Zərrin sözü azərbaycan dilində

Zərrin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Zərrin • 71.5909%
  • zərrin • 25.0000%
  • ZƏRRİN • 3.4091%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sövməə Zərrin (Sərab)
Sövməə Zərrin (fars. صومعه زرين‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (15 ailə).
Zərrin-külah Firuz
Firuzşah Zərrinkolah (digər mənbələrdə Zərrin-külah Firuzşah; fars. فیروزشاه زرین کلاه‎; mənası – Qızıl baş hökmdar Firuz) — Türk zadəgan, Səfəvi sülaləsinin ilk nümayəndəsi. == Həyatı == Səfəviyyə ordeninin yaranmasından əvvəl Təvəkkül ibn İsmayıl ibn Bəzzaz tərəfindən yazılmış "Səfvət əs-Səfa" yazılı əsərində Səfəvilərin mənşəyini Xorasan Türkmeni adlandırılan Firuzşah Zərrinkolaha gedib çıxdığı qeyd edilir. Alimlərə görə, o, XI əsrdə Xorasandan Ərdəbilə köç etmişdir. Ordenin eponimi Şeyx Səfi Firuzşahdan yeddi nəsil sonra anadan olmuşdur. Səfəviyyə ordeni qurulduqdan sonra ərsəyə gətirilən yeni mətnlərdə Firuzşahın nəsil şəcərəsi 7-ci şiə imamı Musa Kazıma qədər çıxarılır. Tarixçi Namiq Musalı səfəvilərin öz hökmdarlıqlarının legitimliyini əsaslandırmaqdan ötürü bu amildən geniş surətdə istifadə etdiklərini bildirmişdir.Bəzi mənbələr Firuzşahı İbrahim ibn Ədhəm övladından, digərləri isə İbrahim ibn Ədhəmin nəvələrindən olan Sultan Əhmədin tərəfdarı kimi təqdim edir. Həmçinin, mənbələrdə Firuzun Azərbaycana gəlmədən əvvəl Əli ibn Musa Rzanın Məşhəddəki məqbərəsinin mühafizəçisi olduğunu bildirilir. "Safvətüs-səfa"nın Süleymaniyyə kitabxanasındakı nüsxələrinin birində "İbrahim ibn Ədhəm" yerinə "Sultan Əhməd" adı işlədildiyindən bəzi araşdırmaçılar "Sultan Əhməd"i ayrı şəxs hesab etmişdir. "Safvətüs-səfa"da Firuzşah birbaşa İbrahim Ədhəmlə əlaqələndirilir.
Zərrin-mələk xanım
Zərrin-mələk xanım (d. 1824, Şimali Qafqaz - ö. 1842, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin beşinci xanımı. == Həyatı == Zərrin-mələk xanım əslən abxaz olub, 1824-cü ildə Şimali Qafqazda dünyaya gəldi. Atası abxaz əsilzadələrdən Arslan bəy Qılınc, anası isə onun xanımı Şaşa Ludur. Hələ 5-6 yaşlarında ikən bacısı İhvan xanım (1821-1907), dayısı qızı Əsmahan Lu (1823-1898) və əmisi qızı Əfra Qılıncla (1826-1881) birlikdə Osmanlı sarayına göndərildi. 3 qız uşağı sarayın hərəmində təlim-tərbiyə edildi. Hərəmdəki təlim-tərbiyə illərində Bəzmialəm Validə Sultanın nəzərini cəlb etdi və onun istəyilə mükəmməl təhsillə yanaşı rəssamlıq təhsili də aldı. 1839-cu ildə Sultan Əbdülməcidlə keçmiş Çırağan sarayında evləndi.
Sövməə Zərrin (Alan Bərağuş dehistanı)
Sövmayə Zərrin (fars. صومعه زرين‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (112 ailə).
Zərrinabad
Zərrinabad — İranın Zəncan ostanının şəhərlərindəndir. Həm də İcrud şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,944 nəfər və 512 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Zərrinabad (Bicar)
Zərrinabad (fars. زرين آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 174 nəfər yaşayır (35 ailə). Əhalisini kürdlər təşkil edir.
Zərrinabad (Qürvə)
Zərrinabad (fars. زرين آباد‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 97 nəfər yaşayır (28 ailə). Əhalisini kürdlər və azərbaycan türkləri təşkil edir.
Zərrinabad (dəqiqləşdirmə)
Zərrinabad — İranın Zəncan ostanının şəhərlərindəndir. ‎Zərrinabad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Zərrincub (Bicar)
Zərrincub (fars. زرين جوب‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (5 ailə). Əhalisini kürdlər təşkil edir.
Zərrindeh (Çaroymaq)
Zərrindeh (fars. زرين ده‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (5 ailə).
Zərrindərə (Salmas)
Zərrindərə (fars. زرين دره‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 37 nəfər yaşayır (8 ailə).
Zərrindəşt şəhristanı
Zərrindəşt şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Hacıabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 60,444 nəfər və 13,378 ailədən ibarət idi.
Zərrineh (Qürvə)
Zərrineh (fars. زرينه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 284 nəfər yaşayır (68 ailə). Əhalisini kürdlər təşkil edir.
Zərringöl (Xudabəndə)
Zərringöl (fars. زرين گل‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1402 nəfər yaşayır (291 ailə).
Zərrinqaba (Bostanabad)
Zərrinqaba (fars. زرين قبا‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 438 nəfər yaşayır (100 ailə).
Zərrinrikab (Vərziqan)
Zərrinrikab (fars. زرين ركاب‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Zərrinrud
Zərrinrud (keçmiş adları Zərrinabad, Zərrinabad Binrihərud) - İranın Zəncan ostanının Xudabəndə şəhristanının Bizinərud bəxşində şəhər və bu bəxşin inzibati mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,956 nəfər və 1,145 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Zərrinşəhr
Zərrinşəhr — İranın İsfahan ostanının şəhərlərindən və Lencan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 55,984 nəfər və 15,154 ailədən ibarət idi.
Zərrinə
Zərrinə- İranın Kürdüstan ostanının Divandərə şəhristanının Kərəftu bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,272 nəfər və 266 ailədən ibarət idi.
Əbdülhüseyn Zərrinkub
Əbdülhüseyn Zərrinkub (d. 19 mart 1923, Bürucird, İran – ö. 15 sentyabr 1999, Tehran, İran) — İran ədəbiyyatşünası. == Həyatı == Əbdülhüseyn Zərrinkub 19 mart 1923-cü ildə İranın Bürucird şəhərində anadan olmuşdu.İbtidai təhsilini doğma şəhərində almışdı.Orta təhsil ardınca Tehrana yollanmış, 1940-cı ildə tamamlamışdı.Sonra Tehran universitetinin hüquq fakültəsinə qəbul olmuşdu. Sovet-Böyük Britaniya qoşunlarının İranı tutması nəticəsində o, təhsilini yarımçıq qoyub Lurestana getmişdi. Fakültənin dekanı Mirzə Əliəkbər Dehxuda onun universitetdən ayrılmasına çox təəssüflənmişdi. Əbdülhüseyn Zərrinkub 15 sentyabr 1999-cu ildə Tehranda vəfat edib. == Yaradıcılığı == İranda Nizamiyə diqqət çox böyükdür. Onu demək kifayətdir ki, 600 nəfər müəllif Nizamidən yazmış, onun əsərlərini təhlil etməyə çalışmışlar. Bu alimlər içərisində V.Dostgerdi, S.Nəfisi, Ə.Şəhabi, M,Sərvət, Ə.Zərrinkub, B.Zəncani, S.Həmidi və başqalarını göstərmək olar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 10.28
2009 ••• 1.12
2011 0.34
2012 0.09
2013 0.29
2016 0.35
2017 0.16
2018 0.15

zərrin sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] 1. klas. Qızıldan düzəldilmiş, qızıldan qayrılmış. Dev Reyhanı bir zərrin taxt üzərində qoyub, üzərinə gülab səpib burnuna müşkü ənbər iyi verdikdə Reyhan huşa gəlib, özünü devlərin yanında gördü. (Nağıl). Dövrü bir bəzmdir behiştibərin; Tac zərrin, sürahi həm zərrin. Füzuli. // Zərli. Bəzək bilməz bu diyarın göyçəyi; Tanımaz al çarqat, zərrin ləçəyi. M.P.Vaqif. İlhamımın yelkəni zərrin saçın olaydı. M.Müşfiq. Hər fikir mülkündə zərrin tac yatır; Hər meyvə tumunda bir ağac yatır. O.Sarıvəlli. 2. şair. Qızıl kimi, qızıl rəngində, qızıl kimi parlaq. Zərrin qədəh. Zərrin şəfəqlər. Zərrin şüalar. – …Qərbdəki ulduzlar zərrin dumanlar içində itmiş, şərqdəkilər sanki qorxub bir-birinə qısılmışdı. Ə.Məmmədxanlı. Miz üstündə yanır bir şam titrədikcə şölələri; Səpib zərrin tellərini o bəzəyir nurla yeri. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / zərrin

zərrin sözünün sinonimləri (yaxın mənalı sözlər)

zərrin sözünün rus dilinə tərcüməsi

  • 1 прил. устар. 1. золотой, из золота. Zərrin tac золотая корона 2. золотистый, золотого цвета. Zərrin dumanlar золотистые туманы, zərrin şəfəqlər золотистые лучи, zərrin tel (saç) золотистая прядь, золотистые волосы

    Azərbaycanca-rusca lüğət / zərrin

zərrin sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. (qızıldan düzəldilmiş) gold, golden, (i.s.) of gold; ~ tac gold / golden crown, a crown of gold; 2. (qızıl kimi parlaq) golden, shining; günəşin ~ şüaları the golden / shining rays of the sun

    Azərbaycanca-ingiliscə lüğət / zərrin

zərrin sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. 1) d’or, en or ; ~ tac couronne f d’or ; 2) doré, -é adj ; günəşin ~ şüaları les rayons dorés du soleil ; ~ saç (tel) cheveux m pl d’un blond doré

    Azərbaycanca-fransızca lüğət / zərrin

zərrin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил. 1. клас. къизилдикай расай, къизилдин (мес. тахт); // зар алай; 2. шаир. къизил хьтин, къизилдин ранг алай, къизилди хьиз цӀарцӀар гудай (мес. ракъинин рекӀвер, цифер).

    Azərbaycanca-ləzgicə lüğəti / zərrin

zərrin sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ZƏRRİN(Ə) f. qızıldan qayrılmış, qızıldan olan; zərli.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

zərə tutulmuş, qızılı olan.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"zərrin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zərrin nədir? #zərrin sözünün mənası #zərrin nə deməkdir? #zərrin sözünün izahı #zərrin sözünün yazılışı #zərrin necə yazılır? #zərrin sözünün düzgün yazılışı #zərrin leksik mənası #zərrin sözünün sinonimi #zərrin sözünün yaxın mənalı sözlər #zərrin sözünün əks mənası #zərrin sözünün etimologiyası #zərrin sözünün orfoqrafiyası #zərrin rusca #zərrin inglisça #zərrin fransızca #zərrin sözünün istifadəsi #sözlük