* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Əlindən iş gəlməyən; bacarıqsız, qabiliyyətsiz, bivec, bifər. Fərsiz övlad. Fərsiz uşaq. – Fərsiz qoyunu qurd yeyər. (Ata. sözü). Qədim zamanda bir Əhməd adlı tacir var imiş. Bu tacirin Fəraməz adlı fərsiz bir oğlu var imiş. (Nağıl).
Azərbaycan dilinin izahlı lüğəti / fərsiz1 Kökü (fər) farsca “parlaq”, “işıq” deməkdir, fərsiz “işıqsız” deməkdir, amma “bacarıqsız” anlamını da əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / fərsiz2 yararsız — gərəksiz — faydasız — xeyirsiz — səmərəsiz
Azərbaycan dilinin sinonimlər lüğəti / fərsiz3 FƏRSİZ (əlindən iş gəlməyən) [Güləbətin:] Məgər xanım, çox istədiyi böyük qızını demirəm, lap elə o fərsiz qızını.. işə getməyə qoyardı? (M.İbrahimov); BİFƏR Həmid də sanki şəkildəki ana ilə danışır, ürəyində ona “ay ana, mən bifər çıxdım, yan yolda qolumu qoyub qayıtdım” deyirdi (H.Abbaszadə); ƏFƏL İbişli: Adə, o əfəlin biridir ki, kimdir onun adamı? (Anar); ƏMƏZƏK Aslan: Əməzək arvad (S.Rəhman); FƏRƏMƏZ Dilarə: Ay fərəməz, belə bağlamazlar... (Anar); YASSAR Rüstəm bəy: Qorxma yassar, mərdanə ol... (N.Vəzirov); YÖNSÜZ Hatəmxan: Yönsüz oğul neylər ata malını (S.Rəhimov); FƏRASƏTSİZ.
Azərbaycan dilinin sinonimlər lüğəti / fərsiz1 1. негодный, непригодный, бесполезный; 2. бездеятельный, бездарный, блажной, мямля;
Azərbaycanca-rusca lüğət / fərsiz2 прил. 1. негодный (такой, который нельзя употребить на что-л., использовать для чего-л.); непригодный 2. непутёвый. Fərsiz işçi непутёвый работник, fərsiz oğul непутёвый сын, fərsiz şagird непутёвый ученик 3. бездеятельный (недостаточно энергичный). Fərsiz adam бездеятельный человек
Azərbaycanca-rusca lüğət / fərsiz1 I. i. butterfingers pl., good-for-nothing II. s. (pis) bad, ill, evil, poor; (yararsız) worthless, useless, good-for-nothing; (bacarıqsız, qabiliyyətsiz) incapable; unskilful; dull; (əfəl) clumsy
Azərbaycanca-ingiliscə lüğət / fərsiz1 1) is. chiffe f, poule f mouillée, empoté m ; 2) sif. mauvais, -e, pauvre, défectueu//x, -se ; incapable, sans talent ; inhabile, malhabile
Azərbaycanca-fransızca lüğət / fərsiz1 прил. ферсуз, гъиляй кар текъвер, кар алакь тийир, алакьун авачир, ясар, ваякьан (мес. аял); fərsiz oğuldan bir qara daş əfzəldir. Ata. sözü ферсуз балаяр жеридалай тахьун хъсан я.
Azərbaycanca-ləzgicə lüğəti / fərsiz