* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. iqtis. Xırda istehsalatçıların iflasına, istehsalın azalmasına səbəb olan dövraşırı nisbi həddən artıq əmtəə istehsalı. İqtisadi böhran. Sənaye böhranı. Aqrar böhranı. 2. Qıtlıq. Yanacaq böhranı. 3. tib. Xəstəliyin gedişində xəstənin vəziyyətinin ya yaxşılaşması, ya da pisləşməsi ilə nəticələnən dönüş nöqtəsi. Qızılcanın böhran dövrü. – Var ümidim ki, gələ bir sənə səhhət tapasan; Gözləyir təbibin hələ böhran, Yusif! S.Ə.Şirvani. [Gülcahan:] Həkim gündə iki dəfə gəlir… On birinci günündə böhran olacaq [deyir] N.Vəzirov. 4. məc. Bir şeyin gedişində sərt dönüş, kəskin dəyişiklik. [Müəllim:] Xüsusən uşaq on dörd, on beş yaşlarında ikən çox mühüm bir böhran keçirmək zamanıdır. A.Şaiq. // Ümumiyyətlə, ağır vəziyyət, ağır hal. [Şirin] əsəbi bir böhran keçirir. İ.Əfəndiyev. ◊ Siyasi böhran – ölkədə xalq kütlələrinin hökumətin siyasətindən qəti surətdə narazı qaldığını göstərən siyasi vəziyyət. Hökumət (yaxud kabinə) böhranı – köhnə hökumətin istefaya çıxması məsələsi həll olunub, yeni hökumətin isə hələ düzəldilməmiş olduğu dövr.
Azərbaycan dilinin izahlı lüğəti / böhran2 ə. 1) xəstəliyin ən ağır, təhlükəli dövrü; 2) kəskin dəyişiklik, sərt dönüş; 3) qıtlıq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / böhran2 I сущ. кризис: 1. резкий, крутой перелом в политической жизни и т.п. Hökumət böhranı правительственный кризис, siyasi böhran политический кризис 2. в экономике – расстройство экономической жизни. İqtisadi böhran экономический кризис 3. в медицине – переломный момент в течении болезни 4. острый недостаток чего-л., затруднения с чём-л. Neft böhranı нефтяной кризис, mənzil böhranı жилищный кризис II прил. критический (находящийся в состоянии кризиса, решающий, переломный). Böhran vəziyyəti критическое положение; физ. böhran qüvvəsi критическая сила, böhran yükü критическая нагрузка, böhran gərginliyi критическое напряжение, böhran müqaviməti критическое сопротивление, böhran nöqtəsi кртическая точка, böhran sıxlığı критическая плотность, böhran sürəti критическая скорость, böhran təzyiqi критическое давление, böhran kütləsi критическая масса
Azərbaycanca-rusca lüğət / böhran1 i. (müxt. mənalarda) crisis (pl. -es), depression; iqtisadi ~ economic crisis; siyasi ~ political crisis; ticarət ~ı sales crisis; kapitalizmin ümumi ~ the general crisis of capitalism; müstəmləkə sisteminin ~ı the crisis of the colonial system
Azərbaycanca-ingiliscə lüğət / böhran1 is. crise f (müxtəlif mənalarda) ; iqtisadi ~ crise économique ; hökumət ~ı crise ministerielle ; siyasi ~ crise politique ; ticarət ~ı crise commerciale ; kapitalizmin ümumi ~ı crise générale du capitalisme
Azərbaycanca-fransızca lüğət / böhran1 [ər.] сущ. 1. кризис;; 2. пер. кӀеви дегишвал; // залан везият (гьал).
Azərbaycanca-ləzgicə lüğəti / böhran