* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Saçın hər bir dənəsi. Məryəm qara saçlarından üç tel ayırdı. “Əsli və Kərəm”. // Ümumiyyətlə, saç. Telini daramaq. – Gülsəhər kəlağayını irəli çəkib, sağ əli ilə telini sığalladı, köksünü ötürdü. Ə.Vəliyev. // Tük. Koroğlu durnanın telindən bir dəstə kəsib, Eyvazın papağına sancdı. “Koroğlu”. Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün ərməğandır teliniz. M.V.Vidadi. // Alına tökülmüş qısa saç, zülf. 2. Sapa bənzəyən, sap kimi olan hər şey. Rüstəm kişi … tütünün ətrindən, saçaqlı tellərinin rəngindən xüsusi ləzzət alardı. M.İbrahimov. // məc. Obrazlı təşbehlərdə işlədilir. Toğrul otağı dolaşır və Hüsaməddinlə danışmaq istədiyi sözləri seçib fikrinin telinə düzürdü. M.S.Ordubadi. Mən sevirəm üzərində boy atdığım torpağı; Ürəyimin bir telidir hər otunun yarpağı. Ə.Cəmil. 3. Tar, kamança və s. simi. Sürtdü kamançaya ayı əllərin; Az qaldı ki, lap qopara tellərin. A.Səhhət. 4. Məftil, naqil, sim. Küləyin qüvvəsindən elektrik telləri vıyıldayır, sanki bir faciəni oxşayırdı. T.Ş.Simurq. Bu gün səhər çəkilib qurtarmış elektrik telləri Yenikəndi bəzəmişdi. M.Hüseyn. 5. məc. Bağ, əlaqə, rabitə. 6. məc. “Ziya”, “şüa” mənasında. Öpsün torpağını səhər yelləri; Üstündə titrəsin günün telləri. M.Müşfiq. Günəş öz tellərini yayan kimi düzlərə; Gecə öz sirlərini danışdı gündüzlərə. B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / tel2 “Teleqram” sözünün qısaltması. [Hacı Salman:] Hacı əmin sənə qurban, bu teli bir oxu. N.Vəzirov. [Göyçək Ümidə:] [Çiçək] getdi ki, nazirliyə vurduğu telin cavabını soruşsun. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / tel3 is. məh. Düyü unu və şəkərdən bişirilən tel şəklində ağ və kövrək şirniyyat növü. [Novruz] bayramında və oruc(luq) bayramında tel, paxlava, peşmək və s. həlviyyat xonçası üstə bir əlbəsəlik ipək parça labüd gedəcəkdir. R.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / tel3 I 1. TEL, SAÇ, TÜK 2. tel bax məftil 3. tel bax ləçək 2 II tel bax teleqram
Azərbaycan dilinin sinonimlər lüğəti / tel1 1. нить; 2. пядь подрезанных волос на лбу; челка; 3. струна; 4. проволока; 5. телеграмма;
Azərbaycanca-rusca lüğət / tel2 1 сущ. 1. волосы (растительность на голове человека). Qara tellər чёрные волосы, telini daramaq причёсывать волосы, telini sığallamaq погладить волосы 2. волос, волосок. Üç tel три волоса 3. чуб (прядь волос, спадающая на лоб или торчащая над лбом – обычно у мужчины). Burma tel кудрявый чуб 4. чёлка (опущенная на лоб и подстриженная прядь волос – обычно у женщины). Qısa tel короткая чёлка, telini kəsmək подрезать чёлку 5. нить: 1) то, что имеет волосовидную форму и значительную длину. Sinir telləri нервные нити, физ. volfram teli вольфрамовая нить, kvars teli кварцевая нить, kömür teli угольная нить (лампочки), közərmə teli нить накала 2) перен. то, что соединяет одно с другим, служит связью между кем-л., чем-л. Torpağa görünməz tellərlə bağlı olmaq быть связанным с землёй невидимыми нитями; onları bir birinə yaradıcılıq telləri bağlayır нити творчества связывают их 6. волокно (тонкая непряденая нить растительного, минерального или искусственного происхождения) 7. струна: 1) упругая нить, натягиваемая в музыкальных инструментах и издающая при колебании звук. Saz telləri струны саза 2) перен. особенность, сторона человеческой натуры, свойство характера. Qəlbin incə telləri нежные струны души 8. проволока, провод (металлическое изделие в виде нити). Telefon telləri телефонные провода, teleqraf telləri телеграфные провода 9. бот. волосок (нитевидный отросток на кожице растений); ворсинка. Əmici tellər корневые волоски 10. перен. узы (тесные связи, отношения, объединяющие кого-л., что-л.). Dostluq tellərini möhkəmlətmək крепить узы дружбы, sıx əməkdaşlıq telləri узы тесного сотрудничества 11. связки. Səs telləri голосовые связки 12. перен. луч. Günəş telləri лучи солнца 2 сущ. разг. телеграмма. Tel vurmaq дать, подать телеграмму, телеграфировать 3 сущ. диал. сладкая вата (кондитерское изделие из рисовой муки и сахара)
Azərbaycanca-rusca lüğət / tel1 i. 1. fringe; bang; forelock; 2. string; 3. wire; 4. telegram; ~ vurmaq to telegraph, to send* a telegram
Azərbaycanca-ingiliscə lüğət / tel1 is. 1) cheveu m, frange f, mèche f ; 2) fil m ; 3) télégramme m ; ~ vurmaq télégraphier
Azərbaycanca-fransızca lüğət / tel2 сущ. 1. чӀар; чӀарар; пелез авахьнавай куьруь чӀарар, мег, зилф; 2. туьк (къушран); 3. гъалуниз ухшар, гъал (чӀар) хьтин гьар са затӀ; 4. сим (чуьнгуьрдин, электрикдин, телефондин ва мс.); 5. пер. алакъа, багъ, авсият; 6. “нур”, “экв”, “рекӀв” манада.
Azərbaycanca-ləzgicə lüğəti / tel3 сущ. нугъ. дуьгуьдин гъуьр ва шекер акадарна чранвай ширинлухдин са жуьре.
Azərbaycanca-ləzgicə lüğəti / telI (Cəlilabad, Hamamlı, Kürdəmir, Ordubad) 1. sap (Ordubad). – Natik tükannan tel aldı 2. sim; sazın, tarın simi (Hamamlı); – Sazın teli qırıldı, aşıx şirin çalıb oxuduğu yerdə 3. məftil (Cəlilabad, Kürdəmir); – İt eyvanda telə bağlanıb (Kürdəmir) 4. tütün düzülmüş 3-4 metr uzunluğunda ip (Hamamlı); – Bö:yün Gülnaz qırx tel düzüf II (Zəngilan) qovun növü. – Teli körpə və:dəsində də ye:llər
Azərbaycan dilinin dialektoloji lüğəti.