Ferritlər
Ferritlər dəmir oksid Fe2O3 ferromaqnit xassəli metal oksidləri ilə birləşməsindən əmələ gələn maddədir.
== Ferritlərin quruluşu və xassələri ==
Ferrit şpinel – şpinel quruluşlu ferritlər kubik fəza quruluşuna malikdir.Onların formulu MeFe2O4 –dür (Me – ikivalentli metallar Ni, Co, Mn, Mg, Cu, Zn, Cd ).
== Fiziki-kimyəvi xassələri ==
Ferritlər suda və üzvi həlledicilərdə həll olmayan, çətinəriyən kifayət qədər bərk maddələrdir. Turşularla reaksiyaya girir. Normal temperaturda havaya dözümlüdür. Fe (+2) və Mn (+2) tərkibli ferritlər havada oksidləşə bilər.
== Ferritlərin tərkibi ==
Radiotexnika, radioelektronika, hesablama texnikasında geniş istifadə olunur. Bu onların yarımkecirici və dielektirlərlə maqnitlik yaratmaq qabiliyyəti ilə əlaqədardır. Ferritlər həmşinin neftkimya proseslərində polifunksional heterogen katalizatorların alinmasında istifadə olunur.
== Ferritlərin əsas alınma üsulları ==
Bu maddələrin alınması üçün ilkin kompanent olaraq oksidlər, hidroksidlər, oksalat və karbonatlar (bəzən onları məhlulda birgə çökdürürlər) və yaxud duzların duzlarının (nitratlar, sulfatlar, ikiqat sulfatlar) buxarlanması ilə alınan tərkiblərdən istifadə olunur.