tər sözü azərbaycan dilində

tər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tər • 97.0519%
  • Tər • 2.8651%
  • TƏR • 0.0830%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

tər sözünün leksik mənası və izahı

  • 1 is. 1. Xüsusi dərialtı vəzilərin ifraz etdiyi şəffaf maye. Maşında oturanların alnından tər süzülürdü. M.İbrahimov. Arvad kişinin alnının dərin qırışlarına dolmuş soyuq təri sildi. B.Bayramov. □ Tər aparmaq (basmaq) – çox işləməkdən və ya istidən çox tərləmək. Bir anda Nisa xalanı tər apardı. Mir Cəlal. Tər vəzisi anat. – tər ifraz edən dərialtı vəzi. 2. Daha yüksək temperaturu olan hava mühiti ilə təmas etdikdə əşyaların üzərində əmələ gələn yaşlıq. ◊ Tər tökmək məc. – 1) bir şeyi əldə etmək üçün çox çalışmaq, çapalamaq, çox əlləşmək, çox zəhmət çəkmək; 2) məc. xəcalət çəkmək, utanmaq. Ona fikir verin, danışdıqca biz; Tər tökür, sıxılır, utanır hər an. B.Vahabzadə. Alın təri – bax alın. Alın təri ilə qazanmaq – bax alın. Alın təri tökmək – bax alın.

    Azərbaycan dilinin izahlı lüğəti / tər
  • 2 sif. və zərf Hələ solmamış, təzə, təravətli (gül, göyərti və s. haqqında). Tər göy soğan. Tər bənövşə. Tər xiyar. – Aylı gecə, çay kənarı, suların səsi; Ürəyimin məhəbbəti tər çiçəyimdir. N.Xəzri. // məc. Cavan, təravətli. Hər bir şeyə həyat verən, hər bir şeyi tər və təzə qılan məhəbbətdir! F.Köçərli. [Nisə xalanın] yaşı əllidən keçdiyi halda, necə olub da onun belə diri və tər qaldığına ilk görüşdə təəccüb edirdim. Qantəmir.

    Azərbaycan dilinin izahlı lüğəti / tər

tər sözünün etimologiyası

  • 1 Alınma sözdür və çoxlu mənası var: təzə, yaş (nəm), çiy, təmiz, ayaqqabı, jilet, dəri, fırlanmaq, yan keçmək və s. Təravət sözü də tər kəlməsinin təzə mənası ilə bağlıdır. Xəstə Qasımın beş bəndlik “Tər gülər Sənəm” qoşmasında tər sözü 61 dəfə işlədilmiş və demək olar ki, bütün mənalar əhatə olunmuşdur. Bu sözün “xərc ödəmək”, “xərcə düşmək” (“beş manat tərlədim” deyirik) mənası da var. Qan-tər sinonimlər birləşməsidir. Rus dilində də “пот” kəlməsi (tər) печь sözü ilə qohumdur. Çeşmi-tər “gözyaşı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / tər

tər sözünün sinonimləri (yaxın mənalı sözlər)

tər sözünün antonimləri (əks mənalı sözlər)

tər sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 TƏR I is. [ fars. ] Dərialtı vəzilərin ifraz etdiyi maye. Tər üz-gözündə qanına qarışmışdı (C.Bərgüşad). TƏR II sif. [ fars. ] Təzə. Budur, bahar mövsümü; Tər çiçəklər fəslidir (Ə.Cəmil).

    Azərbaycan dilinin omonimlər lüğəti / tər

tər sözünün rus dilinə tərcüməsi

  • 1 1. пот; 2. свежий, молодой;

    Azərbaycanca-rusca lüğət / tər
  • 2 1 I сущ. пот: 1. бесцветная жидкость, выделяемая подкожными железами. Soyuq tər холодный пот, tərini silmək вытереть (стереть) пот 2. влажный налёт на поверхности предметов, появляющийся при их соприкосновении с воздушной средой более высокой температуры II прил. потовой. Tər vəziləri потовые железы; tər ifrazı физиол. потоотделение ◊ tər tökmək: 1) проливать пот (работать в поте лица, с напряжением, большим усердием, отдавать все силы) 2) обливаться потом; tər dabanlarından süzülmək работать до седьмого пота; alın təri tökmək трудиться в поте лица; alın təri ilə qazanılmış заработанный потом и кровью; tər tökdürmək kimə вогнать в пот кого; tər tökənə qədər до пота, до седьмого (десятого) пота 2 сущ. свежий: 1. о цветах, зелени и т.п., не потерявших своих естественных хороших качеств. Tər çiçəklər свежие цветы, tər bənövşələr свежие фиалки 2. только что собранный, срезанный (о плодах, растениях и т.п.). Tər xiyar свежий огурец 3. перен. полный энергии и сил (о человеке). Tər qalmaq остаться свежим

    Azərbaycanca-rusca lüğət / tər

tər sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. sweat, perspiration; soyuq ~ cold sweat; ~ içində running / dripping / wet with sweat; ~ içində çimmək məc. to bathe in sweat; qan-~ içində in blood and sweat; alın ~i ilə ≅ by one’s (own) sweat and blood; ~ basmaq to sweat, to perspire II. s. 1. sweat, ~ vəzi sweat gland; 2. bax təzə I

    Azərbaycanca-ingiliscə lüğət / tər

tər sözünün fransız dilinə tərcüməsi

  • 1 is. sueur f, respiration f, transpiration f ; soyuq ~ sueur f froide ; alın ~i ilə à la sueur de son front ; ~ basmaq suer vi, transpirer vi

    Azərbaycanca-fransızca lüğət / tər

tər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил., нареч. 1. таза, цӀийи; tər xiyar таза афни; 2. пер. жегьил.

    Azərbaycanca-ləzgicə lüğəti / tər
  • 2 сущ. 1. гьекь; tər aparmaq (basmaq) гьекьеди тӀушунун, гьекь акьалтун, гзаф гьекь хьун, гьекь кӀвахьун; // гьекьедин; tər damlası гьекьедин стӀал; tər vəziləri анат. гьекьедин цӀумаруфар; 2. гьекь (бухардин); ** tər tökmək пер. а) гьекь вегьин (авадарун), гзаф алахъун, гзаф зегьмет чӀугун; б) гьекь фин, хажалат чӀугун, регъуь хьун; alın təri кил. alın; alın təri ilə qazanmq кил. alın; alın təri tökmək кил. alın.

    Azərbaycanca-ləzgicə lüğəti / tər

tər sözünün türk dilinə tərcüməsi

tər sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Sabirabad) 1. pis 2. dolaşıq ◊ Tər gətirmək (Sabirabad) – 1. düz gəlməmək; 2. dolaşığa düşmək. – İşin deyəsən tər gətirib II (Ağdam) bax ter

Azərbaycan dilinin dialektoloji lüğəti.

Azərbaycan dilinin dialektoloji lüğəti.

tə:r eləmək: (Bakı, Salyan, Şəki) 1. küsmək 2. incimək. – Söz didıx, tə:r elədi getdi (Şəki); – Mən tə:r elədim, qonaxlığa getmədim (Salyan); – Gənə nöş tə:r elədün? (Bakı)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"tər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tər nədir? #tər sözünün mənası #tər nə deməkdir? #tər sözünün izahı #tər sözünün yazılışı #tər necə yazılır? #tər sözünün düzgün yazılışı #tər leksik mənası #tər sözünün sinonimi #tər sözünün yaxın mənalı sözlər #tər sözünün əks mənası #tər sözünün etimologiyası #tər sözünün orfoqrafiyası #tər rusca #tər inglisça #tər fransızca #tər sözünün istifadəsi #sözlük