Telman sözü azərbaycan dilində

Telman

Yazılış

  • Telman • 98.6317%
  • TELMAN • 1.2759%
  • telman • 0.0925%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Telman
Telman — Kişi adı. Telman Adıgözəlov — Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru Telman Abışev — Vətən müharibəsi şəhidi Telman Abdinov — rəssam Telman Abdullayev — azərbaycanlı şəhid Telman Aslanov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru Telman Bağırov — "20 Yanvar" şəhidi Telman Bəkirov — Alim, texnika elmləri doktoru Telman Ağdamski — azərbaycanlı kimyaçı Telman Ağayev — biologiya elmləri doktoru, professor Telman İsmayılov — Rusiyada yaşayan iş adamı və AST Şirkətlər Qrupunun sahibi Telman Allahverənov — Vətən müharibəsi şəhidi Telman Həsənli — Vətən müharibəsi şəhidi Telman Həsənov — şəhid Telman Orucov — Azərbaycan dövlət və siyasi xadimi Telman Ələkbərov — Vətən müharibəsi şəhidi Telman Kəlbiyev — Vətən müharibəsi şəhidi Telman Nəhmətov — Vətən müharibəsi şəhidi Telman Nüsrətoğlu — tarix elmləri doktoru Telman Tatarayev — coğrafiya elmləri doktoru, professor Telman İbadov — azərbaycanlı dövlət və siyasi xadim Telman İmanov — İqtisad elmləri doktoru, professor Telman Həmidov — Texnika elmləri namizədi, dosent Telman Qurbanov — professor Telman Kazımov — dövlət xadimi Telman Miriyev — Aprel döyüşlərininnin hərbi rəhbərlərindən biri Telman Məlikov — Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun professoru Telman Paşayev — sovet sərbəst güləşçisi Telman Xəlilov — coğrafiya elmləri doktoru, professor Telman Salahov — Azərbaycanlı futbolçu və məşqçi Telman Zeynalov — Azərbaycan heykəltəraşı Telman Cəfərov Telman Cəfərov (filoloq) — filologiya elmləri doktoru, professor Telman Cəfərov (rəssam) — Azərbaycan rəssamı Telman Hüseyn — şair Telman Hüseynov Telman Hüseynov (iqtisadçı) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Telman Hüseynov (hərbçi) — Vətən Müharibəsi Qəhrəmanı Telman Hacıyev Telman Hacıyev (bəstəkar) — Azərbaycan bəstəkarı. Telman Hacıyev (professor) — professor. Telman Hacıyev (fleytaçı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi Telman Hacıyev (mühəndis) — elmlər doktoru, professor Telman Hacıyev (polkovnik) — Ədliyyə polkovniki Telman Quliyev — Qax rayonu icra hakimiyyətinin başçısı (2009–2010). Telman Səfərov — şair-publisist.
Ernest Telman
Ernest Telman (alm. Ernst Thälmann‎; 16 aprel 1886[…], Hamburq – 18 avqust 1944[…], Buhenvald həbs düşərgəsi, Türingiya[d]) — Almaniya komunistlərinin lideri. Errnst Telman 1886-cı il aprel ayının on altısında Hamburqda İohann Telmanın ailəsində anadan olmuşdur. Ernst gənc yaşlarından işləməyə başlamışdır. O əvvəlcə günəmuzd fəhlə, sonra mebel daşıyan, yük daşıyan arabaçı, liman fəhləsi, dənizçi işləmişdir. Proletar şüuru getdikcə artan Ernst 1902-ci ildə Almaniya Sosial-demokrat Partiyasının (ASDP) sıralarına, iki ildən sonra isə Hamburq nəqliyyat işçiləri həmkarlar ittifaqına daxil oldu. Hamburqun fəhlə kütlələrinin kapitalist zülmkarlara qarşı apardıqları amansız mübarizə ona daim inqilabiləşdirici təsir göstərirdi. Axı Avqust Bebelin reyxstaqda Hamburqun nümayəndəsi olması nahaq deyildi. Telman nəqliyyatçı fəhlələri müdafiə etmək üçün tez-tez həmkarlar ittifaqlarının yığıncaqlarında çıxış edir, həmkarlar ittifaqlarındakı bürokratlara kəskin hücum edirdi. Bürokratlar hələ o zaman Telmana barışmaz üsyançı və inqilabçı kimi baxırdılar.
Telman (Astara)
Çayoba (əvvəlki adı:Telman (?-2015)) — Azərbaycan Respublikasının Astara rayonunun Pensər kənd inzibati ərazi dairəsində kənd. 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Pensər kənd inzibati ərazi dairəsi tərkibindəki Telman kəndi Çayoba kəndi adlandırılmışdır. Kəndin ən ilk adı Dızdəvişə (talışca "dızd"-oğru, "vişə"-meşə) olmuş, Sovet hakimiyyəti illərində Telman adlanmışdır.
Telman (dəqiqləşdirmə)
Telman (Astara) — Astara rayonunun Çayoba kəndinin 2015-ci ilə qədər adı. Telman kolxozu — Bərdə rayonunda mövcud olmuş kolxoz. Telman bələdiyyəsi — Azərbaycan Respublikasının Astara rayonunda bələdiyyə. Telman — kişi adı.
Telman Abdinov
Telman Abdinov — Azərbaycan Respublikasının Əməkdar rəssamı (2002). Telman Manaf oğlu Abdinov 1954-cü ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. SSRİ Rəssamlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür (1988). Boya, qrafika janrlarında əsərlərin müəllifidir. Bir çox xarici ölkələrdə sərgiləri təşkil olunub. Yaradıcılığında portret və mənzərə janrı mühüm yer tutur. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı adına layiq görülüb.
Telman Abdullayev
Telman Abışev
Telman Nadir oğlu Abışev (3 oktyabr 1995; Sumqayıt, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Telman Abışev 1995-ci il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Telman Abışev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Telman Abışev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Abışev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Abışev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Abışev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Telman Adıgözəlov
Telman Abbasqulu oğlu Adıgözəlov (17 iyul 1953, Balakən – 15 aprel 2010, Bakı) — Azərbaycan televiziya, teatr və kino aktyoru, aparıcı, Azərbaycan Respublikasının xalq artisti (2006). Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olmuşdur. Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaratmışdır. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar. İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynamışdır. Telman Adıgözəlov 15 aprel 2010-cu ildə 56 yaşında ürək çatışmazlığında vəfat edib. Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Telman Allahverənov
Telman Fazil oğlu Allahverənov (7 iyul 1995; Mingəçevir, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Telman Allahverənov 1995-ci il iyulun 7-də Mingəçevir şəhərində anadan olub.2003-cü ildə Mingəçevir şəhər 1 Nömrəli tam orta məktəbə gedib və 2014-cü ildə bitirib. Azərbaycan Ordusunun əsgəri olan Telman Allahverənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Telman Allahverənov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Allahverənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Telman Aslanov
Telman Ağakərim oğlu Aslanov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. Aslanov Telman Agakərim oglu 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-1971-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda kimya-texnologiya fakültəsində mühəndis-texnoloq ixtisası üzrə təhsil aldıqdan sonra 1971-ci ildə Neft Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında baş laborant vəzifəsində işə başlamışdır. 1973-1987-ci ilə kimi həmin laboratoriyada k.e.i. vəzifəsində çalışmış T.A.Aslanov 1984-cü ildə Neft-Kimya Prosesləri İnstitutunda elmlər namizədi dissertasiya işini müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1987-ci ildə isə o, baş elmi işçi vəzifəsinə keçirilmişdir. Aslanov T.A. 1997-2014-cü illərdə AMEA PMİ-nin 13 saylı “Polikondensləşmə” laboratoriyasının müdiri vəzifəsində çalışmışdir. 2007-ci ildə kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur. Yüksəkmolekullu Birləşmələr Kimyası sahəsində bir mütəxəssis kimi o, 2010-cu ildə Amerika Bioqrafiya İnstitutunda keçirilən sorğuya görə “İlin adamı” (tibb və sağlamlıq sahəsində) adına layiq görülmüşdür.
Telman Ağayev
Ağayev Telman Məmmədəli oğlu (10 oktyabr 1935, Vağudi, Qarakilsə rayonu – 9 may 2020) — biologiya elmləri doktoru (1983), professor (1989), AMEA-nın müxbir üzvü (2001). Telman Ağayev 10 oktyabr 1935-ci ildə Ermənistan Respublikasının Sisyan rayonunun Vağudi kəndində anadan olub. Ali təhsilini 1959-cu ildə Azərbaycan Kənd Təsərüfatı İnstitutunun Zootexnika fakültəsində alıb. Telman Ağayev 1960-cı ildən Naxçıvan MSSR Nazirlər Sovetində təlimatçı, kənd təsərrüfatı üzrə referant vəzifələrini icra edib. 1963-cü ildə Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlıq şöbəsinin müdiri olan Telman Ağayev 1967-ci ildə Elmlər Akademiyasının Fiziologiya İnstitutunda kiçik elmi işçi, 1973-cü ildə isə böyük elmi işçi kimi fəaliyyət göstərib. Alim 1975–2019-cu illərdə isə laboratoriya rəhbəri vəzifəsini icra edib. Telman Ağayev 1993–1995-ci illərdə Azərbaycan EA-nın A. İ. Qarayev adına Fiziologiya İnstitutunda elmi işlər üzrə direktor müavini olub. 1995–2003-cü illərdə həmin institutun direktoru vəzifəsini icra edib. Alim 2020-ci ildən bu elmi müəssisədə baş elmi işçi kimi fəaliyyət göstərib. Telman Ağayev AMEA-nın "Xəbərləri" (biologiya və tibb elmləri seriyası), "Ekoenergetika" və Gürcüstan EA "Xəbərləri" jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərib (2012).
Telman Ağdamski
Telman Əhməd oğlu Ağdamski (6 avqust 1936, Ağdaş – 19 fevral 2024) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (2012). Telman Ağdamski (Bədəlbəyli) 6 avqust 1936-cı ildə Ağdaşda anadan olmuşdur. Azərbaycanın opera müğənnisi, əməkdar incəsənət xadimi Əhməd Ağdamskinin oğludur. Ağdaş orta məktəbini bitirmiş (1943–1953), ADU-nun Kimya fakültəsində təhsil almışdır (1953–1958). Tələbə olarkən Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda lobarant kimi əmək fəaliyyətinə başlamışdır (1957). Həmin institutun aspiranturasına daxil olub (1958), "Dehidrogenləşmə və polimerləşmə reaksiyalarında xrom-alüminium katalizatorunda nadir torpaq elementlərinin və əlaqələndiricilərin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1965). İnstitutun kiçik elmi işçisi olmuş, sonralar APİ-nin Analitik və fiziki kimya kafedrasında dosent (1967), Kimya fakültəsinin dekanı (1972–1981 illər) vəzifələrində işləmişdir. "İkivalentli nadir — torpaq elementlərinin tsiklopentadienil (arenil) metalkarbonilte-trahidrofuranat komplekslərinin sintezi, quruluşu və katalitik xassələri" mövzusunda dissertasiyasına görə kimya elmləri doktoru alimlik dərəcəsi almışdır (1992). "Fiziki kimya" ixtisası üzrə professordur (1995). Hazırda Analitik və fiziki kimya kafedrasının professorudur.
Telman Bağırov
Telman Bəkirov
Telman Muxtar oğlu Bəkirov — Alim, texnika elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmi-Tədqiqat Qaz İnstitutunun laboratoriya rəhbəri. Telman Bəkirov 1941-ci ildə Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (indiki Neft və Sənaye Universiteti) daxil olmuş və 1965-ci ildə bitirmişdir. 1965–1970-ci illərdə Respublikanın kimya və qaz sənayesi müəssisələrində mühəndis vəzifəsində işləmişdir. 1970-ci ildə Moskvaya gedərək Ümumittifaq Elmi-Tədqiqat Qaz İnstitutunda aspirant, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1972-ci ildə "Yüksək təzyiqdə karbohidrogenli qazların absorbsiya qabiliyyətinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1991-ci ildə "Təbii qazların ilkin emalının absorbsiya prosseslərinin intensivləşdirilməsi" mövzusunda dissertasiya işini mudafiə edərək texnika elmləri doktoru elm dərəcəsi almışdır. Tədqiqat işləri ittifaqın neft və qaz yataqlarında geniş tətbiq olunmuş, Urenqoy və Yamburqda çox səmərəli nəticələr vermişdir. 200-dən çox elmi əsərin, 4 monoqrafiyanın, bir kitabın, 20 kəşfin müəllifidir.
Telman Cəfərov
Telman Cəfərov (filoloq) — filologiya elmləri doktoru, professor. Telman Cəfərov (rəssam) — Azərbaycan rəssamı.
Telman Hacıyev
Telman Hacıyev (bəstəkar) — Azərbaycan bəstəkarı.
Telman Hüseyn
Telman Hüseyn — Azərbaycan Yazıçılar Birliyinin üzvü(1998), şair. Hüseynоv Telman Canbaхış оğlu, 2 fevral 1941-ci ildə Vedi (Qarabağlar) rayоnunun Haхıs kəndində anadan оlub. 1951-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycandan Bərdə rayоnunun Otuzikilər kəndinə depоrtasiya оlunmuşdur. 1958-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqоji İnstitutunun filоlоgiya fakültəsinə qəbul оlmuş və 1972-ci ildə həmin iхtisası bitirmişdir. Telman Hüseynin ilk şeiri 1968-ci ildə "Gənc müəllim" qəzetində çap оlunmuşdur. 1972-1974-cü illərdə təyinatla İmişli rayоnunda müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildən hal-hazıra qədər Bərdə rayоnunun Оtuzikilər kəndində kənd оrta məktəbinin ədəbiyyat müəllimi işləyir. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2006-cı ildən Bərdə "Söz" ədəbi birliyinin sədridir.
Telman Hüseynov
Telman Hüseynov (iqtisadçı) (azərb. Telman Əlihüseyn oğlu Hüseynov‎) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru. Telman Hüseynov (hərbçi) (azərb. Telman Əsgər oğlu Hüseynov‎) – Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı.
Telman Həmidov
Telman Həmidov — Texnika elmləri namizədi, dosent. Telman Muxtar oğlu Həmidov 1940-cı ildə Şəki şəhərində anadan olmuşdur. O,1948–1958-ci illərdə orta məktəbdə oxumuş, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1953-cü ildə institutun inşaat fakültəsini qurtarmışdır. Oxuduğu illərdə nümunəvi tələbə olduğundan, institutu qurtaran kimi "Mühəndis rəsmxəti" kafedrasında assistent vəzifəsinə işə götürülmüşdür. İnstitutda işlədiyi ilk gündən onu qabiliyyətli, bacarıqlı, təvazökar və savadlı bir müəllim kimi tanımışlar. Buna görə də T. Həmidov 1969-cu ilbə baş müəllim vəzifəsinə keçirilmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu təşkil olunduqdan sonra T. Həmidov öz fəaliyyətini burada "Mühəndis qrafikası" kafedrasında davam etdirmişdir. T. M. Həmidov 1975-ci ildə görkəmli alim, texnika elmləri doktoru, professor A. Mustafayevin rəhbərliyi altında hazırladığı elmi dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 1991-ci ildə dosent elmi adını almışdır. T. Həmidov dəfələrlə beynəlxalq elmi-metodik konfranslarda məruzə etmiş, 22 elmi-metodik əsər çap etdirmişdir ki, əsərlərdən 5-i fransız dilində nəşr edilmişdir.
Telman Həsənli
Telman Rafiq oğlu Həsənli (3 mart 1998; Bağbanlar, Biləsuvar rayonu, Azərbaycan — 18 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Telman Həsənli 1998-ci ilin martın 3-də Bağbanlar kəndində anadan olub. 2018-ci ildə ordu sıralarında həqiqi hərbi xidmətini başa vurduqdan sonra ayrilmayib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Həsənli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Həsənli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Həsənli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Həsənli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Telman Həsənov
Telman Kazımov
Telman Məmməd oğlu Kazımov (9 fevral 1937, Lənkəran – 31 oktyabr 2016) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri naziri (1982–1988), Azərbaycan SSR Baş Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi (1976–1982), Azərbaycan SSR əməkdar inşaatçısı. Telman Məmməd oğlu Kazımov 9 fevral 1937-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə buradakı 4 nömrəli orta məktəbi bitirmiş, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində "İstilik-qaz təchizatı və ventilyasiyası" ixtisası üzrə təhsil almışdır. İnstitutda kafedra assistenti olmuşdur. Əmək fəaliyyətinə SSRİ Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin Rostov şəhərindəki "Qavsantexquraşdırma" trestinin Bakı Quraşdırma İdarəsində usta vəzifəsində başlayan Telman Kazımov 1962–1966-cı illərdə Bakı Quraşdırma İdarəsində istehsalat şöbəsinin müdiri olmuş, Abşeron Mexanikləşdirilmiş Səyyar Dəstəsində rəis işləmişdir. 1966–1972-ci illərdə isə Bakı "Santexquraşdırma" idarəsinin rəisi vəzifəsində çalışmışdır. Telman Kazımov 1972–1976-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini, 1976–1982-ci illərdə isə idarənin rəisi olmuşdur. 1982-ci ildə bu idarənin bazasında Azərbaycan SSR Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi yaradılmış və o, nazir vəzifəsinə təyin edilmişdir. 1988-ci ildə nazirlik ləğv edildikdən sonra Telman Kazımov SSRİ Quraşdırma və "Azərquraşdırmaxüsusitikinti" ərazi tikinti-quraşdırma birliyinin rəisi və "Azərquraşdırmaxüsusitikinti" istehsalat tikinti-quraşdırma birliyinin rəisi olmuşdur. 1991-ci ildən "AzQUR" Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur.
Telman Kəlbiyev
Telman Yadigar oğlu Kəlbiyev (24 mart 1988, Bankə, Neftçala rayonu – 2 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Telman Kəlbiyev 1988-ci il martın 24-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun giziri olan Telman Kəlbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Telman Kəlbiyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Kəlbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Kəlbiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. (24. iyun 2021) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.
Telman Laçınlı
Telman Miriyev
Telman Mirbaba oğlu Miriyev (19 iyul 1981, Cəlilabad rayonu – 28 oktyabr 2016, Cəlilabad rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; [[Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)|Xüsusi Təyinatlı Qüvvələr]; Aprel döyüşlərininnin hərbi rəhbərlərindən biri. Telman Miriyev 19 iyul 1981-ci ildə Cəlilabad rayonunda doğulmuşdur. Telman Miriyev Lələtəpə azad olunması əməliyyatlarına rəhbərlik etmişdir.
Elman Telmanoğlu
Elman Telmanoğlu Cəfərov (25 yanvar 1980, Sumqayıt) — Politoloq, Telejurnalist. Elman Telmanoğlu Cəfərov 25 yanvar 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. "Azərbaycan Jurnalistlət Birliyi"nin üzvüdür. 1997–2001-ci illərdə Azərbaycan Texniki Universitetinin, Telekommunikasiya fakültəsində Bakalavr təhsili almışdır, 2021–2023-cü illərdə Ukrayna respublikasında İ. İ. Meçnikov adına Odessa Dövlət Universitetində Politologiya ixtisası üzrə Magistr dərəcəsinə yiyələnmişdir.
Telman Bağırov küçəsi
Telman Bağırov küçəsi — Bakının cənub- şərqində, tarixi İçərişəhərdə küçə. 1990-cı il yanvarın 20-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində Sovet İttifaqı bölmələrinin siyasi müxalifət mitinqlərinə boğulmasında ölən gənc Telman Bağırovun (1960-1990) adı verilmişdir. Sovet dövründə Pestel adlanırdı. Memarlıq abidələri № 5 (1868), № 6 (1880), № 7 (1890), № 8 (1800),№ 9 (1898), № 11 (1858), № 14 (1800), № 15 (1900), № 17 (1910) yerli əhəmiyyətə malikdir. "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Ичеи-шехер.
Telman Cəfərov (filoloq)
Cəfərov Telman Həmzağa oğlu — filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, Rus ədəbiyyatı kafedrasının professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi. Cəfərov (Vəlixanlı) Telman Həmzağa oğlu 1963-cü ilin 22 iyul tarixində Yardımlı rayonunun Vəlixanlı kəndində anadan olmuşdur. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra 1985-1988-ci illərdə doğma kəndində rus dili və ədəbiyyat müəllimi kimi çalışmış və 1988-ci ildə Bakı Slavyan Universitetinin (əvvəlki M.F.Axundov adına APRDƏİ) əyani aspiranturasına daxil olmuşdur. Aspirantura müddətində ordu sıralarında xidmət etmiş və 1992-ci ildə «M.Y.Lermontovun nəsri Azərbaycan ədəbiyyatşünaslığı və tərcümələrində» adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 2004-cü ildə isə «Qədim rus ədəbiyyatında slavyan-türk əlaqələri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru adına layiq görülmüşdür. 1992-ci ildə Bakı Slavyan Universitetinin (BSU) rus ədəbiyyatı və onun tədrisi metodikası kafedrasında laborant vəzifəsinə qəbul edilən Telman Cəfərov (Vəlixanlı) hazırda həmin kafedranın professorudur. 2008-ci ildə professor elmi adını almışdır. Elmi və yaradıcı fəaliyyətlə yanaşı, o, 1996-2014-cü illərdə BSU nəzdində Məktəb-lisey Kompleksinin (əvvəlki adları: "Turan" liseyi; BSU Humanitar liseyi) direktoru kimi çalışmışdır. 2014-cü ilin aprel ayında Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru təyin edilmişdir. Filologiya elmləri doktoru, professor Telman Cəfərov (Vəlixanlı) 1993-cü ildə yaradılmış «Mütərcim» Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin təsisçisidir.
Telman Cəfərov (rəssam)
Telman İsmayıl oğlu Cəfərov (d.8 aprel 1939, Gəncə şəhəri- ö.11 oktyabr 1994, Gəncə şəhəri) — Sovet, Azərbaycan respublikası rəssamı, müəllim, şair, SSSri rəssamlar ittifaqının üzvü. Erkən illəri Cəfərov Telman İsmayıl oğlu 1939-cu ildə aprelin 8-də Gəncədə anadan olmuşdur. Orta təhsilini Gəncə şəhərində başa vurmuş, 1958-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş və 1963-cü ildə “Rəsm və rəsmxət müəllimi” ixtisası üzrə tam kursu bitirmiş və eyni zamanda SSSri rəssamlar ittifaqına üzv olmuşdur. 1964-cü ildə H.Zərdabi adına Kirovabad (indiki Gəncə) Dövlət pedoqoji instituna daxil olmuş və 1969-cu ildə “Pedoqogika və ibtidai təhsil metodikası” ixtisası üzrə tam kursu bitirmişdir. Əmək fəaliyyətinə orta məktəbdə rəsm müəllimi kimi başlamış, uşaq rəssamlıq məktəbində müəllim, direktor vəzifəsində işləmiş. Eyni zamanda Gəncə Dövlət Pedoqoji institunda “Təsviri incəsənət” fənnindən dərs demişdir. 1982-ci ildən ömrünün sonuna qədər Gəncə Dövlət Rəsm Qalareyasının direktoru vəzifəsində işləmişdir. Ailəli olmuş, 2 oğlu, 1 qızı və 7 nəvəsi var. Yaradıcılığı Telman Cəfərovun yaradıcılıq yolu 1960–cı illərin sonu 1970–ci illərin əvvəlindən başlayır. Telman Cəfərov "aralıq" yaş qrupuna aiddir: "sərt uslubun" idealları artıq öz işini bitirmiş, gələcək "yetmişincilərin" yaradıcılıq proqramı isə hələ rüşeym halındadır.
Telman Hacıyev (HİK sədri)
Telman Həbib oğlu Hacıyev — Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Ədliyyə polkovniki. 1951-ci ildə anadan olmuşdur. 1972-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1982-1987-ci illər ərzində təhsilini keçmiş SSRİ Daxili İşlər Nazir-liyinin Volqoqrad şəhərindəki Ali İstintaq Akademiyasında davam etdirmişdir. 1976-cı ildən 2006-cı ilə qədər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 2006-2008-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında hüquq şöbəsinin müdiri işləmişdir. 2008-ci ilin aprelində Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri Fəhlələrinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür. Azərbaycan Respublikasının sosial-ictimai həyatında göstərdikləri xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Telman Hacıyev (bəstəkar)
Telman Hacı oğlu Hacıyev (9 iyun 1930, Gəncə, Gəncə dairəsi – 5 yanvar 1991, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, musiqilərin işlənməsi üzrə mütəxəssis və redaktor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). O, 200-dən çox bədii və sənədli filmə, həmçinin çoxsaylı televiziya və radio verilişlərinə musiqi bəstələyib. Telman Hacı oğlu Hacıyev 9 iyun 1930-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1958–1964-cü illərdə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyası Musiqi bəstəkarlığı ixtisası üzrə təhsil almışdır. Telman Hacıyev 1958-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Komitəsində işləməyə başlamışdır. 1958-ci ildən burada musiqilərin işlənməsi üzrə mütəxəssis, musiqi verilişləri üzrə redaktor köməkçisi, musiqi verilişlərinin redaktoru, Azərbaycan musiqisi üzrə redaksiya heyətinin böyük redaktoru, 1961-ci ildən Azərbaycan musiqisi üzrə redaksiya heyətinin böyük redaktoru, 1963-cü ildən Musiqi verilişləri şöbəsində baş redaktor müavini olmuş, 1971-ci ildə Televiziyada əsas musiqi proqramları üzrə baş redaktor təyin edilmiş, 1973–1975-ci illərdə isə Radioda musiqi redaksiyasının baş redaktoru vəzifəsində çalışmışdır. O, 1975-ci ildə Azərbaycan SSR Bəstəkarlar İttifaqıda məsləhətçi olmuş, elə həmin ildən Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başlamışdır. Burada o, 1975–1983-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bədii rəhbəri olmuşdur. 1983-cü ildən Azərbaycan SSR Dövlət Televiziya və Radio Komitəsində işləyən Telman Hacıyev 1983–1984-cü illərdə burada musiqi kollektivlərinin bədii rəhbəri olmuş, 1985-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında işləməyə qayıdaraq 1989-cu ilədək yenidən Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri işləmiş, 1989–1990-cı illərdə "Tənqid-Təbliğ" Teatrının musiqi direktoru olmuşdur. Telman Hacıyev 5 yanvar 1991-ci il tarixində Bakı şəhərində vəfat etmişdir.
Telman Hacıyev (fleytaçı)
Hacıyev Telman Muxtar oğlu — Azərbaycan SSR əməkdar incəsənət xadimi, fleytaçı, fəlsəfə elmləri doktoru, 4 milli ifaçılaq mukafatı laureatı, Azərbaycan Musiqi Xadimləri ittifaqı üzvü, Bakı musiqi Akademiyası incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professor. Telman Hacıyev 1937 il yanvarın 31-də anadan olmuşdur. 1961-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə fleyta ixtisası üzrə bitirmişdir. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini, 1964-cü il P. İ. Çaykovski adına Moskva dövlət konservatoriyasını fleyta üzrə əyani aspiranturanı bitirmişdir. Musiqi estetikası elminə maraq göstərərək fəlsəfə elmləri doktoru, professor V. K. Skaterşikovun elmi rəhbərliyi ilə 1972-ci ildə «Azərbaycan musiqi mədəniyətində sosializm realizmi metodunun problemi» mövzusunda fəlsəfə elmləri namizədi dissertasiyası müdafiə etmişdir. 1975-1976-cı illərdə SSRİ mədəniyyət nazirliyi xətti ilə Misir Ərəb Respublikasında Qahirə konservatoriyasının professoru vəzifəsində işləmiş və Qahirə, İsgəndəriyyə, Naqhamadi, Xeluan şəhərlərində solo konsertlər vermişdir. 1984-cü ildə «İncəsənətin sosial fəallığı» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. 1991-ci ildə professor elmi adı verilmişdir. 1992-ci ildə Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Həmin ildən Bakı Musiqi Akademiyasında yaradılmış incəsənət nəzəriyyəsi və tarixi kafedrasınının müdiridir.
Telman Hacıyev (mühəndis)
Hacıyev Telman Muxtar oğlu — elmlər doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hidrotexniki qurğular və hidravlika” kafedrasının professoru, hidrotexniki tikinti sahəsində çoxsaylı ixtiraların və kitabların müəllifi idi. Telman Hacıyev 1 dekabr 1934-cü ildə Tərtər rayonunda fəhlə ailəsində anadan olmuş, 1952-ci ildə orta məktəbi, 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Hidrotexniki və hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Ali məktəbi bitirtikdən sonra göndərişlə 1957-1960-cı illərdə “Qafqazenerjitikinti” trestində (o cümlədən Əli – Bayramlı istilik elektrik stansiyanın tikintisində) işləyib. 1959-cu ildə Moskvada İnşaat sistemində rəhbər kadrların hazırlıq kursunu bitirmiş, 1961-1963-cü illərdə dosent, 1975-1977-ci illərdə həmin kafedrada, sonra isə Az.İMİ-də dosent, 1977-1999-cu illərdə kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib. 1988-ci ildə Moskva şəhər A. N. Kostyakov adına ÜİH Moskva şəhərində A. N. Kostyakov adına ÜİET “Hidrotexnika və Meliorasiya” İnstitutunun aspirantı olub. 1964-1965-ci illərdə AzET “Hidrotexnika və Meliorasiya” İnstitutunun Pirşağı qəsəbəsindəki ET təcrübə stansiyasında müxtəlif vəzifələrdə işləyib. 1966-cı ildən 1975-ci ilə kimi Az.Pİ-də “İnşaat maşınları” kafedrasında və M ET institutunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1989-cu ildən texnika elmləri doktoru elmi dərəcəsi və həmin ilin sonunda da professor elmi adını alıb. 1999-cu ildən də bu günə kimi “Hidrotexniki qurğular və hidravlika” kafedrasında professor vəzifəsində çalışıb. İşlədiyi müddətdə 30 il fasiləsiz (1966-1995-ci illərdə) təsərrüfat hesablı müqavilələrə elmi-texniki və problem mövzuları üzrə geniş elmi – texniki işlər aparıb. Bundan əlavə, çöl şəraitində - naturada ET işlərini aparmaq üçün SSRİ – də analoqu olmayan “Avtotenzolaboratoriya” təşkil edib.
Telman Hacıyev (polkovnik)
Telman Həbib oğlu Hacıyev — Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Ədliyyə polkovniki. 1951-ci ildə anadan olmuşdur. 1972-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1982-1987-ci illər ərzində təhsilini keçmiş SSRİ Daxili İşlər Nazir-liyinin Volqoqrad şəhərindəki Ali İstintaq Akademiyasında davam etdirmişdir. 1976-cı ildən 2006-cı ilə qədər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 2006-2008-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında hüquq şöbəsinin müdiri işləmişdir. 2008-ci ilin aprelində Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri Fəhlələrinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür. Azərbaycan Respublikasının sosial-ictimai həyatında göstərdikləri xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 20.29 dəfə / 1 mln.
2002 23.98
2003 26.77
2004 22.23
2005 16.87
2006 18.47
2007 21.57
2008 24.12
2009 24.16
2010 32.22
2011 22.39
2012 20.82
2013 23.63
2014 14.76
2015 11.91
2016 13.71
2017 19.84
2018 18.43
2019 14.74
2020 11.27

telman sözünün leksik mənası və izahı

"telman" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#telman nədir? #telman sözünün mənası #telman nə deməkdir? #telman sözünün izahı #telman sözünün yazılışı #telman necə yazılır? #telman sözünün düzgün yazılışı #telman leksik mənası #telman sözünün sinonimi #telman sözünün yaxın mənalı sözlər #telman sözünün əks mənası #telman sözünün etimologiyası #telman sözünün orfoqrafiyası #telman rusca #telman inglisça #telman fransızca #telman sözünün istifadəsi #sözlük