Təhmas sözü azərbaycan dilində

Təhmas

Yazılış

  • Təhmas • 83.3333%
  • təhmas • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aliyə Təhmasib
Təhmasib Aliyə Mehdi qızı (13 mart 1947, Bakı – 31 iyul 2022) — Azərbaycanın Əməkdar müəllimi. == Həyatı == Aliyə Təhmasib 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1954-cü ildə hazırda Hüseyn Cavidin adını daşıyan 132 nömrəli məktəbin I sinfinə gedib və 1965-ci ildə həmin təhsil ocağını "əla" qiymətlərlə bitirib. 1966–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb. 1967-ci ildə 132 nömrəli məktəbdə əmək fəaliyyətinə qədəm qoyan Aliyə xanım burada kitabxanaçı, pioner baş dəstə rəhbəri işləyib və 1970-ci ildən həmin təhsil ocağında bir müəllim kimi Azərbaycan dili və ədəbiyyat fənnini tədris etməyə başlayıb. Yaxşı işinə, qabaqcıl pedaqoji fəaliyyətinə görə 1985-ci ildə bu tədris müəssisəsinə direktor təyin edilib. Aliyə Təhmasib 1985, 1989-cu illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı kimi respublikanın ictimai həyatında mühüm rol oynayıb, təhsilin inkişafı üçün xüsusi xidmətlər göstərib. 1989 və 1990-cı illərin məlum hadisələri ilə əlaqədar respublika Qadınlar Şurasının sədr müavini kimi Moskvada SSRİ Qadınlar Cəmiyyətinin geniş yığıncağında erməni qəsbkarlarının Azərbaycanda törətdikləri vəhşiliklər barədə məruzə edib, Ali Sovetin sessiyalarında cəsarətlə öz mövqeyini bildirib. 1992-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən təhsil işçilərinin həmkarlar təşkilatının qurultayında Xocalı faciəsini törədən erməni vəhşiliklərini müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin diqqətinə çatdırıb, fotoşəkillər, sənədlər nümayiş etdirib. 1995-ci ildə İzmirdə keçirilən türk xalqlarının Dostluq, Qardaşlıq qurultayının nümayəndəsi olub.
II Təhmasib
II Şah Təhmasib (farsca: طهماسب) və ya Şah II Təhmasib (3 dekabr 1704, İsfahan – 11 fevral 1740, Səbzivar[d], Rəzəvi Xorasan ostanı) — Səfəvilər xanədanlığından olan X şahı (1722-1732). Səfəvilər xanədanlığından olan IX şah Sultan Hüseynin 3-cü oğlu. == Taxta çıxması == 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi əfqanlar Gülnabad döyüşündə Səfəvi dövlətinin hərbi qüvvələrini məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə alırlar. 8 ay davam edən mühasirə zamanı şəhərdə aclıq başlayır. Mühasirənin sonuna yaxın artıq şəhərdə küçə itləri belə qalmamışdı. Şah Hüseyn, bütün saray əyanları ilə Mir Mahmud Hotakinin qərargahına gedərək hakimiyyətdən əl çəkdiyini bildirir və şahlıq tacını Mir Mahmud Hotakinin başına qoyur. Qarşılığında isə ona sülalə üzvlərinin sağ qalacağına, özünə ehtiramla yanaşılacağına dair söz verilir. Lakin İsfahan hələ mühasirədə olarkən, şəhərdən kənarda olan Səfəvi qoşunlarından birinin başçısı Luristan valisi Əlimərdan xan Şah Hüseynə məktub yazaraq taxtdan imtina etməsini, qardaşı Abbas Mirzəni şah elan etməsini, Səfəvi qoşunun baş komandanı təyin etdiyi Ərəbistan valisi Seyid Abdullanın vəzifədən kənar edilməsini xahiş edir. Şah bütün tələbləri rədd edir. Əlimərdan xanın ikinci məktubunda şahdan şahzadələrdən birini ona qoşulması üçün göndərməsini xahiş edir.
II Təhmasib Səfəvi

II Təhmasibin Səfəvi taxtına geri gətirilməsi
II Təhmasibin Səfəvi taxtına geri gətirilməsi — bu hadisə 1729-cu ildə II Təhmasibin sərkərdəsi Nadir xanla əfqan Əşrəf Xotəki arasında baş vermiş bir sıra döyüşün nəticəsində mümkün olmuşdur. II Təhmasibin nominal olaraq taxtda oturmasına baxmayaraq, faktiki hakimiyyət Nadir xanın əlində cəmləşmişdi. Əfqanlar isə Səfəvi imperiyasının ərazilərinin böyük bir hissəsindən əbədi olaraq qovuldular və bir müddət sonra Nadir yürüş edərək onları yenidən tabe etdi. == İsfahanın işğalı və Təhmasibin şah olması == 1722-ci ildə Səfəvi imperiyası dərin böhran içində idi. Ölkənin iqtisadi sisteminin çökməsi ilə paraleldə, imperiyanın hər bir tərəfini üsyanlar bürümüşdü. Həm də bundan istifadə edən əfqanlar, ilk öncə Əfqanıstandakı Səfəvi hakimiyyətini ləğv edib, imperiyanın mərkəzi bölgələrinə doğru yürüşə başladılar. 1722-ci ilin martında paytaxt İsfahan mühasirəyə alındı. İsfahana doğru əfqan irəliləməsinin qarşısını almaq üçün Gülnabad adlanan yerdə iki tərəfin ordusu qarşı-qarşıya gəldi. Səfəvi ordusu sağ cinah, sol cinah və mərkəz olaraq üç hissəyə ayrılmışdı. Cinahlarda sayları 30 min olan süvarilər toplanmışdı.
II Təhmasibin yürüşü (1731)
II Təhmasibin yürüşü (1731) — Səfəvi hökmdarının Qafqazı öz əlində saxlayan Osmanlı imperiyasına qarşı həyata keçirdiyi yürüş nəzərdə tutulur. Yürüş nəticəsində Səfəvi ordusu məğlub edilmiş, bundan əvvəlki yürüş nəticəsində Nadirin əldə etdiyi üstünlüklər və torpaqlar itirilmişdir. Yürüşün nəticəsi Nadirin şərqdən qərbə gəlməsi ilə Səfəvilərin xeyrinə dəyişdirildi, lakin II Təhmasibin öz nüfuzunu bərpa etmək üçün həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən 1731-ci il hərbi əməliyyatları ən əsas sülalənin özü üçün fəlakətlə sonlandı. == Arxa plan == Nadir xan 1730-cu ildə Osmanlı imperiyasına qarşı müharibəyə başladı. O zaman Osmanlılarla düşmən münasibətdə olan Rusiya bu müharibədə Səfəvilərin qalib gəlməsində maraqlı idi. Belə bir əlverişli şəraitdə II Təhmasib Osmanlılardan işğal edilmiş Səfəvi torpaqlarının geri qaytarılmasını tələb etdi. Lakin Osmanlıların rədd cavabı bu iki dövlət arasında müharibəyə səbəb oldu. Azərbaycan ərazisi yenidən müharibə meydanına çevrildi. Nadir xan Osmanlı qoşunu üzərində ilk böyük qələbəsini Marağada qazandı. 1730-cu ilin sentyabrında Ərdəbili, daha sonra Təbrizi Osmanlılardan azad etdi.
II Şah Təhmasib
II Şah Təhmasib (farsca: طهماسب) və ya Şah II Təhmasib (3 dekabr 1704, İsfahan – 11 fevral 1740, Səbzivar[d], Rəzəvi Xorasan ostanı) — Səfəvilər xanədanlığından olan X şahı (1722-1732). Səfəvilər xanədanlığından olan IX şah Sultan Hüseynin 3-cü oğlu. == Taxta çıxması == 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi əfqanlar Gülnabad döyüşündə Səfəvi dövlətinin hərbi qüvvələrini məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə alırlar. 8 ay davam edən mühasirə zamanı şəhərdə aclıq başlayır. Mühasirənin sonuna yaxın artıq şəhərdə küçə itləri belə qalmamışdı. Şah Hüseyn, bütün saray əyanları ilə Mir Mahmud Hotakinin qərargahına gedərək hakimiyyətdən əl çəkdiyini bildirir və şahlıq tacını Mir Mahmud Hotakinin başına qoyur. Qarşılığında isə ona sülalə üzvlərinin sağ qalacağına, özünə ehtiramla yanaşılacağına dair söz verilir. Lakin İsfahan hələ mühasirədə olarkən, şəhərdən kənarda olan Səfəvi qoşunlarından birinin başçısı Luristan valisi Əlimərdan xan Şah Hüseynə məktub yazaraq taxtdan imtina etməsini, qardaşı Abbas Mirzəni şah elan etməsini, Səfəvi qoşunun baş komandanı təyin etdiyi Ərəbistan valisi Seyid Abdullanın vəzifədən kənar edilməsini xahiş edir. Şah bütün tələbləri rədd edir. Əlimərdan xanın ikinci məktubunda şahdan şahzadələrdən birini ona qoşulması üçün göndərməsini xahiş edir.
II Şah Təhmasib Səfəvi

I Təhmasib
Şah Təhmasib (fars. طهماسب‎) və ya Şah I Təhmasib (22 fevral 1514 – 14 may 1576, Qəzvin) — Səfəvi imperiyasının 1524-cü ildən 1576-cı ilə qədər hakimiyyətdə olmuş ikinci türk şahı. O, Şah İsmayılla Taclı Bəyimin ən böyük oğludur. Təhmasib Mirzə 23 may 1524-cü ildə (10 yaşında) atasının ölümündən sonra taxta çıxmışdır. Onun hakimiyyətinin ilk illəri qızılbaş liderləri arasında vətəndaş müharibələri ilə müşahidə olunmuş və bu 1532-ci ilə qədər davam etmişdir. 1532-ci ildə I Təhmasib bütün hakimiyyəti öz əlinə almış və mütləq monarxiyasını təmin etmişdir. Bundan qısa müddət sonra o, Osmanlı imperiyası ilə uzun müddət davam edəcək müharibə ilə qarşılaşmışdır. Bu müharibə 3 mərhələyə bölünməkdədir. Osmanlı hökmdarı Sultan Süleymanın hərbi əməliyyatları ilə başlayan müharibə 1555-ci ildə Amasiya sülh müqaviləsi ilə bitmişdir. Sülh müqaviləsinə əsasən Bağdad, Şərqi Anadolunun böyük bir hissəsi və indiki Gürcüstanın qərbi Osmanlı imperiyasına keçmişdir.
I Təhmasibin Kartli və Kaxetiyə yürüşləri
I Təhmasibin Gürcüstan yürüşləri — Səfəvi imperiyasının ikinci hökmdarı olan I Təhmasibin indiki Gürcüstan ərazisində yerləşən Kartli və Kaxeti çarlıqlarını ərazilərinə həyata keçirmiş yürüşləri. Şah Təhmasibin mütəmadı olaraq maraqlandığı bölgələrdən biri də Gürcüstan idi. Bunun səbəbləri içərisinə indiki Gürcüstanın cənubu və indiki Ermənistan ərazilərini əllərində saxlayan Ustaclı tayfasının gücünü azaltmaq dursa da, digər bir məqam yağma idi. Əsasən xristian olan gürcü torpaqlarına hücumların çox zaman motivi cihad olurdu. Şah Təmasibin ilk yürüşü zamanı Tiflis yağmalanmış, onun kilsələri, gürcü zadəganların sərvətləri, uşaqları və arvadları qənimət olaraq ələ keçirilmişdi. Həmçinin sonda Tiflis, Golbad kimi şəhərlərin hakimləri şiəliyi qəbul etməyə məcbur olmuşlardı. Kartli kralı I Luarsab xilas olmağı bacarmış və Təhmasibin yürüşləri zamanı gizlənmişdir. İkinci yürüşün məqsədi gürcü torpaqlarında stabil qızılbaş hakimiyyətini təmin etmək idi. Yenə yağmalamalarla müşahidə edilən yürüş nəticəsində Kaxetiya kralı Levan tabe edilmiş və o, şaha tabe olacağı barədə and içmişdir. Amasiya sülhündən bir il əvvəl daha bir yürüş həyata keçirilmişdir.
I Təhmasibin yürüşü (1552)
I Təhmasibin yürüşü (1552) — Səfəvi imperiyasının ikinci hökmdarı Şah Təhmasibin Sultan Süleymanın Səfəvi torpaqlarına edilən yürüşlərinə cavab olaraq həyata keçirilmiş yürüşü nəzərdə tutulur. Yürüşün məqsədi yağma həyata keçirmək, əsirlər əldə etmək və Osmanlı imperiyasının arxa cəbhəsini dağıtmaqla sülhə məcbur etmək olmuşdur. == Arxa plan == Osmanlı hökmdarı Sultan Süleyman Təhmasibin bu yürüşünə qədər Səfəvi torpaqlarına 3 yürüş (1534, 1535, 1548) həyata keçirmişdi. Bu yürüşlər zamanı çox saylı Osmanlı ordusuna qarşı açıq meydan savaşına çıxmaqdan yayınmaq üçün Təhmasib fərqli taktika izləmiş və nəticədə hər dəfə Osmanlı yürüşlərinin böyük xərclər çəkilməsinə baxmayaraq, uğursuzluqla nəticələnməsinə nail olmuşdur. Bu yürüşlər nəticəsində Osmanlı imperiyası yalnız Bağdadı əlində saxlaya bilmiş və hər dəfə ələ keçirdiyi yerdə qalan torpaqları tərk etməyə məcbur olmuşdur. Sultan Süleymanın 1548-ci il yürüşündən sonra Şah Təhmasib Osmanlı ərazilərinə yürüş təşkil etdi və bu yürüşdə ona oğlu İsmayıl Mirzə yaxından yardım etdi. == Yürüş == 1552-ci ildə I Təhmasib Osmanlı ərazilərinə yürüşə başladı. Ərzurum hakimi İsgəndər paşanın Xoy ərazisinə yürüşü buna bəhanə oldu. 1552-ci ilin yayında Şah Təhmasibin əmri ilə qoşunların toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər: 1) Ərciş və Bərkiyyə — (Məsum bəy Səfəvi, Allahqulu bəy Aycək oğlu, Əli Sultan Təkəli, Şəmsəddin xan Bidlisi, Xəlifəyi Ənsar, Həmzə bəy Talış, Uluqxan bəy Səədli və b.).
I Şah Təhmasib
Şah Təhmasib (fars. طهماسب‎) və ya Şah I Təhmasib (22 fevral 1514 – 14 may 1576, Qəzvin) — Səfəvi imperiyasının 1524-cü ildən 1576-cı ilə qədər hakimiyyətdə olmuş ikinci türk şahı. O, Şah İsmayılla Taclı Bəyimin ən böyük oğludur. Təhmasib Mirzə 23 may 1524-cü ildə (10 yaşında) atasının ölümündən sonra taxta çıxmışdır. Onun hakimiyyətinin ilk illəri qızılbaş liderləri arasında vətəndaş müharibələri ilə müşahidə olunmuş və bu 1532-ci ilə qədər davam etmişdir. 1532-ci ildə I Təhmasib bütün hakimiyyəti öz əlinə almış və mütləq monarxiyasını təmin etmişdir. Bundan qısa müddət sonra o, Osmanlı imperiyası ilə uzun müddət davam edəcək müharibə ilə qarşılaşmışdır. Bu müharibə 3 mərhələyə bölünməkdədir. Osmanlı hökmdarı Sultan Süleymanın hərbi əməliyyatları ilə başlayan müharibə 1555-ci ildə Amasiya sülh müqaviləsi ilə bitmişdir. Sülh müqaviləsinə əsasən Bağdad, Şərqi Anadolunun böyük bir hissəsi və indiki Gürcüstanın qərbi Osmanlı imperiyasına keçmişdir.
I Şah Təhmasib Səfəvi

I Şah Təhmasibin Xəmsə əlyazması
I Şah Təhmasibin Xəmsə əlyazması — Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən 1539-1543-cü illərdə köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazma həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazma Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmanı tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli irsin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmaya Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. == Tarixi == === Tarixi-mədəni mühit === XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.
Məmmədhüseyn Təhmasib
Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (12 aprel 1907, Naxçıvan – 5 oktyabr 1982, Bakı) — Azərbaycan yazıçısı, ədəbiyyatşünası, folklorşünası, dramaturqu, ssenari müəllifi, tərcüməçisi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1970). Təhmasib Məmmədhüseyn Abbasqulu oğlu 1907-ci ilin 12 aprelində Naxçıvan şəhərində anadan olmuşdur. Bakı pedaqoji texnikumunu bitirmişdir (1923–1927). 3 il Naxçıvan şəhər orta məktəbində müəllimlik edəndən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930–1933). 1933–1936-cı illərdə Kürdəmir, Əli Bayramlı, Göyçay şəhər maarif şöbələrində metodist, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1939–1951), dosent (1951–1959), Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, şöbə müdiri işləmişdir (1944-cü ildən vəfatınadək). Ədəbi yaradıcılığa 1934-cü ildən başlamışdır. "Qaçaq Nəbi" adlı ssenarisini 1938-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirmişdir. "Bir qalanın sirri" (1960), "Onu bağışlamaq olarmı?" (1960) ssenariləri əsasında eyni adlı filmlər çəkilmişdir. "Bahar" (1938), "Aslan yatağı" (1941), "Çiçəklənən arzular" (1951), "Hind nağılı" (1956), "Rübailər aləmində" (1968) və b. pyes-nağılları respublikanın teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
Rza Təhmasib
Rza Abbasqulu oğlu Təhmasib (8 (20) aprel 1894, Naxçıvan, İrəvan quberniyası, Rusiya imperiyası – 14 fevral 1980, Bakı) — Azərbaycanın kino və teatr rejissoru, aktyor və pedaqoqu, Azərbaycan SSR xalq artisti (1964). Rza Təhmasib Naxçıvanda dünyaya gəlmişdir. Elə uşaqlıqdan sənətə-teatra meyli olub. 16 yaşında ikən Tbilisidə "Müsəlman Artistləri İttifaqı"nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq etmişdir. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olmuşdur. 1922–1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937–1938-ci və 1953–1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərmişdir. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Və bu gün ötən əsr teatr tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür. Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçmişdir.
Saman Təhmasibi
Saman Təhmasibi (26 iyul 1985, Sənəndəc) — 1995-2010-cu illərdə İranı, 2010-2016-cı illərdə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2007-ci il Asiya Çempionatının qalibi. Saman Təhmasibi 2006-cı ilin iyununda Monqolustanda tələbələr arasında Dünya Çempionatının qalibi oldu. Həmin ilin sentyabrda Çinin Quançjou şəhərində Dünya Çempionatının bürünc medalına sahib olan Saman Təhmasibi Qətərin Doha şəhərində baş tutan Asiya Oyunlarını isə 8-ci pillədə başa vurdu. 2007-ci ildə Saman Təhmasibi Qırğızıstanda Asiya Çempionatının qalibi, Azərbaycanda isə Dünya Çempionatının bürünc medalına sahib oldu. 2008-ci ildə İranı XXIX Yay Olimpiya Oyunlarında təmsil edən Saman Təhmasibi olimpiadanı 11-ci pillədə başa vurdu. Saman Təhmasibi 2010-cu ildə Azərbaycan Güləş Federasiyası tərəfindən yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Saman Təhmasibi Azərbaycan bayrağı altında həmin ilin sentyabrında Rusiyada Dünya Çempionatında mübarizə aparsada uğursuz çıxış elədi və turniri 18-ci pillədə başa vurdu. Saman Təhmasibi 2011-ci ildə İstanbulda Vəhbi Əmri beynəlxalq turnirinin qalibi oldu, Qızıl Qran-Pri beynəlxalq turnirinin isə gümüş medala sahib oldu. Həmin il Saman Təhmasibi Dünya və Avropa Çempionatlarında medala sahib ola bilməsə də Dünya Çempionatını beşinci pillədə başa vurmaqla olimpiya lisenziyası əldə elədi. 2012-ci ilin mayında Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını 8-ci pillədə başa vuran Saman Təhmasibi avqustda Azərbaycanı olimpiada da təmsil elədi.
Təhmasib
Təhmasib (rus. Тахмасиб) — Azərbaycan kişi adı, soyadı və təxəllüsü. I Təhmasib — Səfəvilər dövlət nin 2-ci şahı və Şah İsmayılın oğlu. II Şah Təhmasib — Səfəvilər dövlətinin 10-cu şahı. Təhmasib Əjdərov — Azərbaycan və Ukrayna alimi. Bu soyadı olan tanınmış şəxslər Rza Təhmasib — Azərbaycan kinorejissoru, aktyor və pedaqoq. Məmmədhüseyn Təhmasib — ədəbiyyatşünas, folklorşünas, dramaturq, ssenarist, tərcüməçi. Bu təxəllüsü olan tanınmış şəxslər Xəlil Təhmasibi — İslam fədailəri təşkilatının üzvü.
Təhmasib Fərzəliyev
Təhmasib Əhməd oğlu Fərzəliyev (1928, Naxçıvan) — Folklorşünas, filologiya elmləri namizədi. Təhmasib Fərzəliyev 1928-ci ildə Naxçıvanda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, 1966-cı ildə «Azərbaycan xalq lətifələri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Folklorun nəzəri məsələlərinə dair elmi məqalələrin və monoqrafiyaların müəllifidir.
Təhmasib Mustafayev
Təhmasib Qarayev
Təhmasib kəndi (Çaldıran)
Təhmasib kəndi (fars. طهماسب كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (15 ailə).
Təhmasib xan Cəlayir
Təhmasib xan Cəlayir — Səfəvi imperiyasının son dövrlərinin və Nadir şah Əfşarın ən məşhur və ən böyük sərkərdələrindən biri. O, Nadirin Xorasandan başlatdığı fəaliyyətinin ən erkən dövrlərindən etibarən onunla birlikdə olmuş və Nadirin yürüşləri dönəmində ən seçilən sərkərdəsinə çevrilmişdir. Təhmasib xan Cəlair Nadirin fəaliyyəti dövründə baş vermiş döyüşlərin bir çoxunda və Nadir şahın vəliəhd şahzadəsi Rzaqulu Mirzə Əfşarın özbəklərə qarşı həyata keçirdiyi yürüşdə önəmli rol oynamışdır. O, Nadir şahın böyük qələbə qazandığı Karnal döyüşündə Əfşar ordusunun sağ cinahına komandanlıq etmişdir. Nadir şahın hakimiyyətinin son dövrlərində onda paranoya və s. kimi psixoloji problemlər yaranmışdı. Nadir şahın onu xain elan etməsindən sonra Nadir şahın qardaşı oğlu və ondan sonra taxta keçəcək şəxs olan Əliqulu xan Əfşar Təhmasib xanı yeganə çıxış yolunun Nadir şaha qarşı üsyan qaldırmaq olduğuna inandırmağı bacarmışdı. Üsyan başladıldıqdan sonra əməlindən peşman olan Təhmasib xan Nadir şahla barışmaq istədi və buna görə də, Əliqulu xan tərəfindən zəhərlənərək qətlə yetirildi. Xain olmadığı halda üsyana məcbur edilən və üsyan qaldırıldıqdan sonra şahla barışmaq istədiyinə görə qətlə yetirilən Təhmasib xanın ölümü çox ironik idi. Təhmasib xan Cəlairin öldürülməsindən sonra Nadir şah Əfşar taxt-tacı böyük təhlükə altına düşdü.
Təhmasib Şah (tarixi roman)
Təhmasib Şah (tarixi roman) - Yunus Oğuz (Yunus İsaxan oğlu Əliyev) tərəfindən tarixi roman janrında yazılmış roman. Təhmasib Şah (tarixi roman) 2009-ci ildə Bakıda azərbaycan dilində "Apsotrof" nəşriyyatında çap olunub. Səfəvi dövlətinin yaradıcısı olan Şah İsmayıl Xətainin oğlu I Şah Təhmasibin həyatı və hakimiyyət dövrünü əhatə edən bu romanda o dövrün bir çox tarixi hadisələri öz əksini tapmışdır. "Təhmasib şah" adlanan tarixi roman Səfəvilər imperiyasının ikinci hökmdarı, Şah İsmayıl Xətainin oğlu, 52 il hökmdarlıq etmiş və Azərbaycanı bütövləşdirmiş I Təhmasibin həyat və fəaliyyətindən bəhs edir. Əsərdə Səfəvi hökmdarları arasında ən uzun müddət şahlıq etmiş Təhmasibin xarakteri, dini dünyagörüşü, dövlət xadimi kimi xüsusiyyətləri açılır, eyni zamanda dövrün ziddiyyətli, mürəkkəb hadisələri qələmə alınır. Təhmasib şah öz dövründə qüdrətli, əzəmətli bir şah idi və onun timsalında məlum olur ki, dövlətçilik ənənəsinin yaranmasında və möhkəmlənməsində, məmləkətin ədalətlə idarə olunmasında, ən çətin məqamlarda şahlığın, hakimiyyətin və ordunun xalqla birliyində hakim-liderin-şahın əvəzsiz rolu var. Təhmasib şah da atası-Şah İsmayıl kimi hakimiyyətə uşaqkən (on-on bir yaşlarında) gəlmişdi, lakin o, get-gedə müstəqil ağlı, möhkəm iradəsi sayəsində ağıllı və qüdrətli bir hökmdara çevrilir. Səfəvilər dövlətinin, o zamankı Azərbaycan məmləkətinin düşməni olan Osmanlı imperiyası və Sultan Süleyman dörd dəfə yürüş etmişdi ki, Təhmasib şahı və onun hakimiyyətini sarsıtsın. Ancaq hər dəfə onun yürüşü uğursuzluqla nəticələnir. Nizami Cəfərov haqlı olaraq yazır ki, "Yunus Oğuz Təhmasibin hərbi taktikasına haqq qazındır, o, bütövlükdə ordunu yox, xalqı Sultan Süleymanın qarşısına çıxarır.
Təhmasib Əjdərov
Əjdərov Təhmasib Hüseyn oğlu (17 aprel 1964, Bakı) — Azərbaycan və Ukrayna alimi; iqtisad elmləri doktoru (2002); işlədiyi dövrdə 1-ci dərəcəli Baş Dövlət Vergi Xidməti Müşaviri – Vergi Xidməti Generalı; sambo və qaçış üzrə idman ustası. Təhmasib Əjdərov 17 aprel 1964-cü ildə Bakıda anadan olmuşdur. Hərbi partiya məktəbini, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, Bakı Dövlət Universitetinin hüquq fakültəsini əla qiymətlərlə bitirərək, iqtisadçı və hüquqşünas ixtisaslarına yiyələnmişdir. Sonralar Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Xidməti Akademiyasında təhsil almışdır. Azərbaycanda vergi xidməti Maliyyə Nazirliyinin tərkibindən ayrıldıqdan sonra Baş Dövlət Vergi inspeksiyasında hüquq şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Bir müddət sonra isə Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə Baş Dövlət Vergi müfəttişliyinin rəis müavini təyin edilmiş, uzun illər həmin vəzifədə çalışmış, I dərəcəli Baş Dövlət Vergi Xidməti Müşaviri (vergi xidməti generalı) rütbəsinə qədər yüksəlmişdir. Fransa, Almaniya, Avstriya və Türkiyədə vergi üzrə beynəlxalq ixtisasartırma kurslarını müvəffəqiyyətlə bitirərək, həmin ölkələrin sertifikatlarını almışdır. 1996-cı ildə İqtisadiyyat İnstitutunun aspiranturasını əla qiymətlərlə bitirərək namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 1997-ci il tarixli qərarı ilə Təhmasib Hüseyn oğlu Əjdərova "İqtisad elmləri namizədi" alimlik elmi dərəcəsi verilmişdir. Azərbaycanda vergi mexanizminin formalaşması və təkmilləşdirilməsi problemləri üzrə ilk tədqiqatçı alimdir.
Təhmasibabad
Təhmasibabad (Sultaniyə) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. Təhmasibabad (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.

təhmas sözünün leksik mənası və izahı

"təhmas" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təhmas nədir? #təhmas sözünün mənası #təhmas nə deməkdir? #təhmas sözünün izahı #təhmas sözünün yazılışı #təhmas necə yazılır? #təhmas sözünün düzgün yazılışı #təhmas leksik mənası #təhmas sözünün sinonimi #təhmas sözünün yaxın mənalı sözlər #təhmas sözünün əks mənası #təhmas sözünün etimologiyası #təhmas sözünün orfoqrafiyası #təhmas rusca #təhmas inglisça #təhmas fransızca #təhmas sözünün istifadəsi #sözlük