böhtan sözü azərbaycan dilində

böhtan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • böhtan • 97.3195%
  • Böhtan • 2.4368%
  • BÖHTAN • 0.2437%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Böhtan
Böhtan və ya iftira — olmayan bir şeyi olmuş kimi təqdim etmək. Böhtan və ya iftira çox mənfi olaraq qiymətləndirilir. == İslamda böhtan == İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" — deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!" Hz.
Böhtan (film, 2008)
Böhtan və pis güman

böhtan sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Birini ləkələmək üçün nahaqdan ona pis bir şey isnad etmə; iftira, şər. Həqqa ki, deyil bu nüktə böhtan; İsbatinə vardır əldə bürhan. Məsihi. [Heydər bəy:] Naçalnik, tamam danışdığı sözlər böhtandır. M.F.Axundzadə. Uryadnik bir-iki dəfə onu şapalaqladı, yenə də Ağabala böhtana qol qoymadı. Şamilov. □ Böhtan atmaq – birinə olmayan bir işi və ya sözü isnad vermək; iftira demək, ləkə vurmaq. Böhtan demək (etmək) – bax böhtan atmaq. [Vəzir:] Məgər heç utanmırsan ki, mənim üzümə qarşı arvadıma böhtan deyirsən? M.F.Axundzadə. Böhtana düşmək – nahaqdan şərə düşmək, iftiraya məruz qalmaq. Böhtana düşən odsuz yanar. (Ata. sözü). Məsum kişi ağır bir böhtana düşmüşdü. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / böhtan
  • 2 ə. yalandan bir işi başqasının boynuna qoyma, şərə salma, şərləmə.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / böhtan
  • 3 Yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma

    Terminlər lüğəti / böhtan

böhtan sözünün etimologiyası

  • 1 Ərəb dilində olan bu sözün türk dilində qarşılığının biri də yala kəlməsi olub (yalan sözü də buradandır). Tatar dilində yalaqay (yalaxay) “подхалим” anlamını əks etdirir, yəni yaltaq sözü ilə sinonimdir, bizdə onun yerinə yoğaq işlədilib (yox sözü ilə bağlıdır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / böhtan

böhtan sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 BÖHTAN (birinə ləkə yaxmaq üçün haqsız olaraq ona pis şey isnad etmə) Yalanları şişirdən, böhtanları artıran; Hiyləgər alçaqların vardır çox sifətləri (M.Rahim); İFTİRA İnsaf elə bu qədər yalan macəra demə; Peyğəmbərə, imana bu növ iftira demə (Ə.Qəmküsar); ŞƏR Orda uzaq olarsan satqınların şərindən; Xəbis hiylələrindən... (M.Rahim).

    Azərbaycan dilinin sinonimlər lüğəti / böhtan

böhtan sözünün rus dilinə tərcüməsi

  • 1 клевета, навет, ябеда

    Azərbaycanca-rusca lüğət / böhtan
  • 2 сущ. клевета, наговор, навет. Həyasızcasına böhtan наглая клевета, düşmən böhtanı вражеский навет ◊ böhtan atmaq клеветать, возводить напраслину на кого; böhtana düşmək быть оклеветанным; adına böhtan atmaq порочить чьё-л. имя, забрасывать кого грязью

    Azərbaycanca-rusca lüğət / böhtan

böhtan sözünün inglis dilinə tərcüməsi

  • 1 i. slander, calumny, aspersion; (mətbuatda) libel; bir kəsə ~ atmaq to cast* aspersions on smb.; ~ atmaq to calumniate (d.), to slander (d.), to vilify; d.d. to smear (d.)

    Azərbaycanca-ingiliscə lüğət / böhtan

böhtan sözünün fransız dilinə tərcüməsi

böhtan sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. буьгьтен, шер, талба; böhtan atmaq буьгьтен вегьин, шер вегьин, талба авун, леке кутун; böhtan demək (etmək) кил. böhtan atmaq; böhtana düşmək буьгьтендик акатун, нагьакьан шердик акатун, туширдак акатун.

    Azərbaycanca-ləzgicə lüğəti / böhtan

böhtan sözünün türk dilinə tərcüməsi

"böhtan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#böhtan nədir? #böhtan sözünün mənası #böhtan nə deməkdir? #böhtan sözünün izahı #böhtan sözünün yazılışı #böhtan necə yazılır? #böhtan sözünün düzgün yazılışı #böhtan leksik mənası #böhtan sözünün sinonimi #böhtan sözünün yaxın mənalı sözlər #böhtan sözünün əks mənası #böhtan sözünün etimologiyası #böhtan sözünün orfoqrafiyası #böhtan rusca #böhtan inglisça #böhtan fransızca #böhtan sözünün istifadəsi #sözlük