böhranı sözü azərbaycan dilində

böhranı

Yazılış

  • böhranı • 99.5583%
  • Böhranı • 0.4113%
  • BÖHRANI • 0.0305%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
And böhranı
And böhranı — Birinci dünya müharibəsinin sonlarına yaxın Almaniya İmperiya Ordusu ilə Yozef Pilsudski rəhbərliyindəki Polşa ordu birləşmələri arasında yaşanan siyasi qarşıdurma. Birinci dünya müharibəsinin əvvəllərində Üçlər ittifaqı tərəfindən Rusiyaya qarşı döyüşən Pilsudski, Rusiya İmperiyası və Üçlər ittifaqından Almaniya və Avstriya-Macarıstanın müharibənin sonlarında məğlub olacağını ümid edirdi. Buna baxmayaraq, 1917-ci ildə Rusiyanın məğlubiyyətindən sonra Üçlər ittifaqının Polşanın müstəqilliyinə zəmanət verəcək mövqedə olmadığı məlum oldu. 5 noyabr 1916-cı ildə qəbul olunan qanun və Polşa krallığının yaradılmasına baxmayaraq, yeni yaradılan dövlətin Orta Avropa planının bir parçası olan kukla dövlətdən o yana keçə bilməyəcəyi aşkar idi. Bu məqamda Pilsudski Antanta ölkələrinin, xüsusilə də İngiltərə və Fransanın dəstəyini qazana bilmək üçün tərəf dəyişdirməyə qərar verdi. Polşa Legionundan 1917-ci ilin iyul ayında Almaniya İmperatoru II Vilhelmə bağlılıq və itaət göstərməsi istənildiyi zaman bunun üçün bəhanə ortaya çıxmış oldu. Pilsudskinin razı saldığı Polşa Legionunun 1 və 3-cü briqadalarının əsgərləri and içməkdən imtina etdilər. Hadisənin nəticəsində legiona bağlı birliklər dağıdıldı. Avstriya-Macarıstan öz vətəndaşı olan 3000 nəfəri öz ordusuna cəlb elədi. Birliklərin bir hissəsi zorla Polşa Krallıq Ordusununnın tərkibinə verildi.
Azərbaycan böhranı
1946-cı il İran böhranı və ya Azərbaycan böhranı — İkinci Dünya Müharibəsinin bitməsindən dərhal sonra İran ərazisinin işğalının dəyandırılması bəyanatlarına baxmayaraq Sovet İttifaqı tərəfindən başladılmış böhran. İranın işğalı 1941-ci ildə Sovet ordusu tərəfindən şimaldan və Britaniya ordusu tərəfindən mərkəz və cənub hissədən başladılmışdır. İran müharibə dövründə amerikalılar və britaniyalılar tərəfindən Sovet İttifaqının mübarizə apardığı müharibə ilə əlaqədar mühüm ləvazimatların təchizatı üçün daşıma yolu kimi istifadə olunurdu. 1941-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları bu məsələdə neytral mövqedə dəyanırdı və İkinci Dünya Müharibəsinə döyüşən tərəf kimi hələki qoşulmamışdır. Buna görə də müttəfiqlər kimi tanınan blok prinsip olaraq (Polşa və Fransanın 1939-1940 cı illərdə alman ordusu tərəfindən işğalına müvafiq olaraq) Birləşmiş Krallıq və Sovet İttifaqından ibarət idi. Blok 1941-ci ilin iyun ayında SSRİ-nin qərb ərazilərinin almanlar tərəfindən işğalına cavab olaraq yaradılmışdır. İranın işğalı sonrasında müttəfiqlər qarşıdakı 6 ay ərzində bir-birləri ilə müvcud olan düşmənçiliklərinə son verəcəkləriylə bağlı razılığa gəldilər. Amma 1946-cı ildə bu razılaşmanın bitməsinə az qalmış İosif Stalinin rəhbərliyi altında sovet ordusu İranda qaldı və onun İrandakı tərəfdarları Azərbaycan Milli Hökumətini yaratdı.1945-ci ilin sonlarında Azərbaycan Milli Hökumətinin ardınca Mahabad Cümhuriyyəti yarandı. Tezliklə kürd və Azərbaycan Hökuməti qüvvələri birlikdə Sovet İttifaqı tərəfindən dəstək alaraq hərbi təlimlərə başladı. Bu dönəmdə artıq onlar İran qüvvələri ilə döyüşürdülər və nəticədə 2000 nəfər itki verdilər.
Berlin böhranı
Berlin böhranı (Berlinin blokadası) — SSRİ tərəfindən 1948-1949-cu illərdə Berlinin blokadaya alınması ilə yaranmış və Birinci Berlin böhranı kimi tanınan siyasi gərginlik. Berlin böhranı Soyuq müharibə dövrününü ilk gərginliyi kimi qəbul edilir. == Böhran ərəfəsi == İkinci Dünya Müharibəsinin sonlarına yaxın Almaniyanın gələcəyi ilə bağlı ABŞ, SSRİ və Böyük Britaniya rəhbərliyi 12 sentyabr 1944-cü ildə Londonda imzaladıqları protokol əsasında Almaniyanın gələcəyini aşağıdakı kimi müəyyən etdilər: "Almaniya ərazisi 1 yanvar 1937-ci il sərhədləri çərçivəsində üç işğal zonasına ayrılmalı, Berlin ərazisi isə xüsusi status əsasında müttəfiqlərin işğal zonalarına bölünməlidir". 1945-ci il Yalta konfransının qərarlarına görə Almaniya Böyük Britaniya, ABŞ və SSRİ arasında işğal zonalarına bölünməsi ilə bağlı razılaşma əldə olunur. Bunula yanaşı qərb dövlətlərinin işğal zonaları hesabına Fransanın da bölgüdə iştirakına imkan yaradıldı. Buna əsasən 1945-ci ilin 8 mayında Almaniyanın təslim olma haqqında sazişi imzalamasından sonra Berlin şəhəri də dörd işğal zonasına bölünmüşdü. Soyuq müharibəsnin başlanmasından sonra Qərb dövlətləri kommunizm təhlükəsinə qarşı Qərbi Almaniyanın iqtisadi cəhətdən ayaqda saxlamaq qərarına gəldilər. 1 yanvar 1947-ci ildə ABŞ və B.Britaniya, bir müddət sonra isə Fransa sovetlərin razılığı olmadan öz işğal zonalarını iqtisadi cəhətdən birləşdirdilər. Birtərəfli razılaşmalara etiraz olaraq 20 mart 1948-ci ildə SSRİ Nəzarət Şurasını tərk etdi. Bununla da dördtərəfli idarəçilik sisteminə son qoyuldu.
Bosniya böhranı
Bosniya böhranı — 8 oktyabr 1908-ci ildə Avstriya-Macarıstan imperiyasının rəsmi olaraq Bosniya-Herseqovinanı ilhaq etməsilə meydana çıxan beynəlxalq böhrandır. Bəhs edilən dövrdə Bosniya-Herseqovina ərazisi Osmanlı imperiyası tabeliyində idi. 1908-ci ilin oktyabrın 3-də Avstriya-Macarıstanın Parisdəki səfiri Fransanın prezidentinə məktub göndərdi. Məktubda deyilirdi ki, Avstriya-Macarıstan Bosniyanı ilhaq etməyə hazırlaşır və Rusiya, Almaniya və İtaliya Bosniyanın ilhaqına etiraz etmir. 1908-ci ilin oktyabrın 5-də Avstriya-Macarıstanın imperatoru Bosniyanın ilhaq edilməsi haqqında fərman imzaladı. Oktaybrın 6-da Avstriya-Macarıstan hökuməti qismən səfərbərlik elan etdi. Almaniya Avstriyanın hərəkətinə etiraz etmədi. İtaliya isə Avstriya-Macarıstana narazılığını bildirdi. Fransa hökuməti bildirdi ki, Avstriya-Macarıstanın Bosniyanı ilhaq etmək haqqında qərarına hörmətlə yanaşır. == Dövlətlərin münasibəti == === Fransa === Fransa çalışırdı ki, Almaniya Mərakeş məsələsində ona güzəşt etsin.1908-ci il oktyabrın 8-də Rusiya hökuməti bildirdi ki, Avstriya-Macarıstanın aksiyası Berlin müqaviləsinə ziddir və həmin müqaviləni imzalamış dövlətlərin iştirakı ilə müzakirə edilməlidir.
Enerji böhranı
Enerji böhranı enerji qaynaqlarının tərkibində yaranan darboğaz və ya qiymət artımı sonra ortaya çıxan vəziyyətə verilən addır. Məşhur ədəbiyyatda xüsusilə elektrik şəbəkələrində və avtomobillər üçün yanacaq tədarükü çətinliyi üçün istifadə olunur. Son illərdə sənaye inkişaf və əhali artımıyla birlikdə enerji üçün qlobal tələb böyük bir artım göstərmişdir. Dünyanın ehtiyaclarını qarşılayacaq miqdarda kifayət qədər enerji olacaq mı?McKinsey Qlobal İnstitutu, günümüzdən 2020-ci ilə qədər inkişaf etmiş ölkələrin tələbinin dünya enerji tələbinin haradasa 80-%ini meydana gətirəcəyini, bu tələbin 32-%nin Çindən, 10-%sə Orta Şərqdən qaynaqlanacağını nəzərdə tutur. MİT-in (Massachusetts Institute of Technology) etdiyi bir araşdırma, dünya səviyyəsində enerji tələbinin 2050-ci ilə qədər günümüzdəkilərin üç qatına çıxa biləcəyini təxmin etməkdədir. İlk neft böhranı, 1973–74də meydana gəldi. 1973 Ərəb-İsrail müharibəsi, neft çıxaran bir neçə ərəb ölkəsinin ABŞ və İsrail ilə ittifaqlıq edən ölkələrə neft nəqlini durdurmasına səbəb oldu. Sənayeləşmiş ölkələr: Daha yüksək neft qiymətləri aşağı nisbətli iqtisadi böyüməyə, daha yüksək bir inflyasiya nisbətinə, böyük ticarət açıqlarına və işsizliyin artmasına səbəb oldu. Bunlar, milli barışığı poza bilər və siyasi sistemin sabitlik və hökumətini baltalayabilər. İnkişaf etməkdə olan dünya: İnkişaf etməkdə olan ölkələrdə idxal edilən neftin qiyməti də artdı və bu vəziyyət bəzilərinin ehtiyac duyduqları neftin ödənişini ödəyə bilmək üçün nəhəng borclar altına girməsinə səbəb oldu.
Həbəşistan böhranı
Həbəşistan böhranı — 23 noyabr və 5 dekabr 1934-cü il tarixlərində İtaliya krallığının Efiopiyaya, Ual-Ual vahasına hücumu və ekspansionist istəkləri nəticəsində yaranmış beynəlxalq böhran. Bu, 1933–1939-cu illərdə Britaniya imperiyası və Üçüncü Fransa Respublikası hökumətləri tərəfindən aparılan sakitləşdirmə siyasətinin mərhələsi idi.Avropanın silahlanma yarışı kontekstində böhran Millətlər İttifaqının beynəlxalq münasibətlərin tənzimlənməsi aləti kimi uğursuzluğunu nümayiş etdirmişdi. Böhranın apogey nöqtəsi İkinci İtaliya–Efiopiya müharibəsinin başlanğıcı olmuşdur. Böhran Hitlerə vaxtından bir il əvvəl Reyn vilayətini remilitarizasiya etməyə imkan vermişdir. İtaliyanın izolyasiya olunması onun Almaniyaya yaxınlaşmağına təkan vermiş, bunun nəticəsində 1936-cı ilin oktyabrında Berlin-Roma oxu qurulmuşdur. Beləliklə, Benito Mussolini hökuməti bufer dövlət olan Avstriyanın müstəqilliyinə marağını tamamilə itirmiş və bu, 1938-ci ilin martında onun Anşlussuna səbəb olmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Корунова Е. В. Деятельность Швеции в Лиге Наций в 30-е годы // Вестник Московского университета. Серия 8. История (rus). № 3.
Karib böhranı
Karib böhranı və ya digər adı ilə Kuba raket böhranı SSRİ ilə ABŞ arasında ABŞ-yə məxsus ballistik raketlərin İtaliya və Türkiyədə yerləşdirilməsi, həmçinin buna cavab olaraq Sovet raketlərinin Kubada yerləşdirilməsi nəticəsində 16–28 oktyabr 1962-ci il tarixləri aralığında meydana gələn gərginlikdir. Bu qarşıdurma Soyuq müharibə ərzində genişmiqyaslı nüvə müharibəsinin başlamasına yol açacaq ən yaxın münaqişə olaraq da tanınır. Kubalılar bu böhranı "oktyabr böhranı" adlandırırlar (SSRİ-də baş verən oktyabr inqilabı ilə eyniləşdirmək istəyi olaraq). ABŞ-də "Kuba raket böhranı" (ing. Cuban missile crisis) terminindən istifadə olunur. Soyuq müharibə dövrü çəkişmələrin kifayət qədər qızdığı və bir mənada yer üzünün nüvə fəlakətindən döndüyü Karib böhranı, şübhəsiz dünya siyasi tarixinin yaxın dövrdə baş verən vacib hadisələrindən biridir. == Böhran ərəfəsindəki vəziyyət == Manhatan layihəsi ilə dünyada ilk dəfə nüvə silahını istehsal edən ABŞ, bu silahı Yaponiyada 2 dəfə sınamaqdan çəkinməmiş və böyük bir faciəyə yol açmışdır. 1945-ci il avqustun 6-da Xirosimaya, avqustun 9-da Naqasakiyə atılan bombaların nəticəsində 250.000 insan həyatını itirmiş, bu bölgələrdəki təsirləri on illər boyunca silinməyəcək kimyəvi-bioloji zərərlər buraxmışdır. ABŞ-nin atom bombası riskinin gözə almasının əsl səbəbləri Yaponiyanın işğalını asanlaşdırmaq və o vaxtlarda Yaponiyaya hələ də müharibə etməmiş olan Sovet Birliyinə bu dəhşətli silahla dünya liderliyinin onda olduğu mesajını vermək istəməsi idi. Müharibənin sonrasında Sovet Birliyinin nüvə silahı və atom bombalarının dünya səviyyəsində yox edilməsi mövzusunda verdiyi təklif ABŞ tərəfindən rədd edilmiş və bu səbəblə Sovet Birliyi də öz təhlükəsizlik strategiyasını inkişaf etdirərək nüvə proqramını 4 il içərsində uğurla sınamağa başlamışdır.
Katalan böhranı
Katalan böhranı kimi də bilinən 2017-2018 İspaniya Konstitusiya böhranı — İspan mərkəzi hökuməti və Katalan regional hökuməti arasında mövcud olan siyasi qarşıdurma. == Arxaplan == Katalan müstəqilliyinin dəstəklənmənin artmasının səbəbi İspaniya Konstitusiya Məhkəməsinin 2010-cu ildəki qərarı ilə əlaqədərdir. Belə ki, bu qərarla 2006-cı ildə regional hökumətə verilmiş bir sıra səlahiyyətlər ləğv edilmişdir. Müstəqillik tərəfdarlarının artması 2015-ci ildəki regional seçkilərdə Katalan Parlamanetində müstəqillik tərəfdarı olan partiyaların çoxluq əldə etməsi ilə nəticələndi və Karles Puçdemon Kataloniyanın Prezidenti seçildi. Yeni Prezident Kataloniyanın müstəqilliyi ilə əlaqədar referendum keçirməyi və nəticələrinin qəti olacağını vəd edirdi. 2017-ci ilin iyul ayında referendumun həmin ilin oktyabr ayının 1-ində keçiriləcəyi elan edildi. İspan hökuməti belə bir referendumun ölkənin Konstitusiyasına zidd olduğunu bildirərək nəticələri tanımayacağını bildirdi. == Böhranın başlanğıcı == Senytabr ayında Katalan Parlamenti “Kataloniyanın öz müqəddəratını təyin etmə referendumu haqqında” qanun qəbul etdi. Buna cavab olaraq İspaniya Baş Naziri - Mariano Raxoy Konstitusiya Məhkəməsinə qanunun ləğv olunması məqsədi ilə müraciət etdi. Konstitusiya Məhkəməsi müstəqillik barəsində olan qanun və referendumu ləğv etsə də, Katalan hökuməti nə ispan mərkəzi hakimiyyətinin nə də ki məhkəmələrin qərarlarını icra etməyəcəyini bəyan etdi.
Kipr böhranı
Kipr böhranı və ya Kipr problemi (türk. Kıbrıs sorunu, ing. Cyprus conflict) — Kipr adasında yaşayan yunanlar və türklər arasında ərazi məslələrinə görə tarixən mövcud olmuş və hazırda da davam edən münaqişə. == Sürix və London müqaviləsi == Sürix və London müqaviləsi 11 fevral 1959-cu ildə Böyük Britaniya, Türkiyə, Yunanıstan dövlətləri, Kiprdəki yunan və türk cəmiyyətləri arasında imzalanan, müstəqil bir dövlət olaraq Kipr xalqlarının vəziyyətini təyin edən və Kipr Respublikasının konstitusiyasını təsdiqləyən andlaşmadır. Yunan tərəfini Baş yepiskop Makarios, türk tərəfini isə Fazıl Kiçik təmsil etməkdə idi. 19 fevral 1959-cu ildə London müqaviləsi ilə Kipr Respublikasının müstəqil bir dövlət olaraq 16 avqust 1960-cı ildə qurulması təmin edilmiş oldu. Bu müqaviləyə uyğun olaraq qurulacaq olan Kipr Respublikasının konstitusiyasının adadakı hər iki cəmiyyətin haqqlarını qoruyacaq şəkildə hazırlanması qəbul edilirdi. === Müqavilənin əsas şərtləri === Birinci maddə uyğun olaraq adada Prezidentlik sistemi qurulacağı nəzərdə tutulurdu, ancaq yunan prezident yunan icması tərəfindən, türk vitse-prezident isə türk icması tərəfindən seçiləcəkdi. Beşinci maddə uyğun olaraq isə Nazirlər Şurasını 7 yunan və 3 türk olmaq üzrə 10 nazirdən meydana gələcəkdi və cəmiyyətlərin tək tərəfli qərarlar çıxarmalarına maneə olunması məqsədi ilə gərək Nümayəndələr Məclisi tərəfindən çıxarılacaq qanunlar gərəksə nazirlər kabineti qərarları yunan prezident və ya türk vitse-prezident tərəfindən veto edilə biləcəkdi. Altıncı maddə uyğun olaraq Yüksək Konstitusiya Məhkəməsi bir Yunan, bir türk və bir tərəfsiz hakimdən meydana gələcəkdi.
Lüksemburq böhranı
Lüksemburq böhranı(alm. Luxemburgkrise‎, nid. Luxemburgse kwestie) — 1866-1867-ci illərdə Fransa ilə Prussiya krallığı arasındakı Lüksemburq Böyük Hersoqluğunun statusunun təyin olunması üstündə münaqişə. Lüksemburq şəxsi miras olaraq Niderland kralı, Оran-Nassaus sülalə evinin nümayəndəsi III Vilhelmə məxsus idi. Eyni zamanda, 1866-cı ilin iyununa qədər Lüksemburq Limburq ilə birlikdə Almaniya ittifaqının üzvü sayılırdı(17 iyun 1866-cı ildə Avstriya-Prussiya müharibəsinin başlanmasına qədər). Burada Prussiya qarnizonu yerləşir və o federal qala olaraq tanınırdı. == Ümumi məlumat == Planını məşhur mühəndis Sebastyen Vaubanın hazırladığı Lüksemburq şəhəri Avropada ən qüdrətli müdafiə istehkamına malik idi. Bu güclü istehkamlar səbəbbindən onu "Şimalın Cəbəlütarixi" adlandırırdılar. 1815-ci ildə Vyana konqresi Lüksemburq Böyük Hersoqluğunun Hollandiya Krallığı ilə fərdi birlikdə olmasına qərar verdi. Prussiyaya güzəştə gedən konqres Lüksemburqun Alman ittifaqına daxil edilməsinə və burada bir neçə min Prussiya əsgərinin yerləşməsinə dair qərar da qəbul etdi.
1958 Livan böhranı
1958 Livan böhranı — 1958 Livan böhranı Amerika Birləşmiş Ştatlarının bu ölkəyə hərbi müdaxiləsi ilə nəticələnən siyasi və dini gərginliyin səbəb olduğu siyasi böhran.Bu müdaxilə Prezident Kamil Chamounun kömək tələb etməsi ilə başlamış və prezidentin öz vəzifə səlahiyyətlərinə bitirməsinə qədər-3ay davam etmişdir. Amerika və Livan ordusu birlikdə Beyrut limanını və Beyrut Beynəlxalq hava limanını ələ keçirtmişdi. Böhran birdikdən sonra ABŞ ordusu ölkəni tərk etmişdir. == Tarixi == 1958-ci ilin iyulunda Livan Maronet xristianları ilə Müsəlmanlar arasında ola biləcək Vətəndaş müharibəsi ilə üz-üzə idi.1956-cı ilin əvvəllərində qərb yönümlü Xristian prezident Kamil Chamounun Süveyş böhranı zamanı Misirə hücum edən qərb dövlətləri ilə əlaqəsini kəsməməsi prezident Camal Əbdül Nasir başda olmaqla Misir xalqının qəzəbinə səbəb olmuşdu. Chamonun Bağdad paktına olan sadiqliyi isə vəziyyətin daha gərginləşməsinə səbəb olmuşdu.Prezident Nasir Bagdad paktını Ərəb millətinə qarşı təhlükə kimi dəyərləndirirdi. Chamonun etdiklərinə qarşılıq olaraq Misir və Suriya Birləşmiş Ərəb Respublikasını yaratdı. Livanın Sünni Baş naziri Rəşid Kərimi 1956 və 1958 hadisələrində Nasirin tərəfində idi. Bu vaxt Ölkənin müsəlman əhalisi Livanın Birləşmiş Ərəb Respublikasina qoşulmasına, xristian əhali isə ölkənin qərb dövlətləri ilə əlaqəsinin güclənməsinə çalışırdılar. Suriya vasitəsi ilə Birləşmiş Ərəb Respublikasının silahlandırdığı Müsəlman qrupunun törətdiyi üsyandandan sonra prezident Chamoun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına bu məsələ barədə şikayət ünvanladı. Birləşmiş Millətlər Təşkilatı araşdırma üçün bir qrup nümayəndə göndərsədə, sonda Birləşmiş Ərəb Respublikasının bu hadisədə iştirakına dair heç bir sübut tapılmır.
Avropa miqrant böhranı
Avropa miqrant böhranı və ya Avropa qaçqın böhranı — Avropa İttifaqına qaçqınların və miqrantların Aralıq dənizini və ya cənubi-şərq Avropadan nəticəsində yaranmışdır. == Zəmin == == Mühacirlik == === Statistika === ==== AB-yə dəniz və quru yolu ilə gələnlər ==== ==== Miqrant marşrutları ==== Avqust 2015-də, Frontex Avropa İttifaqına daxil olmaq üçün qeyri-qanuni miqrantların istifadə etdiyi dəniz və quru marşrutları qeyd edib: Qərbi Afrika marşrutu Qərbi Aralıq marşrutu Mərkəzi Aralıq Dənizi marşrutu Apulia və Kalabriya marşrutu Albaniyadan Yunanıstana keçən dairəvi marşrut Qərbi Balkan marşrutu. Şərqi Aralıq marşrutu Şərqi Avropa sərhədləri marşrutuBundan əlavə, Sentyabr 2015-ci ildə Arktika marşrutu yaranmışdır. ===== Macarıstan ===== 17 iyun 2015-ci ildə olan gərginlik Macarıstan öz səhədini bağlaması ilə qaçqınların şimala olan yolda digər marşrut tapmaq üçün Xorvatiya və Sloveniyaya üz tutmağa məcbur olması ilə artıb. == Reaksiya == == Sağlamlıq təlimatı == == Siyasi müzakirələr == === Avropa Birliyi === 19 aprel 2015-ci ildə İtaliyanın Baş naziri Matteo Renzinin reaksiyası Avropa miqrant böhranına belə idi: ”Əgər 40 min insan məsələsində razılığa gələ bilmirsinizsə, özünüzü avropalı kimi təqdim etməyə haqqınız yoxdur. Əgər sizin Avropa idealınız budursa, özünüzə saxlayın. Ya həmrəylik olmalı, ya da vaxtımızı boş yerə almayın”.
Azərbaycanda işıq böhranı
2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi — iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycanın ən böyük elektrik stansiyası olan Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda partlayış nəticəsində baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb. Hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Hadisə Azərbaycanda Sovet İttifaqının 1991-ci ilin dağılmasından bəri ən kütləvi elektrik kəsilməsidir.Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi Bakı metropoliteninin işinə mənfi təsir edib, qatarlar tuneldə qalıb, sərnişinlər təxliyə olunub. == Reaksiyalar == Gecə saat 02:22-də president.az saytında Prezidentin Mətbuat Xidmətinin bu məzmunda məlumatı dərc edilmişdir: Prezident İlham Əliyev hadisədən dərhal sonra "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın araşdırılması ilə əlaqədar nazir və hökumət adamlarından ibarət Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. İqtisadçı Natiq Cəfərli deyir ki, bütün ölkədə elektrik təchizatının kəsilməsi hər şeydən əvvəl, təhlükəsizlik məsələsidir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana görə, Azərbaycan üzrə elektrik gücün 46 faizi Abşeronda toplansa da, Mingəçevirdə qəza olanda Bakıda işıq sönür və bu enerji düzgün paylanmaması ilə əlaqədardır.Sosial şəbəkələrdə ən çox verilən suallardan biri də ölkəyə elektrik enerjisinin verilməsinin bir əldən asılı olmaması, bir qəza ilə ölkənin tam olaraq işıqsız qalmaması üçün hansı tədbirlərin görülməsinin vacibliyi barədə olub.
Cənub bölgəsi böhranı
1993-cü il Talış-Muğan böhranı və ya Cənub bölgəsində siyasi böhran — Azərbaycanda Birinci Qarabağ müharibəsi illərində, 1993-cü ilin iyunundan avqustuna qədər davam edən böhran. Vəzifəsindən azad edilmiş keçmiş hərbçi Surət Hüseynov Ermənistanla müharibə zamanı gerçəkləşən məğlubiyyətlər ardıcıllığı və hakimiyyətlə bağlı narahatlıqlar səbəbilə Gəncə şəhərində milisləri silahlandıraraq qiyam qaldırmış, bu əsnada digər bir hərbçi, Əbülfəz Elçibəy rəhbərliyindəki Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətinə müxalif, İrana meylli və eks-prezident Ayaz Mütəllibovu dəstəkləyən Ələkrəm Hümbətov 704-cü hərbi hissənin köməyi ilə Azərbaycanın cənub-şərqində yerləşən yeddi rayonda Talış-Muğan Muxtar Respublikasını (TMMR) elan etmişdir. Ələkrəm Hümbətovun məqsədi devrilmiş Mütəllibovun dövlət başçısı kimi vəzifəsini bərpa etmək idi. Elçibəyin hakimiyyəti Surət Hüseynova və onunla ittifaq bağlamış Heydər Əliyevə verməsi ilə Ələkrəm Hümbətovun yeni rəqibi Yeni Azərbaycan Partiyası hökuməti olmuşdur. Uğursuz danışıqlar sonrası Heydər Əliyev xalqı Ələkrəm Hümbətov hakimiyyətinə qarşı üsyan qaldırmağa çağırmışdır. Yerli əhaliyə repressiya həyata keçirmiş və xalqdan dəstək qazana bilməmiş Ələkrəm Hümbətov AXC-yə bağlı etirazçılar tərəfindən tanınmayan yerli parlamentdən qovulur. Ələkrəm Hümbətov bir müddət gizlənir, lakin sonradan ailə üzvlərinə qarşı cinayət işlərinin açılmasına görə təslim olmuşdur. Ələkrəm Hümbətov ömürlük həbs cəzası almış, 704-cü hərbi hissənin bəzi zabitlərinə qarşı isə cinayət işləri açılmışdır. Ələkrəm Hümbətov 2004-cü ildə əfv edilmişdir və hal-hazırda Niderlandda yaşayır. == Zəmin == Talışlar Azərbaycanın cənubunda, İranla sərhəd ərazidə yaşayan bir İrandilli xalqdır.
Krım böhranı (2014)
Krımın Rusiya tərəfindən işğal edilməsi (rus. Крымский кризис; ukr. Події у Криму з лютого) - Ukraynanın Krım Muxtar Respublikasında Avromeydan inqilabından sonra etnik ukraynalılar və ruslar arasında baş vermiş münaqişələrə verilən ümumi ad. Proses prezident Viktor Yanukoviçin ölkəni tərk etməsindən sonra daha da gərginləşmişdir. Ərazinin yerli əhalisi olan Krım tatarları isə ukraynalıların mövqeyini dəstəkləməkdədir. Rusiya tərəfindən dəstəklənən Ali Şura Krımın müxtariyyət səlahiyyətlərinin artılmasını və ya tam müstəqil dövlətə çevirilməsini tələb edir.27 fevral tarixində silahlı və maskalı bir qrup şəxslər ərazidə parlament binası və 2 hava limanı başda olmaqla bir sıra strateji əhəmiyyətləri obyektləri ələ keçirdi. Həmin qrup tərəfindən Krımla Ukraynanı bir-biri ilə əlaqələndirən bütün telekommunikasiya və internet xəttlərin sıradan çıxarıldı.
Sputnik böhranı
Sputnik böhranı (ing. Sputnik Crisis, rus. Спутниковый кризис) — 1957-ci il 4 oktyabrda Sovet İttifaqının kosmosa atdığı Sputnik süni peykindən sonra ABŞ və SSRİ arasında baş verən böhran. Kosmik yarış bu böhranla başlamışdır.1950-ci illərin əvvəlində həm ABŞ, həm də SSRİ kosmosa ilk süni peyki buraxmaq üçün bir-biri ilə yarışa girmişdilər. İki dövlətin uğursuz sınaqlarından sonra heç gözlənilməz bir zamanda SSRİ, bir basketbol topu böyüklüyündə 85 kq ağırlığında olan Sputnik-1 peykini orbitə qaldırıldığını açıqladı. Bu ABŞ üçün tam olaraq şok oldu. Bu hadisə həm kosmos texnologiyası yarışında geridə qalmaq demək idi, həm də daha vacib olanı, bu sınağı müvəffəqiyyətlə həyata keçirən Sovetlərin nüvə silahını ABŞ üzərinə göndərəcəyi paranoyası bütün amerikalıları təşvişə salan məsələyə çevrilmişdi. Bundan dərhal sonra, ABŞ bir sıra atışı daha sınaqdan keçirdi, ancaq heç birində müvəffəqiyyət qazanmadı. Sovetlər, 1957-ci il 3 noyabrda tarixində isə kosmosa gedən ilk canlı olan Layka adlı iti daşıyan Sputnik-2 peykini də uğurla atdı. Bu, Kosmos Dövrünü açmaq yarışını Sovetlərin qazandığı mənasına gəlirdi.
Süveyş böhranı
Süveyş böhranı (Süveyş muharibəsi, Sinay muharibəsi, ikinci İsrail-ərəb muharibəsi; ivr. ‏מבצע קדש‏‎) — 1956-ci il oktyabrından 1957-ci ilin martınadək baş verən beynəlxalq münaqişə. Səbəb Süveyş kanalının adminstrasiyasının səlahiyyətlərinin ilə bağlı fikir ayrılığı idi. Ziddiyyətlərin kəskinləşməsi Böyük Britaniya, Fransa və İsrailin Misir əleyhinə hərbi əməliyyatlarının başlanması ilə nəticələndi. Münaqişə SSRİ, ABŞ və BMT-nin səyləri nəricəsində dayandı. Tərəflər öz əvvəlki mövqelərinə qayıtsalar da, hərbi məğlubiyyətə uğrayan tərəf Misir oldu. == Ədəbiyyat == Arnstein, Walter L. Britain Yesterday and Today: 1830 to the Present. Boston: Houghton Mifflin. 2001. ISBN 978-061800-104-0.
İyun böhranı
İyun böhranı — Nuru paşanın Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasına və hökumətinə etimadsızlığı ilə bağlı 1918-ci il iyunun 16-17-də yaranmış siyasi böhran. == Tarixi == Azərbaycan istiqlalı üçün son dərəcə təhlükəli olan bir dövrdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və Milli Şura 1918-ci il iyunun 16-də Tiflisdən Gəncəyə köçdülər. Onların Azərbaycan hüdudlarına daxil olduqları zaman qarşılaşdıqları ilk ciddi məsələ bolşevik-daşnak qüvvələrinin Cənubi Qafqazın müsəlman olan əhalisinə qarşı həyata keçirdikləri soyqırımlarına son qoymaq üçün Osmanlı dövləti tərəfindən göndərilən Qafqaz İslam Ordusunun komandanı təyin edilmiş Nuru paşanın və onun ətrafındakı qüvvələrin Milli Şuraya və Hökumətə soyuq və inamsız münasibəti oldu. Nuru paşanın bu mövqeyi Azərbaycana gəldiyi ilk günlərdə milli hökumətə hörmət və etimadla yanaşacağı, daxili siyasi proseslərə müdaxilə etməyəcəyi barədə verdiyi bəyanata tam əks idi. Belə bir vəziyyət Azərbaycan istiqlalı üçün ciddi təhlükə yaradırdı. Gərginliyin dərinləşməsinə Nuru paşanı əhatə edən, ona güclü təsir göstərən "rus çinovniklərinin qapısında baş əyən qara qəlbli, xəbis adamlar"ın (R.Vəkiləv) "xidmətləri" mühüm rol oynamışdı. Özünün də etiraf etdiyi kimi, siyasətçi olmayan Nuru paşanın Azərbaycan hakimiyyətinə qarşı tutduğu bu sərt mövqe Azərbaycanın daxili və xarici vəziyyətinin çox mürəkkəb olduğu bir durumda bildirilmişdi. Bakıda sovet hakimiyyəti pərdəsi altında fəaliyyət göstərən daşnak rejimi Osmanlı dövlətinin Qafqaz xalqları üçün ciddi təhlükə doğurduğu, Osmanlı işğalının ağır nəticələrinin bütün xalqlar üçün faciəli sonluqla bitəcəyi, yalnız "Sovet hakimiyyəti"nin xalqlara "xoşbəxt gələcək" bəxş edəcəyi və bu kimi cəfəngiyatlarla dolu təbliğat apardığı bir şəraitdə Nuru paşanın Azərbaycan istiqlalına münasibəti onun siyasi proseslərə düzgün qiymət verə bilməməsi ilə bağlı idi. == İlhaqçıların mövqeyi == Nuru paşanı əhatə edən İlhaqçılar Azərbaycanın yeganə xilas yolunu Osmanlı imperiyası hüdudları daxilində mövcudluqda görürdülər. Onlar Nuru paşanı Milli Şura hökumətinin guya Rusiyapərəst və inqilabi hakimiyyət olmasına, anarxiyaya və xaosa gətirib çıxaracağına inandıra bilmişdilər.
Şəxsiyyət böhranı
ən psixoloq görə, yeniyetməlik böhran ruh fəlsəfəsi ortaya haqlı. Bu dövrdə hər bir fəaliyyət tərəddüd bir çox müşayiət ki, vəba fəaliyyəti şübhə edir. şəxsiyyət böhranı izah Erickson o həlledici olduğunu söylədi şəxsiyyətin formalaşması. == BÖHRANIN PSIXOLOGIYA == son illərdə böhran vəziyyətdən çıxış yolu tapmaq problem psixologiya əhəmiyyəti lider mövqeyə gəldi. Alimlər yalnız səbəbləri və depressiya qarşısını almaq üçün, həm də həyat şəxsi vəziyyəti köklü dəyişiklik şəxs hazırlamaq yollarını inkişaf yolları üçün axtarış ilə məşğul deyil. stress, onun fikir belə azad səbəb hallar asılı olaraq: böhranın inkişafı - bu inkişaf bir tam dövrü növbəti keçid ilə bağlı çətinliklər var.Travmatik böhran qəfil hadisələr və ya xəstəlik və ya zədə ilə fiziki sağlamlıq itirməsi nəticəsində gərgin nəticəsində yarana bilər.zərər və ya ayrılması böhran - özünü və ya bir sevilən bir ölümündən sonra, və ya məcburi ayrılması vəzifə at. Bu növ çox sabitdir və bir çox illər davam edə bilər. Tez-tez valideynləri boşanmış uşaqlar baş verir. uşaqlar karşılaşırsanız ailə böhran ölüm öz ölümü əks səbəbiylə pisləşə bilər. Hər böhran vəziyyəti müddəti və intensivliyi insanın fərdi iradi keyfiyyətləri və onun bərpası yolları asılıdır.
Buddist böhranı
Buddist böhranı (vyet. Biến cố Phật giáo) — 1963-cü ildə Vyetnam Respublikasında (Cənubi Vyetnam) siyasi və dini gərginlik dövrü. == Zəmin == Böhrana 8 may 1963-cü ildə Hyue şəhərinin mərkəzində buddist bayrağının qadağan edilməsinə etiraz edən 9 mülki şəxsin qətlə yetirilməsi səbəb olmuşdu. == Tarixi == Böhran 1963-cü ilin may ayından noyabr ayına qədər davam etmişdir. Bu, Vyetnam Respublikası hökumətinin bir sıra repressiv hərəkətləri və əsasən buddist rahiblərin rəhbərlik etdiyi vətəndaş müqaviməti kampaniyası ilə xarakterizə olunmuşdur.Sayqonda 11 iyun 1963-cü ildə Hyuedən olan buddist rahibi Thit Kuanq Dık Nqo Din Zyem rejimi tərəfindən buddistlərə edilən repressiyaya etiraz olaraq ictimai formada özünü yandırmışdır. == Nəticələr == 1963-cü ilin noyabrında Vyetnam Respublikası Ordusu dövlət çevrilişi həyata keçirmiş, nəticədə prezident Nqo Din Zyem həbs edilmiş və öldürülmüşdür. Beləliklə, böhran sona çatmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Joseph Buttinger. Vietnam: A Dragon Embattled. New York: Praeger Publishers.
Kərkük böhranı
2017-ci il İraq–kürd münaqişəsi, həmçinin Kərkük böhranı — İraq hökumətinin 2014-cü ildə İŞİD-in İraqın şimal ərazilərinə hücumundan sonra peşmərgənin nəzarətində olan mübahisəli əraziləri geri alması ilə nəticələnən münaqişə. Münaqişə 15 oktyabr 2017-ci ildə, 25 sentyabrda Kürdüstanın müstəqillik referendumu ilə bağlı yaranan gərginlikdən sonra başlamışdır. Peşmərgə İraq hökumət qüvvələrinə Kərkükə qayıtmaq üçün edilən çoxsaylı xəbərdarlıqlara məhəl qoymamış, İraq federal hökuməti ilə Kürdüstan Regional Hökuməti arasında gərginlik münaqişəyə çevrilmişdir. Münaqişənin bir hissəsi Kərkük uğrunda döyüş olmuşdur, burada İraq qüvvələri şəhərə nəzarəti bərpa etmişdir. Münaqişə nəticəsində İraq Kürdüstanı öz ərazisinin 20%-ni itirmişdir. == Zəmin == İraq Kürdüstanının prezidenti Məsud Bərzani 2017-ci ilin sentyabrında İraq Kürdüstanının müstəqilliyi haqqında referendumun keçirilməsinə töhfə vermişdir. Buna görə İraqın baş naziri Heydər əl-Abadi referendumun nəticələrinin ləğvini tələb etmiş və Kürdüstan Regional Hökumətini "konstitusiya çərçivəsində" dialoqa başlamağa çağırmışdır.
Çanaqqala böhranı
Çanaqqala böhranı — 9 sentyabr 1922-ci ildə türk qüvvələrinin İzmirə girməsindən sonra, 1922-ci ilin sentyabrında İngilis-Fransızların nəzarətində olan Boğazlar Neytral Bölgəsinə irəliləməsi ilə ortaya çıxan siyasi və hərbi böhrandır. Bu böhran Birləşmiş Krallığın baş naziri Devid Lloyd Corcun səlahiyyətlərini itirməsi ilə nəticələndi. Bundan əlavə, Kanada hökuməti bu böhran zamanı və ondan sonra Birləşmiş Krallıqdan diplomatik olaraq müstəqil fəaliyyət göstərməyə başladı. Bundan əlavə, bu böhran Britaniya Millətlər Birliyinə üzv olan dövlətlərin xarici siyasətdə sərbəst buraxılmasına yol açan 1931-ci il Vestminster Nizamnaməsinin formalaşmasında ən mühüm amillərdən biri oldu. == Böhran == Türk Ordusu 9 sentyabr 1922-ci ildə İzmirə girdikdən sonra Çanaqqaladan başlayan neytral zonadan İstanbula doğru irəliləməyə başladı. Böyük Britaniya Nazirlər Kabineti 15 sentyabr 1922-ci ildə iclas keçirdi və Britaniya qüvvələrinin öz mövqelərini saxlaması barədə qərar qəbul etdi. Ertəsi gün xarici işlər naziri Lord Kerzonun olmadığı bir vaxtda, bəzi kabinet nazirləri Türkiyənin Sevr müqaviləsini pozduğunu əsas gətirərək İngiltərə və onun Dominionları tərəfindən Türkiyəni müharibə elan etməklə hədələdilər. Sentyabrın 18-də Fransada bu məsələni müzakirə etdikdən sonra ölkəsinə qayıdan Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzon Fransanın baş naziri Raymon Puankare tərəfindən geri çağırılıb. Sentyabrın 20-də Fransaya qayıdan Kerzona, Puankare Çanaqqaladakı fransız qoşunlarının dərhal geri çəkilməyə başladığını bildirdi və atəşkəs edilməsi üçün sərt şəkildə danladı.İngilis xalqı Çanaqqalada türklərlə yenidən döyüşə girmək istəmirdi. Baş nazir David Lloyd Corc bu mövzuda məsləhətləşmədiyi üçün Dominionlar heç bir qüvvə göndərməyəcəklərini açıqladılar.
Orta yaş böhranı
Orta yaş böhranı 1965-ci ildə Eliot Jaques tərəfindən işlədilmiş termindir. Yetkin insanların öz ölümləri barədə düşünməyə, geri qalan həyatını hesablamağa başlaması ilə xarakterizə olunur. Qadınlarda Menopauza, kişilərdə isə andropauzadan əvvəl dəyişən hormonlarla əlaqədar olaraq cinsi istəklərin artımına verilən ümumi addır. Xanımlarda böhranlı yaş dövrü 40 yaşından sonra başlayır. Bu böhranlı dövr 55 yaşa qədər davam edə bilər. Bu yaşda xanım artıq yaşının keçdiyini, qocaldığını düşünməyə başlayır. Xanımlar bu hisslərinə görə depressiyaya düşə və ya yenidən sevə bilərlər.
Pankisi vadisi böhranı
Pankisi vadisi böhranı — 2000-ci illərin əvvəllərində Gürcüstanda meydana gələn hərbi səviyyəli siyasi böhrandır. Gürcüstan Rusiya və ABŞ tərəfindən Pankisi vadisindəki Əl-Qaidə təhdidlərini dəf etmək üçün təzyiq altında idi. Əbu Musab əz-Zərkavinin Əl-Qaidənin varlığının güclü olduğu Çeçenistana rəğmən, niyə Pankisi vadisinə köçməyi seçdiyi bilinmirdi. 2003-cü ilin əvvəllərində İraq müharibəsi zamanı Birləşmiş Krallıq, Fransa və İspaniyada yüzlərlə Şimali Afrika mənşəli şəxs (əsasən, əlcəzairli) risin və digər kimyəvi silah hazırlamaqda ittiham edildi. Sergey İvanov İspaniya şübhəlilərinin Pankisi vadisində Əl-Qaidə terrorçuları tərəfindən təlim gördüyünü və hətta, Usama Bin Ladenin Axmeta bələdiyyəsində bir yerdə gizlənmiş ola biləcəyini bildirdi. Bundan əlavə, risin istehsal edən bir neçə Əl-Qaidə labarotoriyasının varlığı haqqında iddialar da var idi. Bununla birlikdə, risin istehsalı Gürcüstanda yetişdirilməyən böyük miqdarda Hind lobyası gərəkdirdiyindən iddialar əsaslı deyildi. == ABŞ-Gürcüstan terrorla mübarizə əməliyyatları == ABŞ komandırlərin rəhbər olduğu gürcü terrorla mübarizə bölmələri onlarla ərəb yaraqlını vadidə zərərsizləşdirdi. Əməliyyatın sürətli və şiddətli forması bölgədəki çeçen yaraqlıların gizlənməsinə səbəb oldu. Gürcülər və ABŞ vadini dolduran yaraqlılara ciddi təzyiq tətbiq edərək naməlum sayda yaraqlını ələ keçirdi.
Talış-Muğan böhranı
1993-cü il Talış-Muğan böhranı və ya Cənub bölgəsində siyasi böhran — Azərbaycanda Birinci Qarabağ müharibəsi illərində, 1993-cü ilin iyunundan avqustuna qədər davam edən böhran. Vəzifəsindən azad edilmiş keçmiş hərbçi Surət Hüseynov Ermənistanla müharibə zamanı gerçəkləşən məğlubiyyətlər ardıcıllığı və hakimiyyətlə bağlı narahatlıqlar səbəbilə Gəncə şəhərində milisləri silahlandıraraq qiyam qaldırmış, bu əsnada digər bir hərbçi, Əbülfəz Elçibəy rəhbərliyindəki Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətinə müxalif, İrana meylli və eks-prezident Ayaz Mütəllibovu dəstəkləyən Ələkrəm Hümbətov 704-cü hərbi hissənin köməyi ilə Azərbaycanın cənub-şərqində yerləşən yeddi rayonda Talış-Muğan Muxtar Respublikasını (TMMR) elan etmişdir. Ələkrəm Hümbətovun məqsədi devrilmiş Mütəllibovun dövlət başçısı kimi vəzifəsini bərpa etmək idi. Elçibəyin hakimiyyəti Surət Hüseynova və onunla ittifaq bağlamış Heydər Əliyevə verməsi ilə Ələkrəm Hümbətovun yeni rəqibi Yeni Azərbaycan Partiyası hökuməti olmuşdur. Uğursuz danışıqlar sonrası Heydər Əliyev xalqı Ələkrəm Hümbətov hakimiyyətinə qarşı üsyan qaldırmağa çağırmışdır. Yerli əhaliyə repressiya həyata keçirmiş və xalqdan dəstək qazana bilməmiş Ələkrəm Hümbətov AXC-yə bağlı etirazçılar tərəfindən tanınmayan yerli parlamentdən qovulur. Ələkrəm Hümbətov bir müddət gizlənir, lakin sonradan ailə üzvlərinə qarşı cinayət işlərinin açılmasına görə təslim olmuşdur. Ələkrəm Hümbətov ömürlük həbs cəzası almış, 704-cü hərbi hissənin bəzi zabitlərinə qarşı isə cinayət işləri açılmışdır. Ələkrəm Hümbətov 2004-cü ildə əfv edilmişdir və hal-hazırda Niderlandda yaşayır. == Zəmin == Talışlar Azərbaycanın cənubunda, İranla sərhəd ərazidə yaşayan bir İrandilli xalqdır.
14-cü Meyci ili böhranı
1881-ci il böhranı və ya 14-cü Meyci ili böhranı (明治十四年の政変, Meyci cuyonen no seyhen) – 1881-ci ildə Yaponiyada Okuma Şiqenobunun hökumətdən göndərilməsi ilə baş vermiş siyasi böhran. Böhran nəticəsində keçmiş Satsuma və Çoşu domenlərindən olan müşavirlər arasında həmrəklik güclənmiş və 10 il ərzində konstitusiyanın tərtib olunması qərarı verilmişdi. Böhran siyasi müxalifəti gücləndirərək Meyci hökumətinin avtoritar rejimini zəiflətmişdir. == Arxaplan == 1877-ci ildə Kyuşuda baş verən Satsuma üsyanının yatırılmasından sonra Yaponiyada vəziyyət stabilləşmişdi. Meyci hökumətinin siyasəti sayəsində fermerlərin vəziyyəti daha yaxşı idi, sənaye inkişaf edirdi və vergi islahatından sonra dövlətin gəlir mənbəyi möhkəmlənmişdi. Xarici siyasətdə isə Yaponiya Ryukyu adalarını Çinin əlindən almaq üzrə idi, Koreyada dayaq nöqtəsi əldə etmişdi və Rusiya ilə şimaldakı adalarla bağlı mübahisələri həll etmişdi.Bunların fonunda daxili işlər naziri Okubo Toşimiçinin hökumətdə çox böyük təsiri var idi və ölkənin de fakto diktatoruna çevrilmişdi. Okubo ətrafına keçmiş Çoşu və Satsuma domenlərindən olan həmkarlarından ibarət heyət toplamışdı. 1878-ci ilin ortasında Okubo siyasətinə qarşı olan bir qrup samuray tərəfindən qətlə yetirilmişdir. Onun həmkarları bir müddət harmoniya içərisində fəaliyyət göstərməyə davam etsələr da, hökumət əvvəlki effektivliyini itirməyə başlamışdı. Buna görə də Okubonu əvəz edəcək liderə ehtiyac var idi.
1881-ci il böhranı

1946-cı il İran böhranı
1946-cı il İran böhranı və ya Azərbaycan böhranı — İkinci Dünya Müharibəsinin bitməsindən dərhal sonra İran ərazisinin işğalının dəyandırılması bəyanatlarına baxmayaraq Sovet İttifaqı tərəfindən başladılmış böhran. İranın işğalı 1941-ci ildə Sovet ordusu tərəfindən şimaldan və Britaniya ordusu tərəfindən mərkəz və cənub hissədən başladılmışdır. İran müharibə dövründə amerikalılar və britaniyalılar tərəfindən Sovet İttifaqının mübarizə apardığı müharibə ilə əlaqədar mühüm ləvazimatların təchizatı üçün daşıma yolu kimi istifadə olunurdu. 1941-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları bu məsələdə neytral mövqedə dəyanırdı və İkinci Dünya Müharibəsinə döyüşən tərəf kimi hələki qoşulmamışdır. Buna görə də müttəfiqlər kimi tanınan blok prinsip olaraq (Polşa və Fransanın 1939-1940 cı illərdə alman ordusu tərəfindən işğalına müvafiq olaraq) Birləşmiş Krallıq və Sovet İttifaqından ibarət idi. Blok 1941-ci ilin iyun ayında SSRİ-nin qərb ərazilərinin almanlar tərəfindən işğalına cavab olaraq yaradılmışdır. İranın işğalı sonrasında müttəfiqlər qarşıdakı 6 ay ərzində bir-birləri ilə müvcud olan düşmənçiliklərinə son verəcəkləriylə bağlı razılığa gəldilər. Amma 1946-cı ildə bu razılaşmanın bitməsinə az qalmış İosif Stalinin rəhbərliyi altında sovet ordusu İranda qaldı və onun İrandakı tərəfdarları Azərbaycan Milli Hökumətini yaratdı.1945-ci ilin sonlarında Azərbaycan Milli Hökumətinin ardınca Mahabad Cümhuriyyəti yarandı. Tezliklə kürd və Azərbaycan Hökuməti qüvvələri birlikdə Sovet İttifaqı tərəfindən dəstək alaraq hərbi təlimlərə başladı. Bu dönəmdə artıq onlar İran qüvvələri ilə döyüşürdülər və nəticədə 2000 nəfər itki verdilər.
1973-cü il Neft Böhranı
1973-cü il neft böhranı ("neft embarqosu" kimi də tanınır) — 1973-cü il oktyabrın 17-də başlamış böhran. Həmin gün bütün Opek-in ərəb üzv ölkələri, eləcə də Misir və Suriya Yom Kippur müharibəsi və Misir və Suriyanın yəhudi dövləti ilə münaqişəsi zamanı İsraili dəstəkləyən ölkələrə (Böyük Britaniya, Kanada, Hollandiya, ABŞ, Yaponiya) neft satmayacaqlarını açıqladılar. Bu, ilk növbədə ABŞ və onun Qərbi Avropadakı müttəfiqlərinə aid idi. Növbəti il ərzində neftin qiyməti bir barel üçün üç dollardan on iki dollara qədər qalxdı. 1974-cü ilin martında embarqo aradan qaldırıldı. 1973-cü ildəki neft böhranı ilk enerji böhranı idi və hələ də bu qəbildən olanların arasında ən böyüyü hesab olunur. OPEC neft hasilatını təkcə dünya bazarlarında qiymətlərin öz xeyrinə dəyişmək üçün azaltmadı. Bu tədbirin əsas məqsədi Qərbin İsrailə dəstəyini azaltmaq üçün dünya birliyinə siyasi təzyiq etmək idi. OPEC-in iqtisadi təzyiqinin nəticəsi ərəblərin mövqeyini dəstəkləyən Ümumi Bazar ölkələrinin Nazirlər Şurasının bəyanatı oldu. Bundan əlavə, demək olar ki, bütün Afrika ölkələri İsrail ilə diplomatik münasibətləri kəsdi.
1973-cü ilin neft böhranı

2017 Qətər diplomatik böhranı
2017 Qətər diplomatik böhranı — 2017-ci ilin iyun ayının ilk həftəsində Səudiyyə Ərəbistanının liderliyi ilə bir neçə ölkənin Qətər ilə diplomatik əlaqələrini kəsməsi hadisəsiDiplomatik əlaqələri kəsən ölkələr arasında Səudiyyə Ərəbistanı ilə eyni koalisiyada Bəhreyn, Misir, Yəmən (Hadi liderliyindəki hökumət), BƏƏ, Liviya (Milli Hökumət) və Maldiv adaları yer almışdır. Bir gün sonra onlara İordaniya da qoşulmuş, bu ölkə "Əl-Cəzirə" kanalının lisenziyasını da ləğv etmişdir.Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Qətəri terrorizmi dövlət səviyyəsində dəstəkləməkdə və Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının 2014-cü ildə qəbul etdiyi razılaşmanı pozmaqda günahlandırdı. Səudiyyə Ərəbistanı və digər ölkələr "Əl-Cəzirə" kanalını və Qətərlə İran arasındakı münasibətləri tənqid etdi. Qətər isə terrorizmlə mübarizə və hal-hazırda da davam edən İŞİD-ə qarşı hərbi əməliyyatlarda ABŞ-yə dəstək verdiyini bildirdi.İlkin təchizatın pozulması İran və Türkiyədən əlavə idxalın daxil olması ilə yüngülləşdirildi və Qətər Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın heç bir tələbi ilə razılaşmadığını açıqladı. Koalisiyanın Qətər qarşısında qoyduğu tələblərə İranla əlaqələri dərhal kəsmək, Türkiyə ilə hərbi əməkdaşlığı dayandırmaq və "Əl-Cəzirə"nin bağlanması daxil idi. 27 iyul 2017-ci ildə Qətərin Xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman əl-Sani müxbirlərə açıqlaması zamanı Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin "inadkarlıq" nümayiş etdirdiyini və böhranı həll etmək məqsədilə heç bir addımın atılmadığını bildirdi. Əl-Sani Təhlükəsizlik Şurası, Baş Assambleya və "bütün BMT mexanizmlərinin" mövcud situasiyanı həll etmək üçün mühüm rol oynadığını da vurğulamışdır. 24 avqust 2017-ci ildə Qətər hökuməti İranla diplomatik münasibətləri tam şəkildə bərpa edəcəklərini açıqlamışdır.
Azərbaycan-Ermənistan sərhəd böhranı (2021)
Azərbaycan-Ermənistan sərhəd böhranı — Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası zamanı yaranan sərhəd anlaşılmazlığıdır. Ermənistan Azərbaycan Ordusunun Qaragöl istiqamətindən irəliləyərək 3,5 kilometr ərazini ələ keçirdiyini iddia edir. Azərbaycan isə çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq Azərbaycan sərhəd qüvvələrinin Azərbaycana aid mövqelərdə yerləşdirildiyini qeyd edir. == Zəmin == Birinci Qarabağ müharibəsində Azərbaycana aid olan Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal altına salınmışdı. Lakin 2020-ci ildə tərəflər arasında baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitmiş və Azərbaycan bölgəyə nəzarəti yenidən təmin etmişdir. Sovet dövründə ölkələr arasında sərhəddə elə də önəm verilməməsi və ardınca bölgənin Ermənistan tərəfindən işğal edilməsi səbəbindən ərazidəki sərhəd xətti indiyədək təyin olunmamışdır. == Hadisələr == === May 2021 === === İyul 2021 === İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmuşdur. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçu gizir Fərman Yaqublu Telman oğlu şəhid olmuşdur. Azərbaycan Ordusunun cavab zərbəsi nəticəsində qarşı tərəf susdurulmuşdur. === Avqust 2021 === === Sentyabr 2021 === === Oktyabr 2021 === === Noyabr 2021 === 16 noyabr 2021-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.
Azərbaycan–Ermənistan sərhəd böhranı (2021–2022)

Dünya maliyyə böhranı (2008-2012)
Dünya maliyyə böhranı (2008-2012) — 2008-ci ilin sentyabr-oktyabrında yaranmış ümumdünya maliyyə-iqtisadi böhranı. Özünü dünyanın bir çox iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin iqtisadi göstəricilərində büruzə verdi, sonradan qlobal formaya keçdi.
Kapitalizmin böhranının subyektiv səbəbi
Kapitalizmin böhranının subyektiv səbəbi - Marksist siyasi-iqtisadına aid anlayış. Kapitalizmin böhranının həm subyektiv, həm də obyektiv səbəbləri var. Kapitalizmin böhranının subyektiv səbəbləri ilk növbədə işçilərin mübarizəsi, tətillər, nümayişlər nəticəsində yaranır. Kapitalizmin böhranının subyektiv səbəbləri, kapitalizmin böhranının obyektiv səbəbləri ilə qarşılıqlı dialektik əlaqəlidirlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 23.99 dəfə / 1 mln.
2002 •• 3.43
2003 ••• 9.45
2004 •• 4.72
2005 •• 6.07
2006 ••••• 15.32
2007 ••• 8.46
2008 •••••••••••••• 44.10
2009 •••••••••••••••••••• 67.67
2010 ••••••••• 29.23
2011 ••••••••• 27.11
2012 •••••••• 26.76
2013 •••••• 20.28
2014 ••••••• 23.17
2015 ••••••• 22.29
2016 ••••••• 23.43
2017 ••••• 15.61
2018 ••• 8.84
2019 •• 6.26
2020 ••••••••••• 34.61

"böhranı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#böhranı nədir? #böhranı sözünün mənası #böhranı nə deməkdir? #böhranı sözünün izahı #böhranı sözünün yazılışı #böhranı necə yazılır? #böhranı sözünün düzgün yazılışı #böhranı leksik mənası #böhranı sözünün sinonimi #böhranı sözünün yaxın mənalı sözlər #böhranı sözünün əks mənası #böhranı sözünün etimologiyası #böhranı sözünün orfoqrafiyası #böhranı rusca #böhranı inglisça #böhranı fransızca #böhranı sözünün istifadəsi #sözlük