Nervus glossopharyngeus
Dil-udlaq siniri — IX cüt kəllə (dil-udlaq) siniri qarışıq sinirdir, tərkibində hərəki, hissi, dadbilmə və sekretor liflər vardır.
Hərəki lifləri biz udlaq əzələsini innervasiya edərək udlağı qaldırır. Nüvəsi nn.amiguus — X sinirlə müştərəkdir, uzunsov beynin orta hissəsində yerləşir. Periferik motoneyronların aksonları zeytun və beyinciyin aşağı ayaqcığı arasında beyin əsasına keçərək vidaci dəliyindən kəllə sümüyündən çıxır. Mərkəzi hərəki neyronlar ön mərkəzi qırışın aşağı hissəsində yerləşir, aksonlan tr.corticonuclearis tərkibində daxili kapsulanın dizindən keçərək, beyin sütunu əsasında aşağı enir və uzunsov beyində hər iki tərəfın nüvələrində qurtarır.
Bu sinirin hissi liflərinin I neyronu vidaci dəliyinin ətrafında yerləşən ganglion jugularae superius və ganglion jugularae inferiusdan başlayır. Bu düyünlərdən çıxan dendritlər dilin arxa 1/3 nissəsini, yumşaq damağı, əsnəyi, udlağı, qırtlaq qapağını, qulaq keçəcəyini, təbil boşluğunu innervasiya edir. Aşağı düyündən ayrılan liflərin bir hissəsi dilin arxadan 1/3-də dadbilmə məməciklərində qurtarır. Hüceyrələrin aksonlan uzunsov beyinə daxil olaraq dadbilmə nüvəsində (nuc.solitarii) və hissi nüvədə (nuc.alae cinereae) qurtarır. Hər iki nüvənin aksonları, (II neyron) əks tərəfə keçərək daxili ilgəyə qoşulur və görmə qabarının yan nüvəsində qurtarır.