* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars. əsli yun.] Ətirli ağ və ya sarı çiçəkləri olan soğanaqlı gül. Nərgizi, bənövşəni; Qəddinə heyran elədin! Aşıq Ələsgər. // məc. Bəzən gözəlin gözləri bu gülə oxşadılır. Oğrun baxa-baxa, ey çeşmi nərgiz; Dərdə saldın məni, xəstəhal etdin. M.P.Vaqif. …Ruqiyyə dəli kimi üzümə baxdı. Nərgiz gözləri yaşla dolub halqalandı. A.Divanbəyoğlu. Qara qış üstümə tökər qarını; Nərgiz gözlərindən məni ayırsan. M.Müşfiq.
Azərbaycan dilinin izahlı lüğəti / nərgiz2 ağ rəngli və xoşiyli çiçək (Qədim yunan əsatirində öz əksini suda görüb ona aşiq olan oğlanın yun. Narkisos adındandır).
Azərbaycan qadın adlarının izahlı lüğəti. / nərgiz1 Yunan sözüdür. Əfsanəyə görə, gözəl bir oğlan suda əksini görür, özünə vurulur, donub qalır. Oradan çıxan çiçəyə nərgiz (donmuş) adı verilir. Narkoz sözü də bununla bağlıdır. Ad kimi qızlara verilir, “gözəlliyi ilə oğlanları donduran (iflic edən)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / nərgiz1 NƏRGİZ (bot.), İLANQILINCI İlanqılıncı burada qiymətli çiçək kimi satılırdı. Adını da dəyişdirib nərgiz qoyublar (Ə.Vəliyev); NƏRGİZGÜLÜ [Səlimə:] Nəhayət, ..qarlar altından baş qaldırmış çox kiçik bir nərgizgülü gördük (İ.Əfəndiyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / nərgiz2 I сущ. нарцисс (растение из семейства амариллисовых с белыми или жёлтыми пахучими цветками). Nərgiz buketi букет нарциссов II прил. нарциссовый. Nərgiz soğanağı нарциссовая луковица, nərgiz ətri (qoxusu) нарциссовый запах
Azərbaycanca-rusca lüğət / nərgiz1 [fars. əsli yun.] сущ. нергуьз (цуьк); // пер. гуьзелдин вилериз тешпигь.
Azərbaycanca-ləzgicə lüğəti / nərgiz