Tehran sözü azərbaycan dilində

Tehran

Yazılış

  • Tehran • 99.9131%
  • tehran • 0.0579%
  • TEHRAN • 0.0290%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tehran
Tehran (fars. تهران‎) – İranın paytaxtı. Sahəsi 1.500 km², əhalisinin sayı 2006-cı ildə aparılmış rəsmi siyahıya almanın nəticələrinə əsasən 7.088.287 nəfərdir. Tehranı ilkin olaraq, Qacar sülaləsinin ilk nümayəndəsi Ağa Məhəmməd şah Qacar İran üçün paytaxt seçmişdir. Onun sonuncu paytaxt tarixi 1796-cı ildən başlayır. Buna kimi ölkənin paytaxtı İsfahan, sonra Qəzvin, Şiraz və Həmədan olmuşdur.
Tehran Cəfərov
Tehran Kommünikesi
Tehran Kommünikesi (fars. بیانیه تهران‎; erm. Թեհրանի կոմյունիկե) — Tehranda dövlət başçılarının Birgə Bəyanatı olaraq da bilinən, İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə və Azərbaycan Prezidenti vəzifəsini icra edən Yaqub Məmmədov və Ermənistan Prezidenti Levon Ter-Petrosyan tərəfindən 7 may 1992-ci ildə imzalanan ortaq bildiridir. Ermənistan və Azərbaycan arasında Azərbaycan SSR-in keçmiş muxtar vilayəti olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı dörd ildir davam edən düşmənçiliyə son qoymaq niyyəti ilə imzalanmışdır. == Arxa plan == 1988-ci ilin əvvəllərində Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində çıxan qarşıdurma böyümüş və bir çox mülki şəxsin, daxili qoşunların və ordudakı bir çox şəxsin həlak olması ilə nəticələnmişdir. İran tərəfinin təşəbbüsü ilə, Dağlıq Qarabağdakı və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin normallaşdırılmasına dair diplomatik səylər çərçivəsində Azərbaycan və Ermənistan liderləri 7 may 1992-ci il tarixində danışıqlar üçün Tehrana dəvət edildi. Dəvət İranın başlatdığı sülh səylərinin üçüncü mərhələsi kimi qəbul edildi. İlk vasitəçilik mərhələsi fevral ayında İran elçisi Əli Əkbər Vilayətinin həm Bakıya, həm İrəvana, həm də Qarabağa getməsi ilə başladı, lakin Xocalı soyqırımı və Xocalının Ermənistan qoşunları tərəfindən ələ keçirilməsinə görə dərhal dayandırıldı. Mart ayında İran səfiri Mahmud Vaezinin hər iki ölkəni gəzərək bir neçə görüş keçirməsi və bu ilin mayında Azərbaycan və Ermənistan liderlərinin Tehrana rəsmi dəvət edilməsinə səbəb olan ikinci səy göstərildi. == İmzalanma == Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlar zamanı hər iki ölkənin yüksək səviyyəli nümayəndələri, o cümlədən hərbi heyət arasında görüşlərin təşkil ediləcəyi və tərəflər arasındakı bütün mübahisələrin ATƏT-in prinsipi və beynəlxalq qanunlar əsasında sülh yolu ilə həll ediləcəyi razılaşdırıldı.
Tehran Mustafayev
Tehran Əlişanoğlu (Tehran Əlişan oğlu Mustafayev; 16 yanvar 1960, Bakı) — AMEA-nın müxbir üzvü (2017), ədəbiyyatşünas, filologiya elmləri doktoru, ədəbiyyat tarixçisi, tənqidçi və publisist. == Həyatı == Tehran Əlişanoğlu 1960-cı il yanvar 16-da Bakı şəhərində dünyaya gəlmişdir. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1983–1989-cu illərdə orta məktəb müəllimi, 1989–2006-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1994–1996-cı illərdə Futurologiya İnstitutunun, 2001-dən bugünəcən Bakı Slavyan Universitetinin filoloji fakültəsində ali məktəb müəllimi kimi çalışır. Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşıdır. 1993–1995-ci illərdə AMEA-nın "Elm" qəzetində, 1996–2004-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyat qəzeti"ndə baş redaktor müavini vəzifəsində çalışmışdır. Heç bir partiyaya üzv olmamışdır.1998-ci ildə Azərbaycan Yazıçılar birliyinə daxil olmuşdur. == Elmi fəaliyyəti == 1985–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. "Azərbaycan sovet ədəbi tənqidinin üslubları (1960–1980-ci illər)" mövzusunda namizədlik (1990), "XX əsr Azərbaycan nəsrinin poetikası" mövzusunda doktorluq (2005) dissertasiyaları müdafiə etmişdir. Filologiya elmləri doktoru, professordur.
Tehran Mənsimov
Tehran Cavid oğlu Mənsimov (24 avqust 1972, Düztahir, Qusar rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş zabiti və Vətən müharibəsi iştirakçısı. == Həyatı == Tehran Cavid oğlu Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. Orta təhsilini Qusar rayonunda almış, 1989-cu ildə məktəbi bitirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılıb, Orta Asiya respublikalarını əhatə edən Türküstan hərbi dairəsinin hava desant qüvvələrinin Özbəkistanda yerləşən hərbi hissəsində qulluq edib. 40-a yaxın millətin nümayəndəsinin xidmət etdiyi hərbi hissədə yeganə azərbaycanlı olub. Bu qoşun növündə əlbəyaxa döyüş fəndlərini bilmək vacib imiş. Əlbəyaxa döyüş üzrə Düşənbədə təşkil olunan hərbi dairə birinciliyində altı ayın əsgəri olsa da, bütün rəqiblərinə qalib gələrək finala çıxıb, finalda isə erməni rəqibini məğlub edib. Bu uğuruna görə hərbi hissənin rəhbərliyi tərəfindən mükafatlandırılıb və Səmərqənddə yerləşən serjant məktəbinə oxumağa göndərilib. Burada da fiziki hazırlığına və bilik səviyyəsinə görə fərqlənir. Məktəbdə təhsil alan 347 nəfərdən buranı bitərərkən yalnız ona və başqa bir əsgərə serjant rütbəsi verilir, qalanları isə kiçik serjant olur.
Tehran Universiteti
Tehran Universiteti — (farsca: دانشگاه تهران, Dāneshgāh-e Tehran) İranın paytaxtı Tehran şəhərində yerləşən ali təhsil müəssisələrindən biri. == Tarixi == Tehran Universitetinin əsası isə 1933-cü ildə qoyulub. Bu, İranın ilk dövlət universiteti və ölkədə ən böyük universitetdir. 1999-cu ilin yayında Tehran Universitetinin tələbələri digər universitetlərə qarşı iğtişaş törətmiş və 6 gündən sonra bu qarışıqlıq yatırılmışdır. Tehran Universiteti dövlət universiteti olaraq, İranın ən böyük ali təhsil mərkəzidir. Bu universitet İranda ali təhsilin simvolu olaraq adlandırılır. Tehran Universitetində 25 fakültə, 9 kampus və 16 tədqiqat mərkəzi, 6 elmi-tədqiqat institutu və 3 YUNESKO kafedrası, 19 elmi qütbü var. Tehran Universiteti 22.000 kvadratmetrdən çox sahəsi olan və doqquz mərtəbədən ibarət olan İranın ən böyük universitet kitabxanasına malikdir. Hazırda universitetdə 139 ixtisaslaşdırılmış jurnal var, Elm, Tədqiqat və Texnologiya Nazirliyində onlardan 97 jurnalın elmi-tədqiqat dərəcəsi və reytinqi var. 2021-ci ildə Times of Asia reytinqində Tehran Universiteti 104-cü yerdə qərarlaşıb.
Tehran Vəliyev
Vəliyev Tehran İmran oğlu — tərcüməçi, jurnalist, redaktor, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997). == Həyatı == Tehran Vəliyev 1954-cü il fevralın 18-də Azərbaycan Respublikası, Cəbrayıl rayonu Mahmudlu kəndində anadan olub. Həmin rayondakı Şükürbəyli kənd orta məktəbini bitirdikdən sonra, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib. 1978-1980-ci illərdə "Texniki Tərəqqi Uğrunda" jurnalında ədəbi işçi, 1980-1984-cü illərdə "Azərbaycan Təbiəti" jurnalında tərcüməçi, 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatı, Poliqrafiya və Kitab Ticarəti Komitəsində böyük redaktor, 1988-1989-cu illərdə "Gənclik" nəşriyyatında böyük redaktor, 1989-1992-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində Qərb ədəbiyyatı şöbəsinin müdiri, 1992-1993-cü illərdə "Azərbaycan" qəzetində İnformasiya şöbəsinin müdiri, baş redaktorun birinci müavini, 1993-2011-ci illərdə "Maarif" nəşriyyatının baş redaktoru, 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Nəşriyyat şöbəsinin müdir müavini, 2006-2015-ci illərdə nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin informasiya və reklam sektorunun müdiri, daha sonra isə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin nəşriyyat sektorunun müdiri vəzifələrində çalışıb. 2015-ci il, fevralın 18-i 61-ci yaş günündə ağciyər xərçəngi xəstəliyindən vəfat edib. İki qızı, bir oğlu var. == Fəaliyyəti == Tehran Vəliyev əsasən bədii tərcümə ilə məşğul olub. İngilis, rus və türk dillərindən tərcümələr edib. Eyni zamanda bir sıra siyasi, elmi, pedaqoji və hüquqi ədəbiyyat nümunələrini dilimizə çevirib. == Müsahibələri == "Mən mətni öz içimdən keçirməsəm, tərcümə eləyə bilmərəm".
Tehran bazarı
Tehran bazarı (fars. بازار تهران‎ — baзār-e tehrān), Böyük bazar (fars. بازار بزرگ‎ — bāzār-е bozorq) — Tehranın ən böyük bazarı, dünyada ən böyük qapalı bazarlardan biri. Eyni adlı rayonda 12-ci şəhər dairəsində, 3 km² ərazidə yerləşir. Onun keçidlərinin ümumi uzunluğu 10 km-dən çoxdur. Mahiyyətinə görə bazar Tehranın tarixi mərkəzidir. Tehranda yeni mağazaların və ticarət mərkəzlərinin yaranmasına baxmayaraq, bazar yenə də özünə şəhər əhalisini və ziyarətçiləri cəlb edir.
Tehran konfransı
Tehran konfransı — 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində Antihitler koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Vinston Çörçill (Böyük Britaniya)nın, iştirakı ilə keçirilmiş konfrans. İkinci dünya müharibəsinin gedişində diplomatik mübarizədə Tehran konfransı xüsusi yer tutur. Müharibənin gedişində əsaslı dönüş başa çatdıqdan sonra antihitler koalisiyasının əsas dövlət başçılarının - Stalinin, Ruzveltin və Çörçillin iştirakı ilə 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Tehran konfransı keçirildi. Avropada ikinci cəbhənin açılması haqqında məsələ konfransın işində mühüm yer tuturdu. Bu, müttəfiqlər arasında ən kəskin məsələlərdən biri idi. Məsələnin müzakirəsi müttəfiqlər arasında fikir müxtəlifliyini göstərdi. Çörçillin ikinci cəbhənin Aralıq dənizindən və Balkanlardan, Ruzvelt və Stalin isə Avropanın şimalından açılmağı təklif edirdilər. Lakin Çörçill planı həyata keçmədi, ikinci cəbhəni 1944-cü ilin mayında “Overvold” adı altında Fransanın şimalında açmaq barədə qərar verildi. Müttəfiq dövlətlər Türkiyənin antihitler koalisiyası tərəfindən müharibəyə qoşulmasına dair tədbir görəcəkləri barədə razılığa gəldilər. Stalin Yaponiyanın bitərəflik haqqında sovet-yapon müqaviləsini pozmasını əsas götürərək Almaniya məğlub edildikdən sonra Yaponiyaya müharibə elan ediləcəyini bildirdi.
Tehran metropoliteni
Tehran metropoliteni (fars. متروی تهران‎‎) — Tehranda metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi. İranda ilk metro sistemi. Tehranda metropoliten 1999-cu ildə fəaliyyətə başlayıb. 2017-ci ilə qədər 7 xətdən ibarət olub, xətlərinin ümumi uzunluğu 175 km-dən çoxdur. Daha iki xəttin tikintisi aparılır. Metro Tehranı iri peyk-şəhəri Kərəclə birləşdirir. == Tarixi == Tehranda ilk metro layihəsi 1979-cu il İslam inqilabına qədər təklif edilmişdir. 1970-ci ildə Tehran bələdiyyəsi şəhərdə metro tikilməsi üzrə beynəlxalq tender elan etdi. RATP-nin (Régie Autonome des Transports Parisiens) Paris dövlət şirkətinin törəməsi olan SOFRETU (Société française d'études et de réalisations de transports urbains) adlı fransız şirkəti tenderdə qalib gələrək həmin ildə də layihənin ilkin mərhələsini reallaşdırmağa başladı.
Tehran ostanı
Tehran ostanı - İranın mərkəzində ostan. Mərkəzi Tehran şəhəridir. 2006-cı ildə aparılmış siyahıya almanın rəsmi yekunlarına əsasən ərazisi 18.637 km² , əhalisi 13.422.366 nəfərdir . == Əhalisi == Əhalisi əsasən farslardan (40%-i) , Azərbaycan türklərindən (əhalinin 30%-i) , mazandaranlılardan (əhalinin 18%-i) ,az sayda giləklərdən, kürdlərdən, lurlardan , bəxtiyarilərdən, ləklərdən, ərəblərdən və az sayda digər millətlərin nümayəndələrindən ibarətdir.
Tehran universitetləri
İranın paytaxtı Tehran - Orta Asiyada əsas elm-təhsil mərkəzi sayılır. Tehranda ilk ali təhsil müəssisəsi - Darülfünun 1851-ci ildə yaradılıb. Tehran universitetinin əsası isə 1933-cü ildə qoyulub. Bu, İranın ilk dövlət universiteti və ölkədə ən böyük universitetdir. Şəhərdə 50-yə yaxın ali təhsil müəssisəsi var, onların sırasına aşağıdakılar daxildir: İmam Əli ordu zabit universiteti Hərbi Tibbi Dövlət universiteti Ali distansiyalı təhsil institutu “Fərabi” Nəzəri fizika və riyaziyyat institutu Energetika institutu İran polimerlər və neft məhsullarının tədqiqatı institutu İran telekommunikasiya universiteti Neft tədqiqatı institutu Kərəc müstəqil islam universiteti Tibb universiteti “Bəkiyətulla” tibb universiteti Polis universiteti Rey müstəqil islam universiteti Rudəhən müstəqil islam universiteti Tehran beynəlxalq universiteti Tehran müstəqil islam universiteti – Birinci şöbə Tehran müstəqil islam universiteti – Mərkəzi şöbə Tehran müstəqil islam universiteti – Şimal şöbəsi Tehran müstəqil islam universiteti – Cənub şöbəsi Tehran müstəqil islam universiteti – Tibb institutu Tehran universiteti Tehran tibb elmləri universiteti Tehran tətbiqi elm və texnologiyalar universiteti “Xədit” Tehran universiteti Tehran ekologiya universiteti “Əmirkəbir” texnologiya universiteti “Tusi” texnologiya universiteti “Şərif” texnologiya universiteti “Əllamə Təbatəbai” universiteti “Əl-Zəhra” universiteti Aerodinamika universiteti “Bagir Əlolum” universiteti Yüksək texnologiyalar universiteti Təsviri incəsənət universiteti İmam Hüseyn universiteti İmam Səccad universiteti İmam Rza universiteti “Bəxəsti” tibb elmləri universiteti “Şaxəd” tibb elmləri universiteti Elm və texnologiyalar universiteti Sosial müdafiə universiteti “Təribat Müəllim” universiteti “Təribat Mədərəs” universiteti “Məlik Əştər” texnologiyalar universiteti “Şaxəd” universiteti Şahid Bəxəsti universiteti Beynəlxalq əlaqələr məktəbi İqtisadi elmlər məktəbi Bütün İranda olduğu kimi, Tehran universitetləri də dövlət nəzarəti altındadır. Buna baxmayaraq, məhz tələbələr müxalifətin əsas hərəkətverici qüvvəsidir. Belə ki, 1979-cu il inqilabının ən fəal iştirakçıları tələbələr idi. Həmçinin, 1999-cu ilin yayında Tehran universitetinin tələbələri digər universitetlərə qarşı iğtişaş törətmiş və 6 gündən sonra bu qarışıqlıq yatırılmışdır.
Tehran şəhristanı
Tehran şəhristanı — İranın Tehran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Tehran şəhəridir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhristanın əhalisi 7,882,843 nəfər və 2,313,002 ailədən ibarət idi.
Tehran şəhəri
Tehran (fars. تهران‎) – İranın paytaxtı. Sahəsi 1.500 km², əhalisinin sayı 2006-cı ildə aparılmış rəsmi siyahıya almanın nəticələrinə əsasən 7.088.287 nəfərdir. Tehranı ilkin olaraq, Qacar sülaləsinin ilk nümayəndəsi Ağa Məhəmməd şah Qacar İran üçün paytaxt seçmişdir. Onun sonuncu paytaxt tarixi 1796-cı ildən başlayır. Buna kimi ölkənin paytaxtı İsfahan, sonra Qəzvin, Şiraz və Həmədan olmuşdur.
Tehran Əlişanoğlu
Tehran Əlişanoğlu (Tehran Əlişan oğlu Mustafayev; 16 yanvar 1960, Bakı) — AMEA-nın müxbir üzvü (2017), ədəbiyyatşünas, filologiya elmləri doktoru, ədəbiyyat tarixçisi, tənqidçi və publisist. == Həyatı == Tehran Əlişanoğlu 1960-cı il yanvar 16-da Bakı şəhərində dünyaya gəlmişdir. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1983–1989-cu illərdə orta məktəb müəllimi, 1989–2006-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1994–1996-cı illərdə Futurologiya İnstitutunun, 2001-dən bugünəcən Bakı Slavyan Universitetinin filoloji fakültəsində ali məktəb müəllimi kimi çalışır. Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşıdır. 1993–1995-ci illərdə AMEA-nın "Elm" qəzetində, 1996–2004-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyat qəzeti"ndə baş redaktor müavini vəzifəsində çalışmışdır. Heç bir partiyaya üzv olmamışdır.1998-ci ildə Azərbaycan Yazıçılar birliyinə daxil olmuşdur. == Elmi fəaliyyəti == 1985–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. "Azərbaycan sovet ədəbi tənqidinin üslubları (1960–1980-ci illər)" mövzusunda namizədlik (1990), "XX əsr Azərbaycan nəsrinin poetikası" mövzusunda doktorluq (2005) dissertasiyaları müdafiə etmişdir. Filologiya elmləri doktoru, professordur.
Tehran UNO hadisəsi
1976-cı il Tehran UNO hadisəsi — 19 sentyabr 1976-cı ildə səhər saatlarında İranın paytaxtı Tehranda həm vizual olaraq, həm də radarlar vasitəsilə uçan naməlum obyektin (UNO) görünməsi hadisəsidir. Hadisə obyektin yaxınlığında radioelektron maneələrin müşahidə olunması ilə diqqət çəkir: UNO-lara tərəf uçan iki F-4 Phantom II təyyarəsi ilə əlaqə kəsilmiş, obyektə yaxınlaşdıqda göyərtədəki avadanlıqlar və təyyarələrdən birinin silah sistemləri müvəqqəti olaraq sıradan çıxmışdı. ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Ağ Evə, ABŞ Dövlət Katibinə, Qərargah Rəislərinin Birləşmiş Komitəsinə, Milli Təhlükəsizlik Agentliyinə və Mərkəzi Kəşfiyyat İdarəsinə təqdim etdiyi dörd səhifəlik hesabatında geniş şəkildə işıqlandırılan hadisə, tarixdə hərbçilərlə əlaqəli ən yaxşı sənədləşdirilmiş anomal hadisələrindən biridir. == Hadisə == 19 sentyabr 1976-cı il tarixdə, yerli vaxtla təxminən 00:30-da, İran Hərbi Hava Qüvvələrinin Tehran komandanlığına Şemiranat şəhristanı sakinlərindən gecə səmasında qeyri-adi aktivlik barədə dörd telefon zəngi gəldi. Zəng edənlərin bəziləri quşa bənzər bir cisimdən, bəziləri parlaq işıqlı bir helikopterdən bəhs edirdilər. Havada helikopter olmadığı məlum olduqda, şəhristanın hava qüvvələrinin komandiri general Yusifi ilə əlaqə yaradıldı. General əvvəlcə müşahidə olunan parıltının normal ulduz işığı olduğunu düşünürdü, lakin Mehrabad beynəlxalq hava limanının dispetçer xidməti ilə məsləhətləşəndən və yerdən görünən ulduzlardan ölçücə daha böyük bir parlaq cismi şəxsən müşahidə etdikdən sonra hərbi-hava qüvvələrinin Tehrandan 282 km qərbdə yerləşən Həmədandakı Şahruxi hərbi bazasından bir ədəd F-4 Phantom II önləmə təyyarəsini qaldırmağa qərar verdi. Saat 01:30-da kapitan Məhəmməd Rza Əzizxaninin idarə etdiyi F-4 havaya qalxdı və Tehranın 64 kilometr şimalındakı bir nöqtəyə doğru irəlilədi. Obyekt o qədər parlaq idi ki, 112 kilometr uzaqdan görünürdü. Təyyarə obyektə təxminən 40 kilometr yaxınlaşdıqda, onun bütün avadanlıqları söndü və rabitə kəsildi, bu da Əzizxanini istiqamətini dəyişməyə və yenidən bazaya qayıtmağa məcbur etdi.
Tehran müqaviləsi (1808)
Tehran müqaviləsi (1808) — İranla Fransa arasında imzalanmış ticarət müqaviləsi. == Fransanın şərq siyasətində İran == I Napoleon Finkenşteyn müqaviləsinin imzalanmasından (1807) sonra İrana hərbi yardım göstərilməsi üçün tədbirlər görülməyə başladı. Fətəli şaha 1807-ci il 20 aprel məktubunda süvari generalı Qardanın İrana göndərilməsi bildirilirdi. 1807-ci il 22 apreldə İrana yola salınması nəzərdə tutulan hərbi qüvvənin dairəsi müəyyənləşdirilmişdi. Qardana missiyası ilə əlaqədar verilmiş 10 may təlimatında İranın İngiltərə və Rusiya ilə düşmənçilik münasibətlərinin qızışdırılması, İran ordusunun yenidən qurulması, 40–50 min nəfərlik qüvvə ilə Hindistana təcavüz planının hazırlanması və s. nəzərdə tutulurdu. Qardanın missiyası 24 dekabrda Tehrana gəldi. Qardan İrana gəldikdən sonra qarşıya qoyulmuş diplomatik-hərbi tədbirləri həyata keçirməyə başladı. İran ordusu yenidən qurulmağa başladı və s. Məhz bu dövrdə, 1808-ci ilin yanvarında Qardanla İranın birinci vəziri Mirzə Şəfi arasında Tehranda ticarət müqaviləsi imzalandı.
Tehran müqaviləsi (1809)
Tehran müqaviləsi (1809) - İranla İngiltərə arasında bağlanmış müqavilə. == İran Qərb dövlətlərinin hədəfində == Fransa ilə İranın yaxınlaşması İngiltərəni ciddi şəkildə narahat etməyə başladı. İngilislər bu yaxınlaşmanın təsirini aradan qaldırmaq üçün tədbirlər həyata keçirdi. Fətəli şahın sarayına eyni zamanda iki elçilik göndərildi. Bombeydən Con Malkolm, Londondan isə Harford Cons danışıqlar üçün yola düşdü. Şirazda danışıqlara başlayan Malkolm böyük tələblər irəli sürdüyünə görə ciddi müqavimətlə rastlaşdı və Hindistana qayıtdı. Danışıqların aparılması Consa həvalə edildi. O, Qardanın Tehrandan çıxmasından iki gün sonra buraya gəldi. Lakin bu zaman maraqlı bir hadisə baş verdi. Bombeydən lord Minto Tehran sarayında baş verənlərdən xəbərsiz olduğundan Consun burada elə bir işi qalmadığını əsas tutaraq onu səlahiyyətindən məhrum etdi.
Tehran müqaviləsi (1814)
Tehran müqaviləsi (1814) - İranla İngiltərə arasında bağlanmış müqavilə. == XIX əsrin əvvəllərində İranın İngiltərə ilə yaxınlaşması == 1807-ci il İran-İngiltərə müqaviləsi imzalandıqdan sonra H.Cons ölkəsinin mövqeyinin möhkəmləndirilməsi sahəsində fəaliyyətini davam etdirirdi. Con Malkolm da 1810-cu ildə hərbi yardımla Tehrana gəldi. İngiltərə Rusiya ilə İran arasında davam edən müharibədə İranı müdafiə edir, bu müqaviləyə uyğun olaraq ona köməkliyi davam etdirirdi. 1811-ci ilin martında İngiltərənin yeni səfiri Q.Ouzli nəzərdə tutulan pulla bərabər hərbi mütəxəssis və əsgərlərlə İrana gəldi. 1812-ci il 12 martda İngiltərə ilə İran arasında Qəti müqavilə imzalandı. Lakin Rusiyanın 1812-ci ildə I Napoleon üzərində qələbəsi, 1806-1812-ci illər müharibəsində Osmanlı dövlətini məğlubiyyətə uğratması, İranla müharibədə üstünlüyə nail olması vəziyyəti dəyişdi. İngiltərə Rusiya ilə İran arasında sülh danışıqlarında vasitəçiliyə nail ola bildi. 1813-cü il oktyabrın 12/24-də Gülüstan müqaviləsi imzalandı. İngiltərə yeni yaranmış şəraitə uyğun olaraq 1814-cü il 25 noyabrda İranla yeni müqavilə imzaladı.
Tehran şəhərinin tarixi
Tehranın tarixi — Sonradan İranın ən böyük şəhəri olan Tehranın yaranması ilə bağlı bizdə dəqiq məlumat yoxdur. Bu azmış kimi, iranlı alimlərin arasında şəhərin yaranması ilə bağlı yekdil fikir də yoxdur. Bəziləri, xüsusilə Nəsir Nəcmi, düşünür ki Tehran yazılı qaynaqlarda e.ə X əsrdən başlayaraq təsvir edilir. Başqaları, məsələn Əbdülhüseyn Səidian, hesab edir ki, bu b.e. XII əsrində baş verib. Çox guman ki, bunun səbəbi Tehranın ilk əvvəl şəhər kimi deyil, Reyin şimalında, bu şəhərin bağ istirahəti üçün kənd kimi yaranmasındadır. Lakin yaranmasının ilk çağlarından Tehran adi yaşayış məntəqəsi deyildi. İranlı salnaməçi Məhəmməd Qəzvini onu belə təsvir edir: "Tehran əhalisinin evləri yerin altında tikilib və qarışqa yuvalarına oxşayır. Hər dəfə düşmən hucum edəndə tehranlılar yerin altındakı evlərində gizlənirlər. Hətta əgər düşmən kəndi bir neçə gün deyil, bir neçə ay belə mühasirədə saxlasa, o yenə də onu zəbt edə bilmir və mühasirəni qaldıraraq çıxıb gedir." Mağaralarda sərin bulaqlar və əhalisi tərəfindən əvvəlcədən xüsusi ilə hazırlanmış ərzaq təminatı var idi.
Tehran-43
Tehran-43 Sovet-Fransa-İsveçrənin birgə çəkdiyi film 1943-cü il Tehran konfransı zamanı Hitler kəşfiyyatı Tehranda təxribat törətmək istəyirmiş. O vaxt faşistlər, bəli, Tehrana qonaq gəlmiş Ruzvelt, Stalin, Çerçili qətlə yetirmək fikrindəymişlər. Həmin filmdə parelel, qoşa süjet də var-Tehrandakı o vaxtkı faşist aqenturası, yəni, Şerner, Maks Rişar indi, hələ sağdırlar. Max gənc Parisli Fransuase ilə gizlənir. Gizli sənədlərini ona göstərir. Bir vəkil bu sənədləri satmaq istəyir. Rus Andrej maraq göstərir. 1943-cü ildə də Tehranda idi və hücumun qarşısını ala bildi. İndi də keçmiş sevgisini yenidən Parisdə görmək istəyir: Marie. Ancaq köhnə Nazi Scherner bu işə qarışan hər kəsi ovladı.
Tehran tarixi
Tehranın tarixi — Sonradan İranın ən böyük şəhəri olan Tehranın yaranması ilə bağlı bizdə dəqiq məlumat yoxdur. Bu azmış kimi, iranlı alimlərin arasında şəhərin yaranması ilə bağlı yekdil fikir də yoxdur. Bəziləri, xüsusilə Nəsir Nəcmi, düşünür ki Tehran yazılı qaynaqlarda e.ə X əsrdən başlayaraq təsvir edilir. Başqaları, məsələn Əbdülhüseyn Səidian, hesab edir ki, bu b.e. XII əsrində baş verib. Çox guman ki, bunun səbəbi Tehranın ilk əvvəl şəhər kimi deyil, Reyin şimalında, bu şəhərin bağ istirahəti üçün kənd kimi yaranmasındadır. Lakin yaranmasının ilk çağlarından Tehran adi yaşayış məntəqəsi deyildi. İranlı salnaməçi Məhəmməd Qəzvini onu belə təsvir edir: "Tehran əhalisinin evləri yerin altında tikilib və qarışqa yuvalarına oxşayır. Hər dəfə düşmən hucum edəndə tehranlılar yerin altındakı evlərində gizlənirlər. Hətta əgər düşmən kəndi bir neçə gün deyil, bir neçə ay belə mühasirədə saxlasa, o yenə də onu zəbt edə bilmir və mühasirəni qaldıraraq çıxıb gedir." Mağaralarda sərin bulaqlar və əhalisi tərəfindən əvvəlcədən xüsusi ilə hazırlanmış ərzaq təminatı var idi.
2017 Tehran hücumları
2017 Tehran hücumları — 7 iyun 2017-ci ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində baş vermiş terror hadisələri. İlk hücum iyunun 7-də səhər saatlarında İran parlametinə edilmiş, iki nəfər "Kalaşnikov" avtomatı və bir nəfər tapança ilə silahlanmış şəxs parlamentin binasına daxil olaraq atəş açmışlar. Daha sonra Tehranın cənubunda yerləşən İmam Xomeyni türbəsinə də silahlı hücum edilmişdir. Fars Xəbər Agentliyinin məlumatına görə parlametə edilən hücum zamanı bir nəfər parlamentin işçisi həlak olub. İmam Xomeyni türbəsində törədilən hücum da isə azı beş nəfər yaralanıb.
Şəhriyar (Tehran ostanı)
Şəhriyar (fars. شهریار‎) — İranın Tehran ostanında yerləşən şəhər.
Sərdar bağı (Tehran)
Sərdar bağı (farsca:باغ سردار) — XIX əsrin ortalarında İrəvan xanları nəslindən olan Məhəmmədhəsən xan Sərdar İrəvani tərəfindən Tehran şəhərində salınmış böyük bir bağ. == Haqqında == Məhəmmədhəsən xan Tehran şəhərinin Baharestan küçəsində tiktirmiş olduğu bağa görə çox məşhurlaşmışdı. Bu bağ Baharestan küçəsində yerləşməklə birlikdə, o zaman Tehran şəhərinin kənarında, Jalə küçəsinin şimal sərhədində idi. Bu bağı suvarmaq üçün Ab Sərdar adlı suvarma kanalı da çəkilmişdi. Bu kanal bağın şərq hissəsi boyunca axmaqda idi və hal-hazırda qurumuş vəziyyətdədir. Hacı Mirzə Ağasının ölümündən sonra Məhəmməd şahın dövründə bir çox dövlət vəzifələrini öz əllərində saxlayan irəvanlılar bu bağa sığındılar. Buraya sığınan şəxslərin bir çoxunun Hacı Mirzə Ağasının ölümündə günahları var idi. Onlar burada mərhum şahın arvadı Mələk Cahan Xanım tərəfindən onların bağışlandıqları elan edildikdən sonra dağılışdılar. Sərdar sarayının varlığı 30–40 ildən çox davam etmədi. Məhəmmədhəsən xanın ölümündən sonra Mahruxsar xanım Fəxrəddövlə bağı hissələrə böldürdü və tədricən satdı.
Məhəmməd Sadiqi Tehrani
Məhəmməd Sadiqi-Tehrani (fars. محمد صادقی تهرانی‎; 21 mart 1926, Tehran – 21 mart 2011, Qum) — Müctəhid, İslam dünyasının böyük alimlərindən biri. == Həyatı == Əllamə Doktor Şeyx Məhəmməd Sadiqi Tehrani 1926/03/21 tarixdə İranın Tehran şəhərində ruhani ailəsində dünyaya göz açmışdır. O, ibtidai dini təhsilini Tehran şəhərində bitirdikdən sonra Qum şəhərinə üz tutmuş, bu şəhərdə 10 il müddətində təhsil, tədqiqat və tədrislə məşğul olmuşdur. İranda siyasi gərginlik başlayandan sonra 17 il müddətində xaricə səfər etmiş, İraqın Nəcəf şəhərində 10 il, Livanda 5 il, Səudiyyə Ərəbistanında isə 2 il qalaraq tədqiqat, tədris, həmçinin elmi və mədəni fəaliyətlə məşğul olmuşdur. Əllamə Sadiqi Tehrani ümumilikdə Mirzə Məhəmməd Əli Şahabadi, Seyyid Hüseyn Bürucerdi, Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai, Mirzə Mehdi Aştiyani, Mirzə Əhməd Aştiyani və Əllamə Seyyid Əbül-Qasim Xoyi kimi tanınmış alimlərdən dərs almışdır. 1979-cu ildə Qum şəhərinə gəlmiş və həmin şəhərdə "Quran Elmləri Universiteti"ni təsis edərək onun nəzdində Quran elmləri, təfsir, fiqh, üsul, kəlam və s. fənlər üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir.
Rusiyanın Tehrandakı səfirliyində qətliam
Rusiyanın Tehrandakı səfirliyində qətliam — 30 yanvar 1829-cu ildə Rusiya səfirliyinin əməkdaşlarının və oraya sığınan erməni fitnəkarlarının fanatik qrup tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi. Ölənlər arasında diplomatik missiyanın rəhbəri, yazıçı Aleksandr Qriboyedov da olub. == Tarixi == 1828-ci ilin aprelində Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Aleksandr Qriboyedov Rusiyanın İrandakı səfiri təyin edildi. 1828-ci ilin payızında səfirlik İrana gəldi. Qriboyedovun əsas vəzifəsi şahın sülh müqaviləsinin maddələrini yerinə yetirməsinə nail olmaq və xüsusən İkinci Rusiya-İran müharibəsinin nəticələrinə görə təzminatın ödənməsinə nəzarət idi. Bütün ölkə müharibədəki məğlubiyyətin əvəzini ödəmək məcburiyyətində qaldı, bu da İran cəmiyyətində narazılığı xeyli artırdı. 20 oktyabr 1828-ci ildə Qriboyedov Rusiya imperiyasının Xarici İşlər Naziri qraf Karl Nesselrodaya məktubunda yazırdı: Müddəalarından birində ermənilərin Rusiyanın tərkibində sərbəst şəkildə köçürülməsinin mümkünlüyünü göstərən Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra bir çox ermənilər bu fürsətdən istifadə etdilər. 1829-cu ilin yanvarından başlayaraq çoxlu sayda erməni səfirliyə axışaraq Qriboyedovdan Rusiya imperiyasının işğal etdiyi Cənubi Qafqaz ərazisinə köçmək üçün icazə istədi. Şah hərəminin xədimi, şahın qiymətli daşlarının baş xəzinədarı və mühafizəçisi, erməni Mirzə Yaqub Markaryan bu razılaşmadan istifadə edərək qaçıb səfirlikdə gizləndi. Xacənin qaçması xəbəri ilə şahın qəzəbinin həddi-hüdudu yox idi.
Tehran-43 (film, 1981)
Tehran-43 Sovet-Fransa-İsveçrənin birgə çəkdiyi film 1943-cü il Tehran konfransı zamanı Hitler kəşfiyyatı Tehranda təxribat törətmək istəyirmiş. O vaxt faşistlər, bəli, Tehrana qonaq gəlmiş Ruzvelt, Stalin, Çerçili qətlə yetirmək fikrindəymişlər. Həmin filmdə parelel, qoşa süjet də var-Tehrandakı o vaxtkı faşist aqenturası, yəni, Şerner, Maks Rişar indi, hələ sağdırlar. Max gənc Parisli Fransuase ilə gizlənir. Gizli sənədlərini ona göstərir. Bir vəkil bu sənədləri satmaq istəyir. Rus Andrej maraq göstərir. 1943-cü ildə də Tehranda idi və hücumun qarşısını ala bildi. İndi də keçmiş sevgisini yenidən Parisdə görmək istəyir: Marie. Ancaq köhnə Nazi Scherner bu işə qarışan hər kəsi ovladı.
Tehranda Böyük Britaniya səfirliyinə hücum
Tehranda Böyük Britaniya səfirliyinə hücum — İrandakı Britaniya Səfirliyinə hücum 2011-ci il noyabr ayının 29-da Tehranda baş verib. Bəzi Basiji tələbələr səfirliyin binasına daxil olub və Böyük Britaniya bayrağın aşağı çıxarmışlar və səfirliyin bəzi sənədlərin həyətə atmışlar.
Tehranda yox olmuş heykəllər (2010)
Tehranda yox olmuş heykəllər, bir sıra quldurluqa işarə edir ki 2010-cu ilin aprel və may aylarında Tehranda törədilmiş və 12 tunc heykəl naməlum səbəblərə görə ictimai yerlərdən yox olmuşdur. Tehran rəsmiləri, hadisələrə oğurluq kimi yanaşdılar, digərləri isə hökumət və ya dini qruplar tərəfindən qəsdən aradan qaldırımaların deyiblər.Bu itkin heykəllərin içində Azərbaycanın tanınmış şəxslərinə aid olan heykəllərin olmasına görə Azərbaycanlı yazıçı və universite professoru Əbdullah Baqiri Həmidi bu hadisələri fars şovinistləri ilə bağlı olduqlarını bildirib.

tehran sözünün leksik mənası və izahı

tehran sözünün rus dilinə tərcüməsi

tehran sözünün fransız dilinə tərcüməsi

"tehran" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tehran nədir? #tehran sözünün mənası #tehran nə deməkdir? #tehran sözünün izahı #tehran sözünün yazılışı #tehran necə yazılır? #tehran sözünün düzgün yazılışı #tehran leksik mənası #tehran sözünün sinonimi #tehran sözünün yaxın mənalı sözlər #tehran sözünün əks mənası #tehran sözünün etimologiyası #tehran sözünün orfoqrafiyası #tehran rusca #tehran inglisça #tehran fransızca #tehran sözünün istifadəsi #sözlük