin təzahürü olan feodal ierarxiyası. Feodalizmin strukturu torpaq mülkiyyəti münasibətləri ilə və bununla bağlı olan siyasi hakimiyyətlə müəyyən olunurdu. Artıq qurulmuş feodalizm mərhələsində bu münasibətlər feodal ierarxiyası formasında təzahür edirdi. Feodal nərdivanın başında ali süzeren və dövlətin nominal başçısı - kral (şah, xaqan,şoqun.) dururdu. Öz domenindən başqa, onun bütün ölkədə ərazisində bəzi ali hüquqları da vardı (hərbi komandanlıq, məhkəmə bannı və başqa). İkinci pillədə iri feodallar dururdu - kralın bilavasitə vassalları - arxiyepiskoplar, yepiskoplar, hersoqlar, qraflar (xan, knyaz,daymö) və b. Onlar öz mülklərində məhkəmə-inzibati, pul kəsmək, vergi və xərac yığmaq kimi ali dövlət hökmünə malik idilər. Üçüncü pillədə - kral vassallarının vassalları dururdular - baronlar (bəy, məlik). Onların iri mülkləri vardı və faktiki olaraq muxtar idilər. Ən sonuncu pilləni Avropada cəngavərlər, Yaponiyada samuraylar tuturdu.
Nərdivan
Nərdivan bir yerə qalxmaq və ya enmək üçün ağacdan, dəmirdən, ipdən və s.-dən düzəldilmiş pilləli vəsaitdir.
Ulduz nərdivanı
Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi. Elmi fantastikanın mövzularından biridir. Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır. Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər. Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür. == Tarixi == Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur. == Elmi fantastikada == Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir. Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır. Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir.Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır. Bu əsərdə Marsın bir peykindən Yerə qədər uzanan, asteroid qurşağındakı materiallardan hazırlanmış kosmik lift vasitəsilə mallar və insanlar daşınır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.00 dəfə / 1 mln.
2002 ••••••••••••••••• 6.85
2003 ••••• 1.97
2004 •••••• 2.36
2005 •••••••••••••••••••• 8.10
2006 ••••• 1.80
2007 ••••• 1.69
2008 •••••••••• 3.90
2009 •••• 1.60
2010 ••••••••• 3.36
2011 •••••• 2.40
2012 •••••••••• 3.79
2013 ••• 0.88
2014 ••••••••• 3.26
2015 •• 0.51
2016 0.35
2017 ••• 0.81
2018 •••• 1.35
2019 •• 0.42
2020 0.27

nərd sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 24 xanası olan iki çərçivəli taxtadan, 30 daşdan və iki zərdən ibarət oyun aləti. // Həmin alətlə oynanılan oyun. Axşamçağı nərd oynamağa yanıma gəlmiş dostum içəri gircək yenə də köhnə adəti üzrə ikinci mühəndisi tərif eləməyə başladı. B.Talıblı. Bir otaqdan nərdin şaqqıltısı eşidilir, o biri otaqda gərgin bir sükut içində şahmat oynanılırdı. M.Rzaquluzadə. □ Nərd atmaq (vurmaq) – nərd oynamaq. [Həsrət Yusifə:] Hə, necəsən, bir əl nərd ataq, ya yuxun gəlir? B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / nərd

nərd sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 NƏRD Gündüzlər onlar.. balaca klubunda şahmat, nərd, domino oynadı.. (M.İbrahimov); NƏRDTAXTA ..dur gedək onlara, həm bir nərdtaxta vuraq, həm də bu söhbəti deyək, o da yazsın jurnala (Qantəmir); ŞEŞ-BEŞ (dan.) [Fətəli:] ..kimi şeş-beş, kimi domino, şahmat oynayır (Z.Qarayev).

    Azərbaycan dilinin sinonimlər lüğəti / nərd

nərd sözünün rus dilinə tərcüməsi

  • 1 нарды (игра)

    Azərbaycanca-rusca lüğət / nərd
  • 2 сущ. нарды: 1. восточная игра, в которой игроки передвигают по доске шашки соответственно очкам, выпавшим на костях. Nərd oynamaq играть в нарды 2. см. nərdtaxta

    Azərbaycanca-rusca lüğət / nərd

nərd sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. нард (нард къугъвадай кьул ва гьа къугъун вич); nərd atmaq (vurmaq) нард вегьин (ягъун), нард къугъун.

    Azərbaycanca-ləzgicə lüğəti / nərd

nərd sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. nərdtaxta (Şərq oyunu).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"nərd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nərd nədir? #nərd sözünün mənası #nərd nə deməkdir? #nərd sözünün izahı #nərd sözünün yazılışı #nərd necə yazılır? #nərd sözünün düzgün yazılışı #nərd leksik mənası #nərd sözünün sinonimi #nərd sözünün yaxın mənalı sözlər #nərd sözünün əks mənası #nərd sözünün etimologiyası #nərd sözünün orfoqrafiyası #nərd rusca #nərd inglisça #nərd fransızca #nərd sözünün istifadəsi #sözlük